161
A T L E T İ K G İ M N A S T İ K A
Atletik gimnastika haqqında 8-ci sinfin dərsliyində müəyyən
məlumatlar
verilmişdir. Bu idman növü insan bədəninin harmonik, atletik şəkildə formalaşdı-
rılmasında əvəzsiz vasitə hesab olunur.
Atletik gimnastika haqqında 8-ci sinfin dərsliyində müəyyən məlumatlar
verilmişdir. Bu idman növü insan bədəninin harmonik, atletik şəkildə formalaş-
dırılmasında əvəzsiz vasitə hesab olunur.
Atletik gimnastika hərəkətləri ağırlıqlar, öz
bədəninin çəkisi və başqa mü-
qavimətlərlə yerinə yetirilir. Bu hərəkətlərin insan bədəninə təsiri yalnız əzələlərin
harmonik inkişafı ilə məhdudlaşmır. Düzgün məşq prinsiplərinə uyğun və hazırlıq
səviyyəsi nəzərə alınmaqla təşkil edilən atletik məşğələlər əzələ sisteminin inkişafı
ilə yanaşı ürək-damar, tənəffüs, endokrin sistemlərinin işini yaxşılaşdırır, orqa-
nizmin xarici mühitin mənfi təsirlərinə qarşı müqavimətini artırır. Atletik gimnas-
tika məşğələlərinin düzgün təşkilindən asılıdır.
Atletik gimnastika məşğələlərinin təşkilinin əsas qaydaları
İnsanın bədən quruluşunun harmonik inkişafını təmin etmək üçün məş-
ğələlər zamanı istifadə edilən qüvvə hərəkətləri bütün əzələ qruplarını – boyu, çiyin
qurşağı, qol, kürək, qarın, qıç əzələlərinin hamısını əhatə etməlidir.
Məşğələ za-
manı yuxarıda qeyd olunan əzələ qrupları ilə işləyərkən mütləq antoqonist əzələlərə
diqqət ayrılmalıdır. Əks halda bir oynağı əhatə edən və yalnız bir istiqamətdə
«işləyən» əzələlərin inkişaf etdirilməsi əzələlərin görünüşündə arzu olunan har-
monikliyin əldə olunmasına imkan verməyəcəkdir. Məsələn,
gövdənin ön əzələ
qrupları (gövdəni bükən) inkişaf etdirilirsə, mütləq gövdənin arxa əzələ qrupları da
(gövdəni açan) inkişaf etdirilməlidir və ya bazunun ikibaşlı əzələsi ilə yanaşı onun
arxa-üçbaşlı əzələsi də inkişaf etdirilməlidir və s.
Əzələnin müxtəlif iş rejimlərindən istifadə olunmalıdır. Yəni həm dinamik
(əzələnin uzunluğunun dəyişməsi ilə yerinə yetirilən hərəkətlər), həm də izometrik
(əzələnin uzunluğunun dəyişməməsi ilə yaradılan əzələ gərginliyi)
rejimlərdə fiziki
yük icra olunmalıdır. Dinamik rejim əzələnin en kəsiyinin qalınlaşmasına, böyü-
məsinə şərait yaradırsa, izometrik hərəkətlər əzələnin mərkəzi sinir sistemi tərə-
findən innervasiyasını (sinir impulslarının göndərilməsini) yaxşılaşdırmaqla hərə-
kət sürətinin artmasına,icra koordinasiyasının yaxşılaşmasına şərait yaradır.
Atletik gimnastika məşğələləri zamanı düzgün qida rejiminə əməl olunması
olduqca vacib şərtdir. Bu məşğələlər qüvvə istiqamətli hərəkətlərin çoxsaylı təkrarı
ilə yerinə yetirildiyindən əzələnin daxili strukturunda dəyişiklik baş verir və belə
halda əzələnin inkişafı üçün zülal (amin turşuları) tərkibli qidaya orqanizmin
ehtiyacı artır. Çünki zülallar əzələnin inkişafı üçün əsas tikinti «materialları» hesab
Çap üçün deyil
162
olunur. Belə qida maddələrinə ət, balıq, yumurta, pendir, kəsmik, süd kimi heyvani
mənşəli qidalar, eyni zamanda qoz, noxud və digər
zülalla zəngin olan bitki
mənşəli qida maddələri aiddir. Hazırda qida əlavələri kimi müxtəlif amin turşuları
hazır şəkildə vardır və ciddi məşğələlər zamanı onlardan istifadə olunması da
məqsədə uyğundur.
Atletik məşğələlər zamanı nəzərə almaq lazımdır ki, yatmağa ən azı saat
yarım qalmış və yeməkdən 1-1,5 saat sonra məşq etmək olar.
Atletik məşğələlərə yeni başlayanlar üçün həftədə hər biri 30-60 dəqiqə
olmaqla 2-3 məşq nisbətən təcrübəli olanlar üçün isə hər biri 90-130 dəqiqə
olmaqla 4-5 məşq planlaşdırmaq olar.
Atletik gimnastika məşğələlərinə 60 dəqiqə ərzində yerinə yetirilən silsiləli
qaçış və səhər gimnastikası kompleksləri əlavə etmək zəruridir. Bu məşğələlər 3
hissədən – hazırlayıcı, əsas və tamamlayıcı hissələrdən ibarətdir.
Hazırlayıcı hissə.
Bu hissəyə ümumi məşq vaxtının 10-15% sərf olunur və
əsas məqsədi böyük fizikiyük yerinə yetirəcək orqanizmi bu işə hazırlamaqdır. Bu
məqsədlə asta qaçış, ümuminkişaf hərəkətləri, əşyalarla (yüngül qantellər,
amartizatorlar, espanterlər) yerinə yetirilən qüvvə hərəkətləri
və əyilgənlik üçün
hərəkətlər daxil edilir.
Əsas hissə.
Əvvəlcədən planlaşdırılmış qüvvə hərəkətləri kompleksinin
yerinə yetirilməsinə həsr olunur.
Tamamlayıcı hissə.
Bu hissədə sinir-əzələ sistemində böyük həcmdə hərə-
kətlərin icrası ilə əlaqədar yaranmış gərginliyi aradan qaldırmaq məqsədi ilə yeriş,
tənəffüs hərəkətləri yerinə yetirilir.
İnsan bədəninin əsas əzələ qrupları
Bədənin əsas əzələ qrupları şəkil 113-də verilmişdir.
1- ovuc əzələləri. Ovucu büküb-açırlar
2 – said əzələləri. Daxili said əzələləri barmaqları və ovucu bükür, xarici
said əzələləri isə onları açır.
3 , 22 – çiyinin (bazunun) ikibaşlı əzələsi. Çiyinin ön hissəsində yerləşir,
qolu dirsəkdən bükür, biləyin xaricə döndərilməsində iştirak edir.
4, 19 – çiyinin üçbaşlı əzələsi. Çiyinin arxa hissəsində yerləşir, qolu
dirsəkdən açır.
5, 23 – kürəyin böyük əzələsi. Kürəyin aşağı hissəsində yerləşir, çiyini
fırlayır, yuxarıya qaldırılmış qolu gövdəyə yaxınlaşdırır.
6, 24 – kürəyin enli əzələsi. Döş qəfəsinin arxa hissəsində yerləşir. Çiyini
gövdəyə yaxınlaşdırır. Qolu daxilə fırladır, onu arxaya çəkir.
7, 20 – qarının çəp əzələsi. Qarının yan tərəfində yerləşir. Gövdənin
fırlanması və əyilməsində iştirak edir.
8 – budun dördbaşlı əzələsi. Budun ön hissəsində yerləşir, qıçı diz oyna-
ğından bükür, budun çanaq oynağından bükülməsində iştirak edir.
Çap üçün deyil