Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə305/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   301   302   303   304   305   306   307   308   ...   315

Fuad Məmmədov

 

 

640



loji mühit və birgə istirahət. Əməkdaşlarla fərdi söhbətlərin aparılması təc-

rübəsi. Kollektivdə peşə attestasiyası təcrübəsi. Ziddiyyətlərin həlli və mü-

naqişələri idarəetmə  təcrübəsi.  İdarəetmə üslubları. “Mədəni insan formu-

lu” meyarları və “üç dairə modeli” yanaşmaları əsasında işgüzar münasibət-

lər mədəniyyətinin idarəetmə effektivliyinə təsiri. Zahiri münasibətlər. İcti-

maiyyət və media ilə əlaqələr. Dizaynın rolu. Partnyorlarla qarşılıqlı əlaqə-

lərdə manipulyasiya, rəqabət və əməkdaşlığın xüsusiyyətləri.  

 

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  



1.

 

Şəxsiyyətlərarası münasibətlər mədəniyyətinə qoyulan tələblər.  



2.

 

Rəhbərlər və liderlər üçün “qiymətləndirmənin qızıl qaydasının” 



dəyəri.  

3.

 

Mədəni insanın davranışı ilə insanın mədəni davranışı arasındakı 



fərq nədədir?  

4.

 

Manipulyasiya, rəqabət və əməkdaşlığın əsas xarakteristikaları.  



5.

 

“Verilmiş surət” və insanların qiymətləndirilməsinə onun təsiri.  



6.

 

Münaqişəsiz münasibətlərin, qarşılıqlı anlaşma və davranışın uz-



laşdırılmasının əsas prinsipləri.   

7.

 

Kollektivdə yüksək işgüzar münasibətlər mədəniyyətinə necə nail 



olmalı?  

8.

 

“Böyük ailə” yapon modeli nədir? 



9.

 

Əmək fəaliyyətinin motivasiyası necə təmin olunur?  



10.

 

Fərdi söhbətləri necə qurmalı və əməkdaşların attestasiyasını necə 



keçirməli?  

11.

 

Kollektivdə münaqişələri necə həll etməli və münaqişələri necə ida-



rə etməli?  

12.

 

İdarəetmə üslublarına peşəkar qiyməti verin.  

 

9-cu mühazirə.  Beynəlxalq münasibətlər mədəniyyəti, beynəlxalq ida-

rəetmənin əsası kimi. Beynəlxalq hüquq, sülh mədəniyyəti və            

münaqişələrin həlli 

Beynəlxalq münasibətlər mədəniyyəti anlayışı. Beynəlxalq hüquq. 

Əsas məqsədlər. Beynəlxalq hüququn əsas prinsipləri. Beynəlxalq hüququn 

formaları  və normaları. Beynəlxalq  ənənələr və beynəlxalq nəzakət. Bey-

nəlxalq hüquq funksiyaları və anlayışları. Mədəniyyətin və mədəni irsin qo-

runması  və inkişaf etdirilməsi hüququ. Sülh mədəniyyəti. Münaqişələrin 

həlli.   



İdarəetmə mədəniyyəti 

 

641



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Beynəlxalq münasibətlər mədəniyyətinin mahiyyəti və xüsusiy-



yətləri. 

2.

 

Müasir beynəlxalq münasibətlər mədəniyyətini müəyyən edən 



əsas prinsiplər  hansılardır? 

3.

 

Beynəlxalq hüququn məqsədləri. 



4.

 

Beynəlxalq hüququn əsas funksiyaları. 



5.

 

Beynəlxalq hüquqda istifadə edilən anlayışlar. 



6.

 

  Mədəniyyət hüquqlarının mahiyyəti nədir? 



7.

 

Mədəniyyət hüquqlarının müəyyən edildiyi beynəlxalq sənədlər. 



8.

 

Sülh mədəniyyəti nədir? 



9.

 

 Münaqişənin aradan qaldırılması məntiqi və psixologiyası. 



10-cu mühazirə. Dini mədəniyyət 

Dini mədəniyyətin bilik dəyəri. İbtidai və sinfi cəmiyyətlərin dinlə-

ri. Qədim, orta əsrlər və müasir alimlərin şüura və etiqada baxışları. Yerli 

kiçik xalqların inancları. Zərdüştlük. Hinduizm. Caynizm. Buddizm. Sinto-

izm. Daosizm. Konfutsiçilik. Yəhudilik. Xristianlıq. İslam. Sihizm. Bəhai-

lər. Sufi cəmiyyəti. Birlik kilsəsi. Beynəlxalq dinlərarası dialoq yolu.  



