Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə56/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   52   53   54   55   56   57   58   59   ...   145

__________________________________________ 

190


QVATEMALA RESPUBLİKASININ  

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB ALVARO ARZUYA 

 

Hörmətli cənab prezident! 



Qvətemala Respublikasının yenidən prezidenti seçilməyiniz 

münasibətilə sizi ürəkdən təbrik edirəm. 

Azərbaycan ilə Qvətemala arasında təşəkkül tapan dostluq 

münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, 

Ölkələrimiz arasındakı  əlaqələr xalqlarımızın rifahı naminə 

daim genişlənəcək və inkişaf edəcəkdir. 

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qvatemala 

xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 11 yanvar 2000-ci il 



  


__________________________________________ 

191


NEFTÇİ-GEOLOQ XOŞBƏXT YUSİFZADƏYƏ 

 

Hörmətli Xoşbəxt Yusifzadə! 



Sizi - Azərbaycanın neft və qaz sənayesinin inkişafında 

böyük xidmətləri olan tanınmış alim və geoloqu 70 illik 

yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 

Siz ölkəmizdə  zəngin neft yataqlarının kəşf edilməsi və 

işlənməsinə böyük əmək sərf etmiş görkəmli mütəxəssis kimi 

tanınırsınız. Xəzər dənizində geniş miqyaslı axtarış-kəşfiyyat 

işlərinin uğurla yerinə yetirilməsində sizin xidmətləriniz 

xüsusilə böyükdür. «Bahar». «Azəri», «Çıraq», «Kəpəz» və 

başqa neft-qaz-kondensat yataqlarının kəşfi bilavəsitə 

rəhbərliyiniz və iştirakınızla həyata keçirilmişdir. 

Respublikanın neft və qaz sənayesinin aktual problemlərinin 

həllinə yönəldilmiş elmi yaradıcılığınız Azarbaycan dəniz neft 

və qaz-kondensat yataqlarının işlənmə layihələrinin hazırlanıb 

həyata keçirilməsi, Xəzər dənizinin dərin səhələrində yerləşən 

neft-qaz yataqlarının mənimsənilməsi üçün elmi metodların 

tətbiq edilməsində mühüm rol oynamışdır. Neft laylarının 

açılmasının təkmilləşdirilməsi, neft, qaz və qaz-kondensat 

yataqlarının işlənməsi üsulları üzrə ixtiralarınız böyük səmərə 

gətirmiş, fəaliyyətinizdə elmlə istehsalatın sıx bağlılığını  əyani 

nümayiş etdirmişdir. Karbohidrogen ehtiyatlarının hesablanması 

ilə bağlı proqnozlarınız həmişə  təsdiq olunaraq öz dəqiqliyi və 

mötəbərliyi ilə neft alimləri və mütəxəssisləri arasında 

nüfuzunuzu daha da artırmışdır. 

Görkəmli neftçi alim və peşəkar mütəxəssis kimi topladığınız 

böyük təcrübə Dövlət Neft Şirkətinin vitse-prezidenti 

vəzifəsində göstərdiyiniz səylər nəticəsində daha da 

zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikasının yeni neft 

strate- 


  

 



__________________________________________ 

192


giyasının uğurla həyata keçirilməsində, dünyanın tanınmış neft 

şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşdirilməsində siz 

böyük əzmkarlıq göstərirsiniz. 

Neft sənayesinin inkişafında dövlət mükafatlarına, müxtəlif 

orden və medallara layiq görülmüş fəaliyyətiniz neftçilərin gənc 

nəsilləri üçün əsl həyat məktəbidir.  Əminəm ki, doğma 

Azərbaycanımızın tərəqqisi, xalqımızın rifahının 

yaxşılaşdırılması naminə neft sərvətlərimizin səmərəli işlənməsi 

və istehsalı uğrunda bundan sonra da var qüvvənizi sərf edəcək 

və respublikanın neft sənayesi sahələrində yeni nailiyyətlər 

qazanacaqsınız. 

Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram. 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 13 yanvar 2000-ci il 



  

 



__________________________________________ 

193


AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ  

AZƏRBAYCANDAKI SƏFİRİ  

STENLİ ESKUDERO İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

 



Prezident sarayı  

 

13 yanvar 2000-ci il 

 

Heydər   Əliyev:  Cənab səfir, Sizi səmimi-qəlbdən 

salamlayıram. 

Stenli Eskudero: Cənab prezident, təşəkkür edirəm, mən çox 

yaxşıyam. Bu gün çox gözəl hava vardır. Demək istəyirəm ki, 

qış  fəslində Bakının öz gözəlliyi olur və bugünkü hava mənə 

xüsusi ləzzət veribdir. 



H e y d ə r Ə l i y e v: Bu gün doğrudan da hava gözəldir. 

Səhər tezdən 30 dəqiqə açıq havada gəzdim. Çox gözəl hava var 

idi. 

Stenli Eskudero: Bəli, mən də bu gün səhər öz balaca 

bağımda gəzmişəm və idmanla məşğul olmuşam. Bu gün siz də 

çox gözəl görünürsünüz. Yəqin nə iş görmüsünüzsə, siz çox belə 

şən əhval-ruhiyyədə görünürsünüz. 



Heydər  Əliyev: Elədir. Mən gərək həmişə belə  əhval-

ruhiyyədə olam. Belə olmasam işləmək mümkün deyildir. İş nə 

qədər ağır olsa da, nə  qədər çətin olsa da gərək yaxşı  əhval-

ruhiyyədə olasan, nikbin olasan ki, bütün bu çətin işlərin 

öhdəsindən gələ biləsən. 

Stenli  Eskudero:  Həm də  hərdən çox incə yumor hissinin 

olması da köməyə gəlir. 



Heydər   Əliyev: Bəli, o da lazımdır. 

  

 



 


__________________________________________ 

194


Stenli Eskudero: Cənab prezident, ümidvaram ki, bu gün 

mənim verəcəyim xəbər sizin yaxşı  əhval-ruhiyyənizin davam 

etməsinə yardımçı olacaqdır. Gələn həftə Bakıda bu regionda 

təmsil olunan Amerika səfirlərinin və  həmçinin Vəşinqtonu 

təmsil edən bir sıra səfirlərin birgə görüşü keçiriləcəkdir. 

Möhtərəm prezident, gələn həftə Amerika Birləşmiş 

Ştatlarının Gürcüstandakı, Ermənistandakı, Türkiyədəki, 

Qazaxıstandakı 

və Türkmənistandakı 

səfirləri, bizim 

Moskvadakı səfirliyimizin nümayəndələri, elecə də səfirlər Vulf 

və Teylor Azərbaycanda olacaqlar. Bildiyiniz kimi, səfir Vulf 

Klintonun Xəzər regionu üzrə nümayəndəsidir, o cümlədən boru 

kəmərləri barədə danışıqlar üzrə prezident Klintonun şəxsi 

təmsilçisidir. Cənab səfir Uilyam Teylor yeni müstəqillik 

qazanmış dövlətlərə Amerika Birləşmiş  Ştatlarından göstərilən 

yardımlar üzrə  əlaqələndiricidir. Gələn həftə olacaq görüşə 

cənab Ross Vilson da qatılacaqdır. Cənab Ross Vilson cənab 

Sestanoviçin birinci müavinidir. Bu nümayəndə heyətində 

Amerika Birləşmiş Ştatlarının müxtəlif dövlət orqanlarını təmsil 

edən 45-50-yə yaxın insan buradakı görüşdə iştirak edəcəkdir. 

Azərbaycanın Xəzər regionunun və Qafqaz bölgəsinin 

gələcək inkişafında mərkəz olduğunu, önəmli rol oynadığını 

nəzərə alaraq hesab edirik ki, gələn həftə bizim geniş  tərkibli 

nümayəndə heyətimiz Amerika Birləşmiş  Ştatlarının Xəzər 

regionuna dair siyasi, hərbi və digər strategiyalarının və 

siyasətlərinin daha düzgün müəyyənləşdirilməsi üçün fikir 

mübadiləsi aparılmasında yardımçı olacaqdır.  İqtisadi və 

kommersiya layihələrini və maraqlarımızı  nəzərə alaraq, 

Amerika dövlətinin bu regionda yerləşən, ayrı-ayrı dövlətlərdə 

təmsil olunmuş ticarət palatalarının prezidentləri də  həmin 

müddətdə Bakıya toplaşacaqlar. Bu müddət  ərzində biz 

regiondakı iqtisadi maraqlarımızı müzakirə etməklə  bərabər, 

həmçinin 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə