Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

 

44

Dərs 



9

 / Mövzu:

 OBYEKTLƏR QRUPU 

 

MOTİVASİYA 

Müəllim  şagirdlərə  iki  müxtəlif qələm göstərir. Əvvəlcə, onların hər birinin ayrılıqda xassələrini, sonra isə 

ümumi xassələrini söyləməyi xahiş edir. O, sinfə müraciət edir: 

 Söylənilən xassələrə görə bu iki əşyanı ümumi adla necə adlandırmaq olar? (Qələm) “Qələm” qrupuna 



karandaş daxil ola bilərmi? Niyə? Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

 

Tədqiqat sualı: 



Obyektin qrupunu necə müəyyən etmək olar və bunun hansı əhəmiyyəti var?  

 

Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir, sonra isə 

şagirdləri 4 qrupa bölür. Hər bir qrupa iş vərəqi və bir şəkil verilir. Bütün qruplara ümumi tapşırıq verilir.  

Tapşırıq: Verilmiş obyektlər qrupunu adlandırın. Cədvəldə qrupa daxil olan obyektlərin ümumi 

əlamətlərini, ümumi tərkib hissələrini və ümumi hərəkətlərini qeyd edin. 

 

TƏDQİQATIN APARILMASI 



I qrup   

 

 

 

 

      II qrup  

    


 

 

III qrup  

 

 



 

 

     IV qrup  



     

 

Obyektlərin ümumi adı _



__________________________ 

 

Obyektlərin ümumi əlamətləri 



(Hamısına aid olan əlamətlər) 

Ümumi tərkibləri  

(Hamısının hansı hissələri var) 

Ümumi hərəkətləri (nə edir və 

onunla nə edirlər) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

DƏRSİN MƏQSƏDİ 

•  obyektin müxtəlif əlamətlərini müəyyən etmək; 

•  ümumi əlamətlərinə görə obyektlər qrupunu adlandırmaq; 

•  qrupa daxil olan obyektlərin ümumi əlamətlərini söyləmək; 

•  obyektləri qruplara ayrılmasının əhəmiyyətini izah etmək. 



 

 

Əsas ANLAYIŞLAR   

Obyektin xassəsi, obyektin əlaməti, qrupun adı, ümumi ad, ümumi əlamət 

 

 

Dərsin  TİPİ 

İnduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş, qrup iş, fərdi iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Müsahibə, rollu oyun, didaktik oyun, beyin həmləsi 



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 2.1.1, 4.1.1, 4.1.5, Riy. – 1.3.7, 3.2.2, 5.1.2,  H-b. – 1.3.1, 2.3.1, X-d. – 2.2.1, Tex. 

– 2.1.3, T-i. – 2.1.1, Mus. – 1.2.1, 1.2.2, 1.2.3, F-t. – 1.3.1, 1.3.2 

 

 

Təchizat 

Əvvəlcədən hazırlanmış rəngli şəkillər, iş vərəqləri  

          

        


 


 

 

45



MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupdan bir nümayəndə yerinə yetirdikləri tapşırıq barədə məlumat verir. Müəllim qruplara aşağıdakı 

məzmunda suallar verə bilər: 

I qrupa: 

 Bu obyektləri nə birləşdirir? 



– 

Ümumi tərkib hissələri hansıdır? (kökü, yarpaqları)  

 Ümumi hərəkətlər nədir? (torpaqda bitir, kökləri su içir, çoxalır) Bu obyektləri necə adlandırmaq olar? Bu 



qrupa daha hansı obyektləri daxil etmək olar? (kolları) 

II qrupa: 

 Qrupu necə adlandırmaq olar? (çap məhsulları) Hansı obyektləri əlavə etmək olar? (təqvim, 



açıqca, buklet, gündəlik, dəftər) Onları  nə birləşdirir? Siz onların hansılarından tez-tez istifadə edirsiniz? 

Onların hansı ümumi əlamətləri var? 



III qrupa: 

 Obyektlərin ümumi adı  nədir? Onların  ümumi əlamətləri hansılardır? Bu qrupu  necə 



adlandırmaq olar? (tutuquşu). Bu qrupa daha hansı adı vermək olar? (“burunları əyri olan quşlar”) 

IV qrupa: 

 Qrupu necə adlandırmısınız? Bütün insanları digər canlılardan fərqləndirən hansı  ümumi 



əlamətləri var? (şüurları var, danışa bilirlər, evlər, zavodlar, fabriklər  tikirlər, işləyirlər) 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ 



 

Müəllim: 

  İnsanlar nə üçün obyektlərə ad verirlər?  İki müxtəlif obyektin eyni adı ola bilərmi? Misal 



göstərə bilərsinizmi? Eyni bir qrupa daxil olan obyektləri nə birləşdirir?  

Şagirdlərin cavabları dinlənilir. Sonra müəllim onların fəal iştirakı ilə ümumiləşdirmə aparır:  

 Bütün obyektlərin adı olur. Obyektlərə ad ona görə qoyulur ki, bu obyekti qeyd etmək, onun haqqında 



informasiya ötürmək və saxlamaq daha rahat olsun. Ümumi əlamətlərə görə obyektləri qruplara ayırmaq 

olar.  Qrupun adı ona daxil olan obyektlərin ümumi adıdır. Hər bir obyektin çox saylı xassəsi olur: forması, 

rəngi, hərəkətləri, tərkib hissələri və s. 

Müəllim şagirdlərə dərsin əvvəlində irəli sürülmüş fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı 

ilə qazanılmış biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

----------------------------------------------------------------------------------------------------------------------------------------------------- 

Oyun“Ümumi əlamətləri söylə” 

Müəllim qrupun adını deyir, şagirdlər isə bu qrupa daxil olan obyektlərin ümumi əlamətlərini sadalayırlar.  

Oyunda auksion üsulundan istifadə etmək olar

----------------------------------------------------------------------------------------------------------------------------------------------------- 

İş dəftərindəki 1

3-cü çalışmaların yerinə yetirilməsi.



 

 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim fərdi özünüqiymətləndirmə formasından istifadə etməklə formativ qiymətləndirmə apara bilər.  

 

№ Meyarlar Yaxşı Orta  Zəif 



1 Obyektin 

əlamətlərini müəyyən edə bilirəm 

 

 

 



2 Ümumi 

əlamətlərinə görə obyektlər qrupunu adlandıra bilirəm 

 

 

 



Qrupa daxil olan obyektlərin ümumi əlamətlərini müəyyən edə bilirəm  

 

 

 



4 Obyektlərin qruplaşdırılmasının əhəmiyyətini izah edə bilirəm  

 

 



Ev tapşırığı. İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə