Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə69/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   65   66   67   68   69   70   71   72   ...   78

 
400 
Verir həm də ki, Rəxşini vəd ona, 
Dedi: – Xeyrxahdır mənə bu sona! 
Buyurdu hünər sahibi möbidə, 
Şahın yanına ondan elçi gedə, 
Gecə elçini şah qəbul eylədi, 
Açıb möbid, öz istəyin söylədi. 
Xeyir işlə sanki gül açdı murad, 
Ucaldı başı sərvtək, oldu şad. 
Kəsildi o dəm, adət üzrə kəbin, 
Gətirdi qızı əqdinə Rüstəmin, 
Gecə olsa da, düşdü səs aləmə 
Ki, Təhminəni verdi şah Rüstəmə, 
Hamı Rüstəmə söylədi: – Afərin! 
Qızıl səpdilər başına sərvərin. 
Dedilər: – Yeni Ayla xoşbəxt yaşa, 
Sənə enməyən baş toxunsun daşa! 
İki yar qovuşdu, necə süd-şəkər, 
Uzandı gecə, gec açıldı səhər. 
Fələkdən Günəş asdı altun kəmənd, 
Olarkan kəmənd halqası yerdə bənd, 
Cahanı Günəş etdi cənnət bağı, 
İki yar üçün çatdı hicran çağı. 
Qolundan açıb qolbağı pəhləvan, 
O qolbağı ki, vəsf edərdi cahan, 
Dedi dilbərə: –Al bunu yadigar! 
Əgər qız verərsə sənə ruzigar, 
Onu zülfünə tik əlinlə özün 
Ki, xoşbəxtliyin rəmzi olsun qızın. 
Oğul qismət olsa bizə tanrıdan, 
Qoluna bunu bağla məndən nişan, 
O, görkəmdə Sami-Nəriman olar, 
İgidlikdə məşhuri-dövran olar. 
Üqabı fəzadan oturdar yerə, 
Günəş əylənər ki, o fərman verə. 
 
401 
O ayüzlü ilə olub bir gecə, 
Demişdi ona çoxlu söz gizlincə. 
Səhərdi... Bürünmüşdü yaquta Şərq
Günəş aləmi eyləmiş nura qərq. 
Başından, gözündən alıb busələr, 
Vidalaşdı Təhminədən şiri nər. 
Gözü yaşlı ayrıldı ondan pəri, 
Sığışmazdı dünyalara qəmləri. 
Yan  aldı bu dəm Rüstəmə padişah, 
Dedi – Xoş açılsın üzünə sabah, 
Bizə müjdə ver, Rəxşi də tapmışıq! 
Gözü Rüstəmin tapdı sanki işıq! 
Gəlib yalına Rəxşin əl çəkdi şad, 
Şahı qıldı sonsuz təşəkkürlə yad. 
 
O gündən ötüb keçdi tam doqquz ay, 
Oğul doğdu Təhminə–parlaq bir ay! 
Sanardın ki, filcüssə Rüstəmdir o, 
Bir aslandır o, Sami-Neyrəmdir o! 
Gülüb ləbləri, parladı ay üzü, 
Ona verdi Söhrab adı şah qızı. 
Bir aylıqda bir yaşlı idi deyən, 
Ona Rüstəmi-3al dedi hər yetən. 
Üçə çatdı çün, atdı əl çövqana, 
Girib Rüstəmi-Zal kimi meydana. 
Beşində götürdü ox ilə kaman, 
Gözündən quşu aldı göydə nişan. 
Çatıb on yaşa, oldu bir şiri-nər, 
Yox idi döyüşdə tayı bir nəfər. 
Cəsarətlə bir gün dedi: – Ey ana, 
Mənə gizli bir mətləbi açsana! 
Öz həm yaşlarımdan belə yüksəyəm, 
Başım göylərə yüksəlir, mən kiməm? 
Kimin nütfəsidir mənim gövhərim ? 


 
402 
Atam kim olub mən kimi göstərim? 
Bu sirri əgər sən mənə açmasan 
Oğulsuz qalarsan cahanda, inan! 
Ana söylədi: – Dinlə hər nə desəm; 
Qəzəblənmə, şad ol, oğul, çəkmə qəm! 
Sən övladısan şirürək Rüstəmin, 
Ciyərparası Sam ilə Neyrəmin. 
Başın göylərə yüksəlirsə əgər, 
Atan gövhərindəndir, ey namivər! 
O gündən bəri ki, yaranmış cahan 
Görən olmamış Rüstəmə tay, inan! 
Baban Zal, Samü Nəriman olub, 
Nəsilbənəsil dildə dastan olub! 
O məktub ki, yazmışdı Rüstəm ona, 
Nişan verdi Təhminə öz oğluna. 
Yaqut qaşlı, altun üzük üç dənə 
Atan göndəribdir İrandan sənə. 
Dedi: – Şah Əfrasiyaba əgər, 
Mənim sözlərimdən çatarsa xəbər, 
Bilərsə ki, sən, Rüstəmin oğlusan, 
Cahan pəhləvandı yenilməz atan, 
Səni, bil ki, o göndərər meydana, 
Fəraqında bağrım dönər al qana! 
Cavab verdi Söhrab ki: – Ey ana! 
Yayılsın gərək bu xəbər hər yana! 
Cahanda böyük pəhləvanlar bütün 
Deyər Rüstəm haqqında dastan bu gün. 
Atamla edərkən hamı iftixar 
Danım nəslimi mən? Deyildirmi ar? 
Gərək baxmadan mən kiçik yaşıma, 
Yığam türkləri hərb üçün başıma, 
Salam təxtdən şah Kavusu mən, 
İrandan didərgin edəm Tusu məi, 
Verəm təxtü tacı atam Rüstəmə, 
 
403 
Çıxıb təxtə hökm eyləsin aləmə! 
İrandan yürüş eyləyib Turana, 
Girəm şah ilə təkbətək meydana, 
Ucaldam polad nizəmi göylərə
Salam təxtdən Əfrasiyabı yerə, 
Atam Rüstəmin mən kimi oğlu var 
Nə lazım ola başqası hökmdar? 
Günəş, Ay olan yerdə ulduz məgər 
Özünü işıq mənbəyi göstərər? 
Haman gün yayıldı xəbər hər yana 
Ki, Söhrab yürüş başlayır İrana. 
Qoşunlar ona yardıma gəldilər, 
Əsilzadə idi o gənc şiri-nər. 
Gedib çatdı Əfrasiyaba xəbər 
Ki, Söhrab döyüş təblini döydürər. 
Damağında vardır hələ süd dadı, 
Qılıncla ox oynatmağa başladı. 
Sınaqçın çalır xəncərini daşa, 
O istər ki, Kavus ilə çarpışa. 
Öz ətrafına hey qoşun toplayır, 
Atıb qorxunu, qorxmayır, saymayır 
Danışsaq əgər mətləbi, çox çəkər, 
 Bu naməlum oğlunda vardır hünər. 
Sevindi bu sözlərdən Əfrasiyab, 
Gülüb, şənlənib, vermədi bir cavab. 
Seçib ordusundan dilavərləri, 
Ağır gürz ilə çarpışan ərləri, 
İgid pəhləvan on iki min nəfər
Human, Bariman kimi sərkərdələr, 
Yığıb söylədi Şahi-Turanzəmin: 
– Sözüm sirrdir, dinləyin siz əmin. 
Gələrsə oğulla ata üz-üzə, 
Çətin ki, belə hərbə Rüstəm dözə. 
Atasından oğlu tutarsa xəbər, 


 
404 
Ata mehri könlündə tüğyan edər, 
Əgər bilməsə bu yenilməz cavan, 
Əlində ölər o qoca pəhləvan. 
Belə olsa, xəlvət durub bir gecə, 
Tutub bağlayın Söhrabı gizlicə. 
Şah əmr etdi, Human ilə Bariman 
Hüzuruna Söhrabın oldu rəvan. 
On at, on qatır yükləyib zər, göhər, 
Ərəb atları üstə altun yəhər, 
Qızıl tac–üstü cavahirnişan, 
Turan şahı hazırladı ərməğan. 
Təravətli bir namə də yazdı şah, 
Qələmlə onun qəbrini qazdı şah. 
Keçirsən ələ sən İran təxtini, 
Açarsan bütün aləmin bəxtini. 
Turandan İrana uzaq yol deyil
Səməngan da, Turan da İrandı, bil! 
Qoşun göndərim nə qədər istəsən, 
Başa tac qoyub, çıx, otur təxtə sən! 
Turan ordusundan Human, Bariman, 
Tayı olmayan pəhləvanlar, inan. 
Gəlir mən tərəfdən sənin yanına, 
Müti olmağa əmrü fərmanına. 
Döyüşdə edərlər sənə can fəda, 
Gedər düşmənin yurdu mütləq bada. 
Bu məktubla peşkəşləri aldılar, 
Qoşunla Səməngana yollandılar, 
Gəlib çatdı Söhraba bundan xəbər, 
Human, Bariman ordu ilə gələr. 
Yanında babası çıxıb pişvaza, 
Görüb ordunu gəldi o pərvaza. 
Nəzər saldı diqqətlə human ona, 
Qalıb mat baxdıqca əndamına. 
Verib Söhraba şah yazan naməni, 
 
405 
Dedi:– Şahi-Turan salamlar səni! 
Qatırlarla o atları göstərib, 
Dedi: – Şah sənə töhfələr göndərib. 
Oxutdu haman naməni pəhləvan, 
Dedi: – Ordu İrana olsun rəvan! 
Çalındı təbillər, yürüş başladı, 
Göyə qalxdı şeypurların fəryadı. 
İran mülkünə basdı Söhrab ayaq, 
Abad qoymadı kənd, şəhər, yurd, ocaq. 
Önünda dura bilmədi bir nəfər
Qaçırdı əlindən pələng, şiri-nər 
Yol üstdə var idi uca dağ–qala, 
Hamı söyləyərdi ona: Ağ qala. 
Ümid bağlayırdı ki, iranlılar 
Qala düşmənin qarşısını alar. 
Qala başçısıydı Həcir pəhləvan, 
Döyüşlərdə vermişdi çox imtahan, 
Kiçikdi o vaxtlar hələ Gostəhəm, 
Gücündən vurardı uşaqlıqda dəm. 
O əyməzdi şirə, pələngə boyun, 
Bacısı igid bir qız idi onun. 
Yaxınlaşdı Söhrab, gördü Həcir 
Qala üstünə canlı bir sel gəlir. 
Atın üstünə qalxdı tez pəhləvan, 
Cəsarətlə meydana oldu rəvan. 
Qılınc çəkdi Söhrab onu görcəyin, 
Qəzəbləndi, odlandı qəlbində kin. 
Qoşun mərkəzindən çıxıb şir kimi, 
Çapıb at, kamandan qopan tir kimi, 
Həcirə dedi: – Yoxsa divanəsən 
Çaşıb salmısan at bu meydanə sən? 
De kimsən, adın söylə, bir an dayan 
Gərək matəmində otursun anan! 
Həcir seylədi: – Ey cavan, yaxşı bil, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə