Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə9/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
26 
 
mədəniyyətlərarası dialoq səviyyəsində çox müsbət təcrübə toplaması ilə 
əlaqələndiririk. Həqiqətən də  əsrlər boyu Böyük İpək Yolu üstündə yerləşən 
ölkəmiz çox yüksək tolerantlığa malik və müxtəlif mədəniyyətləri birləşdirən bir 
məkan kimi tanınır. Bu, bizim qürur duyduğumuz uğurumuz, keçmişimizdir və 
inanıram ki, gələcəkdə  də bu sahədə Azərbaycan öz müsbət rolunu 
oynayacaqdır". 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun 
xoşməramlı  səfiri Mehriban xanım  Əliyevanın  İsveçrəyə  işgüzar səfəri zamanı 
"Azərbaycan otağı"nın açılışındakı  iştirakı  hər bir azərbaycanlının ürəyində 
qürur hissi yaratdı. Həmin tədbirdə diplomatik korpusun nümayəndələri
beynəlxalq təşkilatların yüksək vəzifəli təmsilçiləri, ölkəmizin daimi 
nümayəndəliyinin və səfirliyin əməkdaşları da iştirak edirdilər. 
Mehriban xanım  Əliyeva ölkəmizi təmsil edən eksponatlar Bakıda, 
Qarabağda, Qubada toxunulmuş XVII və XVIII əsrlərə aid xalçalar haqqında 
söhbət açmış, baş direktora bu qədim sənət inciləri haqda ətraflı  məlumat 
vermiş, Azərbaycan həqiqətlərini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. 
Mehriban xanım ölkəmizin  ən ağır problemi olan Ermənistan-Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsindən danışıb işğalçılıq siyasəti yeridən Ermənistanın 
ərazimizin 20 faizini zəbt etdiyini, doğma yurdlarından silah gücünə çıxarılmış 
bir milyondan artıq qaçqın və  məcburi köçkünün ağır vəziyyətdə yaşadığını 
bildirmişdir. Eyni zamanda, Mehriban Əliyeva BMT Təhlükəsizlik  Şurasının 
dörd qətnaməsinin Ermənistan tərəfdən yerinə yetirilmədiyini bildirmiş, 
beynəlxalq təşkilatları  məsələnin sülh yolu ilə  həllində öz təsir imkanlarından 
istifadə etməyə çağırmışdır. 
Heydər  Əliyev Fondunun xətti və  dəstəyi ilə keçirilən tədbirlər, görülən 
işlər bir daha göstərir ki, Mehriban Əliyeva Azərbaycanın haqq səsidir. 
Filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva haqlı olaraq qeyd edir ki, 
"Mehriban xanım  Əliyevanın vətənimiz üçün gördüyü işlərin mahiyyəti, bəlkə 
də, hələ tam dərk edilmir. Lakin tarixdə elə hadisələr olur ki, onların tarixi 
dəyəri təkcə gələcək nəsillərə ünvanlanmır, əksinə elə ilk gündən müəyyənləşir. 
Azərbaycanın tarixində ilk xoşməramlı  səfir Mehriban xanım  Əliyevanın 
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi çoxşaxəli və 
çoxillik fəaliyyəti məhz bu tarixi dəyərə malikdir". 
Mədəniyyətimizin və  təhsilimizin inkişafı, mənəvi sərvətlərimizin 
beynəlxalq aləmdə tanınması Heydər  Əliyev Fondunun prezidenti Mehriban 
xanım Əliyevanın 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
27 
 
adı ilə bağlıdır. Mehriban xanım öz millətinin, xalqının övladıdır. O, ömrünün 
mənasını da doğma xalqına xidmətdə gorür. 
YUNESKO-nun xoşməramlı  səfiri adı Mehriban xanımın uğurlu yolunun 
başlanğıcı oldu. 2006-cı ildə isə  İSESKO-nun xoşməramlı  səfiri adına layiq 
görüldü. Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun 
"Yaqut xaç" ordeni ilə  təltif edildi. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, 
bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl 
ürək" beynəlxalq mükafatına layiq görüldü. May ayının 17-də Cenevrədə Dünya 
Səhiyyə  Təşkilatının (DST) ali orqanı olan Dünya Səhiyyə Assambleyasında 
İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı ilə təltif edildi. 
İnanırıq ki, Mehriban xanımın həyat yolunu layiq olduğu çox mükafatlar, 
titullar, fəxri adlar bəzəyəcək. Onun üçün ən böyük mükafat isə Azərbaycan 
xalqını ləyaqətlə təmsil etməsidir. 
Bu gün cəmiyyətimizin taleyüklü bir problem yaşadığı dövrdə, Azərbaycan 
qadınının yüksək mükafatlara layiq görülməsi, xalqımızın zaman-zaman tarixə 
bəxş etdiyi Tomrislərin, Sara Xatunların daha bir xələfinin, XXI əsr Azərbaycan 
cəmiyyətində daha bir siyasətçi qadının yetişib formalaşdığının  şahidi oluruq. 
Mehriban xanımın Azərbaycan mədəniyyəti sahəsində yorulmaz fəaliyyəti onun 
mədəni irsin, o cümlədən musiqi irsinin qorunması, musiqi təhsili sahəsində 
gördüyü işlər çox böyük dəyərə malikdir. Mübaliğəsiz deyə bilərik ki, bu ali 
mükafatlar ilk növbədə onun xalqımız qarşısında layiqli xidmətlərinin 
bəhrəsidir. 
                
Samirə Eyvazova, 
BDU-nun beynəlxalq  
hüquq fakültəsinin müəllimi. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
28 
 
AZƏRBAYCANIN BİRİNCİ XANIMI 
MEHRİBAN ƏLİYEVAYA "QIZIL ÜRƏK" 
BEYNƏLXALQ MÜKAFATI TƏQDİM OLUNMUŞDUR 
 
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına 
xidmət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycanın birinci xanımı, 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun 
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya yüksək mükafat 
- "Qızıl ürək" beynəlxalq mükafatı təqdim olunmuşdur. 
Mayın 27-də Moskvanın Stanislavski və Nemiroviç-Dançenko adına 
Musiqili Teatrında keçirilən mərasimə  gələn Mehriban xanım  Əliyeva  əvvəlcə 
məşhur İtaliya aktrisası, mərasimin patronessası Sofi Lorenlə görüşmüşdür. Sofi 
Loren Azərbaycanın birinci xanımını bu mükafata layiq görülməsi münasibətilə 
təbrik etmişdir. 
Sonra "Qızıl ürək" beynəlxalq mükafatının dördüncü təqdimat mərasimi 
olmuşdur. Mərasimi Sofi Loren açmışdır. Mehriban xanım  Əliyevaya "Qızıl 
ürək" mükafatını - heykəlciyi və "Beynəlxalq mükafatın laureatı" fəxri nişanını 
Sofi Loren, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri 
Sergey Mironov və Rusiya Federasiyası  Təhlükəsizlik  Şurasının katibi İqor 
İvanov təqdim etmişlər. 
Azərbaycanın birinci xanımına mükafatı  təqdim edən Sergey Mironov 
Mehriban  Əliyevanın Heydər  Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı 
tanış olduğunu bildirərək vurğulamışdır ki, "belə xeyirxah və  qızıl ürəklər 
insanlara və dünyaya fəzilət bəxş edir". 
Mehriban ƏLİYEVA təşəkkür edərək demişdir: 
- Mükafata görə çox sağ olun, mənim ünvanıma deyilən səmimi sözlərə 
görə çox sağ olun! 
Çox sağ olun ki, mürəkkəb zəmanəmizdə  səylə  mərhəmətə çağırırsınız. 
Düşünürəm ki, həm laureatlarmızın və həm də nominantlarmızın xeyirxah işləri 
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə