Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə61/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   57   58   59   60   61   62   63   64   ...   78

 
352 
Daşı saldı çiynindən o namidar, 
Dedi: – Göz olun indi, iranlılar. 
Acıqlandı, əmr etdi Rüstəm ona: 
– Burax cadunu, gir bayaqkı dona. 
Belə qalsa, balta, qılınc, gürz ilə 
Toza döndərib, bil, sovurram yelə. 
Eşitdi bunu, oldu bir parça meh, 
Başında dəbilqə, tənində zireh. 
Əlindən tutub, güldü Rüstəm ona, 
Gətirdi İran şahının yanına, 
Dedi: – Əvvəl olmuşdu bir parça das, 
Bu şəklə düşüb baltadan qorxaraq. 
Ona şah Kavus saldı nəzər, 
Yox idi ləyaqətdən onda əsər. 
Əlindən nə çəkmişdi, saldı yada, 
Bir ah çəkdi, bağrı tutaşdı oda. 
Dedi cəllada: – Al qılıncı ələ, 
Onu doğrayıb, parça-parça elə! 
Buyurdu: qərargahına tez gedin, 
Nəyi varsa qiymətli, tarac edin! 
Xəzinə, qızıl təxt, dürrü göhər
Silah, at, qızıl tac, altun kəmər  
Nə vardı, qoşun başladı yığmağa, 
Qənimət qalandıqda döndü dağa. 
Verildi qoşun əhlinə simü zər, 
Barındı o kəslər ki, layiqdilər. 
O divlər ki, nankordular nemətə,  
Bütün xalqı salmışdılar dəhşətə. 
 Dedi şəhriyar ki, qırın onları, 
Halaldır bu nankorların qanları , 
 Dönüb gəldi Kavus ibadətgaha, 
Dil açdı ibadət üçün allaha. 
Böyük tanrıya göstərib ehtiram, 
İbadətdə oldu bir həftə tamam. 
 
353 
Başa verdi çün şah bu həftəni, 
Gəlib açdı o, xəznədən cəftəni. 
Bu bəxşiş davam eylədi yeddi gün, 
Xilas oldu el ehtiyacdan bütün. 
Bu işlər görüldü iki həftədə. 
Şah istərdi ki, istirahət edə 
Belə verdi fərman ki, məclis qurun, 
Qızıl camlara saf şərab doldurun. 
Böyüklərlə bir həftə mey içdi şah, 
O Mazəndaran şəhrinə köçdü şah. 
Ona söylədi Rüstəm:–ey şəhriyar, 
Bizə bir çox insanlar olmuşdu yar. 
Ulad sayəsində qazandım zəfər, 
Bələdçim o idi edərkən səfər. 
Ona vədə verdim, çıxarkan yola, 
Bu Mazandaran mülkünə şah ola, 
Xələtlə onun könlünü al ələ, 
Möhürlə o peymanı təsdiq elə! 
Yaz: ömrü boyu əhli-Mazəndaran 
Ona əyməli baş, odur hökmran. 
Eşitdikdə Kavus bu sözləri, 
Sevincdən gülürdü, deyən, gözləri 
Çağırdı hüzura, yığışdı kübar, 
Uladdan söz açdı, dedi hökmdar. 
Onu qıldı Mazəndaran içrə şah, 
Özü Parsa gəldi başında süpah. 
İranşəhrə Kavus qoyanda qədəm
Silinmişdi üzlərdəki qüssə, qəm. 
Bəzəndi şəhər, başladı çal-çağır, 
Deyərdin ki, göydən yerə nur yağır. 
İranda yeni bir Ay etdi zühur, 
Cavan şah bütün aləmə saçdı nur. 
Çıxıb təxtə xoşhal, dedi hökmdar 
– Xəzinəni pay-püş edin hər nə var! 


 
354 
Xəbər verdi, toplandı sərkərdələr, 
Dedi: – Hər birinə verin simu zər! 
Təhəmtən evində quruldu büsat, 
Qoşundan gəlib başçılar adbaad, 
Ona afərin söylədi hər yetən, 
Şahın yanına gəldilər xeyli şən 
Başa tac qoyub Rüstami-namidar, 
Yanında oturtdu onu hökmdar, 
Cahan şahı etdi ona ehtiram, 
Hazırlatdı layiqli xələt, ənam. 
Qoyun başlı bir təxt cavahirnişan, 
Qızıl tac–-gövhərləri sayrışan. 
Böyük şahlara xas bir dəst libas
Həmayillə bir tovq o sərdara xas. 
Yüz ay üzlu dilbər, qızıldan kəmər, 
Qara saçlı, əyni ipək, başda zər, 
Qızılla bəzənmiş yüz at, yüz qatır, 
Qara tük, cida boy, qara göz qatır. 
Yükü şahlara xas tirmə şalı, 
Hamı pəhləvi, Çin, Rum, İran malı. 
Alıb xəzinədən qızıl yüz kisə, 
Daha xatirin hər nədən istəsə, 
Yaqut bir cama tökdülər müşki-nab, 
Firuzə cama dolduruldu gülab. 
Alıb müşkü ənbərlə, udü əbir, 
İpək üstə bir namə yazdı dəbir. 
Verib naməni Rüstəmə hökmdar, 
Yazılmışdı Nimruza dair qərar 
Ki, Kavusdan sonra o ölkəyə 
İran şahları çıxmasınlar yiyə! 
Şah olsun ora Rüstəmi-Zal gərək, 
Odur gürzü şəmşirin allahı tək. 
Ona afərin söylədi padişah 
Ki, sənsiz bir an olmasın barigah. 
 
355 
Özün şahlara bir igid arxasan, 
Şərəf, hörmət ilə yaşa hər zaman, 
Əyildi, öpüb təxti o namidar, 
Səfər etmək üçün verildi qərar. 
Şəhərdən təbil səsləri gurladı 
Adamlar üzündə sevinc parladı. 
Gedib Rüstəm, əyləşdi Kavus şad, 
Ədalətlə dünyanı etsin abad. 
Qızıl təxtin üstündə tutsun qərar, 
Qazıb zülmə, həm zülmkara məzar. 
Qayıtdıqda Mazəndarandan geri, 
Verib bəxşiş hər başçıya bir yeri, 
Sipəhbodluğu Tusa verdi o dəm,
69 
Dedi:–Başçılar içrə ol möhtərəm! 
O Gudərzi də eylədi hökmran: 
Sahib ol, sənindir, – dedi, – İsfəhan. 
Daha sonra şadlıq büsatı qurub, 
Murad camına saf şərab doldurub, 
Qəmin boynunu vurdu, saldı yerə, 
Unutdu ölüm dərdini bir kərə. 
Yağışdan yaşıl tarlalar oldu nəm, 
Bəzəndi cahan sanki, baği-İrəm. 
Ədalətlə, sülh ilə canlandı xalq, 
Nə pislik, nə Əhriməni andı xalq. 
Yayıldı bütün aləmə bu xəbər 
Ki, Mazəndaranda çalıb şah zəfər. 
Hamı bu xəbərdən gəlib heyrətə, 
Dedi:–Afərin şahdakı Hümmətə. 
Saray qarşısında gəlib durdular, 
Hədiyyə verib, etdilər can nisar. 
Bəzəndi, deyərdin: behiştdir cahan, 
Ədalətlə, nemətlə keçdi zaman. 
Başa çatdı Mazəndaran qissəsi, 
Gəlir indi Hamavəran hissəsi. 


 
356 
 
KAVUSUN HAMAVƏRAN ŞAHI İLƏ 
MÜHARİBƏSİ 
 
Bir az sonra Kavus verdi qərar, 
Çıxıb bir qədər seyr edə hökmdar. 
Yol aldı İrandan Çinə, Turana, 
Daha sonra etdi səfər Mokrana. 
Zireh səmtinə ordan oldu rəvan 
Qoşun əhli yorğunluğu duymadan. 
Xəracla əmirlər ona tutdu üz, 
Şirin qarşısında dayanmaz öküz, 
Gedib tac ilə, təxt ilə hər yerə, 
Gəlib çatdı Kavus şah Bərbərə. 
Boyun əymədi Bərbəristan şahı, 
Dəyişmiş zaman, gördü İran şahı: 
Silah əldə gördükdə bərbərləri, 
Üzüldü qədəhdən şahın əlləri. 
Yarandı polad nizələrdən meşə, 
Günəş düşdü tozdan tamam təşvişə. 
Toz içrə görünməzdi fillər belə, 
Cilovlarda əllər də batdı gilə. 
Qoşun dəstə-dəstə halay vurdular, 
Sanardın dənizdə coşub durdular. 
Cahan, gördü Gudərz, dönmüş belə, 
Kəmərdən ağır gürzü aldı ələ. 
Dalınca yola düşdü, min qəhrəman, 
Namı əldə nizə, qılınc, ox, kaman. 
Vurub ordunu ortadan yardılar,  
Dalınca onun sürdü at hökmdar. 
Deyərdin: o meydanda yoxmuş qoşun
İtib nizədarlar içində tozun. 
Görüncə şəhərdə olan yaşlılar 
Döyüşdən qaçır bərbəristanlılar, 
 
357 
Gəlib şah Kavusa baş əydilər, 
Necə ki, günahkarlar üzr istəyər, 
Dedilər:–Sənə biz quluq, padişah! 
Xərac vermək üçün gətirdik pənah. 
Nə pul, hazırıq, dürrü gövhər verək, 
Ayaq torpağından öpək, zər verək. 
Qılıb əfv Kavus bərbərləri, 
Yeni əhdü peymanla döndü geri. 
Təbil, sinc dünyaya saldı haray, 
Çalındı sərapərdədə kərrənay. 
Qoşun bir daha Mokrana aldı yan, 
Üzü Qaf dağı–Qərbə oldu rəvan 
Şahın gəlməsindən tutunca xəbər, 
Hamı şah pişvazına gəldilər. 
Önündə baş əydi böyük başçılar, 
Xərac verdilər, etdilər can nisar. 
Şaha xalq itaət edibdir deyə 
Qoşundan ziyan dəymədi ölkəyə. 
Qonaq olmaq üçün Zala hökmran 
Qoşun Zabilistana oldu rəvan. 
Bir ay Nimruzda qalıb şəhriyar 
Şərab içdi, əyləndi, etdi şikar. 
Fəqət ömrü az oldu bu günlərin, 
Tikan basdı ətrafını güllərin. 
Deyirlər sınaqçın yaranmış bəşər, 
Bu bir qaydadır, yüksələnlər düşər. 
Bütün işləri şah salarkən yola, 
Ərəblər səbəb oldu qiylü qala. 
Əsilzadə, varlı, böyük bir adam
Misir, Şam da qaldırdı birdən qiyam. 
Dönük çıxdı Kavus şaha o ərəb, 
Qul ikən gəlib şahlıq etdi tələb. 
Cahan şahına gəldi, çatdı xəbər 
Ki, yağı ərəb «mən də şaham» deyər. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə