Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə29/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   25   26   27   28   29   30   31   32   ...   145

__________________________________________ 

92

  



nəqliyyata kuratorluq edirdim. Mən o vaxtlar təhsilə, yeri 

gəlmişkən, idmana da rəhbərlik edirdim, səhiyyənin, gənclər 

siyasətinin də kuratoru idim. 

Biz «xoş  məramlı oyunlar» keçirdik, mən bu oyunların 

hazırlanması  və keçirilməsi üzrə dövlət komissiyasının sədri 

idim. Bir biləydiniz, biz bununla nə qədər məşğul olmuşduq. Bir 

sözlə, mən idmana, mədəniyyətə  də, səhiyyəyə  də, təhsilə  də, 

ticarətə də, nəqliyyata da kuratorluq edirdim. 

Deməliyəm ki, mən nəqliyyatla məşğul olarkən bir çox 

şeyləri də böyük maraqla öyrəndim. O vaxtlar isə BAM Sovet 

ittifaqı üçün «Əsrin tikintisi» idi. BAM-ı bütün ölkə tikirdi, bu 

işdə hər bir respublika, hər bir vilayət iştirak edirdi. Mən bu işlə 

məşğul olmağa başladıqda, təbii ki, BAM üzrə komissiyanın 

sədri idim, aydınlaşdırıb gördüm ki, işlər qəzetlərdə yazıldığı 

kimi getmir. 

Nə etməli? Mən təxminən bir il bu məsələni araşdırdım, 

sonra isə 1984-cü üdə BAM-a səfər etməyi qərara aldım. Mən, 

sadəcə olaraq, Moskvadan təyyarə ilə yola düşmədim,  əksinə, 

qatara minib Vladivostokadək getdim, yolboyu bu tikintinin əsas 

stansiyalarında, əsas qovşaqlarında dayanırdım. 

Məni Tındada xatırlamışlar? Mən Tındada çox böyük bir 

müşavirə keçirdim. Bir çox nazirlər mənimlə birlikdə idi, 

jurnalistlər də vardı. Bu işi elə sevmişdim ki, Tında mənə Sovet 

İttifaqının ən yaxşı şəhəri kimi görünürdü. Amma görürdüm ki, 

adamlar böyük maraqla işləyir, onların bir çoxu BAM 

ətrafındakı qəsəbələrdə yaşayır, tikinti isə yaxşı getmir. 

Baykal-Amur magistralının  ən mürəkkəb sahəsi  Şimali 

Muysk tuneli idi. 



Aleksey Makurin: İndiyədək tikirlər. 

Heydər  Əliyev:  Əlbəttə, ora çox çətin keçiddir, orada çox 

mürəkkəb dağ strukturları var. Buna baxmayaraq, bir halda ki 

qərara almışlar, deməli, tikmək lazımdır. Bir neçə digər tunel, 

demək   olar, tikilib qurtarmışdı, mən onlardan 

  



__________________________________________ 

93

 



 

keçib getdim. Şimali Muysk tunelində isə üç gün qaldım. 

Tikintinin problemini öyrənmək gərək idi. Orada qazma işləri 

şərqdən və qərbdən aparılırdı. Hamı da bəyan edirdi ki, tunel iki 

ildən sonra - 1986-cı, yaxud 1987-ci ildə  çəkilib başa 

çatdırılacaq və BAM istifadəyə veriləcəkdir. 

Bu işə  Nəqliyyat Tikintisi Nazirliyi başçılıq edirdi, nazir 

yaşlı, çox təcrübəli bir insan olan İvan Dmitriyeviç Sosnov idi. 

Amma, təəssüf ki, onlar mühafizəkar düşüncəli adamlar idi. 

Biz  şərqdən də, qərbdən də tunelə baxdıq.  Əlbəttə, orada 

şərait çox mürəkkəbdir, daim su axır və adamlar dizədək suyun 

içində işləyirdilər. Mən də həm şərqdən, həm də qərbdən suyun 

içi ilə keçib getdim. 

Şübhəsiz ki, mən Tındada vəziyyəti öyrəndim. Qayıdandan 

sonra Siyasi Büroya məktub yazdım ki, bu işi nəinki 1986-cı 

ildə, 1987-ci ildə görmək olmaz, bunun üçün azı daha beş il vaxt 

gərəkdir. Mən bu məktubu təqdim edəndən sonra böyük 

müzakirə oldu, mən məruzə etdim, hamı  məəttəl qaldı. Çünki 

tikintinin başlandığı 1974-cü ildən bəri ölkə  rəhbərliyindən

Siyasi Büro üzvlərindən, Nazirlər Sovetinin rəhbərliyindən heç 

kim oraya gedib vəziyyətlə tanış olmamışdı. Nə  məlumat 

verilirdisə, ona da inanırdılar. 

Xatirələrim çoxdur. Bilirəm ki, bu yaxınlarda BAM-ın 

tikintisinə başlanmasının ildönümünü qeyd etmişlər, mən 

Tındaya təbrik göndərdim. Həmin tunelin çəkilməsi ile 

maraqlandım. Deyirlər ki, hələ qurtarmayıblar, ya bir kilometr, 

ya da kilometr yarım qazılmalıdır. 

Bilirsinizmi, bu, məndən uzaq olan problemdir, buna 

baxmayaraq, mən onunla maraqlanıram, çünki beş il bu işə 

çoxlu əmək sərf etmişəm və istəyirəm ki, bu iş başa çatdırılsın, 

Rusiya qərbdən Şərqədək yaxşı dəmir yoluna malik olsun. 

Lap yaxşı, əgər imkan olsa, mənim salamımı, xoş arzularımı 

BAM-çılara yetirin. Mən onlarla işi, görüşləri böyük 

 

xatırlayıram. Bunların hamısı xatirimdədir. 



 


__________________________________________ 

94

  



  

Siz mənim necə  işləməyimlə maraqlanırsınız. Necə 

lazımdırsa, eləcə  də  işləyirəm. Burada heç bir sirr yoxdur. 

Amma  şadam ki, siz çıxışımı televiziya ilə görmüsünüz. Yeri 

gəlmişkən, birinci çıxışım təxminən bir saat əlli dəqiqə  çəkdi. 

Sonra, qurultayın axırında, biz rəhbər orqanları seçdikdən sonra 

isə mən otuz dəqiqədən artıq danışdım. 

Hamı  təəccüblənir. Bilirsinizmi, mən heç bir çıxışı, heç bir 

məruzəni heç vaxt əvvəlcədən yazmıram. Nə yadımdadırsa, o da 

yadımdadır. Hər hansı  əlavə materiallar, rəqəmlər göstərmək 

lazımdırsa, sadəcə olaraq, məlumat tələb edirəm və onu mənə 

verirlər. Məsələn, mən bu çıxışımda yadımda qalan çox 

rəqəmlər gətirdim. Mən onları bilirdim, lakin bu barədə daha 

dəqiq danışmaq üçün bir gün əvvəl məlumat istədim və onu 

mənə verdilər, mən bu rəqəmləri yaddaşımda bərpa etdim. 

Allaha  şükür, yaddaşım yaxşıdır, buna görə  də çox şeyi yadda 

saxlayıram. 

Sonra. Hətta sovet dövründə də mən respublikamızda əsasən 

mətnsiz çıxış edirdim. Moskvada isə bir dəfə belə etdikdə, mənə 

dedilər ki, belə lazım deyil. Hamı çıxışını mətndən oxuyur, siz 

fərqlənmək istəyirsiniz? Bu, ona görə deyildi ki, mən 

fərqlənmək istəyirəm. Sadəcə olaraq, hər adamın öz vərdişi var, 

bu vərdiş isə  məndə çoxdan yaranmışdır.  Əgər sən işlədiyin, 

çalışdığın yerdəki həyatla həqiqətən yaşayırsansa, onda belə 

etmək olar. Əgər sən işi bilirsənsə, onunla hər gün məşğulsansa, 

onda bunların hamısı yaddaşında yığılır, fikirlərini formalaşdırır. 

Fikirlər isə bir gündə, tutalım, sənə haradasa çıxış etmək lazım 

olanda formalaşmır. Onlar tədricən formalaşır, yığılıb cəmləşir 

və gərək olduqda, lazım gəldikdə üzə çıxır. Mən Belə təsəvvür 

edirəm. Bu barədə danışmaq mənim üçün çətindir, xüsusən də 

söhbət məndən gedəndə. Amma mən bunu belə təsəvvür edirəm. 

O ki qaldı mənim idman formama, sağ olun. Axı, mən cavan 

adam deyiləm, neçə yaşım olduğunu bilirsiniz. Mən 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə