Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə39/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   35   36   37   38   39   40   41   42   ...   78

 
220 
Duzülmüşdü tac üstə ləlü göhər
Fərəhlə durub Kabilə getdilər, 
Olub-keçmişi bir də yad etdilər, 
Şəhər çulğalandı xoş avaz ilə, 
Təbil çəngü ney, bərbətü saz ilə. 
Sanardın cahan başqa bir rəng alır, 
Çölün vəhşi heyvanları əl çalır. 
Yalı, quyruğu atların, yoxlasan, 
Görərdin ki, tər mişkdir, zəfəran, 
Saraydan çölə qoydu Sindoxt qədəm, 
Kəmərbəstə üç yüz kənizlə o dəm, 
Əlində tutub hər biri cami-zər, 
Cama doldurub mişk, ənbər, göhər, 
 Deyib «afərin» Sama üç yüz pəri. 
Nisar etdilər cam ilə gövhəri. 
O məclisdə hazır olanlar o, gün 
Daşın atdı, yoxsulluğun büsbütün. 
Gülüb Sam sual etdi Sindoxtdən; 
Ki, Rudabəni gizlədirsən nədən? 
Cavab verdi Sindoxt:–hanı töhfəniz? 
Boş əllə günəş görmək istərsiniz? 
Dedi Sam Sindoxtə:–Sən, ey xanım. 
Nə istərsən, hazırdır, hətta canım, 
Dedi:–Zərnaxışlı evə gəl, gedək, 
Tək orda oturmuş bizim tər çiçək
Görüncə o ay üzlünü pəhləvan 
Donub qaldı heyrətdə xeyli zaman. 
Nə söz tapdı hüsnünu vəsf etməyə, 
Nə gəldi ayağı çıxıb getməyə. 
Bura gəldi Mehrab ilə Zali-zər, 
Elin adətiylə kəbin kəsdilər, 
Qız oğlanla bir təxtdə tutdu qərar, 
Əqiqlə zəbərcəd edildi nisar 
Ayın başına qoydular əfsəri,
45 
 
221 
Şahın tacına düzdülər gövhəri. 
Ələ aldı Mehrab dəftər o dəm, 
Oxundu o dəftərdə xeyli rəqəm. 
Dedi:–Gənclərindir bu dövlət, bu var, 
Onu dinləyənlər də mat qaldılar. 
Gəlib məclisə başlayıb toy-düyün, 
Qədəh əldə mey içdilər yeddi gün. 
Saraydan çıxarkən bağa getdilər
Üç həftə tamam keyfi saz etdilər. 
Böyüklər hamı əl qoyub sinəyə, 
Sarayda düzülmüşdülər cərgəyə. 
Keçib çal-çağırda, ay oldu tamam, 
Edib Sistana əzm, atlandı Sam. 
Təbil, fil, qoşun Zal ilə pəhləvan 
Gedərkən rikabından  ötdü zaman. 
Kəcavə qoyuldu belinə filin, 
Oturdu içində ayüzlü gəlin. 
Düşərkən yola Sistana qafilə 
Gəlib çatdı Sindoxt Mehrab ilə. 
Gedirlərdi xoşhal, hamı mehriban, 
Çalıb oynayırdı bütün karivan. 
Deyib güldülər, yetdi mənzil sona, 
Səlamət gəlib çatdılar Sistana. 
Böyük bir qonaqlıq düzəltmişdi Sam, 
Bu məclis davam etdi üç gün tamam. 
Vidalaşdı Sindoxt Mehrab ilə, 
O qaldı, bu döndü yenə Kabilə. 
Verib şahlığı Sami-Neyrəm Zala, 
Qoşunla hazırlaşdı çıxsın yola, 
Zəfər bayrağıyla qoşun çəkdi səf, 
Üzü Qorqsarana–qərbə tərəf. 
Dedi:–Tez gedim mən şahamsa əgər
Ürəkdən bizi sevməyir yerlilər. 
Verəndə Mənuçehr o ölkəni, 


 
222 
Dedi:–Saxla, ye, hakim etdim səni! 
O torpaqdakı badəsillər ki var, 
Bir az boş buraxsan, qiyam qaldırar. 
Məni qorxudur, bir də Mazəndaran, 
O yerdə nə çoxdur qoçaq pəhləvan. 
Yerində oturdu Samın Zali-zər, 
İşi meydi, məclisdi şamü səhər. 
Gəlib keçdi günlər bu minval ilə, 
O gülüzlü dilbər olub hamilə, 
Solub, qaldı pəjmürdə bir tər çiçək, 
Qəmə, möhnətə batdı o şad ürək. 
Gün ötdükcə sustaldı can ağrıdan, 
Saraldı yanaqlar necə zəfəran. 
Sual verdi Sindoxt ki:–Eyacan bala, 
Nə olmuş, düşübsən belə bir hala! 
Cavab verdi Rudabə:–Şamü səhər 
İniltim, fəğanım göyə yüksələr. 
Çatıb vaxt-vədəm, inan, ey ana, 
Gətirmiş məni bu ağır yük cana, 
Dolubdur deyən qarnıma daş, dəmir, 
Açılmaq, bükülmək dizim istəmir. 
Onun halı gün-gündən oldu xərab
Nə yatdı, nə dincəldi, çəkdi əzab. 
Nəhayət, o huşsuz sərildi yerə, 
Ucaldı ana naləsi göylərə. 
Saçın yoldu, Sindoxt, etdi fəqan, 
Atıb pəncə rüxsarına, tökdü qan. 
Bu qəmli xəbər çatdı Zali-zərə 
Ki, azadə sərvin yıxılmış yerə. 
Gəlib gördü Rudabəni Zali-zər, 
Gözü yaşlı, bağrı dolu qəm, kədər. 
Lələk düşdü birdən onun yadına, 
Gülüb dedi Sindoxta:–Qorxma, ana! 
Tələb etdi, manqalda od verdilər, 
 
223 
Lələkdən oda tutdu o bir qədər, 
Qara bir buludtək köründü o quş, 
Gətirdi ağır xəstəyə qrtuluş. 
Onun yağmuru dürr-mərcan idi, 
Nə mərcan, hər cansıza can idi. 
Deyib «afərin», Zal ona əydi baş, 
Dil açdı onun vəsfinə gözdə yaş. 
Sual etdi Simurğ:–Bu qəm nədir? 
Ey aslan, gözündən axan nəm nadir? 
Bu ay üzlü siminbədəndən, inan, 
Gələr ərsəyə şir kimi pəhləvan
Ayaq torpağından öpər şiri-nər, 
Başından bulud qorxa-qorxa ötər. 
Pələng bağrını nərəsi çatladar, 
Dağa pəncə atsa, yerindən uçar. 
Onun gürzünə hər boyun endirən, 
Uca qəddini, qollarını görən, 
Olar xar bir nərəsindən, yəqin, 
Yarar zəhmi bağrını düşmənlərin. 
Ağılca o Sami-Nəriman olar, 
Qəzəblənsə, bir qızmış aslan olar. 
Boyu sərv olar, qüvvəti fil qədər, 
Uçar atdığı xeşt iki mil qədər.
46 
Doğulmaz o adi yol ilə, inan, 
Budur tanrının hikməti, pəhləvan! 
Tez ol, bir iti zağlı xəncər gətir, 
Ağıllı-kamallı dilavər gətir, 
Şərabla bu ay üzlünü məst elə 
Ki, nə qorxu-hürkü, nə ağrı bilə. 
Rəhim boşluğunu yarın dilbərin, 
Gərək duymaya ağrısın xəncərin. 
O gül üzlünün, qorxma, axsa qanı, 
Rəhimdən alıb qaldırın aslanı. 
Cəsarətli ol, qorxmaz ol, aç gözün, 


 
224 
Yarılmış yeri, iynə al, tik özün! 
Südə, mişkə, döy, qatgilən bu otu, 
Qurut kölgədə, ta alınsın odu. 
Yarılmış yerə sürt onu, et çara, 
Görərsən, haman gün bitişmiş yara. 
Sənə şəhpərimdən verim bir lələk, 
Yara üstünə çək ki, etsin kömək. 
Bu sözlərlə xoşhal olub, razı get, 
Gedib tanrıya şükr ilə səcdə et. 
Bu şahanə sərvi o vermiş sənə 
Ki, hər gün doğa bir günəş bəxtinə. 
Bu işdən kədərlənmə, ey bəxtiyar. 
Veribdir cavan şaxəniz yaxşı bar. 
Qopardı qolundan yenə bir lələk, 
Yerə atdı, uçdu necə bir mələk. 
Götürdü onu, basdı Zal bağrına. 
Gəlib etdi nə söyləmişdi ona. 
Yanırdı bu əhvala cümlə cahan, 
Hamı qəm əsiri, hamı bağrı qan. 
Qan ağlardı Sindoxt yaman qorxaraq
Deyərdi:–Böyürdən çıxarmı uşaq? 
Hazır oldu bir möbid əldən iti, 
Edib məst meylə ayüzlü bütü, 
Böyürdən yarıb, ağrısız, dilbəri, 
Rəhimdə uşaqdan tutub əlləri, 
Səlamət kənara çıxartdı onu, 
Cahan qaldı heyran, eşitcək bunu, 
Uşaq, nə uşaq? Sanki aslan idi, 
Boyu sərv, üzü mahi-taban idi. 
Baxan qaldı heyran belə körpəyə, 
Deyildir uşaq, körpə fildir deyə, 
Yarılmış yeri əlbəəl tikdilər, 
Yara üstə dərman, lələk çəkdilər. 
Yatırdı gecə-gündüz o gənc ana, 
 
225 
Şərab eyləmişdi yaman kar ona. 
Nəhayət, oyandı o sərvi-rəvan
Danışdıqda Sindoxt ilə mehriban, 
Hamı söylədi: «Şükr, pərvərdigar». 
Edib başına dürr-gövhər nisar. 
Gətirdi ona körpəni dayələr, 
Sevincdən ucaldı başı dağ qədər. 
Baxıb körpəyə güldü sərvi-rəvan, 
Onun çöhrəsindəydi şahlıq əyan. 
Dedi:–Qəm, kədər bitdi, rəstəm degər,
47 
Odur, körpəyə Rüstəm ad verdilər. 
O süd dadmamış aslanı ölçdülər, 
Boyunca, enincə ipək biçdilər. 
İpəkdən tikildi o boyda uşaq, 
Ona sərf edildi ipək bir qucaq. 
Səmurun tükü ilə doldurdular, 
Günəş, Zöhrə nəqşi ona vurdular.., 
Asıb nizəni qoltuğundan bəri, 
Əmudla cilovdan tutub əllari, 
Oturdub kəhər bir ata kuklanı, 
Tutuldu nökərlərlə dörd bir yanı. 
Bu tərtib ilə yetdi işlər sona, 
Salıb hər işi yaxşıca sahmana. 
Verildi müsafirlərə pul-para, 
Alıb elçilər, dəydilər atlara. 
Gedib pəhləvan Sama çatdı xəbər, 
Əli gürzdə kukla Rüstəm gələr. 
Gülüstanda bayram tutuldu o gün
Nə Zabil, nə Kabil, biyaban bütün 
Bəzəndi, şərab axdı, ney gurladı, 
Hərə bir tərəfdə çalıb çağladı. 
En-arqac kimi birləşib izdiham, 
Oturmuşdu bir yerdə şahla qulam. 
Bu dəm südəmər Rüstəmin surəti 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə