__________________________________________
198
Stenli Eskudero:
Cənab prezident, mətbuat
nümayəndələrinin qarşısında demək istədiklərim ancaq bu
qədərdir. Amma sizə deyiləcək sözüm vardır.
Heydər Əliyev: Mətbuat nümayəndələrinin qarşısında mən
də demək istəyirəm ki, siz bilirsiniz ki, mən Türkiyəyə səfər
etmişdim. Bu səfərimin məqsədi və səfər zamanı gördüyüm işlər
haqqında mən artıq mətbuata məlumat vermişəm. Əgər bu
barədə sizi hansı məsələlər maraqlandırsa, mən bu barədə sizə
geniş danışa bilərəm.
Stenli Eskudero: Bəli, cənab prezident, mənim üçün çox
maraqlıdır və mühümdür.
__________________________________________
199
XALQ ARTİSTİ CƏNNƏT SƏLİMOVOYA
Hörmətli Cənnət Səlimova!
Sizi – Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsini 60
illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik.
Siz Azərbaycan klassik teatr məktəbinin ənənələrini qoruyub
yaşatmaqla yanaşı, öz novətorluğu ilə seçilən bir rejissor kimi
sənətsevarlərin boyük məhəbbətini qazanmış, milli dram
əsərlərimizə, habelə Avropa və rus klassikasının bir çox
nümunələrinə səhnə həyatı verməklə respublikamızın sənət
aləmində yaxşı tanınmısınız. Malik olduğunuz zəngin
yaradıcılıq imkanları və dərin səhnə duyumu sizin bütün
fəaliyyətinizdə, xüsusilə müxtəlif səpgili əsərlərə maraqlı
quruluş verməkdə öz əksini tapmışdır. Dram əsərləri ilə yanaşı,
quruluş verdiyiniz musiqili komediya, operetta və opera
tamaşaları mütəxəssislər tərəfindən həmişə yüksək
qiymətləndirilmişdir.
Yaradıcılıq potensialınız rəhbərlik etdiyiniz Bakı Kamera
Teatrının işində özünü xüsusilə büruzə vermişdir. Bu sənət ocağı
üslub və janr baxımından olduqca maraqlı tamaşaları ilə
Azərbaycanın teatr məkanında özünəməxsus yer tutmuşdur.
Respublikamızda keçirilən bir çox kütləvi tədbirlərə böyük
məharətlə verdiyiniz quruluşlar xalqımızın əlamətdar günlərinə
xüsusi rövnəq verəcək tamaşaçıların ürəklərində silinməz izlər
qoymuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professoru kimi, gənc sənətkarlar nəslinin
yetişdirilib formalaşdırılmasında və yaradıcılıq yollarında ilk
addımlarını atmasında da xidmətləriniz böyükdür.
Əminəm ki, siz yeni sənət əsərlərinə səhnə hayatı verməklə
və respublikamızın teatr səhnələrində hələ neçə istedadın üzə
__________________________________________
200
çıxmasına şərait yaratmaqla tamaşaçılarımızı bundan sonra da
sevindirəcəksiniz.
Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları
arzulayıram.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 yanvar 2000-ci il
__________________________________________
201
ŞAİR ZƏLİMXAN YAQUBA
Hörmətli Zəlimxan Yaqub!
Sizi - xalqımızın tanınmış şairini 50 illik yubileyiniz
münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Siz müasir ədəbiyyatımızda Azərbaycanın zəngin şeir
ənənələrini yaşadan
şairlər nəslinə
mənsub olan
sənətkarlardansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini,
əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi
xalq yaradıcılığından ustalıqla bəhrələnməklə siz Azərbaycan
poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri
yaratmısınız. Mövzuca rəngarəng və məzmunca dolğun olan
şeirləriniz poeziyamızda həmişə yeni səs, yeni söz kimi qəbul
edilmişdir. Vətən övladlarının qəhrəmanlıq ruhu, ocaq, yurd
həsrəti ilə dolu şeirləriniz sizin əsl vətəndaş mövqeyinizi
nümayiş etdirərək gənc nəslə vətənpərvarlik duyğuları aşılayır,
nikbin əhval-ruhiyyə yaradır və gələcəyə olan ümidləri daha da
möhkəmləndirir.
Ana dilimizin tükənməz imkanlarından məharətlə istifadə
edərək təbiətimizin füsunkarlığını, oğul-qızlarımızın qeyrətinə,
ata-babalarımızın müdrikliyinə həsr etdiyiniz misralarmız
oxucular tərəfindən böyük hüsn-rəğbətlə qarşılanır. Ulu
əcdadlarımızın qədim sənəti olan aşıq yaradıcılığının
incəliklərini dərindən bilməyiniz isə şeirlərinizin bədii siqlətini
daha da artırır.
İctimai xadim kimi fəaliyyətiniz də çox səmərəlidir. Xüsusilə
Azərbaycan -gürcü mədəni əlaqələrinin inkişafı istiqamətində
apardığınız işlər, habelə Gürcüstanda yaşayan çoxsaylı
soydaşlarımızla yaratdığınız sıx münasibət diqqətə layiqdir.
__________________________________________
202
Əminəm ki, yaradıcılığınızın ən məhsuldar dövrü hələ
qabaqdadır və siz bundan sonra da ədəbiyyatımızın inkişafı
naminə var qüvvənizi sərf edəcək, şeir pərəstişkarlarını yeni-
yeni sənət inciləri ilə sevindirəcəksiniz. Bu yolda sizə
yaradıcılıq uğurları, uzun ömür və cansağlığı arzulayıram.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 yanvar 2000-ci il
__________________________________________
203
RUSİYA XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ
QRİQORİ BERDENNİKOV BAŞDA OLMAQLA
RUSİYA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
17 yanvar 2000-ci il
H e y d ə r Ə 1 i y e v: Hörmətli Qriqori Vasiliyeviç,
hörmətli qonaqlar, sizi Azərbaycanda salamlayıram. Sizin
buraya gəlməyinizə və bu görüşə şadam. Şübhə yoxdur ki,
görüşümüz fikir mübadiləsi aparmağa və Azərbaycanla Rusiya
arasında münasibətlərə aid bəzi məsələləri, eləcə də digər
məsələləri müzakirə etməyə imkan verəcəkdir.
Qriqori Berdennikov: Heydər Əliyeviç, ən əvvəl bizə vaxt
ayırdığınıza görə çox sağ olun. Başa düşürük ki, Siz çox
məşğulsunuz və şübhəsiz, bizi qəbul etdiyinizə görə Sizə
minnətdarıq.
Biz buraya yanvarın 24-25-də Moskvada keçiriləcək görüşlə
əlaqədər fikir mübadiləsi aparmağa gəlmişik. Ümidvarıq ki, bu
görüş nəinki ölkələrimiz arasında münasibətlərin inkişafına, həm
də digər mühüm problemlərin, o cümlədən bölgənin
problemlərinin həllinə stimul verəcəkdir. Bizə göstərdiyiniz
diqqətə görə çox sağ olun.
Heydər Əliyev: Ondan başlayım ki, siz Ermənistanda
olmusunuz, özü də kifayət qədər olmusunuz.
Qriqori B e r d e n n i k o v: Bir gündən az.
Dostları ilə paylaş: |