Microsoft Word Gulnara-kitab son doc


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə3/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   2   3   4   5   6   7   8   9   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
5
 
 
 
 
fatını aparmağa, zaman şəkilçilərinin linqvistik təbiəti-
nə aydınlıq gətirməklə onların mənşəyi və inkişaf yol-
ları haqqında elmi fikir yürütməyə imkan yaratmışdır. 
Zaman şəkilçilərinin aydın mənzərəsini yaratmaq məq-
sədi ilə türk dillərinin bütün qrupları üzrə müəllifin tər-
tib və təqdim etdiyi sxemlər bu və ya digər zaman şə-
kilçisinin türk ədəbi dillərində, eləcə də türk dillərinin 
dialektlərində yayılma arealını, istifadə dairəsini və iş-
lənmə tezliyini müəyyənləşdirmək üçün aydın göstəri-
cidir. 
Müəllifin  əsərdə zaman və  həmhüdud kateqoriya-
lar məsələsinə yer verməsi də, bizcə, təqdirəlayiqdir. 
Belə ki, feli sifət, feli bağlama, eləcə də felin arzu, va-
cib, lazım kimi şəkilləri yalnız semantik cəhətdən deyil, 
formal əlamətləri ilə də felin zaman kateqoriyasına bağ-
lıdırlar. İsmi və feli xəbərlərin şəxslər üzrə təsrifi zama-
nı işlənən şəkilçilərin ayrı-ayrı adlar daşımasına baxma-
yaraq eyni kökdən nəşət tapdıqlarını, mahiyyətcə eyni 
olduqlarını söyləyən aspirantın fikirləri də düşündürü-
cüdür və əslində yeni tədqiqatlara yol açır.  
Fel zamanlarının semantik təbiətini, zaman şəkilçi-
lərinin birinin digərinin yerində işlənə bilmə məqamla-
rını türk dillərinin zəngin dil faktları ilə çözələyən, bu 
zaman türk dillərinin dialektlərindən bəhrələnən və bu-
nunla da felin zamanlarının tarixi inkişaf yolunu izləmə-
yə çalışan müəllifin elmi mülahizələri də maraqlı  və 
cəlbedicidir.  
Mübahisələr hədəfi olan bütün bu məsələləri tədqi-
qatçı öz təhlil süzgəcindən keçirərək əsaslı elmi qənaət-


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
6
 
 
 
 
lər  əldə etmişdir.  Əlbəttə, müəllifin bəzi mülahizələri 
(məsələn,  -maqda, -məkdə formal əlamətini zaman şə-
kilçisi kimi qəbul etməməsi,  şəxs sonluqları  və  xəbər 
şəkilçisi adları altında təqdim olunan morfoloji əlamət-
lərin eyniliyini göstərməyə çalışması  və s.) mübahisə 
obyektinə çevrilə bilər. Lakin yüksək elmi savadı, mən-
tiqi təfəkkürü və polemika mədəniyyəti aspirantın hər 
hansı mübahisəli məqamda öz şəxsi mövqeyini layiqin-
cə müdafiə edəcəyinə əminlik yaradır. 
Zəngin elmi-nəzəri  ədəbiyyatdan, müxtəlif türk 
xalqlarının  ədəbi nümunələrindən, intenetlə  əldə etdiyi 
məlumatlardan yaradıcılıqla bəhrələnən aspirantın mo-
noqrafiyası dilinin səlisliyi ilə seçilən, mövzunu tam 
əhatə edən və sruktur baxımdan bitkin olan dəyərli əsər-
dir.  
Azərbaycan dilçiliyində ilk dəfə olaraq bütün türk 
dillərinin  ədəbi dil və dialekt materialları  əsasında za-
man kateqoriyasını müqayisəli tədqiqata cəlb edən Gül-
narə Fəxrəddin qızı Əliyevanın timsalında türkoloji alə-
mə istedadlı, elmə vurğun,  əməksevər bir gənc qədəm 
basır. İnanıram ki, türk dillərinin hər hansı bir məsələsi-
nin araşdırılmasında,  ən mürəkkəb problemlərinin həl-
lində elmi-məntiqi təfəkkürü, yüksək məsuliyyətliliyi, 
elmə sonsuz istəyi və zəhməti ilə seçilən aspirantımın da 
öz sözü olacaqdır. 
Yekun olaraq demək istərdim ki, Gülnarə Fəxrəd-
din qızı  Əliyevanın “Türk dillərində zaman kateqori-
yası” monoqrafiyasını bu sahədə nəinki Azərbaycan dil-
çiliyində, eləcə də türkoloji aləmdə atılan  uğurlu addım 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
7
 
 
 
 
kimi yüksək qiymətləndirir və onun layiqli bir tədqiqat 
əsəri olaraq tanınmış türkoloqlar tərəfindən bəyəniləcə-
yinə, müəllifinə isə  rəğbət qazandıracağına  ürəkdən 
inanıram.   
                        
                            
                                Məhəbbət MİRZƏLİYEVA                    
                                filologiya elmləri doktoru 
 
 
 
 
 
 
 
 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
8
 
 
 
 
 
 
 
 
G
G
İ
İ
R
R
İ
İ
Ş
Ş
 
 
İstər Azərbaycan dilçiliyində, istərsə də türkologi-
yada ayrı-ayrı türk dillərinin materialları əsasında felin 
zamanlarına həsr olunmuş bir sıra əsərlər vardır. Lakin 
qeyd etməliyik ki, felin zaman kateqoriyası  əksər türk 
dillərinin – oğuz, qıpçaq, bulqar, karluq və uyğur-oğuz 
qrupları türk dillərinin materialları əsasında müqayisəli 
qarşılaşdırma üsulu ilə araşdırılmamış, xüsusi tədqiqata 
cəlb edilməmişdir. Bu vəziyyət “Türk dillərində zaman 
kateqoriyası” mövzusunun aktuallığını şərtləndirir.   
Digər tərəfdən, müqayisəli araşdırma zamanı türk 
dillərində felin zaman kateqoriyasında  ədəbi dil xüsu-
siyyətləri ilə dialekt xüsusiyyətlərinin indiyədək qarşı-
laşdırılmaması,morfoloji  əlamətlərin bu baxımdan üst-
üstə düşən və düşməyən tərəflərinin aydınlaşdırılmama-
sı mövzunun aktuallığına bir daha zəmin yaradır. 
Araşdırmanın əsas məqsədi türk dillərində felin za-
man kateqoriyasını həm sinxron, həm də diaxron planda 
struktur-semantik və üslubi xüsusiyyətləri ilə birlikdə 
tədqiq etməkdir.  
Bu məqsədlə monoqrafiyada müasir türk dillərində 
felin zaman kateqoriyasının mahiyyətinin açıqlanması-
na səy göstərilmiş, türk dillərində felin zaman kateqori-
yasının tədqiqi tarixi izlənilməklə mövcud istiqamət və 
baxışları təqdim və təhlil edilmiş, oğuz, qıpçaq, bulqar, 
karluq, uyğur-oğuz qrupu türk dillərində fel zaman-
larının oxşar və  fərqli  əlamətləri meydana çıxarılmış, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə