Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
149
imkanının təmin edilməsi ilə bağlı planlarını xüsusi vurğulamaq istəyirəm.
"Hamı üçün təhsil" dünya konfransı və sonradan keçirilmiş regional görüşlər və
konfranslar bizi narahat edən bir çox problemlərin tədricən aradan
qaldırılmasının mümkünlüyünə ən bariz nümunələrdir.
Nəinki Orta Şərqin, o cümlədən bütün dünyanın ən dinamik şəkildə inkişaf
edən ölkəsi olan Qətərdə bu cür konfransın keçirilməsi təbiidir. Bu gün Qətər
iqtisadi tərəqqinin təhsil və elmin inkişafı ilə müşayiət olunmasının ən gözəl
modelidir. Qısa müddət ərzində Qətərin təhsil infrastrukturu bütün səviyyələrdə
inkişaf etmişdir. Onlarca yeni məktəb açılmışdır.
Dünyada tanınmış ımiversitetlərin tədqiqat işləri apardığı və tələbələrə
təhsil verdiyi "Təhsil şəhərçiyi"nin yaradılması olduqca uğurlu və vaxtında
həyata keçirilmiş layihədir.
Bütün bu islahatların aparılması nəticəsində indi Qətər ərəb aləminin xüsusi
elmi və mədəni mərkəzinə çevrilməkdədir.
Hörmətli dostlar!
Böyük məmnunluqla demək istəyirəm ki, təhsil problemlərinə həsr
olunmuş növbəti regional konfrans 2008-ci ilin yazında Azərbaycanda
keçiriləcəkdir.
Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir.
ÜDM-in artımı 2005-ci ildə 26 faiz, 2006-cı ildə isə 34 faiz olmuşdur. Bu il də
biz həmin səviyyəni müəyyən dərəcədə saxlayacağıq.
Bir neçə il ərzində biz təhsil sistemimizdə islahatlar aparmışıq. Məqsədimiz
dünya standartlarına cavab verən və müasir texnologiyalara əsaslanan çağdaş
təhsil sistemi yaratmaqdan ibarətdir.
XX əsrdə Azərbaycan üç dəfə öz əlifbasını dəyişmək məcburiyyəti
qarşısında qalmışdır. Buna baxmayaraq, ölkəmizdə savadsızlığın səviyyəsi çox
aşağıdır. Əhalinin 98 faizi yaza və oxuya bilir. Azərbaycanın Konstitusiyası hər
bir vətəndaşın icbari 11 illik təhsil almaq hüququna təminat verir.
Azərbaycanda təhsil sisteminin inkişaf etdirilməsi ilə bağlı Dövlət
Proqramı uğurla həyata keçirilmişdir. Bir çox yeni məktəblər tikilir, tam həcmdə
avadanlıq və kompyuterlərlə təchiz olunur. Bütün məktəblər müasirleşdirilir və
bərpa olunur. Son 3 il ərzində bütün ölkədə 700-dən çox yeni məktəb binası inşa
edilmişdir.
Bütün bunlar neft gəlirlərinin iqtisadiyyatm qeyri-neft sektorunda istifadə
edilməsi üzrə Dövlət Proqrammın hissələridir və mən hesab edirəm ki, təhsilə
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
150
qoyulan sərmayə gələcəyə və gənc nəsillərimizə xidmət edən sərmayədir.
Azərbaycanın ən böyük problemi ərazimizin 20 faizinin on beş ildən
çoxdur ki, Ermənistan tərəfindən işğal edilməsidir. Bunun nəticəsində 1 milyon
azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Onların
müəyyən hissəsi qaçqın düşərgələrində məskunlaşıbdır. Biz bu reallığı
beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışmq. Bu çətinliklərə
baxmayaraq, hökumət qaçqın və məcburi köçkünlər üçün yaxşı təhsilin təmin
edilməsinə çox çalışır.
Mən, həmçinin Heydər Əliyev Fondu haqqında bir neçə söz demək
istəyirəm. Bu fond 2004-cü ilin may ayında yaradılmışdır və onun məqsədi
təhsil, mədəniyyət, sağlamlıq, elm və ətraf mühit sahələrində müxtəlif layihələri
dəstəkləməkdən ibarətdir.
Yaradıldığı gündən etibarən Heydər Əliyev Fondu mədəni irsin təşviq
olunması və ölkəmizdə təhsilin inkişafı üçün bir çox işlər görmüşdür.
"Yeniləşən Azərbaycana yeni məktəb" adlı proqramımız çərçivəsində 200-dən
çox məktəb binası tikilmiş və tam təchiz olunmuşdur. Onların bir neçəsi ən
ucqar kəndlərdə inşa edilmişdir. Biz uşaq evlərində yaşayan balaların təhsilinə
xüsusi diqqət yetiririk. Onların yaşadığı binalar müasirləşdirilmiş, kompyuter və
kitabxanalarla təchiz olunmuşdur. BMT-nin İnkişaf Proqramı ilə həyata
keçirdiyimiz birgə layihə çərçivəsində Bakıda görmə qabiliyyəti zəif olan
uşaqlar üçün audio kitabxana ilə təchiz olunmuş xüsusi təhsil mərkəzi
tikilmişdir.
Fondumuzun beynəlxalq təşkilatlarla, xüsusən də YUNESKO və İSESKO
ilə olduqca sıx əlaqələri var. Bu baxımdan, hesab edirəm ki, YUNESKO-nun
Təhsil Məsələləri üzrə Regional Mərkəzi Azərbaycanda təsis edilə bilər və bu
qurumda "Hamı üçün təhsil" proqramı üzrə işçi qrup görüşlər keçirə və bu
sahədəki irəliləyişi müzakirə edə bilər.
Yekun olaraq, bildirmək istəyirəm ki, Böyük İpək yolunun mərkəzində
yerləşən Azərbaycan qədim zamanlardan Şərq ilə Qərb arasında körpü
olmuşdur. İndi isə biz yenidən, təhsil və mədəniyyət körpüsü rolunu oynamağa
hazırıq.
Mən bu cür mühüm tədbirə və olduqca səmimi qonaqpərvərliyə görə
konfransın təşkilatçılarına - YUNESKO-ya və Qətər Elm, Təhsil və İcmanın
İnkişafı Fonduna bir daha öz minnətdarlığımı bildirir, Sizə uğurlar və səmərəli iş
arzulayıram.
***
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
151
Sonra çıxış edən Suriya Prezidentinin xanımı Əsma əl-Əsəd vurğuladı ki,
Qurani-Kərimdə göstərildiyi kimi, hər bir uğur "Oxu" kəlməsi ilə bağlıdır. Livan
Prezidentinin xanımı Andre Ləhud qloballaşma şəraitində savadsızlığın aradan
qaldırılmasına daha çox ehtiyac duyulduğunu bildirdi.
Konfransda ABŞ Prezidentinin xanımı Lora Buşun videoçıxışı göstərildi,
YUNESKO-nun Qətərdəld nümayəndəsi, sudanlı yazıçı Əs-Səid Saleh çıxış
etdi.
Daha sonra savadsızlıqdan bəhs edən film nümayiş etdirildi.
Konfransın birinci gününün axırında Qətərin birinci xanımı Şeyxa Muzanın
adından iştirakçıların şərəfinə ziyafət verildi. Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva ziyafətdə iştirak etdi.
Martın 13-də öz işini davam etdirən konfransda, əsasən, ərəb ölkələrinin
ucqar kənd yerlərində savadsızlığın ləğvi məsələləri müzakirə olundu. Bu yöndə
hazırlanmış layihələr və həyata keçirilən proqramlar ətrafında fikir mübadiləsi
aparıldı.
Həmin gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Qətərin
birinci xanımı Şeyxa Muzanın görüşü oldu. Təhsil problemləri barədə söhbət
gedən görüşdə Mehriban xanım Qətərin birinci xanımını ölkəmizə səfərə dəvət
etdi. Dəvət məmnunluqla qarşılandı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həmin gün Suriya
Prezidentinin xanımı Əsma əl-Əsəd və Livanın birinci xanımı Andre Ləhud ilə
görüşlərində də qarşılıqlı maraq doğuran məsələlər barədə fıkir mübadiləsi
edildi.
Görüşlər zamanı Mehriban Əliyeva İSESKO-nun üzvü olan bütün ölkələrin
birinci xanımlarının Bakıda forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu
təşəbbüs razılıqla qarşılandı və qəbul olundu.
Martın 13-də Mehriban Əliyeva YUNESKO-nun baş direktoru Koişiro
Matsuuranın adından konfrans iştirakçılarının şərəfinə verilən ziyafətdə iştirak
etdi.
Azərbaycanın birinci xanımı Qətər Əmiri xanımının müşayiəti ilə həmin
gün Qətər Fondunun Dohadakı "Təhsil şəhərciyi" ilə də tanış oldu. Mehriban
xanıma şəhərcik haqqında ətraflı məlumat verildi, burada təhsil alan uşaqların əl
işləri və yaradıcılıq nümunələri təqdim edildi.
Martın 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Qətərə
səfəri başa çatdı. Daha hava limanında Qətərin birinci xanımı Şeyxa Muza ilə
söhbət edən Mehriban Əliyeva uğurlu və maraqlı keçən səfərə görə
minnətdarlığını bildirdi.
Şeyxa Muza yüksək qonağı böyük hörmət və ehtiramla yola saldı.
Dostları ilə paylaş: |