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar: 

1.

 

Bəşəriyyət dinlərində ümumi və xüsusi olan nədir?  



2.

 

Müasir dünyada hansı dinlər mövcuddur?  



3.

 

Dinlərin humanist fəlsəfəsinin əsas mahiyyəti.  



4.

 

Dini mədəniyyət bilgisi idarəçilərə nə üçün lazımdır?  



5.

 

Müxtəlif dinlərin harmonizasiyası yolları hansılardır?  



 

11-ci mühazirə. İdarəetmə mədəniyyəti: idarəetmə anlayışı, effektivliyi, 

elmi prinsipləri və təşkilati mədəniyyət tipləri 

İdarəetmə  mədəniyyəti anlayışı. Dövlət idarəçiliyi mədəniyyətinin 

mahiyyəti və xüsusiyyətləri. Elmi idarəetmə prinsipləri. Təşkilati mədəniy-

yət tipləri. Dövlət idarəçiliyinin üç mərkəzi problemi. Dövlət idarəçiliyinin 

elmi vəzifələri. Demokratik idarəetmənin əsas prinsipləri. Monitorinq.  

 

 



Fuad Məmmədov

 

 

642



Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar: 

1.

 

İdarəetmə mədəniyyəti nədir?  



2.

 

İdarəetmənin elmi prinsiplərini açıqlayın.  



3.

 

Dövlət idarəçiliyinin missiyası və xüsusiyyətləri. 



4.

 

Dövlət idarəçiliyinin əsas problemləri hansılardır? 



5.

 

Hansı təşkilati mədəniyyət tipləri sizə məlumdur?  



6.

 

Dövlət idarəçiliyinin elmi vəzifələri haqqında nə bilirsiniz?    



7.

 

Demokratik  idarəçilik prinsipləri hansılardır?  



8.

 

Hansı təşkilatlarda hakimiyyət mədəniyyəti zəruridir?  



9.

 

Monitorinqin təyin edilməsı və keçirilməsi qaydası hansılardır?  



 

12-ci mühazirə. “Klassik” və “Siyasi” bürokratiya haqqında. Milli ida-

rəetmə və milli bürokratiyanın vəzifələri haqqında. Azərbaycan Res-

publikasında dövlət idarəçiliyi sisteminin  islahatları haqqında 

Bürokratiya və ya administrasiya - peşəkar qulluqçuların təşkil 

edilmə sistemi kimi: hakimiyyət səlahiyyətləri, imkanlar, məsuliyyət, bü-

rokratiya hakimiyyətinin dörd amili. Hüquqi dövlətin icra hakimiyyətinin 

formalaşdırılmasına səbəb olan amillər. Demokratik idarəetmə mədəniyyə-

tinə qoyulan tələblər. XX əsrin sonu və müasir inzibati-dövlət idarəçiliyi 

üslublarının müqayisəli qiymətləndirilməsi (İ.A.Vasilenko) : qabaqcadan 

görmə  və innovativ fəaliyyət. Bürokratiyaya olan tələblərin dəyişilməsi. 

“Klassik” və “siyasi” bürokratiyanın xüsusiyyətləri. XX əsrin 90-cı illərinin 

əvvəllərində Azərbaycanda dövlət idarəçiliyi sisteminin islahatı. Dövlət 

məsələləri və idarəçilik innovasiyaları. Azərbaycanda milli idarəetmə siste-

minin demokratlaşdırılmasında TASİS-in rolu. Heydər Əliyevin dövlət ida-

rəçiliyi məktəbi.   

Seminar məşğələləri və sərbəst hazırlıq üçün suallar:  

1.

 

Bürokratiya hansı səlahiyyətlərə və imkanlara malikdir?  



2.

 

Bürokratiya hakimiyyətinin dörd amili.  



3.

 

Demokratik idatəetmə mədəniyyətinin əsas xarakteristikaları.  



4.

 

“Klassik” və “siyasi” bürokratiya üslublarının xüsusiyyətləri nə-



dədir?  

5.

 

XX  əsrin 90-cı illərinin  əvvəlində yaranmış sistemdə hansı çatış-



mazlıqlar mövcud idi?  

6.

 

Azərbaycanda dövlət idarəçiliyi sistemində islahatlar hansı forma-



da həyata keçirilir?  


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə