Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə65/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   61   62   63   64   65   66   67   68   ...   78

 
376 
Qan axdı, o meydanda başlandı cəng. 
Döyüşlərdə Əfrasiyabın o gün 
İşi tutmadı, bəxti yatdı bütün. 
Turan ordusundan qırıldı çoxu, 
Daşa dəydi Əfrasiyabın oxu. 
Bu əhvalı gördükdə Əfrasiyab 
Coşub daşdı odsuz, necə xam şərab. 
Dedi: – Ey mənim qorxmaz oğlanlarım! 
Döyüş meydanında nər aslanlarım! 
Sizi bəslədim mən şirin can kimi
Belə bir ağır gündə qurban kimi. 
Verin dal-dala siz, Turan ordusu, 
Döyüşlərdə bərk qısnayın Kavusu, 
Qılıncla vurun pəhləvanlarını, 
Alın nizə, zubinlə canlarını! 
O sistanlı Rüstəm ki, tüğyan edir, 
Qılıncla şirin bağrını qan edir, 
Döyüşdə onun dövrəsini alın, 
Əyilməz başını kəməndə salın! 
Onu kim döyüşdə keçirsə girə; 
Atından şücaətlə salsa yerə, 
Qızımla mənim evlənər, şad olar, 
Turan padişahına damad olar. 
Onu dinləyən türkləri tutdu söz, 
Hamı bir də meydana döndərdi üz. 
Ağır gürzlər əldə iranlılar, 
Vurub əzdilər o gözü qanlılar. 
Elə bir divan tutdular türklərə, 
Meyidlərlə doldu dəniz, dağ, dərə. 
Çoxu öldü turanlılardan o gün, 
Axan qan yeri batlaq etdi bütün. 
Daha qalmadı orduda səbr, tab, 
Görüb Rüstəmi qaçdı Əfrasiyab. 
Çıxıb qarşıya Suriyan ləşkəri, 
 
377 
O da saldı çox zəhmətə türkləri. 
Turan şahı gördü kələkdir işi, 
Fələk başlamış tərsinə gərdişi. 
Vuruşlar ona vermədi bir bəhər, 
Şəkər axtaran yerdə tapdı zəhər. 
Böyük bir qoşundan çox az qaldı sağ, 
Geri döndü Turana bağrında dağ. 
Gəlib toxdadı Parsa Kavus şah: 
– Cahanda–dedi,–çəkməsin kimsə ah
Çıxıb təxtə, xalqa edib iltifat, 
Yeyib içdi, əmr eylədi könlü şad. 
O hər səmtə bir hakim etdi rəvan, 
Ağıllı, açıqgöz, nəcib pəhləvan. 
Nişapura, Mərvə, Herat, Bəlxə həm 
Qoşun dəstə-dəstə gedib, oldu cəm. 
Ədalətlə abad olundu cahan, 
Quzu qurd ilə oldu həm mehriban. 
Görüb şahda qüdrət, ədalət, hünər, 
Qul oldu pərilər ona vəhşilər. 
Böyüklər böyük tutdular Kavusu, 
Bütün şahlar oldu onun ordusu. 
Dedi: – Rüstəm olsun cahanpəhləvan, 
Odur bizləri xoş günə çatdıran. 
O tikdirdi Əlborz dağında bir ev, 
Tikincə evi, zinhara gəldi div, 
İki ev də tikdirdi daşdan iri, 
İri, çox iri, on kəmənd hər biri
O evlər içində axurlar qurub, 
Polad mıx vurub, daş sütun yondurub, 
Kəcavə çəkən, yol basan yüz dəvə 
Döyüş atlarıyla salındı evə. 
İki ev daha tikdirib şişədən, 
Bəzək vurdu firuzə, ləli-Ədən. 
Şah istərdi onda yeyə, əylənə, 


 
378 
Gözəllik içində canı piylənə. 
Gümüşdən iki ev də tikdirdi şah, 
Haman evlərə yığdı hər cür silah. 
Qızıldan ona tikdilər bir saray, 
Bəzək vurdular səqfinə laybalay. 
İçində nə yay hiss edərdin, nə qış, 
Hava müşkü ənbərdi, meydan yağış. 
Düzülmüşdü yaqut eyvanına, 
Saçılmışdı firuzə hər yanına. 
Bağında bütün il boyu novbahar
Çiçəklər açar, gül gülü çağırar, 
Ürəklərdə nə qüssə qaldı, nə qəm, 
Divin qaməti qüssədən oldu xəm. 
Ədalətlə şah xalqına tutdu, əl,  
Zamanə unutdu nədir pis əməl. 
Şah eylə divan tutdu ki, divlərə, 
Ucaldı ünü divlərin göylərə. 
Deyərlər ki, İblis bir gün səhər 
Yığıb divləri şahdan o, bixəbər, 
Dedi: – Hər qədər ki, durur şəhriyar 
İşi divlərin nalədir, ahü zar. 
Bir iş var, bizə indi bir div gərək 
Ki, dilli-dilavər ola, həm zirək. 
Gedib doğru yoldan şahı azdıra, 
Ona öz əliylə quyu qazdıra. 
Onu haqq yolundan kənara çəkə, 
Ağıllı, gözəl başına kül tökə. 
Hamı şah Kavusdan qorxaraq 
Sükut ilə İblisə asdı qulaq. 
Dilə gəldi bir div cəsur, qaniçən, 
Dedi: – Hazıram aldadım şahı mən. 
Şəkilcə dönüb oldu div bir cavan, 
Ədəbli, şirindilli, şən, mehriban. 
O gün gəldi ki, qəsrdən şəhriyar 
 
379 
Çıxıb istədi çöldə etsin şikar. 
Gəlib verdi Kavusa bir dəstə gül, 
Önündə öpüb torpağı, açdı dil: 
– Böyükdür–dedi–cah-cəlalın sənin, 
Fələkdə niyə olmasın məskənin? 
Sənin hökmün altındadır bu cahan, 
Bu şahlar qoyundur hamı, sən çoban. 
Bir iş qalmış, etsə əgər hökmdar, 
Qalar şöhrəti daima yadigar. 
Gərək şah bilsin ki, sirri nədir: 
Günəş göy üzündə gəzir, hərlənir? 
Nədir gecə-gündüz, nədir ulduz, Ay? 
Qurub hansı şah asimanda saray? 
Divin sözləri Kavusa gəldi xoş, 
Deyən, ağlı uçdu, başı qaldı boş, 
Elə zənn edirdi ki, çərxi-fələk 
Ona üz tutub, ondan istər kömək. 
O bilməzdi çərxin əsası nədir? 
Hesabsızdır ulduzlar, allahsa bir. 
Bəşər çarəsizdir, baş əymiş ona, 
Yanar, çarpışar, dərdi yetməz sona, 
Şah istər ala yerlə göydən xərac
Böyük tanrı duymaz buna ehtiyac. 
Şahın qəlbinə düşdü bir vəlvələ, 
Qanadsız necə göylərə yüksələ? 
Sual verdi alimlərə hökmdar: 
– Bu yerdən göyə nə qədər yol olar? 
Münəccim dedi, dinlədi şah onu, 
Səfeh bir qərar oldu bəhsin sonu. 
Buyurdu, gecə çıxdı qullar ova, 
O yerdən ki,qartallar etmiş yuva, 
Alıb körpə quşlar, geri döndülər, 
Bunu şah bilirdi böyük bir hünər. 
Sarayda haman quşları bəslədi, 


 
380 
Doyunca yedirtdi quzu, quş əti. 
Şirə döndü qartalların hər biri, 
Qoçu caynağında tutardı diri, 
Dedi, təxt üçün xalis ud aldılar, 
Qızıl mıxlar ətrafına çaldılar. 
Sifariş verildi uca nizələr, 
Haman nizələr oldu təxtə çəpər. 
Ətə doğru qartallar uçsun deyə.  
Asıldı quzu budları nizəyə. 
Seçib quşların dördünü hökmdar
Dedi: – Onlara təxt edilsin cidar. 
Həmin təxtə əyləşdi Kavus şah, 
Çıxartmışdı yoldan onu div–tamah. 
O qartallar acmışdı tezdən yaman, 
Ətin üstuna dördü də atdı can. 
Alıb təxti yerdən göyə qalxdılar, 
Bulud içrə şimşək kimi çaxdılar. 
Qartalların hər nə qədər var gücü, 
Qanad gərdilər ətə çatmaq üçün. 
Deyirlər: mələklə görüşsün deyə, 
Yeri qoydu Kavus, uçdu göyə. 
Eşitdim götürmüşdü oxla kaman. 
Deyirmiş mənim olmalı asiman. 
Rəvayət nə çox, söyləmiş hər gələn, 
Bu sirri hələ olmamışdır bilən. 
Onu yerdən üzmüşdü, məncə, tamah, 
O qartallar uçduqca xoşhaldı şah. 
Yorulduqda qartalları basdı tər, 
Qanad çalmağa qalmamışdı hünər. 
Bulud arxasından qopub bir kərə 
Şahın təxti kəldi başüstə yerə. 
Uçub Şiri-Çin adlanan cəngələ, 
Nəhayət, gəlib düşdülər Amülə. 
Nədənsə, tələf olmadı hökmdar, 
 
381 
Gərək sağ qalaydı, bunun sirri var. 
Bir az da yeyib, şənlənəydi gərək, 
Belindən Səyavuş gələydi gərək. 
Verib şahlığı, tacü təxti bada
Peşiman, pərişan düşmüş oda, 
Meşə içrə zillətlə yer axtarır, 
Açıb əl göyə, xaliqə yalvarır.  
 
Deyirdi: – Bağışla, məni, ey xuda! 
Qoşun axtarırdı onu dünyada.  
Yayıldı xəbər ki, itib Keykavus, 
Gəzirdi onu Rüstəm Givü Tus. 
Deyirlər ki, Güdərz –qoca pəhləvan 
Demiş Rüstəmə: – Körpə yaşdan, inan, 
Nə çox təxtü tac sahibi görmüşəm, 
Neçə-neçə şahlar yola vermişəm, 
Bu Kavusa oxşar bütün dünyada 
Nə bir şah soraq almışam, nə gəda! 
O bilmir iradə, ağıl, huş nədir, 
Başı boş, ürək qurdlu, divanədir. 
Çatıb pəhləvanlar şahın yanına, 
Bir od oldular, düşdülər canına. 
Hərə tənə ilə ona atdı söz, 
Tutub şah Kavusa Gudərz üz, 
Deyərdi: – O nə qəsr, kaşanədir? 
Sənə ən gözəl yer dəlixanədir. 
Sənə xoş gəlir öz səfeh işlərin, 
Sarayda tutur düşmən hər gün yerin. 
Üçüncü kərə darda qaldın yenə, 
Yaman gün nə öyrətdi, söylə, sənə? 
Yürütdükdə Mazəndarana qoşun, 
Unutdunmu, çəkdi bəlalar başın? 
Gedib, düşmənə sonra oldun qonaq, 
Büt ikən, birəhmən sənə ad qoyaq?
73 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə