Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə26/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

 
 
77
girdlərə izah edilməlidir ki, dağ sistemlərini müvafiq rənglərlə – qəhvəyi rəngin 
müxtəlif çalarları ilə rəngləsinlər.  
Şagirdlərdə fiziki xəritədə cavan və qədim dağları rənginə görə fərqləndirmək ba-
carığının formalaşdırılmasına diqqət yetirmək lazımdır. Bu dərs təkcə  şagirdlərin 
xəritə üzərində coğrafi obyekti tapmaq bacarıqlarını deyil, həm də obyektə komp-
leks xarakteristika vermək bacarıqlarının formalaşdırılmasına xidmət edir. Bunun 
üçün şagirdlərə hər hansı dağın xarakterik planını izah etmək məqsədəuyğundur.   
Dağın xarakterik planı: 
1)  hansı materikdə yerləşir; 
2)  hansı yarımkürədədir; 
3)  hansı ölkələrdə yerləşir; 
4)  hansı istiqamətdə uzanır; 
5)  hündürlüyü (orta, maksimal). 
Müəllim yeni materialla tanışlıq üçün şagirdləri tədqiqat mövzuları üzrə qruplara 
ayıra bilər:  
1-ci qrup: Dağ və onun elementləri. 
2-ci qrup: Hündürlüyünə görə dağların fərqləri. 
3-cü qrup: Yaşına görə dağların fərqləri. 
4-cü qrup: Dağların insan həyatında rolu. 
 Öyrəndiklərinizi tətbiq edin 
 
 Nə öyrəndiniz  
Yer səthində nahamarlıqların cəmi relyef adlanır. Ətraf ərazilərdən fərqlənən, zir-
,  ətək,  yamac aydın görünən qabarıq relyef forması dağ adlanır. Zəncir kimi 
uzanan dağlar sıra dağlar adlanır. Yaşına görə dağlar qədim və cavan olur. 
Öyrəndiklərinizi  yoxlayın
  
Dağlar Ölkə Materik 
Kordilyer Kanada, 
ABŞ, Meksika, Mərkəzi Amerika 
dövlətləri 
Şimali Amerika 
Atlas Mərakeş, Əlcəzair, Tunis  
Afrika 
Alp Fransa, 
İsveçrə, İtaliya, Almaniya, 
Avstriya, Lixtenşteyn, Sloveniya. 
Avrasiya 
Ural Rusiya 
Avrasiya 
Tyan-Şan Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Çin  
Avrasiya 
Böyük Suayırıcı Avstraliya 
Avstraliya 
Qiymətləndirmə meyarları: 
  Obyektləri kontur xəritədə qeydetmə 
  İzahetmə  
  Təyinetmə  
Xüsusiyyətlər 
Qoca  dağlar 
Сavan dağlar 
Hündürlükləri 
alçaq yüksək 
Zirvələrinin quruluşu 
yastı iti 
Yamaclarının forması 
meyilli dik 
Səthinin parçalanması 
zəif, hamar 
kəskin 


 
78
Zəif
 
Orta
 
Yüksək
 
Dağları xəritədə 
göstərməkdə və kontur 
xəritədə qeyd etməkdə 
çətinlik çəkir.  
Dağları xəritədə qismən 
göstərir və kontur xəritədə 
müəllimin köməyi ilə qeyd 
edir. 
Dağları xəritədə dəqiq 
göstərir və kontur xəritədə 
düzgün qeyd edir. 
Dağların əmələ gəlməsini 
quru parçalarının hərəkət 
etməsi ilə izah etməkdə 
çətinlik çəkir.  
Dağların əmələ gəlməsini 
quru parçalarının hərəkət 
etməsi ilə qismən izah edir. 
 
Dağların əmələ gəlməsini 
quru parçalarının hərəkət 
etməsi ilə düzgün izah edir. 
 
Dağın elementlərini sxem  
əsasında təyin etməkdə 
çətinlik çəkir.  
Dağın elementlərini sxem  
əsasında əsasən təyin edir. 
 
Dağın elementlərini sxem  
əsasında düzgün təyin edir. 
  
Dərs 21  / Mövzu:
 DÜZƏNLİKLƏR 
 
Şagirdləri aktivləşdirmək üçün şəkil üzrə  iş  təşkil etmək olar. Bunun üçün 
müxtəlif sual və tapşırıqların verilməsi faydalı olardı. 
1. Birinci şəkildə nə təsvir edilmişdir? 
2. Birinci və ikinci şəkildəki dağları zirvəsinə və yamacına görə müqayisə edin.  
3. Dağların yaşına görə nə söyləmək olar? 
4. Nə üçün dağın təsvirindən sonra düzənlik təsvir edilmişdir? 
5. Dağın düzənliyə çevrilməsini təbiətdə müşahidə etmək olarmı?  
   Dərsliyin “Fəaliyyət” bölməsində verilmiş tapşırığı yerinə yetirmək üçün araş-
dırılan suallar müzakirə olunur. Yaxşı olar ki, verilən tapşırıq cütlərlə  həyata 
Alt
 
 STANDART
 
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə 
və prosesləri təsvir edir. 
2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir. 
 
 
Dərsin 
MƏQSƏDİ
 
 düzənliklərin əmələ gəlməsinə təsir edən  amilləri sadalayır; 
 düzənliklərin yaranmasının dağların dağılmasının nəticəsi olduğu-
nu izah edir; 
 xəritədə iri düzənlikləri göstərir və onları kontur xəritədə qeyd 
edir.  
 


 
 
79
keçirilsin. Tapşırığın məqsədi düzənlik yaradan amilləri düzgün göstərməklə 
yanaşı, həm də şagirdlərin öz fikirlərini əsaslandırmaqdır.  
Dərslikdə “Fəaliyyət” hissəsindən sonra verilən izahat və yeni məlumatların 
şagirdlər tərəfindən sinifdə oxunması onlarda yarana biləcək sualları müzakirə 
etmək üçün faydalıdır. 
 Düzənliklərin hündürlüyünə görə  fərqlərini dərslikdə verilən sxem əsasında 
izah etmək məqsədəuyğundur. Eyni zamanda düzənliklərin xəritə üzərində göstəril-
məsi və kontur xəritədə qeyd edilməsi münasibdir. Kontur xəritə üzərində aşağıda-
kı düzənliklərin adları yazılmalıdır: Amazon, Qərbi Sibir, Mesopotamiya ovalıq-
ları, Orta Rus yüksəkliyi,  Braziliya, Orta Sibir, Tibet yaylaları, Kür-Araz ovalığı. 
Yaxşı olar ki, şagirdlər düzənlikləri xəritədə müvafiq rənglərlə rəngləsinlər.  
Şagirdlərə dağ  və düzənliklərin xarici görünüşünü müqayisə etmək təklif oluna 
bilər. Əsas məqsəd odur ki şagirdlər Yer səthini yaradan əsas relyef forması kimi 
dağ və düzənliyi qeyd edə bilsinlər. 
Düzənliyin öyrənilmə planı: 
a)  hansı materikdə yerləşir; 
b)  hansı yarımkürədə yerləşir; 
c)  hansı dövlətin ərazisindədir; 
d)  hündürlüyü;  
e)  hansı çaylar keçir. 
 
 Öyrəndiklərinizi tətbiq edin 
 
Orta Sibir
 
Amazon
 
Hansı yarımkürədə yerləşir
 
şimal/şərq
 
cənub/qərb
 
Hansı ölkənin ərazisindədir
 
Rusiya
 
Braziliya
 
Xəritədə hansı rənglərdə təsvir 
olunmuşdur
 
tünd-sarı
 
yaşıl
 
Hündürlüyünə görə düzənliyin hansı 
növünə aiddir
 
yayla
 
ovalıq
 
 
 
 Nə öyrəndiniz  
Dağlar zaman keçdikcə dağılır, hamarlanır və  düzənliklərə çevrilir. Onlar dəniz 
səviyyəsindən 200 metrə qədər  hündürlükdə yerləşirsə,  ovalıq adlanır; yüksəklik 
200 metrdən 500 metrə qədər hündürlükdə yerləşir. Yaylanın hündürlüyü isə 500 
metrdən artıqdır.  
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə