__________________________________________
110
İSRAİL DÖVLƏTİNİN MÜDAFİƏ NAZİRİNİN
MÜAVİNİ CƏNAB EFRAİM SNEHƏ
Hörmətli cənab Sneh!
Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə
göndərdiyiniz təbrik məktubuna görə sizə təşəkkür edirəm.
Sizinlə bu yaxınlarda Bakıda keçirdiyim görüşü
məmnuniyyətlə xatırlayıram.
Biz İsrail ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk. Biz
ölkələrimiz arasında mövcud olan əməkdaşlığın və dostluq
münasibətlərinin xalqlarımızın mənəfeyi naminə daha da inkişaf
etdirilməsinin və genişləndirilməsinin tərəfdarıyıq.
Sizi Yeni il bayramı münasibətilə təbrik edir, uzun ömür,
cansağlığı, gələcək işlərinizdə yeni-yeni müvəffəqiyyətlər
arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 1999-cu il
__________________________________________
111
SSRİ XALQ ARTİSTİ BƏSTƏKAR
ALEKSANDRA PAXMUTOVOYA
Hörmətli Aleksandra Nikolayevna!
Sizi - Rusiyanın musiqi mədəniyyətinin görkəmli xadimini 70
illik yubileyiniz münasibətilə təbrik edir, sizə cansağlığı,
xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.
Siz bənzərsiz yaradıcılığınızla müasir musiqi sənəti tarixinə
sovet mahnı janrının tanınmış ustadı kimi daxil olmusunuz. Bir
çox illərdir ki, sizin adınız bütöv bir dövrün musiqi simvolunun
təcəssümüdür. Bu gün müxtəlif siyasətçilər tarixin həmin
dövrünü necə səciyyələndirsələr də, bütün bunlar bizim ümumi
keçmişimizdir. Həmin günlərlə bağlı ən parlaq xatirələr isə sizin
adınızla bağlıdır.
Əsərlərinizin hər birində sizin qeyri-adi şəxsiyyətinizin
cizgiləri vardır. Siz musiqinin bir çox janrlarında müxtəlif
nəsillərə mənsub insanlara ünvanlanmış, mövzu və forma
rəngarəngliyi ilə seçilən əsərlər yaratmısınız. Lakin sizin fitri
istedadınız məhz mahnı janrında novatorluqla varisliyi
birləşdirərək, zaman və məkan hüdudları aşaraq milyonlarla
insanın qəlbini fəth edə bilmişdir.
Siz kök salmış basmaqəlibləri və stereotipləri dəf edərək, rus
mahnısına müasir inkişaf mərhələsində yeni yaradıcılıq ruhu
vermiş və onun çox böyük cəzbedici gücünü dünyaya nümayiş
etdirə bilmisiniz. Rus musiqi folklorunun, şəhər romansının,
tələbə mahnısının bütün zəngin potensialı sizin yaradıcılığınız
süzgəcindən keçərək Paxmutova mahnısı kimi nadir bir fenomen
yaratmışdır.
Son dərəcə zəngin musiqi ənənələrinə malik ölkə olan
Azrbaycanda həmişə sizin istedadınızın çoxlu pərəstişkarları
__________________________________________
112
olmuşdur. Sizin mahnılarınız milli və ümumbəşəri dəyərləri
özündə ahəngdar şəkildə birləşdirərək, bu gün də Azərbaycan -
Rusiya mədəni əlaqələrinin inkişafına və möhkəmlənməsinə
xidmət edir. Əminəm ki, siz həmişə xeyirxahlıq və humanizm
ideyallarına xidmət edən yeni əsərlərinizlə qarşıdakı əsrdə də
hamımızı sevindirəcəksiniz.
Bu əlamətdar gündə mənim səmimi təbriklərimi və ən xoş
arzularımı həyat yoldaşınız Nikolay Nikolayeviçə çatdırmağı
sizdən xahiş edirəm.
Sizə uzun ömür arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Baki şəhəri, 26 dekabr 1999-cu il
__________________________________________
113
XALQ RƏSSAMI KAMİL ƏLİYEVƏ
Sizi - Azərbaycanın görkəmli rəssamını, milli dekorativ-
tətbiqi sənətimizin tanınmış nümayəndəsini yaradıcılığmızın 60
illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Siz respublikada bütün ömrünü xalqımızın mədəniyyət
tarixində mühüm yer tutan xalçaçılıq sənətinin qədim zəngin
ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə
həsr etmiş böyük rəssam kimi tanınırsınız. Xalqımızın Nizami,
Füzuli, Nəsimi, Mirzə Fətəli Axundov kimi dühalarına həsr
etdiyiniz xalçalar Azərbaycanın milli sərvəti kimi
incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur.
Çeşidləriniz əsasında toxunmuş xalçalar süjet, ornament və
kompozisiya rəngarəngliyi ilə səciyyələnir. Onlarda xalqımızın
mənəvi aləmi - xarakteri, estetikası və həyat fəlsəfəsi,
Azərbaycan təbiətinin füsunkar gözəllikləri öz parlaq
təcəssümünü tapır.
Xalq sənətinin mürəkkəb bədii ifadə vəsitələrindən böyük
ustalıqla istifadə edərək hazırladığınız portretlər öz orijinallığı,
monumentallığı və yüksək texniki üslubu ilə seçilir. Milli
ornament və xalçaçılıq sənətinin özünəməxsus səhifəsini təşkil
edən əsərbriniz dünyanın bir çox ölkələrində uğurla nümayiş
etdirilərək Azərbaycan xalçasının şöhrətini daha da artırmışdır.
Mahir xalça rəssamı olmaqla yanaşı, sizin bacarıqlı təşkilatçı
kimi fəaliyyətiniz də təqdirəlayiqdir. Rəhbərlik etdiyiniz
«Azərxalça» Dövlət Birliyinin kollektivi qədim kökləri olan bu
xalq sənətinə yeniliklər gətirən bənzərsiz xalça nümunələri ilə
fəxr edə bilər.
__________________________________________
114
Əminəm ki, yaradıcılığınızın bu müdrik dövründə qədim
xalçaçılıq sənətimizin sirlərini gənclərə öyrətmək üçün əlinizdən
gələni bundan sonra da əsirgəməyəcək, sənətsevarlərin zövqünü
oxşayan yeni əsərlər yaratmaqla tətbiqi incəsənətimizin daha da
inkişaf etməsinə xidmətlərinizi davam etdirəcəksiniz.
Sizə cansağlığı, xoşbəxtlik və böyük yaradıcılıq uğurları
arzulayıram.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 1999-cu il
Dostları ilə paylaş: |