Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə27/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   23   24   25   26   27   28   29   30   ...   315

Fuad Məmmədov

 

 

58



Demokratik respublikalar da iki tipə bölünür: parlamentli və prezident 

(dualist).  Parlamentarizm  əmək və kapital arasındakı ziddiyyətin aradan 

qaldırılmasının, bəşəri dəyərlərin prioritetləri  əsasında demokratik cəmiy-

yətin müxtəlif sosiumları arasında maraqların uyğunlaşdırılmasının və hu-

manist dünyagörüşün yüksək mədəni standartlarına sadiqliyinin qeyri-sinfi 

vasitəsi kimi nəzərdən keçirilir. Parlament respublikası hökumətin təşkilini 

parlament çoxluğu adından nəzərdə tutur. Bu hökumət parlament qarşısında 

məsuliyyət daşıyır. Parlament tərəfindən etimadsızlıq rəyi göstərildiyi halda, 

hökumət istefaya gedir, yaxud hökumət başçısı parlamenti buraxır və yeni 

seçkilər təyin edir. Dualist prezident respublikasının xüsusiyyətləri  ondan 

ibarətdir ki, fəaliyyətlərinə görə onun qarşısında məsuliyyət daşıyan nazir-

ləri prezident özü təyin edir. Hesab olunur ki, prezident hakimiyyəti forma-

sı milli maraqlara daha yaxşı tərzdə uyğun gəlir və icra hakimiyyətinin zəif-

liyini və parlamentin üstünlüyü ilə bağlı “demokratiyanın artıqlığından ya-

ranan çatışmamazlıqları” aradan qaldırmağa imkan verir.  

Ölkənin iqtisadi inkişaf səviyyəsinin və onun sosial rifahının cəmiyyətin 

ruhi mədəniyyət səviyyəsindən asılı olduğunu nəzərə alaraq, aydın olur ki, 

sosial mədəniyyətin demokratlaşdırılması, dövlət idarəçiliyi mədəniyyəti-

nin təkmilləşdirilməsi, ölkənin idarə edilməsi və onun monitorinqində qey-

ri-hökumət təşkilatlarının geniş iştirakı – demokratik dövlətçiliyin inkişafın-



da və dövlət idarəçiliyinin effektivliyində  zəruri  şərtdir.  Şübhəsiz, hər bir 

ayrılıqda götürülmüş demokratik ölkənin dövlətçilik mədəniyyəti  dövlət 



idarəçiliyinin effektivliyi milli liderlərin, siyasətçi və bütün səviyyələrdən 

olan məmurların ümumi və idarəetmə  mədəniyyəti səviyyəsindən, onların 

bilik və təcrübəsindən, alicənablıq və mərhəmət dərəcəsindən, onlar tərəfin-

dən həyata keçirilən sosial siyasətin ədalətliliyindən asılıdır. Bununla belə, 

dövlət ictimai fikri formalaşdıran çox böyük təbliğat maşınına malikdir. Bu 

imkanlardan xalqın kulturoloji maarifləndirilməsi məqsədləri üçün səmərəli 

istifadə etmək zəruridir, bu gün onsuz həyat keyfiyyətinin yüksəldilməsi

vətəndaşların məhsuldar fəaliyyəti və “biliklər cəmiyyətinə” sürətli keçidi 

təsəvvür edilməzdir.  

Demokratik ölkələrin dövlət quruculuğu güclü sosial dövlətin yaradıl-

masına, “biliklər cəmiyyətinin” inkişafına və yüksək rifaha yönəldilir. De-

mokratiyanın siyasi mədəniyyəti inkişafının mühüm vəzifələri: dövlətçilik 

mədəniyyətinin, parlamentаrizm mədəniyyətinin inkişafı, prezident haki-

miyyəti institutunun, siyasi və inzibati-dövlət idarəçiliyi texnologiyalarının 

təkmilləşdirilməsi, hüquqi mədəniyyət və müstəqil məhkəmə üsul-idarəsi-

nin, partiya sistemi və siyasi plüralizmin azad inkişafıdır. Demokratik ölkə-

lərin rəhbərliyi yüksək ruhı mədəniyyətin – milli həmrəylik, ölkənin inkişafı 



İdarəetmə mədəniyyəti 

 

59



və tərəqqisinin əsası, xalqın intellektual potensialının isə - dövlətin strateji 

mədəni varı olduğunu nəzərə alır.  

Dünyanın inkişafı və milli inkişafın tələbat və perspektivlərinin sistemli 

təhlili inandırıcı surətdə göstərir ki, demokratiyanın dəyərlər sisteminə uy-

ğun olaraq, inkişafın məqsəd və vasitəsi, onun sosial – mədəni inkişafı, ri-

fahı və həyat keyfiyyəti iqtisadiyyat deyil, məhz insandır, onun mədəniyyə-

tidir. Dünya demokratik ölkələri dövlətçilik mədəniyyətinin  əsas prinsipi, 

cəmiyyətin inkişafının əsas strateji resursunun insan kapitalı olması məntiqi 

üzərində qurulmuşdur. Söhbət siyasətçilərin və  məmurların, alimlərin və 

diplomatların, istehsalçıların və sahibkarların, ölkənin bütün vətəndaşları-

nın intellektual inkişafı, peşə səriştəsi və sosial etikasına aid prinsiplər, me-

yarlar və tələblərdən gedir. Bu tezis ölkənin tərəqqisi və onun vətəndaşları-

nın ümumi rifahına nail olmaq kimi başlıca məqsədi də əhatə edir.

8

 

Həlli demokratik ölkələrin dövlətçilik mədəniyyətinin pozitiv inkişa-



fına yardım edən aktual milli problemlər sırasına dünya təcrübəsində re-

al dəyişikliklərə, informasiya cəmiyyətinin inkişaf tendensiyalarına və 

qloballaşma çağırışlarına adekvat olan intellektual, etik, hüquqi, idarəet-

mə mədəniyyətinin qabaqlayıcı inkişaf prioritetlərinin yaradılmasını, in-

novativ həyat fəaliyyəti və idarəetmə texnologiyalarının işlənib hazır-

lanmasını aid etmək lazımdır. Bütün səviyyələrdə olan məktəblərdə elm 

və tədris fənni kimi kulturologiyanın hüquqi, təşkilati və informasiya tə-

minatının təsdiqinin universal kulturoloji biliklərə malik yüksək ixtisaslı 

idarəçi kadrların hazırlığının və yenidən hazırlığının genişləndirilməsi-

nin inkişaf etməkdə olan ölkələrin vacib inkişaf mənbəyi olduğunu eti-

raf etmək lazımdır. Əmək mədəniyyəti problemlərinin və sənaye cəmiy-

yəti və bilik cəmiyyətinin paralel quruculuq modellərinin elmi işlənib 

hazırlanması da aktual məsələdir.  

 

 

                                                            

8

 Əsas strateji mənbə kimi insan kapitalının inkişafı Azərbaycan üçün də prioritet əhəmiyyət 



daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev tərəfindən insan kapitalı - 

milli inkişafın başlıca strateji resursu kimi müəyyən edilmişdir. Bu prinsipin reallaşdırılması 

məqsədi ilə respublikada müvafiq dövlət proqramları həyata keçirilir, o cümlədən, ölkədə və 

onun hüdudları xaricində dünya elmi və  təhsilinin nailiyyətləri, həmçinin  əhalinin 

kulturoloji maarifləndirilməsi  əsasında, yüksək ixtisaslı kadrlar hazırlanır. 2009-cu ildə 

Azərbaycan elminin strateji inkişafının başlıca konsepsiyaları hazırlanmış və ölkə Prezidenti 

yanında Elmin İnkişaf Fondu yaradılmışdır. YUNESKO-nun baş direktoru ilə aparılan 

razılaşma  əsasında, Azərbaycan elminin təşkili, idarə edilməsi və maliyyələşdirilməsi üzrə 

təkliflərin hazırlanması üçün respublikaya YUNESKO-nun elmi ekspertləri dəvət 

olunmuşlar. 

 

 



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə