Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
8
işlərin görülməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Yalnız
səmimi vətənpərvərlik hissi, vətən sevgisindən qaynaqlanan təmənnasız, pak
hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından
müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın elm və təhsilin tərəqqisinə
əlahiddə münasibəti onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi
vətənpərvərliyinin əyani ifadəsidir. Azərbaycanın birinci xanımı ulu öndərimizin
əsasını qoyduğu, Prezident İlham Əliyevin isə layiqincə davam etdirdiyi
konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Məhz
onun müəyyənləşdirdiyi prioritetlərin nəticəsi kimi Heydər Əliyev Fondu
yarandığı gündən ölkəmizin elmi, ictimai, mədəni və humanitar həyatında öz
sözünü deyir.
Fondun diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir və bu
qütblərin mərkəzində milli genofondun inkişafı, xalqımızın minilliklərdən
keçirib bugünə çatdırdığı mədəni-estetik dəyərlər sistemi dayanır. Fond,
həmçinin, səhiyyə, ekologiya, idman və sosial problemlərlə bağlı müxtəlif
layihələr hazırlayaraq səylə icra edir. Qurumun müxtəlif layihələrini birləşdirən
ortaq nöqtə isə məhz milli genofondun qorunmasıdır. Bu ali mərama xidmət
edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet mahiyyət
daşıyır.
Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də Azərbaycan
mədəniyyətinin dünyada geniş təbliğidir. Son 10 ildə Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun vasitəsilə bu istiqamətdə bir sıra uğurlu
layihələr həyata keçirilmişdir. Azərbaycan milli musiqisinin incilərindən olan
muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atılmış, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları dəvət
olunmaqla "dəyirmi masa" keçirilmiş, Bakı şəhərində Beynəlxalq Muğam
Mərkəzinin yaradılması qərara alınmışdır. Muğam ustaları ilə mütəmadi
görüşlərdən, məsləhətləşmələrdən sonra Beynəlxalq Muğam Mərkəzinin
layihəsi tərtib edilmiş və Heydər Əliyev Fondunda onun təqdimatı keçirilmişdir.
Bu mərkəz üçün münasib yer seçilmiş, Azərbaycan Prezidenti cənab İlham
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
9
Əliyevin və YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın iştirakı
ilə binanın təməli qoyulmuşdur.
Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində atılan
növbəti addımlardan biri də "Qarabağ xanəndələri" musiqi albomunun nəfis
şəkildə buraxılması və "Gülüstan" sarayında onun təqdimat mərasiminin
keçirilməsidir. Tanınmış ifaçıların iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının
təşkili də sənətsevərlər, milli musiqi həvəskarları tərəfindən dərin razılıq hissi ilə
qarşılanır, bu ənənə yüksək dəyərləndirilir. Bütün bunlarla yanaşı, son illərdə
Heydər Əliyev Fondunun köməyi ilə Azərbaycanın görkəmli yazıçı və pedaqoqu
Abdulla Şaiqin ev-muzeyində təmir-bərpa işləri aparılmış və əsaslı təmirdən
sonra muzey yenidən fəaliyyətini davam etdirmişdir. Bakının Əzizbəyov
rayonundakı Mərdəkan qəsəbəsində kütləvi kitabxanada yenidənqurma işləri
aparılmış, Pir Həsən ziyarətgahının yenidən qurulması ilə bağlı işlər başa
çatmışdır. Heydər Əliyev Fondunun dəstəyi və köməyi hesabına Gəncənin
sonuncu xanı Cavad xanın qəbri üzərində türbə ucaldılmış, Həzrəti Zeynəb
məscidində yenidənqurma işləri aparılmışdır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu günlərdə BMT-nin
Cenevrədəki ofisinin iqamətgahında "Azərbaycan otağı"nın təntənəli açılışında
iştirakı da respublikamızın dünya miqyasında təbliği istiqamətində həyata
keçirilən uğurlu siyasətin tərkib hissəsidir. Tədbirdə məruzə edən Azərbaycanın
birinci xanımı respublikamızın milli inkişaf yolundan və son illərdə qazandığı
uğurlu nəticələrdən söz açmış, ölkə həqiqətləri barədə tədbir iştirakçılarına geniş
məlumat vermişdir. "Bu otağı yaratmaqla biz vətənimizin kiçik bir hissəsini
Millətlər sarayına gətirməyə, öz zəngin mədəni və tarixi irsimizi, eləcə də
ənənəvi incəsənətimizi nümayiş etdirməyə çalışdıq. Qədim vaxtlardan
Azərbaycan Qərblə Şərqi nəinki coğrafi, həm də mənəvi baxımdan
birləşdirmişdir. Yüksək dərəcədə dözümlülük, ümumbəşəri dəyərləri milli
dəyərlərlə uzlaşdırmaq qabiliyyəti, mədəni və dini müxtəlifliyə hörmət - bütün
bunlar Azərbaycan xalqının əsrlər boyu formalaşmış xasiyyətini təşkil edir", -
deyə Mehriban xanım Əliyeva bildirmişdir.
Ermənistanın işğalı nəticəsində tarixi torpaqlarından didərgin düşmüş
qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yardım göstərilməsi
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
10
də Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Mehriban
xanım Əliyeva bu təbəqədən olan vətəndaşlarımızın problemlərini həssaslıqla
duyur və imkan daxilində maddi və mənəvi yardımlarla onlara təsəlli verməyə
çalışır. Azərbaycanın birinci xanımı xarici mətbuat orqanlarından birinə verdiyi
müsahibə zamanı qaçqın və məcburi köçkünlərimizin ağır vəziyyətindən söhbət
açmış, onların mənəvi köməyə və həyanlığa ehtiyacının olduğunu
vurğulamışdır: "EMən inanıram ki, həqiqət zəfər çalacaq və Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağ münaqişəsi ilk növbədə
görünməmiş humanitar fəlakətdir. Bir milyon qaçqın-köçkünün hər birinin öz
şəxsi faciəsi var... Bəli, biz bu gün Azərbaycan dövlətinin və Azərbaycan
cəmiyyətinin imkanı çatan hər şeyi edirik. Neft Fondundan ilk vəsait məhz
qaçqın-köçkünlər üçün şəhərciklərin tikintisinə və onların çadır düşərgələrindən
köçürülməsinə xərclənmişdir. Onlarla ünsiyyət zamanı bu insanların hədsiz
dözümlülüyü və elə bir o qədər də hədsiz inamı adamı heyrətə gətirir. Onlar
ədalətin zəfər çalacağına, işğal olunmuş torpaqların azad ediləcəyinə və yenidən
ev-eşik sahibi olacaqlarına inanırlar".
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ulu öndərimiz Heydər
Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə amnistiya təşəbbüsü ilə
çıxış etməsi də səmimiyyətə söykənən xeyirxahlığın növbəti təcəssümüdür.
Yekdilliklə qəbul olunan bu amnistiya aktı bir daha Heydər Əliyev Fondunun
insanpərvərlik, humanizm və ədalət kimi ali dəyərlərə sadiqliyini, insan və
vətəndaş hüquq və azadlıqlarına həssas münasibətini əks etdirir. Xüsusi
vurğulamağa ehtiyac yoxdur ki, məhz ulu öndərimizin 1993-cü ildə xalqın
təkidli tələbi və arzusu ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda insan
hüquq və azadlıqlarının təminatında ciddi dönüş yaranmış, mütərəqqi məhkəmə-
hüquq islahatları aparılmış, penitensiar xidmətin səviyyəsi ildən-ilə
yüksəldilmişdir. Ölüm hökmünün tətbiqinə moratorium qoyulmuş, 1995-ci ildə
Əfvetmə komissiyası fəaliyyətə başlamış, islah olunaraq azad cəmiyyətə
qovuşmaq istəyən məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir.
1998-ci ilin 10 fevralında Azərbaycanda ölüm hökmü cəzasının birdəfəlik ləğvi
də məhz ulu öndərimizin yüksək humanizm və mərhəmətinin nəticəsində
mümkün olmuşdur.
İnsan hüquqlarına, şəxsiyyət azadlığına humanist münasibətin formalaşdığı
Dostları ilə paylaş: |