20
1.
Məşqin fasiləsizliyi (sistemli olaraq təkrarlanması).
Məşqin mü-
əyyən bir qrafik əsasında sistemli olaraq keçirilməsi
orqanizmin əzələ sistemində
dəyişikliyin (inkişafın) baş verməsi üçün olduqca mühüm şərtdir. Yeniyetmə
özünün hazırlıq səviyyəsindən və seçdiyi idman növünün xüsusiyyətindən, dərs
qrafikindən asılı olaraq həftədə ən azı 3 və daha çox məşq planlaşdıra bilər.
Məşqlər arasındakı fasilə əvvəlki məşq yükünün yaratdığı yorğunluğun tam aradan
qalxması üçün yetərli olmalıdır. Bundan başqa orqanizmin tam bərpası və daha
yaxşı məşqlənmə effekti əldə etmək üçün müxtəlif bərpa vasitələrindən (masaj
prodsedurları, vitaminlərdən istifadə və s.) və düzgün qidalanmadan istifadə
edilməlidir.
2.
Məşq yükünün müvafiqliyi.
Seçilmiş məşq yükü məşqin qarşısında
duran vəzifələrin həlli üçün adekvat olmalıdır. Məsələn,
qüvvə qabiliyyətinin
inkişafı üçün biz qüvvə hərəkətlərindən, sürətin inkişafı üçün sürət hərəkətlərindən,
sürət-gücün inkişafı üçün məhz bu qabiliyyəti inkişaf etdirən hərəkətlərdən
(sıçrayış, tullanmalar) istifadə olunmalıdır.
3.
Məşq yükünün tədricən artırılması.
Məşq yükünün normallaşdırıl-
ması üçün onun həcmi və intensivlik göstəricilərindən istifadə olunur. Bu
göstəricilər məşq yükünün mərhələsindən, qarşıya qoyulan məqsəddən asılı olaraq
tədricən artırılmalıdır. Orqanizmin əzələ sistemində arzuolunan məşqlənmə ef-
fektliliyinin yaradılması məşq yükünün yuxarıda qeyd olunan
iki göstəricisi
əsasında həyata keçirilir.
4.
Məşq yükünün dalğavari və müxtəlif variantlı olması.
Məşq prosesi
məşq yükünün həcminin və intensivliyinin artırılmasını qarşıya qoyur. Lakin bu
daimi xarakter daşıya bilməz. Bu səbəbdən də məşq yükü dalğavari olaraq
dəyişməli, azalıb-artırılmalıdır. Bu dəyişmə prosesi idman növündən, illik məşqin
mərhələsindən asılı olaraq həyata keçirilir və bu zaman
ixtisaslaşma növündə
məşqçinin tövsiyələri əsas götürülməlidir.
5.
Məşq prosesinin silsiləli xarakterdə olması.
Bu illik məşqin hər
hansı mərhələsində müəyyən məşq hərəkətlərinin təkrarən istifadə olunmasını
əsaslandırır.
M
ÖVZU ÜZRƏ SUALLAR
1.
Fiziki yükün təsiri ilə orqanizmdə baş verən dəyişikliklər nədən
asılıdır?
2.
Müstəqil məşğələlərin təşkili hansı prinsiplərdən asılıdır?
3.
Məşq yükünün müvafiqliyi nədir?
Çap üçün deyil
21
Sağlamlığın qorunması və möhkəmləndirilməsi
Hərəki fəaliyyətin təşkili
Siz hərəkətlərin (fiziki yükün) insan orqanizmində baş verən bütün pro-
seslərə təsiri haqqında kifayət qədər məlumata maliksiniz. Fiziki yük orqanizmin
sağlamlığının təmin olunması üçün təbii bioloji ehtiyacdır. Bu hərəki ehtiyac
ödənilmədikdə insan sağlamlığında çoxsaylı problemlər baş verir. Böyüyən
orqanizmin hərəkətə olan ehtiyacı daha çoxdur və sağlam böyümək üçün olduqca
zəruri amildir. Çünki orqanizmin müxtəlif funksional sistemlərinin normal for-
malaşmasının ən mühüm şərti hərəkətdir. Məhz hərəkətlər
nəticəsində orqanzimdə
hüceyrələrin və toxumaların oksigenlə, qida maddələri ilə təchizi yaxşılaşır və
onlar orqanizmin yaş, cinsi, genetik tələblərinə müvafiq formalaşırlar. Hərəki,
əzələ fəaliyyətinin məhdudluğu orqanizmin hərtərəfli formalaşmasını və inkişafını
ləngitməklə yanaşı eyni zamanda hərəki bacarıq və vərdişlərə yiyələnmə prosesini
də xeyli çətinləşdirir. Mərkəzi sinir sisteminin hərəki fəaliyyəti tənzimləmə
funksiyasını zəiflədir.
Günün müxtəlif vaxtlarında hərəki fəallıq müxtəlifdir. Günün birinci
yarısında bu fəallıq təxminən saat 7-8 və 12-14-ə təsadüf edir.
Günün ikinci
yarısında isə əzələ fəallığı artır və bu fəallıq saat 16-17 və 20-21 arasında olur.
Məktəblilərə hərəki fəallıq hər saatda və hər gündə zəruridir. Burada
oğlanlar və qızlar arasında müəyyən fərqlər nəzərə çarpır. Oğlanlarda hərəki fəallıq
qızlara nisbətən təxminən 20-30% çoxdur. Qızların müstəqil hərəki fəallığa
meyilləri xeyli azdır. Müşahidələr göstərir ki, böyüdükcə onların bədən tərbiyəsi və
idmana olan marağı tədricən azalır.
Məktəblilərin hərəki, əzələ fəallığı fəsildən də asılı olaraq dəyişir. Adətən
qışda bu fəallıq azalır, eyni zamanda sutkalıq hərəki fəallığın azalması maddələr
mübadiləsinin və fizioloji funksiyaların aşağı düşməsi ilə əlaqədardır. Lakin qış
aylarında hərəki fəallığın artırılması olduqca zəruri amildir.
Yaz və payız vaxtlarında şagirdlərdə hərəki fəallıq
yüksəlir və bu fizioloji
funksiyaların artması ilə müşahidə olunur.
Müxtəlif yaşlı şagirdlərin hərəki fəallığının təxmini normalarının müəyyən
olunmasına cəhdlər olmuşdur. Fiziki tərbiyə və idman üzrə Beynəlxalq Şura
«İdman haqqında manifest» adlı xüsusi nəşr çap etmişdir. Burada ümumtəhsil
məktəblərində şagirdlərin gündəlik fiziki hərəkətlərin icrasına sərf etməli olduqları
vaxtın müəyyən olunmasına cəhd edilmişdir. Bu təşkilatların ekspertlərinin
qərarına görə ümumi tədris vaxtının 6/1-dən 3/1-nə qədər
olan vaxt şagirdlərin
fiziki tərbiyəsinə ayrılmalıdır. Başqa sözlə şagirdlər hər gün təhsil üçün ayrılmış
vaxta (oturaq və ya az hərəkətli rejimdə) müvafiq fiziki tərbiyə və ya oyunlarla
məşğul olmalıdırlar.
Çap üçün deyil