Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə31/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   27   28   29   30   31   32   33   34   ...   145

__________________________________________ 

98

Mən gileylənmirəm, yox. Axı, məni heç kim məcbur etmir. 



Yadımdadır, mən Azərbaycanda işləyərkən indi dünyasını 

dəyişmiş  həyat yoldaşım bəzən deyərdi: «Bura bax, sən ki 

respublikanın rəhbərisən, sənə heç kim nəzarət etmir». Həyat 

yoldaşım göz həkimi işləyirdi, professor, elmlər doktoru idi. 

Onun işində belə bir qayda vardı - onlar səhərlər işə gəlir və işə 

çıxmaq haqqında jurnala qol çəkrdilər. Təbii ki, o da klinikaya 

gəlir və bu jurnala qol çəkirdi. O, mənə deyərdi: «Axı, sənə heç 

kim nəzarət etmir, səndən jurnala qol çəkməyi tələb etmir. Bizə 

isə  nəzarət edirlər və  əgər işə geciksəm, özümü pis hiss 

edərəm». Bir şəxsiyyət kimi ona hörmətlə yanaşırdılar, bir də ki 

axı, o, mənim həyat yoldaşım idi. O, mənə deyərdi: «işə niyə 

belə  tələsirsən? Sən bir qədər sonra gedə bilərsən. Sən niyə 

gedirsən? Bazar günü heç kim işləmir». Mən ona həmişə belə 

cavab verirdim: «bu, mənim adətimdir, ayrı cür mümkün deyil». 

Hesab edirəm ki, mən öz respublikama, öz xalqıma hələ çox 

illər fayda verə bilərəm. 

Bax, siz neft sənayesi ilə maraqlanırsınız. Bizim neft 

şirkətində daha ətraflı məlumat ala bilərsiniz. 

Azərbaycanda neft sənayesi köhnə sənaye sahəsidir - burada 

150 ildir sənaye üsulu ilə neft çıxarılır. Azərbaycan qədim neft 

ölkəsidir. Ancaq mərhələlər var. Birinci mərhələ burada nefti 

xarici konsessiyaların çıxardığı  mərəhələdir. Bu, təxminən 

1848-ci ildən sovet hakimiyyəti dövrünədək davam etmişdir. 

İkinci mərhələ sovet hakimiyyəti dövrüdür, onda Azərbaycan 

Sovet  İttifaqının başlıca neft təchizatçısı idi. İkinci dünya 

müharibəsi, Böyük Vətən müharibəsi illərində neftin 80 faizini 

Bakı, Azərbaycan verirdi. 

Yeri gəlmişkən, köhnə neftçi və bakılı, müharibə illərində 

Sovet  İttifaqı neft sənayesi nazirinin müavini olmuş, sonralar - 

Stalin dövründə isə uzun müddət nazir işləmiş Nikolay 

Konstantinoviç Baybakov Moskvada da, burada da dəfələrlə 

  



__________________________________________ 

99

bəyan etmiş, öz kitabında yazmışdır ki, əgər Azərbaycan nefti 



olmasaydı, Sovet İttifaqı faşizm üzərində  qələbə çala bilməzdi. 

Çünki bütün texnikanı yanacaqla təmin etmək lazım di. Bəs neft 

yoxdursa, yanacağı haradan tapasan?  

     Növbəti mərhələ dənizdə, - yeri gəlmişkən,, dünyada ilk dəfə, 

- neft yataqlarının kəşf olunub işlənilməyə başlandığı 

mərhələdir. Bu, 50 il öncə olmuşdur. 

Sonra Sovet İttifaqında zəngin neft yataqları aşkara çıxarıldı. 

Yeri gəlmişkən, onların işlənilməsində Bakı mütəxəssisləri 

həmişə  fəal iştirak etmişlər. Ona görə  də bu yerləri «İkinci 

Bakı», «Üçüncü Bakı», «Dördüncü Bakı» adlandırırdılar. 

Tümendə çoxlu azərbaycanlı yaşayır. Çünki Tümendə neft 

hasilatına başlanılan kimi oraya Azərbaycandan çoxlu adam 

göndərildi. Onlar orada məskən saldılar və indiyədək yaşayırlar. 

Əlbəttə, o vaxtlar Sovet İttifaqında neft hasilatının həcmi 

artmışdı və ola bilsin ki, Azərbaycan neftinin xüsusi çəkisi az di. 

Bununla Belə, dənizdə nefti təkcə biz çıxarırdıq, Azərbaycan 

çıxarırdı. 

Yeni mərhələ artıq Azərbaycanın müstəqil dövlət olduğu və 

öz iqtisadiyyatının inkişafını, öz xalqının, öz vətəndaşlarının 

rifahının yüksəlməsini özünü təmin etməli olduğu dövrdür. 

Təbiidir ki, biz, ilk növbədə, bu sərvətlərimizdən istifadə etməyi 

qərara aldıq. Xarici şirkətləri cəlb etdik. Təəssüf ki, bəzən 

Rusiyada ya anlaşılmazlığa görə, ya da qəsdən deyirlər ki, 

Azərbaycanda nə üçün xarici şirkətlər işləyir? Axı, indi onlar 

harada yoxdur? Rusiyada da xarici şirkətlər var. Nə üçün onlar 

bir yerdə ola bilər, başqa yerdə isə ola bilməzlər? 

İkincisi, bizim, - mən dənizdə neft hasilatı sahəsində dünyada 

ən təcrübəli mütəxəssislər olan Azərbaycan neftçilərini nəzərdə 

tuturam, - nə  vəsaitimiz, nə  də  dənizdən neft çıxarmaq üçün 

dünya praktikasında işlədilən texnologiyamız, texnikamız var. 

Şimal dənizində - Böyük Britaniya və Norveç sahillərində neft 

hasilatına 25 il əvvəl başlamışlar. Amma 

 

  



__________________________________________ 

100


 

orada nə cür texnologiya, texnika var! Onlar nə  qədər neft 

çıxarırlar! Biz isə dənizdə neft hasilatına 50 il əvvəl başlamışıq, 

lakin bizim belə texnikamız yoxdur. Rusiyanın da yoxdur. 

Məsələn, Rusiyanın «LUKoyl» Şirkəti digər şirkətlərlə birlikdə 

Azərbaycanın dəniz yataqlarının işlənilməsində fəal iştirak edir. 

Lakin ona görə  iştirak etmir ki, onun belə texnika və 

texnologiyası var. Sadəcə olaraq, onun kapitalı var və onu «Bi-

Pi AMOKO», «Eksson» kimi başqa  şirkətlərlə birlikdə bizim 

yataqların işlənilməsinə qoymuşdur. 

İndi bizdə Yaponiyadan başlamış Amerika Birləşmiş 

Ştatlarınadək 15 ölkənin 32 şirkəti işləyir. Onların kapitalı var 

və onu buraya qoyurlar. Onlar dənizin 400-500 metr 

dərinliyində platforma qurmağımıza imkan verə biləcək həmin 

müasir texnikanın harada olduğunu bilirlər. Onların 

mütəxəssisləri var. Buna görə  də biz onları  cəlb etmişik. Biz 

onların kapitalından, texnikasından, texnologiyasından istifadə 

edirik. 


Lakin əsas işi bizim mütəxəssislər görürlər. Yeri gəlmişkən, 

həmin  şirkətlərin Azərbaycanda uğurla işləməsi xeyli dərəcədə 

bununla bağlıdır ki, bizdə çoxlu, olduqca yaxşı neftçi 

mütəxəssislər var. Onlar çox yaxşı, yüksək hazırlıqlı, Xəzər 

dənizinə  bələd olan mütəxəssislərdir. Neft şirkətində sizə daha 

ətraflı danışarlar. 

Bax, bu, Azərbaycanın neft sənayesinin inkişafında yeni 

mərhələdir və indi biz müstəqil dövlət olaraq, öz təbii 

ehtiyatlarımızdan istifadə edirik. 

Zənnimcə, mən sizin gözlədiyinizdən də çox danışdım. 



Gennadi Maltsev dövlətimizin başçısını diqqətlə dinləyərək 

dedi: 


Heydər  Əliyeviç, bizimlə görüşməyə vaxt tapdığmıza görə 

çox sağ olun. 

Demək istəyirəm ki, Rusiya jurnalistlərinin ünvanına 

söylədiyiniz tənqidi biz ədalətli tənqid kimi qəbul edirik. Bizim 

mətbuatımızda jurnalistlərin heç də hamısı peşə etikası məcəl- 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə