Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə31/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

 
94
Musson ilin yarısında xeyli miqdarda yağıntı gətirir. 
Qiymətləndirmə meyarları: 
  İzahetmə 
  Müqayisəetmə 
  Xarakterizəetmə 
Zəif Orta 
Yüksək 
Küləyin yaranmasını izah 
etməkdə çətinlik çəkir.  
Küləyin yaranmasını əsasən  
izah edir.  
Küləyin yaranmasını düzgün 
izah edir.  
Briz və mussonu  müqayisə 
etməkdə çətinlik çəkir.  
Briz və mussonu  qismən 
müqayisə edir. 
Briz və mussonu  düzgün 
müqayisə edir. 
Yerli küləkləri xarakterizə 
etməkdə çətinlik çəkir. 
Yerli küləkləri qismən 
xarakterizə edir. 
Yerli küləkləri ətraflı 
xarakterizə edir. 
 
 
Dərs 26 / Mövzu:
 HAVADA SU BUXARI 
 
 
 
 Мotivasiyanı müəllim dərslikdə verilmiş  rəsm və sual əsasında qura bilər. 
Müəllim əlavə olaraq şagirdlərə atmosferdə su buxarının olduğuna aid müxtəlif nü-
munələr gətirə bilər.  
 
 
Bu fəaliyyəti müəllim yerinə yetirib şagirdlərə nümayiş etdirə bilər. Sonrakı mü-
zakirələr tapşırıqdakı suallar əsasında  aparıla bilər.  
Yeni mövzunun izahı dərslikdə verilən sxem və şəkil əsasında qurula bilər.  
 Nə öyrəndiniz  
Tərkibində  su buxarı  olan hava yuxarıya qalxır və soyuyur. Müəyyən 
hündürlükdə bulud yaranır. Onlar 3 qrupa bölünürlər: topalaylı, lələkli. Buludlar 
Yer səthinə yaxın olduqda duman yaranır. 
Öyrəndiklərinizi yoxlayın 
Cavablar: 3. Su buxarlanır. 2. Hava yuxarı qalxır. 4. Hava soyuyur. 1. Su buxarı 
kiçik su hissəciklərinə çevrilir 
Alt 
 STANDART 
2.1.3. Yerin hava qatını şərh edir. 
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir.
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 buludun yaranması  prosesini şərh edir; 
 buludları formalarına görə fərqləndirir. 


 
 
95
Qiymətləndirmə meyarları: 
  Fərqləndirmə 
  Şərhetmə 
Zəif Orta 
Yüksək 
Buludları formalarına görə 
fərqləndirməkdə çətinlik çə-
kir.  
Buludları formalarına görə 
əsasən fərqləndirir. 
Buludları formalarına görə 
düzgün fərqləndirir. 
Buludun yaranması prosesini 
şərh etməkdə çətinlik çəkir. 
 
Buludun yaranması prosesini 
əsasən şərh edir.
 
Buludun yaranması prosesini 
ətraflı şərh edir.
 
 
 
Dərs 27 / Mövzu:
 YAĞINTI 
 
 
Мotivasiyanı müəllim dərslikdə verilmiş  rəsm və sual əsasında qura bilər. 
Şagirdlərə “Havada su buxarının olmasını daha necə sübut edə bilərsiniz?” sualı ilə 
müraciət etmək olar. 
 Bu fəaliyyətin məgsədi  sagirdlərin “doyma həddi” anlayışını  başa düşməsidir. 
Müəllim havadakı su buxarının doyma həddini kinozalın uşaqlarla dolması ilə mü-
qayisə edə bilər. Su buxarının doymasının nəticəsi olaraq yağıntının yaranmasını 
əlaqələndirə bilər. Bu fəaliyyət şagirdlərə suyun təbiətdə dövranını başa düşməyə 
imkan verir.   
 Yeni  mövzunun  mənimsənilməsi üçün dərslikdə verilmiş  mətnin  İNSERT  
üsulu ilə oxunması məqsədəuyğundur. 
Bundan başqa, müəllim yeni dərsin izahını dərslikdəki şəkillər üzərində qura bilər: 
1. Su buxarı havaya hansı  mənbələrdən daxil ola bilər. 
2. Yağış, dolu, qar  şəkilləri ilə  şeh və  qırovun təsvirlərinin müqayisə edilməsi 
məqsədəuyğundur. Müəllim  şagirdləri bu rəsmlərin ümumu cəhətlərini üzə çı-
xarmağa istiqamətləndirir.  Şagirdlər “Yağıntılar havadakı su buxarından ya-
ranır” nəticəsinə gəlməyə yönəldilir.     
Alt 
 STANDART 
2.1.3. Yerin hava qatını şərh edir. 
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir.
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 atmosfer yağıntılarının düşməsi prosesini şərh edir; 
 
şeh və qırovun əmələgəlmə şəraitini izah edir.
 
 


 
96
Bu tapşırıq şagirdlərin xəritə üzərində biliklərinin tətbiq olunmasına xidmət edir. 
Azərbaycanın atmosfer yağıntıları  xəritəsində a, b, c, d, e nöqtələrinin yerləşdiyi 
ərazilərə  nə  qədər yağıntı düşdüyünü tapmaq üçün müəllim  şagirdləri  şərti işarə-
lərdən istifadə etməyə istiqamətləndirməlidir. 
 Nə öyrəndiniz 
Havada görünməz halda daim  su buxarı  vardır. Lakin onlar müəyyən şəraitdə 
dəyişir və atmosfer yağıntısı şəklində yerə düşür. Bu zaman onlar  qaryağış,  
dolu şəklində buludlardan tökülür. Buludlardan tökülməyən  şeh  və  qırovdur.  
Öyrəndiklərinizi yoxlayın 
1. Qar, dolu və yağışın üç ümumi əlamətini söylə: 
a) onlar ___ atmosfer yağıntısı ___ adlanır. 
b) onlar ___ su buxarından ___ ibarətdir. 
c) onlar ___ buluddan ___ tökülür. 
2. Şeh və qırovun iki ümumi əlamətini söylə. 
1.  Onlar ___ atmosfer yağıntısı ___ adlanır. 
2. Onlar ___  havadan əmələ gəlir. 
Dərsdən sonra 
1080 metr: 1m/san =1080 san = 18 dəq 
1080 metr: 6m/san = 180 san = 3 dəq 
Qiymətləndirmə meyarları: 
  Şərhetmə 
  İzahetmə 
Zəif Orta 
Yüksək 
Atmosfer yağıntılarının düş-
məsi prosesini şərh etməkdə 
çətinlik çəkir. 
Atmosfer yağıntılarının düşməsi 
prosesini əsasən şərh edir. 
Atmosfer yağıntılarının düş-
məsi prosesini geniş şərh 
edir. 
Şeh və  qırovun  əmələgəlmə 
şəraitini izah etməkdə  çətin-
lik çəkir. 
 
Şeh və  qırovun  əmələgəlmə  şə-
raitini müəllimin köməyi ilə  izah 
edir.
 
Şeh və qırovun əmələgəlmə 
şəraitini düzgün izah edir.
 
 
Praktiki dərs 28 
/
 
Mövzu:
 
İQLİM GÖSTƏRİCİLƏRİNİN XƏRİTƏ 
                         VƏ QRAFİKLƏRDƏ TƏSVİRİ 
Dərsin gedişi tam olaraq dərslikdə verilmişdir. Dərsdə şagirdlərin praktik baca-
rıqları inkişaf etdirilir. 
Alt 
 STANDART 
2.1.3. Yerin hava qatını şərh edir. 
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 havanın temperaturunun gündəlik dəyişmə qrafiki üzrə lazımi 
məlumatları şərh edir;  
 qəbul edilmiş verilənlər əsasında orta sutkalıq temperaturu müəy-
yən edir;  
 havanın temperatur və yağıntı göstəriciləri  əsasında izoterm və 
izogiyetləri sxematik olaraq təsvir edir;  
 Azərbaycanın iqlim xəritəsi üzrə lazımi məlumatları şərh edir.
 
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə