102
Dərsdə şagirdlər üçün çox sayda yeni məlumatlar verilir. Bu məlumatların mənim-
sənilməsini xəritəni oxumaq bacarıqları ilə uyğunlaşdırmaq vacibdir.
Müəllimin il-
lik planlaşdırma zamanı dərsə 2 tədris saatı ayırması yeni məlumatların daha yaxşı
mənimsənilməsi üçün faydalı olardı.
Motivasiyanı mətndə təklif olunan suallar əsasında keçirmək olar. Bu fəaliyyət
növünü esse yazmağı təklif etməklə keçirmək olar. İşi yerinə yetirərkən şagirdlər-
dən öz fikirlərini əsaslandırmağı xahiş etmək olar.
Təklif olunan fəaliyyət növünü yerinə yetirərkən şagirdlər materiklərin sahillə-
rinin şərhində çətinliklə üzləşə bilərlər. Buna görə də əvvəlcədən müəyyən izahatın
verilməsi arzuolunandır.
Yeni məlumatların mənimsənilməsi üçün “Ziqzaq” üsulundan istifadə oluna bi-
lər. Şagirdlərə kontur xəritədə iş üzrə tapşırıqların verilməsi çox faydalı olardı.
Mətnlə tanışlığı başqa üsulla da yerinə yetirmək olar. Mətndəki məlumatla tanış ol-
duqca aşağıdakı cədvəli doldurmaq məqsədəuyğundur.
Cədvəli lövhədə bütün si-
niflə birgə doldurmaq olar. Müəllim sinfin hazırlıq səviyyəsindən asılı olaraq coğ-
rafi adları artıra bilər.
COĞRAFİ ADLAR
№
Dənizlər Adalar
Yarımadalar Körfəzlər Boğazlar
1. Aralıq Böyük
Britaniya
Abşeron Benqal Cəbəlüttariq
2 Qara
Madaqaskar Hindistan
Biskay
Berinq
3 Baltik
Yeni
Zelandiya Skandinaviya Fars
La-Manş
4 Qırmızı Yapon
Pireney
Qvineya Magellan
5 Berinq
Zond
Kiçik
Asiya
Meksika
Dreyk
6 Yapon
Balkan
Bab-əl məndəb
7 Barens
Apennin
8
Şərqi Çin
Ərəbistan
2-ci “Fəaliyyət” tapşırığını yerinə yetirərkən şagirdlərə üzərində lazım olan
coğrafi
obyektlər qeyd olunmuş xəritə üzərində müstəqil işləməyi təklif etmək məqsə-
dəuyğundur; məsələn, regional xəritələrdən istifadə etmək olar.
103
Öyrəndiklərinizi tətbiq edin
Nə öyrəndiniz
Materiklərin sahil xətlərinin
girintili-çıxıntılı olması sahilboyunda xeyli sayda
dəniz, körfəz, ada, yarımada və
boğazların olmasını ifadə edir.
Dəniz okeanın
bir hissəsidir, o, təbii sərhədlərə malikdir.
Körfəzlər və
buxtalar dəniz limanları
üçün əlverişlidir.
Öyrəndiklərinizi yoxlayın
1. Karib dənizi
– Atlantik,
Şərqi Çin – Sakit,
Barens – Şimal Buzlu,
Ərəbistan –
Hind.
2. Sakit okean – Tayvan; Atlantik – Böyük
Britaniya, Kuba; Şimal Buzlu –
İslandiya, Baffin Torpağı, Yeni Torpaq – Hind – Şri-Lanka, Madaqaskar
Dərsdən sonra
1– Skandinaviya; 4 – Pireney; 2 – Abşeron; 3 – Kiçik Asiya.
Qiymətləndirmə meyarları:
Şərhetmə
Xəritə üzərində göstərmə
Müəyyənetmə
Kontur xəritədə qeydetmə
Zəif Orta
Yüksək
“Dəniz”, “körfəz”, “boğaz”,
“ada”, “yarımada” anlayışları-
nı şərh etməkdə çətinlik çəkir.
“Dəniz”, “körfəz”, “boğaz”,
“ada”, “yarımada” anlayış-
larının bir qismini şərh edir.
“Dəniz”, “körfəz”, “boğaz”,
“ada”, “yarımada” anlayışla-
rını düzgün şərh edir.
Coğrafi obyektləri sadala-
maqda
və xəritə üzərində
göstərməkdə çətinlik çəkir.
Coğrafi obyektlərin bir
qismini sadalayır və xəritə
üzərində köməkliklə göstərir.
Coğrafi obyektləri düzgün
sadalayır və xəritə üzərində
dəqiq göstərir.
Dəniz, körfəz və yarımadala-
rın hansı okean hövzələrinə
aid olduqlarını çətinliklə
müəyyən edir.
Dəniz, körfəz və yarımadala-
rın hansı okean hövzələrinə
aid olduqlarını əsasən
müəyyən edir.
Dəniz, körfəz və yarımada-
ların hansı okean hövzələrinə
aid olduqlarını düzgün
müəyyən edir.
Kontur xəritədə coğrafi ob-
yektləri çətinliklə qeyd edir.
Kontur xəritədə coğrafi ob-
yektləri əsasən qeyd edir.
Kontur xəritədə coğrafi
obyektləri dəqiq qeyd edir.
№
Sakit Atlantik
Hind
Şimal
Buzlu
1 Dəniz Berinq,
Yapon,
Şərqi Çin
Aralıq, Qara, Baltik
Qırmızı Barens
2 Körfəz
Biskay,
Qvineya,
Meksika
Benqal
3 Ada
Yapon adaları,
Yeni Zelandiya,
Zond adaları
Böyük Britaniya,
Kuba
Madaqaskar,
Şri-Lanka
4 Yarımada
Skandinaviya,
Pireney,
Kiçik Asiya , Balkan,
Apennin
Hindistan,
Ərəbistan
104
Dərs 31
/ Mövzu:
TƏBİƏTDƏ SU DÖVRANI
Şagirdlər aşağı siniflərdən mövzuya aid geniş məlumat almışlar.
Dərsdə hidrosferin
hissələrini Yerin vahid su təbəqəsinin tərkibi kimi izah etmək lazımdır.
Motivasiyanı dərslikdə təklif olunan suallar əsasında keçirmək olar. Sadalanan
coğrafi obyektləri xəritədə göstərmək məqsədəuyğundur.
Şagirdlər suyun dövranı prosesini şəkil üzrə şərh edərkən onlara suyun üç
aqreqat halda olduğunu xatırlatmaq məqsədəuyğundur. Şagirdlərin suyun böyük
dövranının sxemini dəftərdə çəkmələri faydalı olardı.
“Hidrosfer” anlayışının formalaşması zaman onun tərkibini göstərən sxemi
tərtib etmək çox əhəmiyyətlidir. Sxemi lövhədə və dəftərdə doldurmaq olar.
Mövzunun əsas məzmununun mənimsənilməsi üçün İNSERT
üsulundan istifadə
etmək mümkündür.
Mövzunun aktuallığını nəzərə alıb dərsi daha maraqlı və canlı etmək mümkündür.
Mövzuda hidrosferin insan həyatında rolu açıqlanır. Dərsdə planet sularının
çirklənmə problemini və onların mühafizəsi barədə müzakirə təşkil etmək xüsusi
əhəmiyyət daşıyır.
Öyrəndiklərini tətbiq etmək üçün şagirdlər dərslikdə verilmiş tapşırığı yerinə
yetirə bilərlər.
Alt
STANDART
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir.
2.1.6. Təbiətdə suyun dövranının sxemini tərtib edir.
Dərsin
MƏQSƏDİ
suyun dövranının ayrı-ayrı hissələrinin əlaqəsini, suyun dövranı
zamanı baş verən prosesləri izah edir;
suyun dövranı sxemini tərtib edir.
Hidrosferin hissələri
Dünya okeanı – duzlu su
hidrosfer həcminin 96 %-
dən
çoxunu təşkil edir
.
Quru suları – şirin su
hidrosfer həcminin 3%-ni
təşkil edir.
Atmosferdə su buxarı
1%-dən azdır