Microsoft Word fitopatogen sooon docx



Yüklə 268,71 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix05.06.2018
ölçüsü268,71 Kb.
#47540
1   2   3   4   5   6   7   8   9   ...   12

22

 

Əgər peyvəndləməni patogenin sporları ilə yerinə yetirmək 



vacibdirsə  və  təbiətdə bu göbələyin spordaşıyanı yoxdursa, o 

halda, bitkinin yoluxmuş hissələrini göbələyin daha yaxşı spor 

əmələ gətirməsi və ordakı sporların su ilə yuylması üçün rütubətli 

kameraya yerləşdirmək məsləhət görülür. 

Əlbətdə, yuxarıda qeyd edilən mülahizələr baxımından pey-

vəndin çoxaldılması təmiz mühit şəraitində də mümkündür. 



Fusarium, Verticillium, Helminthosporium, Sclerotinia, 

Typhula, Thielaviopsis və s. növdən olan göbələklərlə torpaq vasi-

təsi ilə bitkilərin peyvəndlənməsi zamanı  təmiz mühit şəklində 

olan peyvəndi  əvvəlcədən sınaq  şüşələrində elə substratda çoxal-

dılır ki, sonradan onu torpağa köçürmək mümkün olsun. Substrat 

məqsədi ilə ya taxıl və yaxud digər bitkilərin toxumlarından 

istifadə olunur. Toxumların üzərinə 1:1 nisbətində su tökürlər və 

avtoklavada 1 atm təzyiq altında sterilizə edilir. İlkin infeksiyanın 

substrata köçürülməsindən sonra patogenin substratda bərabər 

şəkildə paylaşması üçün 5 gündən bir 2-3 dəfə silkələməklə opti-

mal temperatur şəraitində 10-15 gün saxlanır. Buğda, çovdar, darı, 

paxlalılar və s. kimi bitkilərin toxumları suda qaynadılaraq sterilize 

edildiyində becərilmə prosesi zamanı göbələk tərəfindən mənimsə-

nilən sıyığabənzər kütlə əmələ gəlir. Buna görə də xırda kəsilmiş 

saman, vələmir, arpa, qarabaşaq yarması  və s. kimi bitkilərdən  

istifadə etmək məsləhət görülür. Bu məqsəd üçün qarğıdalı toxum-

ları da uyğundur. Külli miqdarda sporlu material hazırlamaq üçün 

göbələk mühitlərinin həyat fəaliyyəti nəticəsində  əmələ  gələn 

zərərli məhsulları aradan qaldırmaq üçün sterilliyin saxlanılması 

ilə birlikdə məcburi aerasiya yaratmaq vacibdir. Sporlu peyvəndin 

əldə edilməsi üçün substratda toxumlar nə  qədər seyrək və arala-

rında boşluq çox olarsa bir o qədər yaxşıdır. Mitselili kütlə  və 

müxtəlif sklerositlərin formasında yetişdirilməsində də, bu təlabat 

səmərəlidir.  

Bəzi hallarda aqarlı mühit də yetişdirilmiş  təmiz mühit his-

səciklərindən də istifadə etmək olar. 

Açıq və örtülü sahə təcrübələri zamanı peyvənd kimi, birbaşa 

sahədən götürülmüş yoluxmuş bitki qalıqlarından hazırlanan təbii 



23

 

yoluxucu materialdan istifadə edilir. Bu üsulla, müxtəlif növ və 



cinslərdən olan bitkilərin xəstəliklərə davamlılığını yoxlamaq üçün 

infeksion (yoluxucu) fon yaradırlar. Amma infeksion fonun yara-

dılması özlüyündə yetərli qədər uzun prossesdir. Məsələn, pam-

bığın növ və formalarını  Verticillium Dahiae göbələyinə dözüm-

lülüyünə qarşı  sınaqdan keçirmək üçün infeksion fonun 

yaradılması zamanı, birinci il sahəni göbələklə yoluxmuş bitki 

qalıqları ilə  şumlamaq və bolluca sulamaq lazımdır. Növbəti ildə 

bu xəstəliyə davamlı pambıq növü əkilməli, məhsul yığımından 

sonra isə, yenidən yoluxmuş bitki qalıqları torpaq altına verilir. 

Bundan sonra, infeksion torpaq fonu bitki növləri və sortlarının 

sınaqdan keçirilməsi üçün hazır hesab edilə bilər.  

Yoluxmanın uğurla yerinə yetirilməsi infeksion başlanğıcın 

miqdarından asılı olduğuna görə, adətən süni yoluxdurulan sahəyə 

əlavə olaraq kolba və ya şüşə qablarda vələmirin sterilizə edilmiş 

dənlərində artırılmaqla 200-dən 900 kq/ha qədər yerişdirilmiş 

peyvənd verilir. Sonuncu üsulun üstünlüyü ondan ibarətdir ki, 

sahəyə virulentlik dərəcəsi yüksək olan potagen ştamı verilməsinə 

şərait yaranır.  

Təcrübə aparılan göbələyin sporlarının peyvənd kimi istifadə 

edilməsi zamanı adətən onların sulu suspenziyasını hazırlanır. 

Müqayisə edilməsi mümkün məlumatların alınması üçün eyni 

qatılığa malik spor suspenziyası hazırlanır. Hazırlanan  suspen-

ziyanın bir neçə damcısına zəif böyütmə dərəcəsində mikraskopla 

baxır və vahid sahədə sporların orta sayı müəyyən edilir. Sonradan 

göbələyin eyni cinsinin müxtəlif  ştamlarının spor suspenziyala-

rının eyni qatılığda olmasına  nail olmaq üçün uyğun nisbətdə su 

ilə qarışdırılır. 

Peyvəndin həyat qabiliyyətinin yoxlanılması. Biitkilərin 

peyvəndlənməsində ən vacib hallardan biri yoluxdurucu materialın 

həyat qabiliyyətidir. Ona görə istifadədən öncə peyvəndin həyat 

qabiliyyəti laborator şəraitdə onun cücərməsi ilə yoxlanılır. Spor-

ların həyat qabiliyyətinin dərəcəsini onların yetişmə faizi və tezliyi 

ilə  müəyyən edirlər.  

Bununla yanaşı, onu da nəzərə almaq lazımdır ki, bir çox 



24

 

göbələklərin sporları tamamilə su altında olduqları zaman yetiş-



mirlər. Onların yetişməsi üçün bir qayda olaraq nəmişlikdən əlavə 

hava da vacib ünsürdür. Ona görədə,  əşya  şüşəsindəki su damcı-

sının üzərinə yerləşdirilmiş və sonradan rütubətli kameraya qoyul-

muş spor, daha yaxşı yetişir.  

Bundan  əlavə A.A.Benken müəyyən etmişdir ki, bir çox 

göbələklərin sporları su damcısında yalnız o zaman yetişir ki, ora-

da sporların yetişməsini dərhal stimulizə edən və üzvi maddələrin 

suya keçməsini həyata keçirən bitkin yarpağının canlı hissəciyi 

olsun.  

Pas göbələklərinin teleytosporları  təbii  şəraitdə  qışlama pro-

sesindən sonra yetişirlər (bəzi istisnalar ilə, məsələn çovdarda 

Puccinia dispersa, taxılda P. glumarum və başqalarında). Ona görə 

də, pas göbələyi ilə yoluxmuş bitkilərin hissəciklərini Petri nimçə-

lərinin qapağının içəri hissəsinədəki su damcısına yerləşdirib 

təmamilə suya batırmırlar, və içərisinə halqavari nəm filtirli kağız 

sərilmiş nimçənin ağzını qapaqla bağlayırlar. Əgər sporlar fizioloji 

cəhətdən yetkindilərsə, onda onları axşam rütubətli kameraya 

yerləşdirdiyimiz zaman səhər onlar kütləvi miqdarda bazidispor 

yaratmaq şərti ilə cücərəcəklər.  

Sürmə göbələklərinin xlamidosporları  nəyinki təkcə su dam-

cısı üzərində, hətta Petri nimçəsinə yerləşdirilmiş  və onun tam 

tutumunun 45%-dək nəmlənmiş torpaq sahəsi üzərində  də 

cücərmək qabiliyyətinə malikdirlər. Qışlıq buğdanın cirtdan sürmə 

(Tilletia contraversa Kuehn) patogeninin xlamidosporlarını cücər-

mək üçün 45 gün və daha çox müddət, aşağı temperatur (4-6

yaxın) və  işığın təsiri tələb olunur, ya da xlamidosporları 10%-li 



kalium permanqanat məhlulunda emal etmək lazımdır.  

Qeyd edilən misallardan göründüyü kimi, göbələk sporlarının 

cücərməsini heç də  həmişə tez əldə etmək olmur, hətta onlar 

yetərli qədər yetkin və həyat qabiliyyətli olsalar da. Hərdən spor-

ların cücərməsini bu və ya digər xüsusiyətlər ilə xarakterizə etmək 

üçün bu məlumatları bilib, nəzərə almaq lazımdır. Beləliklə, yalnız 

turşu və  qələvilərin zəif qatılığının iştirakı olduğu hallar istisna 

olmaq şərti ilə, bəzi bazidial göbələklərin sporları (himinomisetlər) 




Yüklə 268,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə