__________________________________________
123
QARADAĞ RAYONUNDA QAÇQINLAR VƏ
MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN TİKİLMİŞ
FƏRDİ YAŞAYIŞ EVLƏRİ KOMPLEKSİNİN –
"ÜMİD" QƏSƏBƏSİNİN İSTİFADƏYƏ
VERİLMƏSİ MƏRASİMİNDƏ NİTQ
29 dekabr 1999-cu il
Əziz bacılar, qardaşlar, dostlar, Qaradağ rayonunun sakinləri!
Köçkün və qaçqın həyatı keçirən əziz və möhtərəm
soydaşlarımız - bacılarımız, qardaşlarımız, övladlarımız!
Mən sizin hamınızı səmimi-qəlbdən salamlayıram və sizə
ürəyimin ən dərin guşəsindən gələn hörmət və ehtiramımı
bildirirəm.
Bu gün burada, bu rayonun ərazisində yaşayan şəhid
ailələrinə, Qarabağ əlillərinə, köçkün və qaçqın vəziyyətində
yaşayan qardaş-bacılarımıza göstərilən qayğı nəticəsində binalar
istifadəyə verilir. Bəllidir, bunlarsız da mən Azərbaycanın hər
bir yerində olmaq, vətəndaşlarımızın hamısı ilə həmişə
görüşmək arzusundayam. Sizə məlumdur, işlər o qədərdir ki,
mən bu istək və arzularımı istədiyim qədər yerinə yetirə
bilmirəm. Amma belə hallar olanda başqa işlər kənara qoyulur,
mən bu şad günü, şad dəqiqələri burada sizinlə birlikdə
keçirməyi özümə borc bilirəm.
1999-cu il sona çatır. Biz əsrimizin son ili olan 2000-ci ili
qarşılayırıq. Arxamızda on illər, bir yüzillik qalır. O,
Azərbaycan xalqının tarixinin böyük bir hissəsidir. Bu tarixin
hər mərhələsinin öz yeri var. Ancaq XX əsrin sonuncu onilliyi
Azərbaycan tarixində xüsusi yer tutur. Bu dövrdə Azərbay-
__________________________________________
124
can xalqının həyatında faciələr baş vermiş, xalqımız böyük
itkilərə məruz qalmış, torpaqlarımızın bir hissəsi Ermənistan
silahlı qüvvələri tərəfindən işğal olunmuş, işğal edilən
torpaqlardan soydaşlarımız zorla çıxarılmış və bir neçə ildir ki,
ağır vəziyyətdə yaşayırlar.
Bununla yanaşı, bu dövrdə xalqımız ən böyük arzusuna, ən
böyük istəyinə nail olmuşdur: Azərbaycan öz dövlət
müsləqilliyini əldə etmişdir, xalqımız azad olmuşdur və azad
yaşamaq hüququ əldə etmişdir.
Əlbəttə ki, xalqımıza vurulan yaralar çox ağır yaralardır. Bu
yaralar bəlkə də hələ uzun müddət bizi ağrıdacaq, incidəcək.
Ancaq bununla yanaşı, əldə etdiyimiz müstəqillik, azadlıq və
xalqımızın öz müqəddaratını özü həll etməsi bu yaraların
üzərinə böyük bir məlhəm çəkir. Çünki hər bir xalq, millət üçün
milii azadlıqdan, müstəqillikdən qiymətli heç bir şey yoxdur.
Onun yolunda qurbanlar da, itkilər də vermək, böyük
məhrumiyyətlərə də dözmək olar, - təki xalq azad, ölkə müstəqil
olsun. Biz buna nail olmuşuq.
Ola bilərdi ki, xalqımız müstəqtlliyini əldə edərdi, amma bu
faciələrlə rastlaşmazdı. Çünki Sovetlər İttifaqı dağılarkən
Sovetlər İttifaqına daxil olmuş bir çox başqa müttəfiq
respublikalar öz müstəqilliyini sadəcə, qansız-qadasız əldə
eldilər. Amma 1988-ci ildən Ermənistanın Azərbaycan
torpaqlarına iddia etməsi ilə əlaqədər xalqımızınm başına bəlalar
gəlibdir. Buna səbəb həm Azərbaycana olan ədalətsizlik, həm də
Azərbaycanın özünün, onun rəhbərlərinin bu ədalətsizliyin
qarşısını ala bilməməsidir. Hər halda bu barədə çox danışmaq
olar. Ancaq bu həqiqətdir ki, biz ağır faciələr içərisində öz
dövlət müstəqilliyimizi əldə etmişik.
Təbiidir ki, bu faciələr içərisində ən böyüyü Ermənistan-
Azərbaycan münaqişəsi dövründə Qarabağ torpağında
verdiyimiz itkilərlə yanaşı, 1990-cı il yanvarın 20-də
Azərbaycan xalqına qarşı edilən hərbi təcavüz, terrordur. Bunlar
da bir-
__________________________________________
125
biri ilə bağlıdır. Vaxtilə bir tərəfdən Azərbaycan xalqına qarşı
edilən ədalətsizlik Dağlıq Qarabağ münaqişəsini meydana
çıxardı, sonra isə həm Azərbaycana qarşı edilən ədalətsizlik,
həm də o vaxtkı rəhbərlərin xalqın milli mənəfelərini müdafiə
edə bilməməsi bu münaqişəni böyük bir müharibəyə çevirdi.
Xalqımız üçün bu ağır dövr bəlkə də bəs idi. Ancaq
Azərbaycanın düşmənləri bununla qane olmadılar və 1990-cı il
yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etdilər.
Günahsız insanlar həlak, şəhid oldular və 20 yanvar
Azərbaycanın XX əsr tarixinə ən faciəli bir gün kimi həkk
edildi.
Biz bütün bu çətinlikləri yaşamışıq. Ancaq şükürlər olsun ki,
bu çətinliklərin içərisindən də çıxmışıq və xalqımız bu
çətinliklərdən çıxmağa qadirdir.
Bilirsiniz ki, 1993-cü ildə Azərbaycanın həyatı ən təhlükəli
bir vəziyyətə gətirilib çıxarılmışdı. Ermənistan silahlı qüvvələri
Azərbaycana qarşı hücumlarını davam etdirirdi, torpaqlarımız
işğal olunurdu.
Ölkəmizin daxilində xalqı birləşdirib torpaqlarımızı müdafiə
etmək əvəzinə, Azərbaycana vurulmuş yaraların əvəzini çıxmaq
əvəzinə, əksinə, xalqımızın içərisində olan nadürüst adamlar,
xəyanətkarlar, xalqın demək olar ki, düşmənləri bu fürsətdən
istifadə edib hakimiyyət mübarizəsi aparırdılar. Burada hərə öz
məqsədini güdürdü. Həm daxildə olan müxtəlif qanunsuz,
cinayətkar silahlı dəstələr, həm də Azərbaycanın xaricində olan
düşmənlər ölkəmizi tamamilə məhv etmək üçün, demək olar ki,
birgə hərəkat edirdilər. Azərbaycan vətəndaş muharibəsi ilə
üzləşdi, tam dağılmaq təhlükəsi qarşısında oldu.
Artıq biz o dövrü yaşadıq, indi o dövrdən altı ildən çox keçir.
Ötən hər il xalqımızın gözü qarşısındadır. Biz ardıcıl surətdə
apardığımız dövlət siyasəti ilə bu çətinliklərdən çıxmağa,
Azərbaycanda ictimai-siyasi sabitliyin yaranmasına, Ermənistan
silahlı qüvvələrinin hücumunu dayandırmağa və
Dostları ilə paylaş: |