Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
32
9.  Ən yüksək səviyyə: yüksək tələbkarlığa malik, bununla yanaşı, real olmalıdır. 
10.  Ən aşağı  səviyyə: yalnız çatışmazlıqları deyil, həmçinin minimal nailiyyətin 
xüsusiyyətlərini əks etdirməlidir. 
 
Summativ qiymətləndirmə  təhsilin hər hansı mərhələsində (tədris vahidinin, ya-
rımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi-
dir. Summativ qiymətləndirmə  məzmun standartlarının mənimsəmə  səviyyəsinin 
etibarlı göstəricisidir. 
Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr: 
  şifahi təqdimat 
  testlər 
  nailiyyətlərin nümayişi 
Summativ qiymətləndirmə kiçik summativ, böyük summativ və yekun 
qiymətləndirmədən ibarətdir.  
Kiçik summativ qiymətləndirmə (KSQ) bəhs və ya bölmələrin sonunda  müəllim 
tərəfindən, böyük summativ qiymətləndirmə (BSQ) isə yarımillərin sonunda mək-
təb rəhbərliyinin və ya məktəbdə yaradılan müvafiq komissiyanın nəzarəti  ilə fən-
ni tədris edən müəllim tərəfindən aparılır. Summativ qiymətləndirmənin nəticələri 
rəsmidir və  keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. 
Kiçik summativ qiymətləndirmə  fənn kurikulumları  tətbiq olunan siniflərdə  bəhs 
və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. 
Onun nəticələri   yarımillik qiymətlərin  hesablanmasında nəzərə alınır. 
Kiçik summativ qiymətləndirmə vasitələri (test, tapşırıq, yazı işləri və s.) fənni təd-
ris edən müəllim tərəfindən hazırlanır. 
Summativ qiymətləndirmə vasitələri səviyyələr üzrə qiymətləndirmə standartlarına 
görə hazırlanır. Qiymətləndirmə standartları 4 səviyyədə müəyyən olunur: 
1 – aşağı; 2 – orta; 3 – yüksək; 4 – ən yüksək.  
Qiymətləndirmə vasitələri hazırlanarkən aşağıdakılar nəzərə alınır və suallar 
çətinlik səviyyəsinə görə aşağıdakı kimi hazırlanır:  
4-cü səviyyə üzrə suallar – 20%; 3-cü səviyyə üzrə suallar – 30%; 
2-cü səviyyə üzrə suallar – 30%; 1-cü səviyyə üzrə suallar – 20%.  
Xəritə üzərində işlərin qiymətləndirilməsi 
Meyarlar Yaxşı Orta  Zəif 
Qeyd olunmuş 
obyektlərin miqdarı 
Bütün coğrafi 
obyektlər qeyd 
olunub 
Obyektlərin 50%-i 
qeyd olunub 
Obyektlərin 50% -dən 
azı qeyd olunub 
Praktik işlərin 
yerinə  yetirilməsin-
də səliqəlilik 
Qeydlər səhvsiz və 
düzəlişsizdir 
Qeydlərdə cüzi 
səhvlər vardır 
Qeydlər səhv və 
səliqəsizdir 
Praktik işin yerinə 
yetirilməsində də-
qiqlik 
Qeyd olunan ob-
yektlərin kontur 
xəritədəki mövqeyi 
xəritə üzərində 
mövqeyinə uyğun-
dur 
Qeyd olunan ob-
yektlərin bəzilərinin  
kontur xəritədəki 
mövqeyi ilə xəritə 
üzərindəki mövqeyi  
uyğundur 
Qeyd olunan obyekt-
lərin kontur xəritədə 
mövqeyi xəritə 
üzərində mövqeyinə 
uyğun deyil  


 
 
33
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ 
TEXNOLOGİYASININ ŞƏRHİ
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
7 saat 
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    1 saat
 
TƏDRİS VAHİDİ –
1
COĞRAFİYA: DÜNƏN VƏ BU GÜN 
 
1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir. 
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir. 
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir. 
3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir. 
3.2.2. Azərbaycanla həmsərhəd ölkələri kontur xəritədə qeyd edir. 
 


 
34
Dərs 1 / Mövzu:
 AZƏRBAYCAN — MƏNİM VƏTƏNİMDİR  
 
 
 
 
 Dərsdə motivasiya yaratmaq üçün 
müəllim “
Mikrofon” üsulundan 
istifadə 
edə bilər.
 Müraciət olunan şagird “mikrofon” qarşısında öz ölkəsini təqdim edər-
kən fikirlərin təkrarlanmaması şərti ilə ölkənin coğrafi mövqeyini  şərh edir.  
 Bu tapşırıqda  əsas məqsəd  şagirdlərin respublikamız barədə biliklərini aşkara 
çıxarmaq və ümumiləşdirməkdir. Müəllim  şagirdlərə  şəkillərlə bağlı    fərdi və ya 
cütlüklərdə 4–5 dəqiqə ərzində esse yazmağı tapşıra bilər. İşin nəticəsini bir neçə 
esseni dinləməklə müzakirə etmək olar. Şagirdlərdən ölkəmiz haqqında daha geniş 
təsəvvür yaratmaq üçün hansı  şəkillərin  əlavə edilməsinin məqsədəuyğun olması 
soruşula bilər.  
 Şagirdlərə  aşağı sinif “Həyat bilgisi” fənnindən relyefin rənglərin köməyi ilə 
necə təsvir olunması və Azərbaycanın həmsərhəd ölkələri  barədə məlumatların xa-
tırladılması faydalı olardı. Yeni məlumatın izahına sual-cavabla başlamaq məq-
sədəuyğundur. Şifahi sorğu müəllimə şagirdlərin rənglərə görə relyefi nə dərəcədə 
fərqləndiyini və Azərbaycanın həmsərhəd ölkələrini hansı  səviyyədə tanıdıqlarını  
müəyyənləşdirməyə kömək edəcəkdir.  
Fiziki və siyasi xəritələrdə respublikanın mövqeyinin təyin edilməsini asanlaşdır-
maq üçün üfüqün cəhətlərinin xatırlanması faydalı olardı. Müəllim əsas coğrafi ob-
yektlər (Böyük və Kiçik Qafqaz, Talış dağları, Araz, Samur, Astara çayları) və di-
var xəritəsində Azərbaycanın həmsərhəd ölkələrinə dair izah verdikcə  şagirdlərin 
də həmin coğrafi obyektləri ardıcıl olaraq dərslikdə verilmiş xəritələrdə tapması və 
eyni zamanda kontur xəritədə işarə etməsi məqsədəuyğundur. Bunun üçün müəllim 
18 və 34-cü səhifələrdəki tövsiyələr  əsasında kontur xəritə üzərində  işlərin necə 
aparılmasını və işlərin qiymətləndirilməsi meyarlarını izah edir. Kontur xəritə üzə-
rində işin düzgün yerinə yetirildiyinə nəzarət etmək və müvafiq məsləhətlərin veril-
məsi tövsiyə olunur.  
Alt 
STANDARTLAR
3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir. 
3.2.2. Azərbaycanla həmsərhəd ölkələri kontur xəritədə qeyd  
edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 Azərbaycanla həmsərhəd dövlətləri və onların müxtəlif əlamət-
lərini şərh edir; 
 Azərbaycanın qonşu dövlətlərə nəzərən mövqeyini xəritədə mü-
əyyən edir; 
 Azərbaycanla həmsərhəd dövlətləri kontur xəritədə qeyd edir. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə