Microsoft Word fitopatogen sooon docx



Yüklə 268,71 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix05.06.2018
ölçüsü268,71 Kb.
#47540
1   ...   4   5   6   7   8   9   10   11   12

28

 

qoniyada  əmələ  gələn spermoqonial ləkəyə görə  fərqləndirmək 



olar. 

Peyvənd edilən bitkiləri rütubətli kameralarda  bir gündən az 

olmamaq və iki gündən çox olmamaq şərti ilə saxlamaq lazımdır. 

Bundan sonra bitkilər rütubətli kameralardan çıxarılaraq 

istixanadakı rəflər üzərinə yerləşdirilirlər.  

Rütubətli kameranın  əsas məqsədi sporların çüçərməsinə  və 

onların bitki hüceyrələrinin tərkibinə daxil olmasına  şərait yarat-

maqdır. Pas göbələklərinin bazidiosporları ilə peyvənd zamanı 

rütubətli kameradakı bitki nümunəsini bir qədər uzadırlar, çünki 

teleytosporların çüçərməsi, bazidiosporların əmələ gəlməsi, onların 

sonrakı inkişafı və bitkiyə daxil olması üçün zaman tələb olunur. 

Gövdənin bəzi göbələklərlə peyvəndini  şpiris vasitəsi ilə 

inyeksiya etməklə də həyata keçirmək olar. Əsasən, daş sürmə və 

qarğıdalı gövdəsinin diplodioz çürüməsinin patogeni belə inoku-

lasiya edilir. 

Əgər çiləmə zamanı suspenziyanın infeksiyalı damcıları 

yarpaq və ya gövdə üzərində qalmırlarsa (sürüşürlərsə) suspen-

ziyaya isladıcılar əlavə edilir. 

Bitkilərin traxeomikoz soluxmanın patogenləri ilə 

(Verticillium, Fusarium, Chephalosporium növləri) inokulyasiyası 

gövdənin kök yaxalığı nahiyyəsində  kəsik etmək və buraya 

sınaqdan keçirilən göbələyin təmiz mühit hissəciyini aqarla 

birlikdə daxil etmək  olar. Peyvənd yerini nəmli pambıqa bükmək 

səmərəlidir. Bu üsul ilə V. dahliae göbələyi ilə pambıq bitkisinin 

peyvəndi zamanı  xəstəliyin inkubasiya dövrü optimal temperatur 

həddində 7 – 12 gün uzanır.  



Ağac bitkilərinin budaqlarının peyvənd edilməsi.  Tətbiq 

edilən göbələyin patogenliyi və müqayisəli virulentliyinin 

öyrənilməsi üçün skelet ya da daha kiçik zoğların qabığının 

üzərində bir – birindən 1-1,5 sm aralıda iki paralel eninə kəsik edib 

bu kəsiklər arasında qalan qabığı isə ortadan uzunu boyunca 

kəsilir. Bundan sonra, kəsilmiş qabıq qatını əyərək çılpaq budağa 

neştər vasitəsi ilə bir neçə  dərin olmayan kəsiklər edilir (cızıqlar 

şəklində) və bu yolla yaralanmış  ağaca sınaqdan keçirilən göbə-




29

 

ləyin təmiz mühit hissəciyini çəkirlər (aqarla birlikdə). Bunun ar-



dınca, qabıq qatlarını yenidən budağa tərəf əyərək peyvənd edilmiş 

nayihəni yaş pambıqla sarıyaraq üzərinə perqament kağız ya da 

polietilen paket yerləşdirilir. Paketin sonları (boru şəkilli ucları) 

sap vasitəsi ilə bağlanır. Bu pambıqdakı rütubətin saxlanılması 

üçün vacibdir.  

Subtropik iqlim şəraitində  ağacların peyvənd edilən nayihə-

lərindəki yaş pambıq kağız örtüklə  əhatələnməsinə baxmayaraq 

çox tez quruyur. Bunun qarşısını almaq üçün, peyvənd edilən 

budaqlara icərisində su olan sınaq şüşələri asılır ki, onun icərisində 

olan su xüsusi pambıqlı fitillə peyvənd olunan hissəyə axıb gəlsin 

və pambığın nəmliyini təmin etsin. 

Bitkilərin torpaq vasitəsi ilə peyvənd edilməsi. Ən sadə üsul 

– peyvənd edilən bitkinin yaxınlığında torpağa batırılmış kürəklə, 

bitki köklərinin zədələnməsidir. Kürəyi torpaqdan çıxartmadan 

onu bir kənara çəkirlər və əmələ gəlmiş aralığa sınaqdan keçirilən 

göbələyin spor suspenziyasını tökürlər. Bu üsuldan istifadə etdikdə 

Verticillium dahliae Kleb. patogeni ilə pambıq bitkisinin peyvəndi 

zamanı yüksək nəticələr əldə edilmişdir.  

Bir çox hallarda peyvənd torpağa köklər zədələnmədən də 

daxil edilə bilir. Bunun üçün peyvəndi xüsusi substratda çoxaldıb 

təmiz mühit şəklində torpağın üst qatına sınaqdan keçirilən toxum-

ların əkinindən ya əvvəl, ya da əkini zamanı daxil edirlər.  

Bir qabda aparılan istixana sınaqları zamanı taxıl bitkisi 

toxumlarında becərilən 25-30 q inokulyum 15-20 sm dərinlikdəki 

torpaqla qarışdırılır. Tarla şəraitində inokulyum toxumlarla birlik-

də bitki yuvalarına verilir. 

Bitkilərin patogenlə torpaq vasitəsilə peyvəndi zamanı bu üsul 

yuxarıda qeyd edilənlərdən daha üstündür. D.Haydarovun (1965) 

özünün pambığın vertesillioz soluxma araşdırmalarında qeyd et-

diyi kimi, bu üsul patogen ştamlarının virulentliyini daha yaxşı 

ortaya çıxardır, nəinki,  şpris yaxud da kök yaxalığının kəsiyi ilə 

bitkilərin peyvənd edilməsi, ancaq, sonuncu iki üsul müqayisə 

olunmayacaq dərəcədə daha tez nəticə verir. 

Peyvənd etmənin nəticələrinin qeydiyyatı. Bitkilərin pey-



30

 

vənd təcrübələrinin nəticələri ilk dəfə, peyvənd olunan sahib 



bitkilərin  əksəriyyətində bu patogenin yaratdığı  xəstəliyin simp-

tomları  əmələ  gəldiyi zaman qeydə alınır. Yoluxan bitkilərin növ 

tərkibini öyrənən zaman, bəzi bitkilərdə  həssaslıq aşağı olduğu 

üçün ya simptomlar gec əmələ gələ bilər ya da, imunnitet olduğu 

hallarda isə heç əmələ gəlməyə bilərlər. Belə təcrübədə əsas sahib 

bitki üzərində potagenin iki inkubasiya dövrü davam edən müd-

dətdə əlamət müşahidə olunmazsa təcrübə bitmiş hesab olunur. 

Qeydiyyat zamanı aşağıdakı göstəricilər müəyyən edilir:  

1.

  Yoluxmuş bitkilərin miqdarı ədədlə və %-lə. 

2.

  Yoluxmanın intensivliyi (dərəcəsi) (zəif, orta, güclü, çox 

güclü). 

3.

  Yoluxmanın və yaratdığı  əlamətlərin qeydiyyatı – 

(xlorozlu, nekrozlu quruma, soluxma və s. patogenin spor 

əmələ gətirməsi ilə və ya əksinin və s.) 

4.

  Xəstəliyin inkubasiya dövrü və göbələyin inkişaf dövrünün 

qetdiyyatı. (İnkubasiya dövrü dedikdə, parazitin bitkiyə 

daxil edildiyi andan etibarən xəstəliyin ilkin əlamətlərinin 

əmələ  gəldiyi müddət nəzərdə tutulur. Göbələyin inkişaf 

dövrü – eyni ilə  həmin vaxt intervalı  və  əlavə olaraq 

patogenin spor əmələ gətirməsi üçün lazım olan vaxtdır.) 

Taxıl bitkisinin yarpaqları üzərində olan pas göbələyinin 

uredosporların fərqli əmələ gəlmə halları məlumdu və onlar Mains 

a.Jacksonun ya da T.D.Straxovun şkalası ilə hesablanırlar.  

Bitkilərin kök cürümələri patogeni ilə inokulyasiyasının nə-

ticələrinin qeydiyyatı zamanı ting və  şitillərin məhv olma faizi 

öyrənilir (bunun üçün, səpilən toxumların miqdarını, onların cücər-

mə faizini nəzərə almalıdır).  

Traxomikoz xəstəliklər zamanı, qeyd olunan əlamətlərdən 

başqa, saplağın çəpinə kəsiklərində tünd rəngli damarlara görə ya 

da saplağın müxtəlif kəsiklərini rütubətli kameraya qoymaqla pato-

genin saplaq üzərində qalxma hündürlüyü öyrənilir.  

Bu zaman patogenin bitki yarpaqlarına daxil olub olmamasını, 

onların hissəciklərinin rütubətli kameraya yerləşdirməklə asanlıqla 

dəqiqləşdirmək olar. 




Yüklə 268,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə