Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə28/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

 
 
83
 
III TƏDRİS VAHİDİ ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
1. Yerin təbəqələrini adlandırın. 
1.            
2. 
3.         
 
2. Cümlələri tamamlayın: 
 1.  Maqmanın soyuması nəticəsində yaranan süxurlar __ adlanır. 
 2. Çökəkliklərdə  və düzən ərazilərdə toplanan süxurlar __ mənşəlidir.  
 3. Bir süxurun digərinə çevrilməsi nəticəsində yaranan  süxurlar __ adlanır. 
 
3. Şəkildəki maqmatik və palçıq vulkanlarını müqayisə edin. Onları fərqləndirən 
iki əlaməti müəyyən edin.    
 
      
 
 
4.  Dağıntı və tələfatdan qorunmaq üçün zəlzələdən əvvəl, zəlzələ zamanı və 
zəlzələdən sonra hansı tədbirləri həyata keçirmək lazımdır? Cədvəli doldurun. 
 
5.  Azərbaycanın fiziki xəritəsindən istifadə etməklə tapşırıqları yerinə yetirin: 
– Ən yüksək hündürlüyə malik olan ərazini tapın. __________ 
– Bu ərazi hansı rənglə göstərilmişdir?  _________ 
– Ən aşağı hündürlüyə malik olan əraziləri müəyyən edin. _____________ 
– Onlar hansı rənglə göstərilmişdir?  __________ 
 
6. Relyef formalarını yerləşdikləri materiklərlə birləşdirin.  
Zəlzələyə qədər Zəlzələ zamanı 
Zəlzələdən sonra 
 
 
 
And 
Kordilyer 
Qafqaz 
Atlas
 
Avrasiya 
Afrika 
Şimali Amerika 
Cənubi Amerika


 
84
 
7. Xəritədə hansı rəqəmlərlə ifadə olunmuşdur?  
– Sakit okean seysmik qurşağı 
– Alp-Himalay seysmik qurşağı 
 
 
 
8. Cədvəldən istifadə edərək qrafikdə vulkanların adlarını müəyyənləşdirin.  
 
 
 
 
9. Düzgün olan ifadəni müəyyən edin: 
 
А) Dağın ən uca nöqtəsi yamacdır. 
В) Yüksək, orta, alçaq – dağın elementləridir. 
С) 1000 m-dən hündür olan dağlar yüksək dağlar hesab olunur. 
D) Yüksəklik və yaylalar düzənliklərdir. 
Е) Şahid dağlar vulkan nəticəsində yaranır. 
 
10.  Düzənliyin hündürlüyü 900 m olarsa, onlar  __   adlanır. 
Dağın hündürlüyü 900 m olarsa, o, yüksəkliyinə görə __ aiddir. 
 
 
1
2
Vulkan Hündürlük 
(m) 
Lyulyalyako 6723 
Vezuvi 1279 
Fudziyama   3776 
Elbrus 5642 
Dəlidağ 3616 


 
 
85
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
7 saat 
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    1 saat
 
TƏDRİS VAHİDİ –
4
ŞƏFFAF KÜRƏ 
2.1.3. Yerin hava qatını şərh edir. 
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir. 
3.2.5. Ətraf mühitdə çirklənməyə məruz qalmış ərazilərin fotoalbomunu 
hazırlayır. 


 
86
Dərs 22 / Mövzu:
 ATMOSFERİN QURULUŞU 
 
 
 
 
Dərsin məzmunu ilk baxışdan sadə görünsə  də, bu mövzu atmosferdə baş verən 
əsas hadisə və prosesləri özündə əks etdirir.  
 
 Müəllim mövzuya başlamaq və şagirdləri aktivləşdirmək üçün mətn və şə-
kil üzrə iş təşkil edə bilər.  
 
“Fəaliyyət” blokunda verilmiş tapşırıq şagirdlərdən ilkin biliklərinə  əsasən  
atmosferin hava qatları arasında fərqi müəyyən etməyə  və onun insana təsiri 
haqqında ilkin məlumatları üzə çıxarmağa yönəlmişdir.   
 
 Atmosferin qaz tərkibi haqqında biliklər mühüm əhəmiyyət daşıyır: hava 
görünmür, lakin biz onun temperaturunu, hərəkətini  hiss edirik. "Atmosfer" 
anlayışının formalaşması Yerin təbəqələrinin təsvirinin davamıdır. Dərslikdəki 
illüstrativ materiallar əsasında  şagirdlər atmosferi təsvir edə bilərlər. Müəllim 
mövzunu izah edərkən aşağıdakı cədvəldən istifadə etməsi məqsədəuyğundur. 
Atmosfer qatlarının xüsusiyyətləri 
Atmosfer qatları
 
Sərhədləri
 
Xüsusiyyətləri
 
Troposfer
 
 
 
Stratosfer
 
 
 
Atmosferin yuxarı qatları
 
 
 
Atmosfer qatlarının öyrənilməsində  əsas diqqət troposferə verilməlidir və at-
mosfer hadisələrinin və proseslərinin burada baş verməsi, havanın  əsasən 
burada cəmlənməsi onun əhəmiyyətli cəhəti kimi təqdim oluna bilər.  
Atmosferə aid bilikləri sistemləşdirmək üçün şagirdlərə  aşağıdakı sxemi 
çəkmək təklif oluna bilər. 
Alt 
 STANDART 
2.1.3. Yerin hava qatını şərh edir. 
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir. 
3.2.5. Ətraf mühitdə çirklənməyə məruz qalmış ərazilərin fotoalbo-
munu hazırlayır.
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 “atmosfer” anlayışını izah edir; 
 
atmosferin quruluşunu və əhəmiyyətini şərh edir.
 
 


 
 
87
Nümunə:  
 
 
 
Öyrəndiklərinizi tətbiq edin 
Bölmədə verilən tapşırığı yerinə yetirərkən  şagirdlər istixana, skafandr və atmos-
ferin ümumi mahiyyət kəsb etdiyi goruyucu rola malik olduğu nəticəsinə  gəlmə-
lidirlər. 
 Nə öyrəndiniz  
Atmosferin Yer səthinə  ən yaxın qatı  troposfer adlanır. Bu qat canlı aləmin ya-
şaması üçün əlverişli mühitdir. Hündürlüyə doğru ikinci qat  stratosfer adlanır. 
Buradakı ozon qatı Yeri Günəşin  məhvedici ultrabənövşəyi  şüalarından qoruyur. 
Atmosferin yuxarı qatları  pilotlu kosmik uçuşların həyata keçirildiyi qatdır. 
 
Öyrəndiklərinizi yoxlayın  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dərsdən sonra
 
Təklif olunan müşahidəni bir həftə ərzində davam etdirmək tapşırılır. Şagirdlərə 
cədvəli dəftərlərinə çəkib bir həftə ərzində gündəlik doldurmaları tapşırılır. Tələb 
olunan məlumatlar televiziya və ya internetdən əldə oluna bilər. 
Şagirdlər havanın temperaturunu 
0
C ilə qeyd etməlidirlər. 
Külək və yağıntını qeyd etmək üçün aşağıdakı şərti işarələrdən istifadə etmək olar.  
Külək üçün: əgər külək varsa, “+”, yoxdursa “–“ kimi qeyd etmək olar. Təlim  nəti-
cələri yüksək olan şagirdlər küləyin istiqamətini də qeyd edə bilər:  
Atmosferin əhəmiyyəti
Oksigen – canlıların 
tənəffüsü üçün vacibdir 
 
Qoruyucu əhəmiyyəti 
Temperatur 
fərqindən 
Ultrabənövşəyi 
şüalardan 
Meteoritlərdən 
Stratosfer 
Yerdən 1000 km-dən artıq  yüksəklikdə yerləşir 
Atmosferin yuxarı qatları 
Troposfer 
İnsanlar və bitki aləmi bu qatdadır 
Atmosferin ən aşağı qatıdır 
Bu qatın yuxarı sərhədi 10–15 km yüksəklikdədir
 
Dünyanın ən uca zirvəsi bu təbəqədədir 
Ozon qatı bu təbəqədədir 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə