__________________________________________
145
etməlidir. Bu, bizim müstəqilliyimizin
daha da
möhkəmlənməsinə kömək edəcək və beynəlxalq aləmdə
ölkəmizin hörmətinin artmasını təmin edəcəkdir.
İctimai-siyasi sabitliyin təmin olunması uğurlu xarici siyasət
aparmaq üçün əsasdır. Amma eyni zamanda ölkəmizdə vətəndaş
sülhünün, vətəndaş birliyinin təmin olunması üçün də çox vacib
əsasdır. Bizim cəmiyyətimiz artıq irəliyə gedib, inkişaf edibdir.
Cəmiyyətdə müxtəlif fikirli qüvvələr, siyasi partiyalar, ictimai
təşkilatlar var. Bunlar hamısı təbii hallardır.
Ancaq həm Azərbaycanın daxili vəziyyəti üçün, həm də
xarici siyasəti üçün gərək hamı xalqımızın ümummilli
mənəfeyinə xidmət etsin. Mən istərdim ki, 2000-ci il
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün böyük bir
mərhələ olsun. Mən istərdim ki, 2000-ci il xalqımızda birliyin,
həmrəyliyin daha da yüksəlməsini təmin etsin. Vətəndaş birliyi,
vətəndaş həmrəyliyi - bu, bizim üçün çox vacibdir.
Azərbaycanın prezidenti kimi mən bu yolda bundan sonra da
əlimdən gələni əsirgəməyəcəyəm.
2000-ci il bizim ölkə üçün böyük dönüş ili olmalıdır.
Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması yolunda
indiyə qədər aparılan işlər onu göstərir ki, biz sülhə yaxınlaşırıq.
Mən ümid edirəm ki, 1999-cu il bunun üçün son il olacaqdır.
Yəni sülh əldə etmək, bu vəziyyətdən çıxmaq üçün son il
olacaqdır. Görulən işlər onu göstərir ki, 2000-ci ildə biz
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll
edilməsinə nail ola bilərik, işğal olunmuş torpaqların azad
edilməsinə nail ola bilərik, yerindən-yurdundan didərgin düşmüş
soydaşlarımızın öz evinə, doğma torpağına qayıtmasına nail ola
bilərik, sülhün yaranmasına nail ola bilərik.
Sülh hər bir ölkə üçün lazımdır. Bizim ölkə üçün xüsusən
lazımdır. Çünki 1988-ci ildən bəri Azərbaycan xalqının keçdiyı
ağır, çətin və faciəli həyat onu göstərir ki, biz sülhə nail
olmalıyıq, ərazi bütövlüyümüzü təmin etməliyik, işğal olunmuş
__________________________________________
146
torpaqları azad etməliyik. Bunun üçün əsas yaranır. Ümidvaram
ki, işğal olunmuş torpaqlardan didərgin düşmüş soydaşlarımız
2000-ci ildə öz doğma torpaqlarına qayıda biləcəklər.
Ümumiyyətlə, Cənubi Qafqazda sülhün yaranması,
əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Qafqazda sülhün
yaranması bütün ətraf dövlətlər üçün lazımdır. Azərbaycan üçün
də çox lazımdır. Biz bu sahədə öz xidmətlərimizi göstərmişik və
bundan sonra da göstərəcəyik.
Bir sözlə, mən 2000-ci ilə böyük nikbinliklə baxıram.
İnanıram ki, biz 2000-ci ildə yeni-yeni uğurların şahidi olacağıq.
Bu gün Dünya azərbaycanlılarının həmrəylik günüdür. Bu,
bizim üçün çox əziz gündür. Çünki indi dünyada
azərbaycanlıların müstəqil dövləti var - Azərbaycan
Respublikası, müstəqil Azərbaycan. Ancaq Dünya
azərbaycanlılarının hamısının həmrəy olmasına da ehtiyac
çoxdur. Mən bu gün, bu bayram günü, 2000-ci ii ərəfəsində
bütün Dünya azərbaycanlılarına daha da çox həmrəylik, dostluq,
mehribanlıq arzulayıram.
Müstəqil Azərbaycan dövləti dünyada yaşayan bütün
azərbaycanlılara öz hörmət, ehtiramını bildirir və hər bir
azərbaycanlının rahat, firavan yaşamasını arzu edir.
Əziz dostlar, 2000-ci ili biz hamımız böyük həvəslə
qarşılayırıq. Bu münasibətlə sizə hörmət və ehtiramımı
bildirirəm. Yeni il bayramı münasibətilə sizi bir daha ürəkdən
təbrik edirəm!
Bayram təbriklərimi ilk növbədə Azərbaycanın torpaqlarının
keşiyində duran əsgərlərimizə, zabitlərimizə - ordumuza, silahlı
qüvvələrimizə göndərirəm. Onların işi hamıdan ağır və çətindir,
arama eyni zamanda hər bir işdən şərəflidir.
Bayram təbriklərimi ağır vəziyyətdə yaşayan, köçkün
vəziyyətində, qaçqın vəziyyətində yaşayan soydaşlarıma
göndərirəm. Bir daha əmin edirəm ki, belə ağır vəziyyətdə
yaşama-
__________________________________________
147
ğınız sona çatacaqdır. Ümid edirəm ki, siz 2000-ci ildən sonra
2001-ci ili öz doğma torpaqlarmızda qarşılayacaqsınız.
Şəhid ailələrini, Qarabağ müharibəsi əlillərini xüsusi təbrik
edirəm və onlara öz hörmət-ehtiramımı bildirirəm. Biz onlara
həmişə qayğı və diqqət göstərmişik və bundan sonra da
göstərəcəyik.
Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına 2000-
ci ildə yeni uğurlar arzulayıram. Bayramınız mübarək olsun!
__________________________________________
148
SUDAN RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ÖMƏR HƏSƏN ƏHMƏD ƏL-BƏŞİRƏ
Zati-aliləri!
Sudan Respublikasının müstəqillik gününün ildönümü
münasibətilə sizi və qardaş Sudan xalqını səmimi-qəlbdən təbrik
edir, sizə cansağlığı və uğurlar, ölkənizə sülh, əmin-amanlıq və
tərəqqi arzulayıram.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Sudan
Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf
edərək xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 yanvar 2000-ci il