Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə34/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

 
 
105 
 Nə öyrəndiniz 
Quru sularının  əmələ  gəlməsi suyun böyük dövranı  ilə  əlaqədar yaranır. Okean 
səthindən buxarlanan su atmosferdən birbaşa okeana qayıdarsa, bu, suyun kiçik 
dövranı adlanır. 
Öyrəndiklərinizi yoxlayın 
1. Suyun kiçik  dövranı okean – atmosfer – okean həlqələrindən ibarətdir. 
Su canlı orqanizmlərin tərkibinin bir hissəsidir.  
Su relyef əmələgəlmədə iştirak edir.  
Su təbiətdə üç halda olur. 
 
Qiymətləndirmə meyarları: 
  İzahetmə 
  Sxem tərtibetmə 
Zəif Orta 
Yüksək 
Suyun dövranının ayrı-ayrı 
hissələrinin əlaqəsini, suyun 
dövranı zamanı baş verən 
prosesləri izah etməkdə 
çətinlik çəkir.  
Suyun dövranı zamanı baş 
verən prosesləri söyləyir və 
suyun dövranının ayrı-ayrı 
hissələrinin əlaqəsini qismən 
izah edir.  
Suyun dövranının ayrı-ayrı 
hissələrinin əlaqəsini, suyun 
dövranı zamanı baş verən 
prosesləri ətraflı izah edir. 
 
Suyun dövranı sxemini tərtib 
etməkdə çətinlik çəkir.  
Suyun dövranı sxemini 
əsasən tərtib edir. 
Suyun dövranı sxemini  
düzgün tərtib edir. 
 
 
Dərs 32  / Mövzu:
 ÇAYLAR 
 
 
Şagirdlər “Həyat bilgisi” fənnindən “çay” anlayışı haqqında bəzi təsəvvürlərə ma-
likdir. 6-cı sinifdə isə  şagirdlər çayın elementləri ilə tanış olacaq, onları  xəritədə 
göstərmək, coğrafi mövqeyini müəyyən etmək bacarıqlarına yiyələnəcəklər.  
Alt 
 STANDART 
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir. 
 
 
Dərsin 
MƏQSƏDİ 
  çayın əsas elementlərini şərh edir;  
  çayların adlarını sadalayır və  onları xəritə üzərində göstərir; 
  çayların coğrafi mövqeyini müəyyən edir
 
kontur xəritədə çayları qeyd edir.
 
 


 
106
 Motivasiyanı  dərslikdə  təklif olunmuş materialdan istifadə edərək keçirmək 
olar. Texniki imkanları olan siniflərdə iri çay sistemləri haqqında videomaterial 
nümayiş etdirmək faydalı olardı.  
  Bu fəaliyyət növünü şagirdlər cütlərdə yerinə yetirə bilər. Lakin əvvəlcədən 
bütün siniflə birlikdə çayların təxmini müqayisə planını hazırlamaq məqsədəuy-
ğundur:  
1. Çayın adı. 
2. Çayın uzunluğu. 
3. Çayın yerləşməsi. 
4. Mənbə və mənsəb. 
5. Hansı ərazidən axır (dağlıq, düzənlik). 
6. Çayın qidalanması (çay üçün su mənbəyi nədir?).  
7. Çayın təsərrüfat əhəmiyyəti. 
 “Mənbə”, “mənsəb”, “qol”, “çay vadisi”, “çay sistemi” anlayışlarını  dərsliyin 
illüstrasiyalı materiallarından istifadə edərək formalaşdırmaq daha səmərəlidir. Dü-
zənlik və dağ çaylarının müqayisəsini cədvəli doldurarkən yerinə yetirmək olar.  
Nəyi müqayisə edirik 
Düzənlik çayları Dağ çayları 
1. Axın sürəti kiçik  böyük 
2. Vadinin eni və dərinliyi geniş və dayaz 
dar və dərin 
3. Mənbəyin mənsəbdən 
hündür olması 
kiçik böyük 
4. Məcranın əyri, yaxud 
düz olması 
əyridir  
düzdür 
Çayın xüsusiyyətlərini  şərh etmək bacarığını, “Öyrəndiklərinizi yoxlayın” bölü-
mündə Amazon çayının şərhi üçün təklif olunan plandan istifadə edərək formalaş-
dırmaq yaxşı olardı.  
Dərsdə “Çaya su haradan gəlir?” sualını müzakirə edərkən “çayın qidalanması” 
anlayışı formalaşır. Bu mövzunun daha dərindən açıqlanması yuxarı siniflərdə 
olacaq. Lakin artıq 6-cı sinifdə  şagirdlər çayların qidalanmasının  ərazinin iqlim 
xüsusiyyətindən asılı olduğunu  anlamalıdırlar. 
Öyrəndiklərinizi tətbiq edin 
Çayın adı Kür 
Sırdərya Nil 
Konqo  Parana 
Mənbəyi Anadolu Tyan-Şan,  
Viktoriya 
gölü 
Şərqi Afrika 
yaylası 
Braziliya 
yaylası 
Mənsəbi  
Xəzər dənizi Aral 
gölü  Aralıq 
dənizi 
Atlantik 
okean 
Atlantik 
okean 
Çayın qolu 
Araz 
 
Ağ Nil 
Ubangi 
 
Hansı ölkələr-
dən keçir 
Türkiyə, 
Gürcüstan, 
Azərbaycan 
Qazaxıstan, 
Qırğızıstan  
Sudan, 
Misir 
Konqo Braziliya, 
Argentina 
 
 Nə öyrəndiniz 
Çay açdığı  dərə  boyunca axan sudur. Onun başladığı yer mənbə,  töküldüyü yer 
isə  mənsəb adlanır. Çay qolları ilə birgə çay  sistemi yaradır. Çaylarda suyun sə-


 
 
107 
viyyəsi onun qidalanma mənbəyindən asılıdır. Çaylar sağ  və sol sahillərdən 
qollar qəbul edə bilir. 
Öyrəndiklərinizi yoxlayın 
1. a – Cənubi Amerika, Braziliya; b – And, Atlantik okean; c – Şərq; d – sağ 
qol: Madeyra, sol qol: Riu-Neqru. 
2. A-3, B-4, C-1, D-2, E-5. 
Qiymətləndirmə meyarları: 
Şərhetmə 
  Xəritə üzərində göstərmə 
  Müəyyənetmə 
  Kontur xəritədə qeydetmə 
Zəif Orta 
Yüksək 
Mövzunun əsas anlayışlarını  
şərh etməkdə çətinlik çəkir.  
Mövzunun əsas anlayışlarını 
qismən şərh edir. 
Mövzunun əsas anlayışlarını 
ətraflı şərh edir. 
Xəritə üzərində çayların ad-
larını sadalamaqda və göstər-
məkdə çətinlik çəkir.  
Xəritə üzərində çayların 
adlarını qismən sadalayır və  
köməkliklə göstərir. 
Xəritə üzərində çayların 
adlarını düzgün sadalayır və 
dəqiq göstərir. 
Çayların coğrafi mövqeyini  
müəyyən etməkdə çətinlik 
çəkir.  
Çayların coğrafi mövqeyini  
əsasən müəyyən edir. 
Çayların coğrafi mövqeyini 
dəqiq müəyyən edir. 
Kontur xəritədə çayları qeyd 
etməkdə çətinlik çəkir.  
Kontur xəritədə çayları 
köməkliklə qeyd edir. 
Kontur xəritədə çayları dəqiq 
qeyd edir. 
 
Dərs 33  / Mövzu: 
GÖLLƏR 
 
 
 Motivasiyanı bu dərslikdə verilmiş sualın müzakirəsi ilə təşkil etmək olar. Tex-
niki imkanı olan siniflərdə dünya gölləri haqda qısa videomaterial nümayiş 
etdirmək məqsədəuyğundur.  
 Bu tapşırığı şagirdlər cütlükdə yerinə yetirə bilər. Müqayisədən əvvəl şagirdlər-
lə təqribi müqayisə planının işlənilməsi faydalı olardı. Çayları müqayisə etmək təc-
Alt 
STANDART
 
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir. 
 
 
 
Dərsin 
MƏQSƏDİ
 
  “göl” anlayışını şərh edir; 
  xəritədə gölləri göstərir. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə