Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə23/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

 
 
67
 
 
 
 
 
TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TƏDRİS VAHİDİ –
3
YERİN BƏRK TƏBƏQƏSİ 
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və 
prosesləri təsvir edir. 
2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir. 
2.1.8. Ekskursiyalarda topladığı kolleksiyanı təqdim edir. 
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
7 saat 
 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
 
 
    1 saat
 


 
68
Dərs 15 / Mövzu:
 YERİN DAXİLİ QURULUŞU 
 
 
 
 
  
 Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini  ətrafımızda olan  
hadisələrə yönəldə bilər. Bizə Yerin daxilində gedən proseslər barədə məlumat 
verə biləcək hansı hadisələri tanıdıqları barədə söhbət aparıla bilər. Motivasi-
yanı mətndə verilən məlumat əsasında qurmaq olar. 
 Tapşırığın müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər.  
 Yeni dərsin mənimsənilməsini müəllim cütlüklərdə  təşkil edə bilər.  Şagirdlər 
mətn üzərində  işləyərək və ya müəllimin izahını dinləyərək nəticələri konseptual 
cədvəl formasında sistemləşdirə bilərlər. 
Yerin təbəqəsi
 
Qalınlığı
 
Temperaturu
 
Vəziyyəti
 
Nüvə
 
 
 
 
Mantiya
 
 
 
 
Yer  qabığı
 
 
 
 
Cədvəli tamamlamaq üçün şagirdlərin müxtəlif mənbələrə yönəldilməsi, onların  
məlumat əldə etmək bacarıqlarının inkişafına kömək edə bilər. Müəllim tərəfindən 
Yerin daxili quruluşuna aid Power Point proqramında təqdimatın hazırlanması 
məqsədəuyğundur.  
Sinifdə Yerin daxili quruluşu haqqında aşağıdakı  mənbələrdən istifadə etməklə 
videomaterial nümayiş etdirilə bilər.  
http://www.youtube.com/watch?v=2dHjg3M1e90  
http://www.youtube.com/watch?v=u8avhJR9Fqs 
Materiallar rus dilində olsa da, müəllim özü müvafiq şərhlər verə bilər. 
 
 
 
Alt 
 STANDART 
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə 
və prosesləri təsvir edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
 Yerin daxili təbəqələrinin (nüvə, mantiya, Yer qabığının) əsas xü-
susiyyətlərini şərh və müqayisə edir; 
 Yerin daxili quruluşunu əks etdirən modeli yaradır. 
 


 
 
69
 
 
Öyrəndiklərinizi tətbiq edin 
 A) 
Temperaturu Günəşin istiliyinə yaxındır. Dəmir və nikel kimi metallardan 
təşkil olunmuşdur. 
B) Temperatur 1000–2500°C arasında dəyişir. 
C) Bərk süxurlardan ibarətdir. Qalınlığı 1–90 km arasında dəyişir. 
Nə öyrəndiniz  
Yerin daxilində  nüvə adlanan qatın tərkibi dəmir və nikeldən ibarətdir. İkinci qat 
mantiya  adlanır. Bu qat kip maddədən təşkil olunmuşdur. Yerin üst səthi  Yer 
qabığı adlanır. Onun qalınlığı 1–90 km-ə çatır. Bu gat  üst mantiya ilə birlikdə 
litosfer adlanır.                                            
 
Öyrəndiklərinizi yoxlayın 
Yerin ən nazik qatıdır. 
Yer qabığı ilə mantiya arasında yerləşir. 
Dərsdən sonra 
Şagirdlərin plastilindən Yerin modelini düzəltmələri onlarda modelləşdirici 
təfəkkürün formalaşdırılmasına yardım edir.  
 
Qiymətləndirmə meyarları: 
  Müqayisəetmə 
  Modelləşdirmə 
Zəif
 
Orta
 
Yüksək
 
Yerin daxili təbəqələrinin 
əsas xüsusiyyətlərini şərh və 
müqayisə etməkdə çətinlik 
çəkir.  
Yerin daxili təbəqələrinin 
əsas xüsusiyyətlərini 
köməkliklə şərh edir və 
qismən müqayisə edir. 
Yerin daxili təbəqələrinin (nü-
və, mantiya, Yer qabığının) 
əsas xüsusiyyətlərini ətraflı şərh 
və düzgün müqayisə edir. 
Yerin daxili quruluşunu əks 
etdirən modelini yaratmaqda 
çətinlik çəkir.  
Yerin daxili quruluşunu əks 
etdirən modelini müəllimin 
köməyi ilə yaradır. 
Yerin daxili quruluşunu əks 
etdirən modelini düzgün və 
səliqəli yaradır. 
 
 
 
Dərs 16 / Mövzu:
  SÜXURLAR 
 
 
Alt
 
 STANDART
 
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə 
və prosesləri təsvir edir. 
2.1.8. Ekskursiyalarda topladığı kolleksiyanı təqdim edir. 
 
 
Dərsin 
MƏQSƏDİ
 
 Yer səthini təşkil edən süxurları nümunələrdə  tanıyır; 
 dağ süxurlarından topladığı kolleksiyanı təqdim edir; 
 dağ süxurlarının əmələgəlmə sxemini təhlil edir. 
 


 
70
 
Müəllim mövzuya başlamaq, motivasiya yaratmaq üçün şagirdlərə 
Azərbaycanın
 
müxtəlif dağlarının  şəkillərini nümayiş etdirməklə yanaşı, dərslikdə verilən sual 
ətrafında söhbət təşkil edə bilər. Məktəb müxtəlif dağ süxurları kolleksiyaları ilə tə-
min olunubsa, motivasiyanın nümayiş əsasında qurulması məqsədəuyğun olardı. 
Tapşırığın yerinə yetirilməsi dərslikdə yazılmış sualların müzakirəsi  əsasında 
qurula bilər. 
Dərslikdə verilən şəklin təhlilində şagirdlər çətinlik çəkdikdə müəllim özü tikintidə 
istifadə olunan inşaat materiallarının adını söyləyə bilər: dam örtüyü (şifer, dəmir 
təbəqə, kirəmit), baca (kərpic), divarlar (kubik, kərpic, ağac), tutacaq (ağac, 
mərmər, dəmir), pilləkən (dəmir, daş, mərmər). Məktəb dağ süxurları kolleksiyaları 
ilə təmin olunubsa, sinifdə başqa bir praktiki iş təşkil etmək tövsiyə olunur. Prak-
tiki işi qruplarda təşkil etmək daha səmərəlidir.  
Praktiki iş aşağıdakı plan üzrə təşkil oluna bilər: 
1. Hər qrupa 3 müxtəlif mənşəli (məs.: qranit, mərmər, daş kömür) dağ süxurları 
verilir. Şagirdlər bu süxurların xassələrini müəyyən edərək cədvəli doldururlar.  
№ Dağ süxuru 
Qranit 
Daş 
kömür 
Mərmər 
1. 
Rəngi  
 
 
 
2. 
Quruluşu (sıx, məsaməli, kövrək, dənəvər)     
3. 
Kütləsi (yüngül, ağır)  
 
 
4. 
Möhkəmliyi (çox yumşaq – dırnaqla cızılır; 
yumşaq – dırnaqla cızılmır, şüşəni cızmır;  
bərk – şüşəni cızır) 
 
 
 
5. 
Suda həllolması 
 
 
 
6. 
Sirkə turşusunda həllolması (süxurun üzərinə tur-
şu damcılatdıqda fışıldayır) 
 
 
 
7. 
Orqanizmlərin qalıqlarının olması   
 
 
 
 
2. Şagirdlərin  işlərinin təqdimatını və müzakirəsini təşkil edin.  
3. Müzakirə üçün belə sual vermək olar: Dağ süxurları nə üçün fərqli xassələrə ma-
lik olur (əmələgəlmə şəraitindən asılıdır). Bu sualın müzakirəsi zamanı şagirdlərə 
dağ süxurlarının əmələ gəlməsi, yaranması şəraitini izah edin.  
Yeni dərsin izahını müəllim  kiçik mühazirə formasında keçirə bilər. Dağ sü-
xurlarının təsnifatını, onların xüsusiyyətlərini və yaranmasının təhlilini praktik 
işdən sonra izah etmək məqsədəuyğundur.  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə