Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə38/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   34   35   36   37   38   39   40   41   ...   78

 
214 
Yaşın bilsə-bilsə, bilərdi fələk. 
Kamana bir ox qoydu Sam oğlu Zal
Ata çəkdi məhmiz, səsləndi: «Al!» 
Deşildi bir oxla ağac ortadan, 
Bağırdı hamı: «Ay sağ ol, ox atan!» 
Dübarə gətirdi atı cövlana, 
At üstündə dönmüşdü bir aslana. 
Haman nöqtəni aldı bir də nişan, 
Deşikdən uçub getdi ox sarpmadan 
Başa çəkdi zubin vuranlar sipər, 
O meydanı əldə sapan gəzdilər. 
Gətirdi sipər türk Ridək Zala, 
Dikəldi at ustə çapıb dördnala, 
Kamanı atıb, aldı zubin ələ, 
Şikar axtarırdı o zubin ilə. 
Vurub gil kimi əzdi üç qalxanı, 
Sipərlərlə dolmuş görüb meydanı, 
Dedi şah:–Ey pəhləvanlar, deyin, 
İçinizdə ona tay varmı? Deyin! 
O zubinlə ox qüdrətini görən, 
Olardımı meydanına tək girən? 
Hamı pəhləvanlar silah çəkdilər, 
Ürəkdə acıq, dildə ah çəkdilər. 
Çapıb atları saldılar meydana, 
Qılınc, nizə əldə çapıb hər yana, 
Yaxınlaşdılar, onları gördü Zal, 
Atını o toz səmtinə sürdü Zal. 
Baxıb gördü, kimdir qabaqda gələn
Özündə hünər, güc, şücaət bilən? 
Çıxıb toz içindən necə bir nəhəng, 
Kəmərbəndinə şir kimi saldı çəng 
Yəhərdən qopardı, onu etdi xar, 
Ona ordu da, şah da mat qaldılar, 
Dedi pəhləvanlar verib səs-səsə: 
 
215 
Müyəssər deyil bu hünər heç kəsə. 
Kim istər onunla girə meydana, 
Bu başdan desin: «Gey qara, ey ana» 
Doğulmaz belə pəhləvan bir daha, 
Deyil pəhləvan, oxşayır timsaha. 
Nə xoşbəxtdir Sami-Neyrəm, qoyar 
Cahanda belə bir oğul yadigar. 
Ona «afərinlər» dedi padşah, 
Baş əydi önündə bütün barigah. 
Böyüklər qoyub tac, beldə kəmər, 
Şahın qəsrinə şənliyə gəldilər. 
Mənuçehr hazırlatdı yaxşı ənam, 
Baxanlar ona oldu heyran tamam.  
Qızıl tac gövhərnişan taxt, kəmər, 
Həmayil, qızıl tovq, dürrü gövhər
Cəvahir dolu neçə qiymətli cam, 
Neçə qul, kəniz, verildi ənam. 
Bütün toplanan şeyləri şəhriyar, 
Zala verdi bəxşiş, dedi: –Al, apar! 
Samın naməsinə çavab yazdı şah, 
Şirin dillə duzlu xitab yazdı şah: 
Sən, ey adlı-sanlı igid pəhləvan, 
Hər işdə bir aslan kimi qəhrəman, 
Döyüşdə, görüşdə, gözəlllkdə tək, 
Sənə tay olan görməmişdir fələk. 
Qoçaq pəhləvan Zal oğlun ki, var, 
O səndən cahanda qalar yadigar. 
Gəlib çatdı, bildim nədir arzusu, 
Nədir xahişi, həm nədir qorxusu. 
Sənin istəyincə, olub mehriban, 
Dedim: kama çatsın cavan pəhləvan. 
Bu işdə azadsan, dedim, büsbütün. 
Onunla keçirdik neçə dadlı gün, 
Pələngi şikar eyləyən şir əgər 


 
216 
Törətsə bir övlad, olar şiri-nər. 
Yola saldım, indi gəlir, könlü şad, 
Kor olsun gözü, kim ona baxsa yad! 
Sevinclə, uğurla yola çıxdı Zal, 
Yanında igidlər, başında cəlal. 
Dedi qasidə;–Get, Sama ver xəbər, 
De: şahın yanından qayıtdım gülər. 
Rəvan etdi bir atlı tez Kabilə 
Ki. bölsün sevincini Mehrab ilə. 
Desin:3al gəlir, yoldadır şadman, 
Onu razı salmış yola hökmran 
Səbirsiz onu gözlərəm indi mən, 
Nə lazımsa var, yox kəsir heç nədən, 
Sevindi o gün Kabilistan şahı 
Ki, damadıdır Zabilistan şahı. 
Elə bil ona can nisar etdilər, 
Cahan oldu toy məclisi sərbəsər. 
Çağ idi damağı, gülürdu üzü, 
Ayaq altını görməyirdi gözü. 
Çaqırdı o, Sindoxtu öz yanına, 
Ürək sözlərini danışdı ona, 
Dedi:–Sevgilim, ey ağıllı qadın, 
İradənlə sən zülməti qovladın. 
Cahanda elə bir işə qatdın əl, 
Sənə şah da «əhsən» deyər, ey gözəl! 
Xeyirlə işi başladın, ey sona, 
Çalış, indi yetsin xeyirlə sona. 
Verilmiş kilidi sənə xəznənin, 
Bu təxt ilə tac da sənindir, sənin. 
Sən ağlınla son qoymusan qorxuya, 
Get, indi sevinclə hazırlaş toya! 
Qulaq verdi diqqətlə Sindoxt ona, 
Durub gəldi Rudabənin yanına. 
Dedi:–Müjdəmi ver, gəlir yolda Zal, 
 
217 
Nə lazımdır, etmiş, yaxındır vüsal, 
Düşüb eşqə, eyş-işrəti atmısan, 
Nə istərdin, indi ona çatmısan. 
Cavab verdi Rudabə:–Ey şah qadın, 
Düşüb dillərə hər tərəfdə adın. 
Qoyub üz ayaq basdığın hər yerə, 
Sözündən sənin çıxmaram bir kərə. 
Sənə yetməsin cövrü Əhrimənin, 
Nəsibin fərəh, şadlıq olsun sənin, 
Ana qucdu Rudabəni bir daha, 
Durub getdi, versin bəzək dərgaha, 
Behişt ziynəti verdi eyvanlara, 
Gülab, mişk, ənbər səpib onlara. 
Qızıl məcməyi qoydu o bir başa, 
Zəbərcəd naxışlıydı başdan-başa 
Qızıl kürsülər düzdü bir eyvana
Bəzək verdi Çin adətiylə ona. 
Tutulmuşdu o kürsülər gövhərə, 
Naxışlar vurulmuşdu gövhərlərə. 
Uca təxt ki, yaqut idi payəsi, 
Kəyandan alınmışdı sərmayəsi, 
Bir eyvan, deyən, Farsdı, Əhvaz, Rey, 
Qoyulmuşdu çalğı, düzülmuşdü mey. 
Gül ətri, libaslar alıb rəngbərəng, 
Bəzəndirdi Rudabəni huritək. 
Bütün Kabilistan bəzəndi o gün, 
Gülə, rəngə, ətrə büründü bütün. 
Yığıldı o gün Kabilin elləri, 
Zərü zivərə tutdular filləri. 
Oturdu fil üstündə sazəndələr, 
Başa qoydular şah kimi taci-zər. 
Qızıl, mişk, ud etmək üçün nisar 
Hamı yol boyu səf çəkib durdular, 
Su üstdə qayıq, göydəki quş kimi 


 
218 
Çapan Zal bir an da dincəldimi? 
Gəlib çatmasından yox idi xəbər, 
Odur, pişvaza çıxmadı bir nəfər. 
Sarayda qopub nagahan qilüqal, 
Dedilər:–Səfərdən, budur, döndü Zal. 
Görüncə onu oldu Sam şadman
Öpüb, bağrına basdı xeyli zaman. 
Enib torpağı öpdü, verdi salam, 
Danışdı görüb, bildiyini tamam. 
Çıxıb təxtə, əyləşdi Sam Zal ilə, 
Gülər üzlə, vəcd ilə, xoş hal ilə. 
Yada saldı, Sindoxt deyən sözləri, 
Dodağı gülüb, parladı gözləri. 
Dedi:–Elçi gəldi bizə, toxtadı, 
Qadındı gələn elçi, Sindoxt adı, 
Tələb etdi, and iç, əməl eylədim, 
Yamanlıq sizə etmərəm söylədim. 
O hər nə dedi yaxşılıqla mənə, 
Qəbul eylədim, çıxmadım əksinə. 
Birinci–o parlaq ayı Kabilin 
Bizə, Zabilistanə gəlsin gəlin. 
İkinci–gedək onlara biz qonaq, 
Bütün dərdlərə onda dərman qoyaq. 
Gəlib indi qasid belə söyləyir: 
– Gəlin, Kabilistan sizi gözləyir. 
Cavabın nədir? – Söyləyək qasidə, 
Gedib şah Mehrabı agah edə. 
Zalın sinəsində döyündü ürək, 
Sevincdən qızardı üzü lalətək. 
Dedi: – Söz sənindir, böyük pəhləvan, 
Əgər məsləhətdir, daha durmadan 
Qoşunla bərabər gedək Kabilə
Müsahib olaq orda Mehrab ilə. 
Bu dəmdə dönüb oğluna baxdı Sam, 
 
219 
Nədir bildi Zalın sözündə məram. 
O söhbət ki, Rudabədən getməyir, 
Cahan pəhləvan söz heeab etməyir. 
Buyurdu: çalınsın təbil, zəng, nay, 
Açılsın, çatılsın bu pərdəsaray. 
Qoçaq bir igid dəydi fövrən ata, 
Tələsdi ki, Mehrab şaha çata. 
Dedi:–Hazır ol, Sami-Neyrəm gəlir,
44 
Qoşun, fil alıb, Zali-zər həm gəlir, 
Gəlib çatdı rasid çapar Kabilə, 
Onun müjdəsi tez yayıldı elə. 
Sevindi elə Kabilistan şahı 
Ki, damad olur Zabilistan şahı. 
Ona sanki canlar nisar etdilər, 
Cahan oldu bir toyxana sərbəsər. 
Təbil, sinc çaldırdı Mehrab o gün, 
Qoşun çəkdi səf, doldu meydan bütün. 
Çalır fillər üstündə sazəndələr, 
Cahan oldu cənnət, gülü tazə tər. 
Büründü ipək bayrağa yer üzü
Hamı ağ, sarı, göy, yaşıl, qırmızı. 
Salıb aləmə səs təbil, nayü çəng, 
Çəkib nərə şeypur, səsləndi zəng, 
Deyərdin, ki məhşər qopub dünyada, 
Qiyamətdir, işrət günü olsa da, 
Gedirdi fərəhlə, göründükdə Sam, 
Atından enib verdi Mehrab salam, 
Onun boynunu qucdu Sami-səvar, 
Soruşdu:–Necə dövr edir ruzigar? 
Açıb səpdi Mehrab söz gövhərin. 
Dedi Sama, Zali-zərə afərin! 
Oturdu at üstə üzünda vüqar, 
Neçə dağ başında hilal boylanar. 
Zalın başına qoydu bir taci-zər


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə