Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə29/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

 
88
 – şərq,  –  qərb,  – cənub,  – şimal,  – cənub-şərq,  – cənub-qərb,  
 – şimal-şərq,  – şimal-qərb.  
Şagirdlər buludluluğu qeyd etmək üçün daha bir sətir əlavə edə bilərlər.  
Buludluluq üçün:  – aydın; – buludlu;  – qismən buludlu. 
Yağıntı üçün:  – yağış;  – qar. 
Cədvəl təqribən belə görünə bilər:  
Günlər 
№ 
1 2 3 4 5 6 7 
Havanın temperaturu 
12
0
С   
 
 
 
 
 
Yağıntı 

 
 
 
 
 
 
 
Külək 

 
 
 
 
 
 
Buludluluq 
 
 
 
 
 
 
 
 
Qiymətləndirmə meyarları: 
  Şərhetmə 
  İzahetmə  
Zəif Orta 
Yüksək 
“Atmosfer” anlayışını izah 
etməkdə çətinlik çəkir.  
“Atmosfer” anlayışını  əsasən 
izah edir.  
“Atmosfer” anlayışını düzgün 
izah edir. 
Atmosferin quruluşunu və 
əhəmiyyətini şərh etməkdə 
çətinlik çəkir.  
Atmosferin quruluşunu söylə-
yir, amma əhəmiyyətini qis-
mən şərh edir. 
Atmosferin quruluşunu və 
əhəmiyyətini ətraflı şərh edir. 
 
 
Dərs 23 / Mövzu:
 HAVA ŞƏRAİTİ 
 
 
 
 
Müəllim mövzuya dərslikdə verilmiş şəkil və uyğun suallar ətrafında müzakirə 
ilə başlaya bilər.  Şagirdlərdən  şahidi olduqları atmosfer hadisələri haqqında 
danışmağı xahiş etmək məqsədəuyğundur.  
Alt 
STANDART 
2.1.3. Yerin hava qatını şərh edir. 
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir.
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 əsas elementlərdən istifadə edərək havanın vəziyyətini şərh edir; 
 havanın elementlərini təyin etmək üçün cihazları müəyyən edir. 
 


 
 
89
 Verilmiş məlumatlar əsasında şagirdlər fərdi, qrup və ya cütlər formasında cəd-
vəli tamamlaya bilərlər.  
 
Havanın temperaturu necədir – isti, yaxud 
soyuqdur
 
 
Səmada bulud varmı
 
 
Yağıntı varmı, yağış, yaxud qar yağırmı
 
 
Külək əsirmi, “güclüdür”, yaxud “zəifdir”
 
 
Əlavə nə müşahidə edirsiniz
 
 
 
 
Materialı möhkəmləndirmək və alınmış məlumatları sistemləşdirmək üçün “ha-
va elementləri”, “hava hadisələri” anlayışlarının sxematik təsviri çox faydalı olardı.  
 
 
 
 
 
Yeni materialı, o cümlədən temperatur, rütubət, külək, yağıntı anlayışlarını izah 
edərkən onları ölçmək üçün istifadə olunan meteoroloji cihazları  və onların iş 
prinsiplərini nümayiş etdirmək məqsədəuyğundur. Belə bir imkan olmadığı halda 
slayd və ya dərslikdəki şəkillərdən istifadə etmək olar.  
Dərsdə  şagirdlərə havanın kəmiyyət göstəricilərini ölçmək üçün cihaz  düzəltmək 
layihəsini təklif etmək olar. Layihədə  iştirak edən  şagirdlər fərdi, cütlərlə, yaxud 
qrup formasında havanın elementlərini ölçən aşağıdakı cihazlardan birini hazır-
lamalıdır:  
  Anemometr 
  Barometr 
  Hiqrometr 
  Yağışölçən  
  Termometr 
  Flüger  
Şagirdlər cihazları hazırlamaq üçün müəllimin tövsiyələrindən, internet saytların-
dan və  digər mənbələrdən istifadə etməklə aşağıdakıları araşdırmalıdırlar:  
  havanın elementlərini ölçən cihaz nə üçün istifadə olunur və onun məqsədi 
nədir; 
  havanın elementlərini ölçən cihaz necə işləyir, onun mexanizmi necədir; 
  onlar özləri hava cihazını necə hazırlaya bilərlər;  
  havanın elementlərini ölçən cihazı ixtira etmiş və ya istifadə etmiş alimin 
hekayəsi. 
Cihazı hazırladıqdan sonra şagirdlər ondan istifadə edərək mövcud hava şəraitinin 
ölçmələrini qeydə almalıdırlar. Şagirdlər 7 ardıcıl gün ərzində hər gün ən azı 3 dəfə 
ölçmə aparacaqlar. Məlumatlar toplanaraq həm cədvəldə, həm də qrafikdə qeyd 
edilir.  Şagirdlər düzəltdikləri cihazın nə  qədər dəqiq işlədiyini müəyyən etmək 
Hava elementləri
Temperatur 
Hava hadisələri
Rütubət
Yağınt
Külək
Bulud 


 
90
üçün nəticəni havanın real göstəriciləri ilə müqayisə edə bilərlər. Havanın real gös-
təricilərini internet saytlarından, televiziya və radio yayımlarından, qəzetlərdən 
əldə etmək olar.  
Layihənin müzakirəsini sinifdə təşkil etmək şagirdlər üçün çox maraqlı olardı. Təq-
dimat zamanı cihazı, məlumat cədvəlini və qrafikləri nümayiş etdirmək lazımdır.  
 Öyrəndiklərinizi tətbiq edin 
Fəaliyyətin nəticəsi olaraq şagirdlərdə günəş  şüalarının düşmə bucağının tempe-
ratur ilə əlaqəli olması üzə çıxarılmalıdır: günəş şüalarının düşmə bucağı nə qədər 
böyük olarsa, temperatur o qədər yüksək olur. 
 Nə öyrəndiniz  
Müəyyən vaxtda atmosferin müşahidə edilən fiziki vəziyyətinə  hava deyilir. Hava 
üzərində müşahidələr meteoroloji stansiyalarda aparılır. Havanın elementləri 
temperatur və rütubətdir. Hava şəraitindən asılı olaraq meteohəssas insanların 
əhvalı dəyişə bilər.  
Öyrəndiklərinizi yoxlayın 
Qiymətləndirmə meyarları: 
  Şərhetmə 
  Müəyyənetmə 
Zəif Orta 
Yüksək 
Əsas elementlərdən istifadə 
edərək havanın vəziyyətini 
şərh etməkdə çətinlik çəkir.  
Əsas elementlərdən istifadə 
edərək havanın vəziyyətini 
əsasən şərh edir. 
Əsas elementlərdən istifadə 
edərək havanın vəziyyətini 
düzgün şərh edir. 
Havanın elementlərini təyin 
etmək üçün cihazları müəy-
yən etməkdə çətinlik çəkir.  
Havanın elementlərini təyin 
etmək üçün cihazları kömək-
liklə müəyyən edir. 
Havanın elementlərini təyin 
etmək üçün cihazları  dəqiq 
müəyyən edir. 
 
 
Dərs 24 / Mövzu:
 HAVANIN TEMPERATURU 
 
Havanın elementləri 
Ölçmək üçün cihaz 
1. Küləyin sürəti Anemometr 
2. Yağışın miqdarı Yağışölçən 
3. Küləyin istiqaməti Flüger 
4. Temperatur 
Termometr 
Alt 
 STANDART 
2.1.3. Yerin hava qatını şərh edir. 
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir.
 
 
 
Dərsin 
MƏQSƏDİ 
 havanın orta sutkalıq temperaturunu təyin edir; 
 “hava” və “iqlim” anlayışlarının fərqlərini izah edir. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə