Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə66/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   62   63   64   65   66   67   68   69   ...   78

 
382 
Cahan, bircə həqdən savay sərbəsər 
Qılıncın önündə, bilirsən, əsər. 
Cahanı qılıncınla tutdun deyə, 
Qudurdun məgər, əl atırsan göyə? 
Ölüb sən gedərsən, gələr bir zaman, 
Unutmaz pisi, yaxşını xalq, inan! 
Deyərlər ki, bir padşah var imiş, 
Minib qartala ərşə qalxar imiş 
Ki, ulduzları bircə-bircə saya, 
Yaxından sala göz Günəşlə Aya. 
Hər işdə çalış, şahlığa layiq ol, 
Nəcib, xeyrxah ol, budur doğru yol! 
Böyük tanrıya qulluq et hər zaman, 
Ona bağlıdır yaxşı həm də yaman! 
Dedi şah: – Düzdür sözün, müxtəsər, 
Görən olmamış doğruluqdan zərər. 
Ədalət deyirsən, ədalət ki, var, 
Adınla sənin etmişəm iftixar. 
Bütün pəhləvanlar şahı danladı, 
Gedib fikrə şah, səhvini anladı. 
Kəcavə hazırlandı, əyləşdi şah, 
Xəcalət, peşiman, çəkirdi hey ah. 
Gəlib qəsrinə çatdı, ancaq yenə 
Kədər çökdü bir dağ kimi qəlbinə. 
Rahatlıq haram oldu qırx gün şaha, 
Sığındı ibadət üçün allaha. 
Dilində gecə-gündüz allah adı, 
Töküb göz yaşı ağladı, sızladı, 
Utandı saraydan çıxa bir yana, 
Qəmü qüssədən şah doydu cana. 
Gözündən sızan qan dönərdi oda, 
Deyərdi: – Bağışla məni, ey xuda! 
Onu pəhləvanlar utandırdılar, 
Nə gəzdi, dolandı, nə də verdi bar.
74 
 
383 
Peşimançılıqla çəkirdi əzab, 
Yox idi onun bəxşişinə hesab. 
Düşüb səcdəyə, üz qoyub torpağa, 
Ümid bağladı həqqə yalvarmağa, 
Neçə vaxt belə ömrü verdi bada
Keçincə onun təqsirindən xuda, 
Ədalətlə qurdu yeni bir büsat, 
Yaşardı böyüklər, kiçiklər də şad. 
Cahan ədl ilə sanki geydi ipək, 
Ədalətli şah təxtə oldu bəzək. 
Başa tac qoyub hökmranlıq edən, 
Böyük bir nümayəndə hər ölkədən 
Gəlib şah Kavus dərbarına, 
Hamı sidq ilə əydilər baş ona. 
Yenə oldu əvvəlkitək şən cahan, 
Vəfa qıldı öz əhdinə hökmran. 
Böyüklər kiçik bir qul oldu şaha, 
Pərəstişlə gəldi uca dərgaha. 
Ədalətlə qoysa başa şah tac, 
Duyarmı o heç yardıma ehtiyac? 
Sona çatdı mətləb, bu dastan bitir, 
Görək indi Rüstəm necə cəng edir? 
Məharətli şair demişdir belə 
Ki, birdən tutaşmışdı nər şir ilə, 
Sənə ad qazanmaq gərəksə əgər, 
Qılınc əldə meydanda göstər hünər. 
Döyüşdə yamanlıq olar hər zaman, 
Yamandan gərək qorxmasın qəhrəman. 
Əgər işləri salsa dövran dara
Sənə daldalanmaqdan olmaz çara. 
Sığışmaz ağıl hərb ilə bir yerə, 
Vuruşdunmu, idrakı at bir kərə! 
Ağıl, din yolu başqa yoldur, inan, 
Gözəl sözlərim var o haqda, dayan! 


 
384 
Sənə indi Rüstəm yolundan deyim, 
Ətirli, təravətli dastan deyim. 
Eşitdim ki, fil cüssəli pəhləvan 
Şən əylənməyə bir gün oldu rəvan. 
Nəvənd adlanan bir yerə çatdılar, 
O yerdə ki, bir çox uca qəsr var, 
Haman yerdə var indi atəşkədə, 
Çəkər şölə, şöhrətlidir ölkədə. 
İrandan haman məclisə gəldilər 
Adı bəlli, şöhrətli sərkərdələr. 
Ora Tus, Gudərz, Kəşvad gəlib
Qoçaq Giv Bəhram ilə şad gəlib, 
Gəlib Zəngeyi-Şavəran, Göstəhəm, 
Yenilməz Qorkinlə Xərrad həm 
Qılınc oynadan Bərzin,–o namidar 
Gərazə gəlib tutdu başda qərar. 
Neçə atlı onlar gətirdi hərə, 
Yığıldı hamı, döndü bir ləşkərə. 
Qoşun əhli heç boş oturmazdılar, 
İşi meydi, çovqandı, oxdu, şikar. 
Tutub Rüstəmə Giv üz məst ikən, 
Dedi: – Ey önündə cahan diz çökən! 
Şikar etməyə meylin olsa əgər, 
Bu çölda tulan yüz pələngə dəyər. 
Yaxındır lap Əfrasiyab ovlağı, 
Göyə qaldıraq, gəl, tozu, torpağı. 
Tula, quş, qoşunla edək bir şikar
Yəqin bu uzun gün hamını yorar. 
Ataq gurların boynuna biz kəmənd, 
Oxun zərbəsiylə edək şiri bənd! 
Edək biz Turanda elə bir şikar 
Ki, qalsın cahanda bu iş yadigar. 
Cavab verdi Rüstəm: – Bilirsən özün, 
Hələ düşməmişdir yerə bir sözün. 
 
385 
O Turan çölündə səhər yer tapaq, 
Şikar axtaraq, əylənək, at çapaq. 
Edən olmadı bu sözə etiraz, 
Hamı söylədi: – Hazırıq, keyfi saz. 
Yataqdan durub pəhləvanlar səhər, 
Qoyuldu səfər atlarına yəhər. 
Alıb qırğı, şahin qola atlılar, 
Gedib Şəhd çaylağına çatdılar. 
Buradaydı Əfrasiyab oylağı, 
Bu yanı su idi, o yan qum dağı. 
Geniş çöllük idi Sərəxsə qədər, 
Sürüylə cüyür, ceyran, ahu gəzər. 
Gözəl bir düzəndə çadır açdılar, 
Düşüb qorxuya ahular qaçdılar. 
Uzaqlaşdılar vəhşi şirlər belə, 
Uçub getdi quşlar da təşviş ilə. 
Şikar başladı, vurdular, yıxdılar, 
Qalanmışdı üst-üstə dağtək şikar. 
Ara vermədən hey deyib güldülər, 
Ürəklər sevinclə dolu, üz gülər. 
Gah əyləndilər mey dolu əldə cam, 
Gah at çapdılar, həftə oldu tamam 
Təhəmtən durub səkkizinci səhər 
Xəbər verdi, toplandı sərkərdələr, 
Yenilməz dilavərlərə tutdu üz, 
Öz ağlı kəsən işdən o açdı söz, 
Dedi: – Bizdən indi olun siz əmin, 
Xəbər çatmış Əfrasiyaba yəqin. 
Bizə qarşı birdən qoşun göndərər, 
Gələr, ovlağı məhşərə döndərər. 
Gəlin, biz yola gəzmələr göndərək, 
Qoşun görcəyin gəlsin onlar gərək, 
Bizə söyləsinlər, xəbərdar olaq, 
Yol üstə qıraq düşməni, kam alaq. 


 
386 
Gərazə baş əydi əlində kaman, 
Dedi: – Onlara vermərəm mən aman
Dayansa elə bir igid pusquda 
Salar düşməni bir çıxılmaz oda. 
Daha düşmənin qeydinə qalmadan 
Şikar ilə kefdəydi hər qəhrəman, 
Bu işdən gecə xəlvəti bir nəfər 
Gəlib verdi Əfrasiyaba xəbər. 
Çağırdı qoşundan neçə pəhləvan, 
Dedi Rüstəm haqqında çox dasitan. 
O yeddi dilavər ki, Rüstəmlədir, 
Demək, var yanında onun yeddi şir. 
Biz indi gərək yaxşı hazırlaşaq, 
Qəfil sel kimi üstlərinə aşaq. 
Bu yeddi dilavər keçərsə ələ, 
Düşər Kavusun canına vəlvələ. 
Deyək: çıxmışıq biz şikar qəsdinə, 
Qəfildən düşək onların üstünə. 
Götürdü qoşundan otuz min nəfər 
Qılınc əldə, meydan gəzən şiri-nər. 
Dedi onlara: – Durmayın indi siz! 
Geciksək, çıxar fürsət əldən təmiz, 
Şəhərdən çıxıb, tutdular çöl yolu, 
Ürəklər döyüş əzmi ilə dolu. 
Bütün yolları bağlasınlar deyə, 
Bölündü qoşun bir neçə dəstəyə. 
Gərazə baxıb gördü: toz yüksəlir, 
Tozun arxasından qoşunlar gəlir. 
Salınca Turan bayrağına nəzər, 
Qaraldı gözündə cahan sərbəsər, 
Qayıtdı geri yel kimi pusqudan, 
Sanardın ki, almış yara bir qaban, 
Gəlib ovlağa çatdı, gördü, budur, 
Təhəmtən qoşunla şərabdan vurur. 
 
387 
Dedi Rüstəmə: – Ey Cahanpəhləvan, 
Bu kef məclisindən uzaqlaş bir an! 
Turan ordusu üz tutub çöllərə, 
Qoşunla dolubdur bütün dağ-dərə! , 
Tozun içrə Əfrasiyab bayrağı 
Günəş kimi parlar, yaxındır yağı. 
Çəkib qəhqəhə, güldü Rüstəm ona: 
– Dönübdür–dedi–bəxtimiz oğlana! 
Baxıbsan Turandan gələn orduya, 
Tozundan düşübsən belə qorxuya. 
Tutaq ki, gəlir atlı yüz min nəfər
Polad içrə başdan ayağa qədər. 
Bu çöldə əgər olsa bizdən biri, 
O qoymaz ki, türklər qayıtsın diri. 
Bu gün var qılınc ilə od yağdıran 
Bu məclisdə yeddi böyük pəhləvan. 
Bu çöldə əgər mən tək olsam belə, 
Bu covşənlə altımda Gülrəng ilə 
Bacarram elə düşməni peyləmək, 
İrandan mənə lazım olmaz kömək. 
Sən, ey saqi, Babil meyindən yenə 
Böyük bir qədəh doldurub ver mənə! 
Şərab süzdü saqi onun camına, 
Ədəblə şərabı uzatdı ona. 
Əlində o parlaq camı tutdu şad, 
Birinci edib şah Kavusu yad, 
Dedi: – Şahımız daima şad ola, 
Onun ölkəsi, yurdu abad ola 
Öpüb torpağı bir də qaldırdı cam, 
– Sağ ol, Tus! – deyə içdi camı tamam. 
Bütün pəhləvanlar düşüb təşvişə, 
Dil açdı hamı Rüstəmə xahişə. 
– Daha badəyə bizdə yer qalmamış, 
Mey içməkdə İblis ilə sən yarış! 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə