Microsoft Word fitopatogen sooon docx



Yüklə 268,71 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix05.06.2018
ölçüsü268,71 Kb.
#47540
1   ...   4   5   6   7   8   9   10   11   12

25

 

təklikdə yayıldıqları halda onlar cücərmə qabiliyyətlərini itirirlər. 



Peyvəndin həyat qabiliyyəti bioloji üsullarlada yoxlanıla bilər, 

məsələn, sınaq bitkilərinin qabaqcadan peyvənd edilməsi yaxud 

da, biofizioloji – Tilletia cinsinə aid olan xlamidospor növlərinin 

lüminessensiyayollar ilə 1:1000 qatılığında olan flüoxrom tripo-

flavin ilə rənglənərək; bu halda həyat qabiliyyəti olmayan sporlar 

qırmızı yaxud da narıncı-sarı rəngli işıqla parıldayacaqlar, canlılar 

isə boz yaxud da çirkli-yaşıl rəngdə olacaqlar. Yəqin ki, bu üsul 

laboratoriyada sürmə göbələkləri üzərində aparılan fitotoksik 

sınaqlar zamanı da istifadə olunur. Analoji lüminessensiya üsulu 

Fusarium  və s. növdən olan göbələk sporlarına qarşı, yalnız 

(1:1000) narıncı akridin flüoxrom istifadə etmək  şərti ilə  də 

istifadə oluna bilər.  

Peyvəndi quru ya da su suspenziyası halında 1-2 gün soyu-

ducuda saxlamaq olar. Peyvəndi daha uzun müddət saxlamaq üçün 

liofilizasiya üsulundan istifadə edərək onu aşağı temperaturda 

qurudub sonra vakuum altında ampulda möhürləyirlər. Liofiliza-

siya üsulu zamanı peyvəndə xas olan bütün xassələr (həyat 

qabiliyyəti, patogenliyi, virulentliyi və s.) 3-5 il ərzində qorunub 

saxlanılır. 

 

Bitkilərin peyvənd üsulları 

 

Sağlam bitki yaxud da onun ayrı orqanlarının (hissələrinin) və 



yetərli qədər həyat qabiliyyəti olan peyvəndin hazırlığı bitdikdən 

sonra peyvənd prosesinə keçirlər. Sonuncu aşağıda qeyd ediləcəyi 

kimi müxtəlif üsullarla həyata keçirilə bilər. Peyvənd üsulunu 

seçdiyimiz zaman patogenin biologiyası və əsasəndə bitkinin təbii 

şəraitdə bu göbələklə yoluxmasının hansı yolla baş tutması 

haqqındakı biliklərdən istifadə etmək məsləhət görülür. Üstünlük 

təbiətdə mühüm mövqedə yerləşənə verilməlidir. Məsələn, buğda-

nın yarpaqlarını ya da onun toxumlarını tozlu sürmə  Ustilago 



tritici Jens. patogeninin xlamidosporları ilə peyvənd etmək 

məqsədə uyğun olmazdı. Əgər isə əksinə bitkinin həmin göbələklə 

təbii halda yoluxma üsulu məlum deyilsə və onu aşkara çıxartmaq 



26

 

lazımdırsa, o halda, bitkini peyvənd etmənin müxtəlif üsullarını 



sınaqdan keçirirlər (sporlarla yumurtalıq və toxumluq vasitəsi ilə, 

mitselilər ilə yerüstü orqanları peyvənd etməklə, yatmış sporlarla, 

mikrosklerositlərlə torpaq vasitəsi ilə).  

Bununla yanaşı, bitkini peyvəndləmək və boy artımı üçün 

yaxşı  şərait (temperatur, işıq, nəmişlik və s.) yaradılmalıdır. 

Müvafiq təkrarlanmaya və  nəzarətə riayət etmək lazımdır. Eyni 

adlı peyvənd edilən bitkilərin miqdarı maksimum sayda, 10 – dan 

az olmamaq şəri ilə olmalıdır.  

Peyvənd sınaqlarını istixanalarda və vegetativ evlərdə, 

laboratoriya və açıq havada həyata keçirmək mümkündür. Saxsı 

qablardan başqa içərisi torpaq ilə doldurulmuş dərin olmayan taxta 

qutulardan da istifadə etmək olar. Yetərli qədər işıqlandırma 

olmadığı zaman təcrübə aparılan bitkilərin süni yolla işıqlan-

dırılması  və ya onların xüsusi işıqlandırıcı qurğulara yerləşdiril-

məsi məsləhət görülür. Bütün hallarda təcrübə aparılan bitkilərin 

kənar infeksiyalardan qorunması əsas şərtlərdən biridir. 



Çiçək və zoğların peyvənd edilməsi.  Bu yoluxma üsulu bir 

sıra xəstəliklər üçün xarakterikdir (buğda və arpada olan tozlu 

sürmə növləri, yoncanın kifi, arpa və yulafın helmintosporiozu, 

alma ağacının maniliozu və s.). Bu üsulun mahiyyəti, göbələk 

sporlarının müvafiq sahib bitkinin çiçəklərinə quru yaxud da 

suspenziya halında daxil edilməsindən ibarətdir. Fitopatoloq və 

seleksiyacılar tərəfindən buğdanın tozlu sürmə ilə peyvənd 

edilməsi sortların bu xəstəliyə qarşı müqavimətinin qiymətlən-

dirilməsi üçün istifadə edilir. 

Buğda və arpanın tozlu sürmə ilə yoluxdurulması zamanı 

peyvənd etmənin daha asan üsulu çiçəkləyən əkin kütləsi üzərində 

patogen xlomidosporlarının səpilməsidir. Fırca köməkliyi ilə  də 

quru xlamidosporları çiçək üzərinə  səpməklə süni yoluxdurma 

aparmaq olar. Yaş inokulasiya (peyvəndləmə) zamanı çiçəklənən 

bitkiləri spor suspenziyası ilə çiləyirlər. Inokulasiya zamanı 

müvafiq həşəratlardan da istifadə mümkündür.  



Toxumların peyvənd edilməsi. Toxumlar  quru və  nəmli 

üsullarla inokulyasiya edilir. Birinci halda, məsələn, buğdanın bərk 




27

 

sürmə ilə yoluxmuş sürməli hissələrdən dənlərin üzərinə quru 



halda səpilməsi ilə sporlanmasını  həyata keçirirlər (faktiki 

yoluxma isə toxumlar cücərdiyi zaman baş verir). Dənləri kağız 

üzərinə nazik təbəqə  şəklində  səpib sonra parazit göbələyin spor 

suspenziyası onun üzərinə çilənir və daha sonra rütubətli kamera 

şəraitində 1 gün saxlayıb  (təkcə sporların yetişməsi üçün yox, həm 

də, onların toxumları içərisinə daxil olması üçün) sonra dənlər 

qurudulur.  

Budaq və yarpaqların peyvənd edilməsi. Bir çox bitkilərin 

yarpaqları üzərində göbələyin daxilə keçməsinə maneəçilik 

törədən və peyvəndin qarşısını alan mühafizə  təbəqəsini aradan 

qaldırmaq üçün yarpaq iki nəmli barmaqla sürtülür. Peyvənd 

yarpaqlara su suspenziyası halında çiləyici ilə, neştərlə (yarpaq 

üzərinə yaymaqla), yaxud da quru spor şəklində steril fırca ilə 

nəmləndirilmiş yarpaqlara tətbiq edilir. Sporlu suspenziya ilə 

bitkilərin çilənməsi zamanı eyni anda gövdələrdə inokulasiya olur. 

Sonra bu yolla peyvənd edilmiş bitkilər rütubətli kameralara 

yerləşdirilir (içərisinə nəmli filtirli kağız sərilmiş şüşələnmiş taxta 

çərçivələr, daha kiçik obyektlər üçün isə, lampa şüşələri  və ya 

uyğun vasitələr). 

Bitkiləri pas göbələklərinin bazidiosporları ilə peyvənd 

etdiyimiz zaman özündə canlı teleytosporlu material saxlayan bitki 

hissəciklərini rütubətli kameraya peyvənd ediləcək bitki orqanının 

üzərinə elə hesabla yerləşdirirlər ki, teleytosporlar çüçərsinlər və 

əmələ  gələn bazidiosporlar püxtələşərək peyvənd ediləcək bitki 

orqanının üzərinə düşsünlər. Teleytosporlu materialı olan 

hissəcikləri birbaşa peyvənd ediləcək bitki hissəciyinin üzərinə də 

yerləşdirmək olar.  

Bitkinin monobazidiosporlu yoluxmasını  təmin etmək üçün, 

içərisində teleytosporlu material olan qapaqları vaxtaşırı (hər 2 – 3 

saatdan bir) yüngülcə çevirirlər, bunun nəticəsində bazidiosporlar 

peyvənd ediləcək bitki orqanının müxtəlif hissələrinin üzərinə 

düşür və bununlada bir bazidiosporla maksimum miqdarda 

yoluxmanı  təmin etmiş olurlar. Monobazidiosporlu yoluxmanı 

yalnız özündə bir damcı spermoqonial nektar daşıyan bir spermo-



Yüklə 268,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə