Microsoft Word Geo-6 mv az-capa doc


Öyrəndiklərinizi yoxlayın



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə27/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

 
80
Öyrəndiklərinizi yoxlayın 
Düzənliklər Ölkə Materik 
Mesopotamiya 
İraq, Küveyt, İran, Suriya 
Avrasiya 
Amazon Braziliya 
Cənubi Amerika 
Qərbi Sibir 
Rusiya 
Avrasiya 
Kolxida Gürcüstan 
Avrasiya 
Hind-Qanq Hindistan 
Avrasiya 
Orinoko Venesuela 
Cənubi Amerika 
 
Qiymətləndirmə meyarları: 
  Sadalama 
  İzahetmə  
 
Obyektləri kontur xəritədə qeydetmə 
Zəif
 
Orta
 
Yüksək
 
Düzənliklərin  əmələ 
gəlməsinə təsir edən  amilləri 
sadalamaqda çətinlik çəkir.  
Düzənliklərin əmələ 
gəlməsinə təsir edən  
amillərin bir hissəsini 
sadalayır. 
Düzənliklərin əmələ 
gəlməsinə təsir edən amilləri 
tam olaraq sadalayır. 
Düzənliklərin yaranmasının 
dağların dağılmasının nəticəsi 
olduğunu izah etməkdə çətinlik 
çəkir. 
 
Düzənliklərin yaranmasının 
dağların dağılmasının 
nəticəsi olduğunu 
köməkliklə izah edir. 
Düzənliklərin yaranmasının 
dağların dağılmasının nəticəsi 
olduğunu düzgün izah edir. 
 
Xəritədə iri düzənlikləri göstər-
məkdə, onları kontur xəritədə 
qeyd etməkdə çətinlik çəkir.  
Xəritədə iri düzənlikləri gös-
tərir, amma onları kontur xə-
ritədə köməkliklə qeyd edir.  
Xəritədə iri düzənlikləri dəqiq  
göstərir və onları kontur 
xəritədə düzgün qeyd edir.  
  
Layihə üzrə iş 

Mövzu:
  GƏLİN SƏYAHƏTƏ ÇIXAQ 
 
 
Dərs bölmənin ümumiləşdirilməsinə xidmət edir və 2 tədris saatı nəzərdə tutulmuşdur. 
Təqdimatların geniş müzakirəsini təşkil etmək məqsədilə hər bir dərsdə qrupların yarı-
sının təqdimatını dinləmək olar. Dərsin məqsədi  şagirdlərdə aldıqları bilikləri təkcə 
ümumiləşdirmək və sistemləşdirmək deyil, həmçinin xəritə üzərində bacarıqların for-
malaşdırılmasını davam etdirmək, alınan bilikləri qrupda müzakirə etdirməkdir.  
Alt
 
 STANDART
 
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə 
və prosesləri təsvir edir. 
2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir. 
 
 
Dərsin 
MƏQSƏDİ
 
 təqdimat üçün coğrafi obyektləri seçir və seçimini əsaslandırır;  
 seçilmiş coğrafi obyektlərin təqdimatını hazırlayır və nümayiş et-
dirir;  
 seçilmiş coğrafi obyektləri xəritədə göstərir və kontur xəritədə 
qeyd edir.
 
 


 
 
81
Layihə barədə bölmənin birinci dərsində məlumat vermək məqsədəuyğundur.    
Layihəni cütlərlə yerinə yetirmək olar. Lakin bu zaman təqdimetmə çox vaxt apara 
bilər. Ona görə  də layihənin 4 nəfərlik qruplarda həyata keçirilməsi məqsədəuy-
ğundur.  
Dərsin gedişinə dair aşağıdakı təlimatın surətinin çoxaldılaraq qruplara paylanması 
məqsədəuyğundur.  
 
Mövzu: GƏLİN SƏYAHƏTƏ ÇIXAQ 
 
Məqsəd: Yerin relyefinin rəngarəngliyi ilə tanış olmaq 
Təchizat:  “Dünyanın fiziki xəritəsi”, “Dünyanın siyasi xəritəsi”, kontur xəritə, 
qara və rəngli karandaşlar, xətkeş, pozan, “Coğrafiya” ensiklopediyası, internet. 
 
Layihənin yerinə yetirilməsi üçün nə tələb olunur? 
Siz “Yerin bərk təbəqəsi” bölməsini başa vurdunuz.  İndi isə bu bölmədəki möv-
zuları necə öyrəndiyinizi müəyyən etməyin vaxtıdır. Qarşınızda dünyaya səyahət 
etmək tapşırığı qoyulmuşdur. Bu səyahətə sinif yoldaşlarınızdan biri və ya bir 
qrupu ilə birgə çıxa bilərsiniz. Müvəffəqiyyət qazanmaq istəyirsiniz? 
Bunun üçün, ilk növbədə, siz: 
– xəritələrdən necə istifadə etməyi, 
– xəritə üzərində relyef formalarının necə təsvir edildiyini bilməlisiniz. 
 
TAPŞIRIQ 
Öyrəndiyiniz bölmədəki coğrafi obyektlərdən ən azı 5-ni seçin. Xəritə üzərində bu 
məntəqələrin yerini müəyyən edin və onları düz xətt üzrə  xəyali birləşdirin. Siz 
müxtəlif mənbələrdən istifadə edərək seçdiyiniz məntəqələr, təbii obyektlər 
haqqında məlumat hazırlamalı və kontur xəritə üzərində təsvir etməlisiniz. 
Bunun üçün, ilk növbədə, “Dünyanın fiziki xəritəsi”ndə hündürlük şkalasına baxın: 
  yaşıl rəngin çalarlarının hansı hündürlükləri göstərdyini müəyyən edin; 
  qəhvəyi rəngin çalarları hansı hündürlükləri əks etdirir; 
  xəritədə vulkanlar necə göstərilmişdir; 
  fikrinizin dəyişməyəcəyinə əmin olduqdan sonra turizm marşrutunu seçin; 
  marşrutun sonunda təqdimatı necə yerinə yetirəcəyinizə dair qərar verin
1. Marşrutu seçərkən onun maraqlı olmasına diqqət yetirin. Yolunuzun materik və 
ya okean üzərindən keçəcəyi sizi qorxutmasın. Unutmayın ki, seçdiyiniz obyektlər 
nə qədər rəngarəng olsa, marşrutunuz bir o qədər maraqlı olacaqdır.  
2. Marşrut üçün seçdiyiniz təbii obyektləri kontur xəritə üzərində qeyd edin. Yaxşı 
olar ki, birinci mərhələdə qeydlərinizi qara karandaşla edəsiniz. 
3. Coğrafi obyektləri fiziki xəritəyə uyğun olaraq rəngləyin: düzənlikləri – ovalıq 
olduqda yaşıl, yüksəklik olduqda açıq-sarı, yayla olduqda tünd-sarı, dağları – 
qəhvəyi, su sahələrini isə mavi rəngləyin. Vulkanları ulduz şəklində qeyd edin. 
4. “Dünyanın siyasi xəritəsi”ndə seçdiyiniz obyektlərin hansı ölkədə yerləşdiyini 
təyin edin. Həmin ölkənin paytaxtını müəyyən edin və kontur xəritədə dairə 
şəklində çəkin. 


 
82
5. Obyektləri birləşdirin. Sizin marşrut hazırdır. 
6. Bu obyektlər barədə əlavə məlumatları tapmaq üçün hansı mənbələrdən istifadə 
etmək haqqında qərara gəlin. 
 
TƏQDİMAT 
Siz hazırladığınız məlumatları qrup yoldaşlarınızın qarşısında təqdim etməli-
siniz. Layihənizin sistemli olması üçün yaxşı olar ki, topladığınız məlumatları 
aşağıda verilmiş cədvəldə olduğu kimi qruplaşdırasınız. 
Coğrafi obyektlər haqqında  əlavə  məlumat toplamaq üçün internetdəki axtarış 
proqramları ən etibarlı mənbədir. Google Earth xüsusi proqramı sizə bütün dün-
yanın təsvirini görməyə imkan verə bilər. Siz nə vaxtsa olduğunuz bütün yerlərin 
hər biri haqqında informasiyanı xüsusi saytlarda tapa bilərsiniz. Lakin nəzərə alın 
ki, internetdə  məlumatlar çoxdur. Siz yalnız özünüzə lazım olanları seçməyi ba-
carmalısınız. 
 
Obyektin adı Harada 
yerləşməsi Özünəməxsus cəhətləri 
 
 Siz öz marşrutunuzu ölkəmizin sərhədləri daxilində də keçirə bilərsiniz. Bunun 
üçün sizə Azərbaycanın fiziki və inzibati xəritəsi, kontur vərəqi lazım olacaqdır. 
Səyahət müddətində obyektlərə aid fotişəkillərin toplanması “yolunuzun” maraqlı 
olacağından xəbər verə bilər. 
Marşrut xəttinizə aid layihənizi plakat, portfolio və ya Pover Point  şəklində 
sinifdə, məktəbin coğrafiya dərnəyində, coğrafiya həftəsində təqdim etmək şansınız 
vardır. 
İndi isə keçirdiyiniz layihəni qiymətləndirin! 
Nələrə diqqət verməlisiniz: 
1.  Coğrafi obyektlər kontur xəritədə  səliqəli  şəkildə  çəkilməli və fiziki 
xəritələrə uyğun rənglənməlidir. 
2.  Obyektlər haqqında məlumatlar sistemli, planauyğun  şəkildə  və  hərtərəfli 
verilməlidir. 
3.  Obyektə aid maraqlı məlumatlar uyğun gəlməlidir. 
4.  Əlavə edilmiş şəkillər, plakatlar və s. materiallar sizi dinləyənlər arasında 
marağa səbəb olmalıdır. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə