Microsoft Word Gulnara-kitab son doc


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə20/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   16   17   18   19   20   21   22   23   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
59
 
 
 
 
 
 
I
I
I
I
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
 
 
T
T
Ü
Ü
R
R
K
K
 
 
D
D
İ
İ
L
L
L
L
Ə
Ə
R
R
İ
İ
N
N
D
D
Ə
Ə
 
 
 
 
F
F
E
E
L
L
 
 
Z
Z
A
A
M
M
A
A
N
N
L
L
A
A
R
R
I
I
N
N
I
I
N
N
 
 
 
 
 
 
M
M
O
O
R
R
F
F
O
O
L
L
O
O
J
J
İ
İ
 
 
Ə
Ə
L
L
A
A
M
M
Ə
Ə
T
T
L
L
Ə
Ə
R
R
İ
İ
 
 
Felin zamanları dildə şəkilçilərlə ifadə olunur. Bu 
şəkilçilər kəmiyyət müxtəlifliyinə, fonetik variantlılığı-
na görə türk dillərində xeyli fərqlənir. Bir sıra dünya 
dillərində olduğu kimi, müasir türk dillərinin də qram-
matik zamanını göstərən morfoloji əlamətlər vardır. Za-
manlar həmin morfoloji əlamətlər vasitəsilə dəqiqləşdi-
rilir, yəni keçmiş, indiki və gələcək zaman formalarında 
ifadə edilir.  
Türk dillərində zaman formalarını ifadə edən şəkil-
çilər müxtəlif işlənmə tezliyinə malikdir. Oğuz qrupu 
türk dillərində aktiv şəkildə özünü göstərən və daha çox 
işlənən zaman şəkilçiləri digər qrup türk dillərində bir o 
qədər də çox işlənmir.  
Oğuz qrupu türk dillərində keçmiş zaman -mış şə-
kilçisinə digər türk dillərində (salar dili istisna olunmaq-
la) zaman şəkilçisi kimi təsadüf olunmur, salar dilində 
isə tamam başqa funksiyada çıxış edir. Yaxud -çaŋ, -çeŋ 
şəkilçili və -çık, -çik; -çuk, -çük şəkilçili keçmiş zaman 
formaları yalnız uyğur-oğuz qrupu türk dillərində rast-
lanan formadır.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
60
 
 
 
 
Eyni fikri digər qrup türk dilləri haqqında da söy-
ləmək olar. Məsələn, qıpçaq, bulqar, karluq, uyğur-oğuz 
qrupu türk dillərində geniş  şəkildə yayılmış  -qan, -kən 
keçmiş zaman şəkilçisi, -a, -e, -y indiki zaman şəkilçisi 
oğuz qrupu türk dillərində, ümumiyyətlə, zaman forma-
sını yaratmağa xidmət etmir.   
Zaman formalarını ifadə edən elə morfoloji əla-
mətlər vardır ki, onlar yalnız həmin türk dilində özünü 
göstərir.  
Oğuz qrupu türk dillərinin hər birində indiki za-
man formasını əmələ gətirən morfoloji əlamətlər öz spe-
sifikliyi ilə seçilir. Belə ki, Azərbaycan, türk, türkmən, 
qaqauz dillərində müşahidə olunan indiki zaman şəkil-
çiləri hər bir dilin özünə məxsusdur. Türk, türkmən, qa-
qauz dillərində indiki zamanın morfoloji göstəriciləri 
digər türk dillərində müşahidə olunmur. Azərbaycan di-
lində indiki zamanı  əmələ  gətirən  şəkilçilər isə digər 
türk dillərində başqa mövqedə - gələcək zaman şəkilçisi 
kimi işlənir. Karluq qrupu türk dillərində indiki zaman 
şəkilçiləri də yalnız həmin dillərdə müşahidə olunan 
zaman göstəriciləridir.  
Gələcək zaman şəkilçilərinə  gəldikdə isə qeyd et-
məliyik ki, bütün türk dillərində müşahidə etdiyimiz gə-
ləcək zaman şəkilçiləri ilə yanaşı, yalnız müəyyən bir 
türk dili üçün yaxud müəyyən qrup türk dilləri üçün 
xarakterik olan gələcək zaman şəkilçiləri də nəzərə çar-
pır. Məsələn,-ar, -er, -ır, -ir, -ur, -ür, -r şəkilçili gələcək 
zaman forması bütün tük dilləri üçün xarakterik olduğu 
halda,  -acaq, -əcək  şəkilçili gələcək zaman forması 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
61
 
 
 
 
bütün oğuz qrupu türk dillərində geniş istifadə tezliyinə 
malik olduğu halda, uyğur-oğuz qrupu türk dillərində 
ümumiyyətlə, rast gəlinmir. Qıpçaq, bulqar, karluq qru-
pu türk dillərində isə pərakəndə şəkildə təsadüf olunur. 
Türk dillərində müşahidə olunan digər gələcək zamanın 
morfoloji göstəriciləri isə məhdud dairədə bir və ya bir 
neçə bu və ya digər türk dilində spesifik gələcək zaman 
formasının ifadəsinə xidmət edir.  
Bütün bu söylədiklərimizi nəzərə alaraq türk dillə-
rində müşahidə olunan bütün zaman şəkilçilərini işlən-
mə arealına görə iki qrupa ayırmaq olar: 
1. geniş arealda işlənən zaman şəkilçiləri;  
2. məhdud(dar) arealda işlənən zaman şəkilçiləri. 
Geniş arealda işlənən zaman şəkilçilərinə aşağıda-
kıları aid etmək olar: 
1.
 
-dı, -di, -du, -dü; -mış, -miş, -muş, -müş; -qan, -kən; 
-ıb, -ib, -ub, -üb keçmiş zaman şəkilçiləri; 
2.
 
-a, -e (-ə), -y indiki zaman şəkilçiləri;  
3.
 
-ır, -ir, -ur, -ür, -ar, -ər, -r; -acaq, -əcək  gələcək 
zaman şəkilçiləri. 
Məhdud (dar) arealda zaman şəkilçilərinə isə aşa-
ğıdakılar daxildir: 
1.
 
-an, -en; -çaŋ, -çeŋ; -çu, -çü; -atın, -etin; -çık, -çik; -
çuk, -çük keçmiş zaman şəkilçiləri; 
2.
 
-yor; -yar, -yər; -er, -yer; -yap; -ıuçu, -ıçan; -por; -
yaq, -qaq, -gak, -kek; -oyan, -uyan indiki zaman 
şəkilçiləri; 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə