Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə25/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 
74
Dərs 18 / Mövzu:
 ZƏLZƏLƏ — TƏBİƏT HADİSƏSİDİR 
 
 
Zəlzələ  və vulkan hadisələrinin  baş verməsinin litosfer tavalarının sərhədləri ilə 
əlaqəsini şagirdlər yuxarı siniflərdə öyrənəcəklər. Bu sinifdə isə vulkan, qeyzer və 
zəlzələlərin çox vaxt eyni ərazilərdə baş verməsi haqqında ilkin təsəvvürlər 
formalaşdırılır. Mövzunun tədrisi müəllimdən psixoloji cəhətdən düzgün yanaşma 
tələb edir. Dərs  şagirdlərdə  təbiət hadisələrinə qarşı qorxu yaratmamalıdır. Buna 
görə  də  dərsin izahında diqqəti dağıntı  və  həlak olanların sayına deyil, müasir 
dövrdə zəlzələyə davamlı tikililərin inşasındakı nailiyyətlərə yönəltmək lazımdır. 
 Motivasiyanı  dərslikdə verilmiş suallar əsasında qurmaq olar. Müəllim dərsin 
motivasiyasını başqa cür də qura bilər: Yaponiyada zəlzələyədavamlı binalara aid 
videomaterial nümayiş etdirmək olar. Respublikamızda belə binaların tikilməsinə 
nümunə gətirmək əhəmiyyətli olar. Zəlzələ haqqında geniş məlumatların olduğunu 
nəzərə alaraq dərsi BİBÖ üsulundan istifadə etməklə qurmaq dərsin səmərəsini 
artırmağa yardım edə bilərdi.  
 “Fəaliyyət” bölümündəki tapşırıqda şagirdlər zəlzələ mərkəzindən uzaqlaşdıqca 
onun dağıdıcı gücünün azalması nəticəsinə gəlməlidirlər. Tapşırığın cütlərlə həyata 
keçirilməsi məqsədəuyğundur.  
 Yeni  materialın öyrənilməsi dərslikdə olan materialın oxunuşu və  BİBÖ 
cədvəlinin tamamlanması ilə yerinə yetirilə bilər. Seysmik cəhətdən fəal ərazilərin 
xəritədə göstərilməsi bacarığının formalaşdırılmasına diqqəti artırmaq lazımdır. 
 Öyrəndiklərinizi tətbiq edin 
Tapşırığı yerinə yetirərkən  şagirdlərə belə bir cədvəli doldurmaları tövsiyə oluna 
bilər.  
Sakit okean qurşağı 
Yaponiya, İndoneziya, Meksika, Çili, Peru 
Alp-Himalay qurşağı Türkiyə, İran, Azərbaycan, Əfqanıstan, Nepal 
 
Alt
 
 STANDART
 
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə 
və prosesləri təsvir edir
 
 
 
Dərsin 
MƏQSƏDİ
 
 “ocaq”, “hiposentr”, “episentr” terminlərindən istifadə etməklə 
zəlzələnin səbəblərini şərh edir. 
 


 
 
75
 Nə öyrəndiniz  
Yeraltı təkan və titrəyişlərin təsirindən Yer səthində zəlzələ baş verir. Yerin dərin-
liklərində toplanan güc hiposentr və ya zəlzələ ocağı yaradır. Yer səthində 
titrəyişlərin daha güclü olduğu sahə  episentr adlanır. Yeraltı  təkanların gücü 
seysmoqraf ilə təyin olunur. Yer kürəsində seysmik hadisələrin daha çox müşahidə 
olunduğu iki qurşaq vardır:  Sakit okean qurşağı, Alp-Himalay qurşağı. Daxili 
proseslərin izlənilməsi üçün seysmoloji stansiyalar 
fəaliyyət
 göstərir. 
 
Qiymətləndirmə meyarları:  
  Şərhetmə  
Zəif
 
Orta
 
Yüksək
 
 “Ocaq”, “hiposentr”, 
“episentr” terminlərindən 
istifadə etməklə zəlzələnin 
səbəblərini şərh etməkdə 
çətinlik çəkir.  
 
“Ocaq”, “hiposentr”, “epi-
sentr” terminlərindən istifadə 
etməklə zəlzələnin səbəblərini 
müəllimin köməyi ilə şərh 
edir.  
 
“Ocaq”, “hiposentr”, 
“episentr” terminlərindən 
istifadə etməklə zəlzələnin 
səbəblərini düzgün şərh 
edir. 
 
 
 
Dərs 19  / Mövzu:
 DEBAT DƏRS. ZƏLZƏLƏ ZAMANI NƏ ETMƏLİ? 
 
Dərsi iki  mərhələyə ayırmaq olar:  
1. Dərsə hazırlıq.  
2. Sinifdə tapşırıqların yerinə yetirilməsi.  
Birinci mərhələdə şagirdlərə tapşırmaq olar ki, onlar evdə paraqrafın məzmunu ilə 
diqqətlə tanış olsunlar və zəlzələ zamanı konkret fəaliyyət planını tərtib etsinlər.  
İkinci mərhələdə isə sinifdə debat təşkil edilir. Debat zamanı sinif üç qrupa 
bölünür. “Sakinlər” ilə “Ölkə  və yerli hakimiyyət orqanları” zəlzələ zamanı gör-
məli işləri və  vəzifə bölgüsünü müəyyən edirlər. Vəzifələrin düzgün yerinə ye-
tirilməsi və hansı qrupun daha effektli fəaliyyət göstərməsi “Fövqəladə hallar ko-
missiyası” tərəfindən qiymətləndirilir. Debatlar zamanı qruplar öz mövqelərini 
əsaslandırmalı, söylənilən fikirlərin izahını verməlidir. Müəllim müxtəlif suallarla 
qrupları müzakirələrə cəlb edə bilər. 
 
Alt
 
 STANDART
 
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə 
və prosesləri təsvir edir.
 
 
 
Dərsin 
MƏQSƏDİ
 
 zəlzələ zamanı baş verən hadisələri şərh edir;  
 
zəlzələ zamanı davranış qaydalarını izah edir. 
 
 


 
76
Dərs 20 / Mövzu:
 DAĞLAR 
 
Dərsin əsas vəzifəsi xəritə, kontur xəritə ilə iş, dərs zamanı atlasdan əsas nomen-
klaturanın tapılması, kontur xəritədə qeyd olunmasıdır. Mövzunun tədrisi prosesin-
də şagirdlər xəritəni oxumaq, dağların mütləq hündürlüyünü təyin etmək bacarıqla-
rına yiyələnirlər. Onlar yuxarı siniflərdə bu bacarıqlar  əsasında relyefin profilini 
quracaqlar.  
 Motivasiya dərslikdə verilmiş suallar əsasında aparıla bilər. Mətnin oxunuşunu 
dağ haqqında videomaterial nümayiş etdirməklə əvəzləmək mümkündür.  
 Texniki imkanları olan siniflərdə şagirdlərin tapşırığı yerinə yetirməzdən əvvəl 
Google Earth proqramında kosmik təsvirlərə baxmaları faydalı olardı.  
 Mövzunun izahı zamanı dağın elementlərini əks etdirən sxemin çəkilməsi məq-
sədəuyğundur. Nümunə:  
 
 
 
 
 
 
 
 
 
Kontur xəritə üzərində  aşağıdakı dağ sistemlərini qeyd etməyi tapşırmaq olar: 
Himalay (Comolunqma), Kordilyer, And, Qafqaz, Alp, Ural, Tyan-Şan.  Şa-
Alt
 
 STANDART
 
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə 
və prosesləri təsvir edir. 
2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir. 
 
 
Dərsin 
MƏQSƏDİ
 
 dağların əmələ gəlməsini quru parçalarının hərəkət etməsi ilə izah 
edir; 
 dağın elementlərini sxem  əsasında təyin edir; 
 dağları xəritədə göstərir və kontur xəritədə qeyd edir. 
 
                                                                      Yüksək dağlar 
 
200 m                                                                                          Zirvə 
 
         
1000 m                        Orta yüksəklikli dağlar                             Yamac 
 
                        Alçaq dağlar                                                          Ətək 
     0 m                                                                                                  
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə