193
olan iki uran-235 qəlpəsindən (2) və partladıcıdan (1) istifadə olunur. Partladıcı işə
salındıqda uran qəlpələri bir-birinə birləşir və neytronlarla qarşılıqlı təsirdən idarəolunmayan
zəncirvarı reaksiya baş verir – atom bombası (3) partlayır.
Elektron resurslar:
1. ru.wikipedia.org/wiki/Атомные_.
2. traditio-ru.org/wiki/Атомные_.
3. kinolot.com/dokumental/55715-
4. zeka.az/257-xirosima-vj-naqasaki.
5. salamnews.org/az/news/read/..
6. kepeztv.az/?q=atom-bombası,-nüvə.
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq
dərəcəsini
müəyyən etmək olar.
M-lar
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
İzahe
tm
ə
Zəncirvarı nüvə re-
aksiyasının
başvermə
mexanizmini izah
etməkdə çətinlik çəkir
Zəncirvarı nüvə re-
aksiyasının başvermə
mexanizmini
çətinliklə izah edir.
Zəncirvarı nüvə re-
aksiyasının başvermə
mexanizmini qismən
doğru izah edir.
Zəncirvarı nüvə re-
aksiyasının başvermə
mexanizmini tam
doğru izah edir.
Şə
rhetm
ə
İdarəedilməyən
zəncirvarı reaksiyanın
atom bombasında
tətbiqini şərh
etməkdə
çətinlik çəkir.
İdarəedilməyən
zəncirvarı reaksiya-
nın atom bombasında
tətbiqini az səhvlərə
yol verməklə şərh
edir.
İdarəedilməyən
zəncirvarı reaksiy-
anın atom bombasın-
da tətbiqini əsasən
doğru şərh edir.
İdarəedilməyən
zəncirvarı reaksiya-
nın atom bombasında
tətbiqini ətraflı şərh
edir.
M
əs
əl
ə h
əll
et
m
ə
Zəncirvarı nüvə re-
aksiyası zamanı ay-
rılan enerjinin he-
sablanmasına aid
məsələlər müəllimin
köməyi ilə həll edir.
Zəncirvarı nüvə re-
aksiyası zamanı ay-
rılan enerjinin he-
sablanmasına aid
məsələləri çətinliklə
həll edir.
Zəncirvarı nüvə re-
aksiyası zamanı ay-
rılan enerjinin hesab-
lanmasına aid
məsələləri qismən
doğru həll edir.
Zəncirvarı nüvə re-
aksiyası zamanı ay-
rılan enerjinin he-
sablanmasına aid
məsələləri doğru həll
edir.
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur.
194
Dərs 93/
MƏSƏLƏ HƏLLİ
Burada çalışma 4.6-dakı tapşırıqlar həll oluna bilər.
1. Cavab: Protonlar arasındakı itələmə xarakterli Kulon qüvvələrinin hesabına uran nüvəsinin
bölünməsindən alınan nüvə qəlpələri böyük sürətlə bir-birindən uzaqlaşır.
2.
→
3 ∙
3. Cavab: B)
4. Cavab: 2 və 3, çünki bu reaksiyalardan yeni nəsil neytronlar yaranır. Həmin neytronların
hər birinin (azı ikisinin) yeni ağır nüvələr ilə qarşılıqlı təsiri zəncirvarı reaksiyanın yaranma-
sını təmin edir.
5. İzahlı həlli. Elementlərin xüsusi rabitə enerjisinin nuklonların sayından asılılıq qrafikindən
(bax: Fizika- 9, 4.9-cu mövzu) plutoniumun xüsusi rabitə enerjisi təyin olunur:
.
8
. Bölünmədən alınan orta qrup elementlərin
xüsusi rabitə enerjisi
ö . ü .
8,5
. Bu enerjilər arasındakı fərq:
8,5
8
0,5
.
Hər bölünmədə 239 nuklon iştirak etdiyindən alarıq:
0,5
∙ 239
119
.
Kütləsi 1 kq olan Plutonium -239 izotopu
N =
, ∙
2,5 ∙ 10
nüvədən ibarətdir. Bu nüvələrin bölünməsindən ayrılan ümumi enerjinin miqdarı:
119 ∙
2,5 ∙ 10
2,975 ∙ 10
.
Kütləsi 10 kq olan Plutonium -239 izotopunun nüvələrinin bölünməsindən ayrılan ümumi
enerjinin miqdarı:
10 ∙ 2,975 ∙ 10
29,75 ∙ 10
.
Dərs 94/Mövzu:
RADİOAKTİV ŞÜALANMANIN TƏSİRİ.
ŞÜALANMANIN UDULMA DOZASI
Alt
STANDARTLAR
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini və
onların baş vermə səbəblərini şərh edir.
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı
təsirinin rolunu izah edir.
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom
və nüvə hadisələrinə uyğun
cihazlardan istifadə edir.
3.2.1. Müxtəlif fiziki hadisələrə (elektromaqnit, işıq, atom və nüvə)
əsaslanan qurğuların iş prinsiplərini şərh edir.
Təlim
NƏTİCƏLƏRİ
Kütləvi qırğın silahlarının partlayışının radioaktiv şüalanmasının
təsirlərini şərh edir.
Radioaktiv şüalanmanın tərkibini təsnif edir.
Şüalanmanın udulma dozasının miqdarını müəyyən edən kəmiyyətlər
arasındakı əlaqəni təyin edir .
195
Maraqoyatma mərhələsinə dərsliyin
A blokundakı tərbiyəvi əhəmiyyət
kəsb edən tarixi
fakta dair məlumat verməklə başlamaq tövsiyə olunur. Bu zaman müzakirə üçün mətnin
sonundakı suallardan istifadə etmək məqsədəuyğundur.
Tədqiqat sualı
:
“
Radioaktiv şüalanmanın tərkibi nədir və bu şüalanmanın hansı miqdarı
insan üçün təhlükəlidir?”
Bu mövzunu müəllimin “Məktəb mühazirəsi” üsulu ilə tədris etməsi məqsədəuyğun sayılır.
Mühazirəni aşağıdakı plan əsasında aparmaq tövsiyə edilir.
Plan:
1. Radioaktiv şüalanma və onun tərkibi.
2. Şüalanmanın udulma dozası və onun vahidi.
3. Detektor (Heyger sayğacı).
4. İnsan orqanizmi üçün radioaktiv şüalanmanın təhlükəsiz dozası.
Mühazirə zamanı imkan olarsa, məişət dozimetrini nümayiş etdirib ondan istifadə qayda-
sı haqqında izahat vermək faydalı olardı.
Dozimetr – hər hansı bir müddət ərzində (məsələn, iş növbəsində hər hansı ərazidə olduğu
müddətdə) orqanizmin qəbul etdiyi ionlaşdırıcı şüalanmanın dozasını ölçmək məqsədilə
istifadə olunan cihazdır.
Dozimetrin əsas hissəsi detektordur.
Detektor – ionlaşdırıcı şüalanmanı qeyd edən qurğudur.
Detektora ionlaşdırıcı zərrəcik düşdükdə elektrik siqnalı (cərəyan və ya gərginlik impulsu)
yaranır ki, bu siqnallar da detektor tərəfindən hesablanır. Şüalanma dozası haqqında
məlumat
elektromexaniki sayğaca, səs və ya işıq siqnalizatorlarına ötürülür. Dozimetrin sadələşdiril-
miş blok-sxemi aşağıdakı şəkildə təsvir edilmişdir:
Bundan sonra sinifdə müsahibə aparılır:
– Radioaktiv şüalanma nədir?
– Radioaktiv şüalanmanın tərkibi nədir?
– α- şüalanması orqanizmə hansı yolla düşə bilər və ondan necə qorunmaq olar?
– β- şüalanmasının nüfuzetmə qabiliyyəti digər şüalanma zərrəciklərinin nüfuzetməsindən nə
ilə fərqlənir? Bu şüalanma orqanizmə hansı yolla düşə bilər və ondan necə qorunmaq olar?
– γ- şüalanmasından qorunmaq mümkündürmü?
– Şüalanma dozası nədir və o hansı vahidlə ölçülür?
– Orqanizmin və ya ərzağın şüalanma dozasını necə təyin etmək olar?
– Dozimetrin quruluşu hansı ümumi hissələrdən ibarətdir və onun iş prinsipi nəyə əsaslan-
mışdır?
Təklif olunan cədvəl və sxemlər.