Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə20/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

 
 
57
Dərs 10 / Mövzu:
 BÖYÜK ŞƏHƏRLƏRİN BÖYÜK PROBLEMLƏRİ 
 
 
 
 
  
Müəllim motivasiyanı dərslikdəki şəkillər və şəkilaltı suallar əsasında qurur. 
Tapşırığı həll etmək üçün şagirdlər cütlərlə fəaliyyət göstərə bilər. Tapşırığı ye-
rinə yetirməzdən  əvvəl bütün sinif üzrə beyin həmləsi həyata keçirilə bilər. Löv-
hədə ayrı-ayrı şəhər və kənd üçün səciyyəvi olan problemlər yazılır və sonda ümu-
mi problemlər seçilir. 
 Yeni mövzunun izahını müəllim müxtəlif  üsullarla həyata keçirə bilər. 
1. “Ziqzaq” üsulundan istifadə etməklə iş 4 “Ekspert” qrupunda aparılır. Onlardan 
hər biri mövcud problemin səbəbləri və onlara xas olan cəhətləri açıqlayır. 
2. Dərslikdəki məlumatlar müstəqil şəkildə təhlil olunur. İş qrup və cütlərdə həyata 
keçirilə bilər. Fəaliyyətin nəticəsi kimi cədvəl tərtib edilir və tamamlanır. 
 
Problem Doğurduğu nəticə
 
Həlli yolu 
 
Verilmiş cədvəli müəllim yeni dərsi izah edərkən də tamamlamaq olar.  
İş prosesində cütlər və ya qruplar T-sxem doldura bilərlər.  
 Nə öyrəndiniz  
Şəhər əhalisinin artması müxtəlif problemlərin yaranmasına səbəb olur. Yaşayış üçün 
mənzil problemi ən başlıca problemlərdən biridir. Nəqliyyat vasitələrinin artması 
tıxac problemini yaradır. Ekoloji cəhətdən içməli su problemi Bakıda daim aktual 
olmuşdur. Məişət tullantıları problemi isə böyük bir sahədə çirkab mənbəyi yaradır. 
Öyrəndiklərinizi yoxlayın 
2.  Nəqliyyatda tıxac problemi, mənzil problemi, tullantı problemi. 
Dərsdən sonra hissəsini müəllim layihə kimi qruplara tapşıra bilər.  
 
 
Alt  STANDART 
3.2.5 Ətraf mühitdə çirklənməyə məruz qalmış ərazilərin fotoalbo-
munu hazırlayır. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 ətraf mühitin çirklənməsində insanların fəaliyyətinin təsirini təhlil 
edir; 
 şəhər və kənd yaşayış məntəqələrinin problemlərinin səbəbləri və 
onların aradan qaldırılmasına dair fərziyyələrini irəli sürür.
 
 
 


 
58
Qiymətləndirmə meyarları:
 
  Təhliletmə 
  Fikiryürütmə 
Zəif Orta 
Yüksək 
Ətraf mühitin çirklənməsində 
insanların fəaliyyətinin təsiri-
ni təhlil etməkdə  çətinlik çə-
kir.  
Ətraf mühitin çirklənməsində 
insanların fəaliyyətinin təsirini 
qismən təhlil edir. 
Ətraf mühitin çirklənməsin-
də insanların fəaliyyətinin 
təsirini ətraflı təhlil edir. 
Şəhər və kənd yaşayış məntə-
qələrinin problemlərinin sə-
bəbləri və onların aradan qal-
dırılmasına dair fərziyyələrini 
çətinliklə irəli sürür.  
 
Şəhər, kənd yaşayış  məntəqə-
lərinin problemlərinin səbəb-
ləri barədə müəyyən fikirlər 
söyləyir, amma onların aradan 
qaldırılmasına dair fərziyyələri 
müəllimin köməyilə irəli sürür. 
Şəhər, kənd yaşayış məntə-
qələrinin problemlərinin 
səbəbləri və onların aradan 
qaldırılmasına dair müstəqil 
fərziyyələr irəli sürür.
  
 
 
 
Dərs 11 / Mövzu:
 İNSANLARIN TƏSƏRRÜFAT FƏALİYYƏTİ 
 
  
Müəllim motivasiyanı  dərslikdə verilmiş suallar əsasında müzakirə etməklə 
apara bilər

 “Fəaliyyət” tapşırığında  şagirdlərə  qədim insanların qidalanması, geyimi, kişi 
və qadın arasında iş bölgüsü və bu kimi suallar verə bilər.
  
 Şagirdlərə təqdim olunan məlumat qismən də olsa tarix fənnindən məlumdur. 
Ona görə  də  şagirdlər mətni sərbəst  şəkildə oxuyub İNSERT cədvəlini doldura 
bilərlər. Müəllim şagirdlərə cədvəlin birinci sütununu doldurmağı, ikinci və üçüncü 
sütunları isə izahdan sonra doldurmağı təklif edir.  
 
Alt 
 STANDART 
3.1.2. Kontur xəritədə ilk yaşayış məntəqələrini qeyd edir. 
3.2.3. İnsanların təsərrüfat fəaliyyətini şərh edir. 
3.2.4. Mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçidi 
sxematik təsvir edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 əmək bölgüsünü nümunələrlə izah edir; 
 mənimsəmə iqtisadiyyatını və  istehsal iqtisadiyyatını fərqləndirir; 
 mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçidi şərh 
edir; 
 kontur xəritədə ilk yaşayış məntəqələrini qeyd edir. 
 


 
 
59
“” 
(bu məlumat mənə tanış idi) 
“+” 
(bu informasiya 
mənim üçün yenidir)
 
“?” 
(bu məsələyə dair əlavə 
məlumat almaq istərdim)
 
 
 
 
 
Dərslikdə olan şəklin təhlilində şagirdlər “Əhali artımı və məskunlaşması” mövzu-
sunda mənimsədikləri məlumatlardan istifadə edə bilirlər. 
Yeni dərsin izahını müəllim kiçik mühazirə şəklində aparır və şagirdlərlə birlikdə 
yeni informasiyaların sxem-konspektini tərtib edə bilər. 
 
 
 Öyrəndiklərinizi tətbiq edin 
 
Mənimsəmə iqtisadiyyatında 
necə əldə olunurdu 
İstehsal iqtisadiyyatında 
necə əldə olunur 
Geyim Təbiətdən birbaşa əldə olunurdu  
İstehsal edilir 
Qida Təbiətdən birbaşa əldə olunurdu 
İstehsal edilir 
 
 Nə öyrəndiniz  
İnsanlar tarixi inkişaf dövründə  mənimsəmə iqtisadiyyatını  istehsal iqtisadiyyatı 
ilə  əvəz etmişlər. Qədim insan qidaya və geyimə olan tələbatını  yığıcılıq  və 
ovçuluq  ilə əldə edirdi. Təbii ehtiyatların tükənməsi əkinçiliyin, kütləvi ovlar isə 
heyvandarlığın inkişafına təkan vermişdir. Maddi nemətlər istehsal etmək  üçün   
insanlar avadanlıqlar  istehsal etmiş və sənaye inkişaf etməyə başlamışdır.  
Öyrəndiklərinizi yoxlayın 
1. Qədim dövr insanları  qidaya və geyimə olan tələbatlarını  yığıcılıq və ovçuluq  
hesabına əldə edirdilər.  
2.  İlk  əmək bölgüsü  kişilər və qadınlar arasında olmuşdur.  Kişilər ov edir, ağac 
qırır, qadınlar isə ovlanan heyvanların dərilərindən geyim hazırlayırdılar.  
3.  Əhalinin say artımı bizon, mamont və digər heyvanların  azalmasına  səbəb 
olmuşdur. 
Dərsdən sonra 
Mesopotamiya, Böyük Çin düzənliyi, Nil çayının  sahilləri kontur xəritədə qeyd olun-
malıdır. Bu tapşırığı mövzunun izahı zamanı yerinə yetirmə məqsədəuyğundur.  
Qiymətləndirmə meyarları: 
  İzahetmə  
  Fərqləndirmə 
  Şərhetmə 
  Kontur xəritədə qeydetmə 
Mənimsəmə 
iqtisadiyyatı 
Ovçuluq 
Yığıcılıq    
Əkinçilik  
Heyvandarlıq 
İstehsal 
iqtisadiyyatı 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə