Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
152
AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHRİBAN ƏLİYEVA
MİSİRİN BAŞ NAZİRİNİN XANIMI İLƏ GÖRÜŞMÜŞ, QAHİRƏDƏ
MİSİR MUZEYİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb
Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva Misirin Baş nazirinin xanımı Mona
Nazifə ilə görüşmüşdür.
Misirin neft nazirinin, informasiya-kommunikasiya texnologiyası nazirinin
xanımlarının da iştirak etdikləri görüşdə müxtəlif sahələrdə əlaqələr müzakirə
olundu. Xanımlar xüsusilə humanitar sahədə əməkdaşlıq üçün mövcud
potensialdan səmərəli istifadə ilə bağlı fikir mübadiləsi apardılar.
Həmin gün Misirin Baş nazirinin xanımı adından Mehriban Əliyevanın
şərəfinə nahar verildi.
* * *
Mayın 7-də Azərbaycanın birinci xanımı Qahirədə məşhur Misir Muzeyi
ilə tanış oldu. Muzeyin əməkdaşları Mehriban Əliyevaya məlumat verdilər ki,
burada Yer kürəsinin ən qədim dövlətçilik tarixinə malik olan ölkələrindən biri -
Misirin qədim tarixinin müxtəlif dövrlərinə aid çoxlu sayda qədim əşyalar,
döyüş silahları və sənədlər toplanıbdır. Əlverişli coğrafi mövqedə yerləşməsi
Misirin dəfələrlə təcavüzlərə məruz qalmasına səbəb olmuşdur. Muzey istər bu
hadisələri, istərsə də misirlilərin təcavüzkarlara qarşı mübarizəsini əks etdirən
eksponatlarla da zəngindir. Tarixi abidələr və tikililər, ölkənin elm və təhsilinin
qədimliyindən xəbər verən ekspozisiya da diqqəti cəlb edir. Bu muzeyi
məşhurlaşdıran əsas eksponatlar Misir fironlarının heykəlləri, onların taxtları,
istifadə etdikləri əşyalar və sarkofaqlardakı mumiyalar və sairdir.
Bildirildi ki, qədim misirlilərin inancına görə insanı sonsuzluğa qədər
yaşatmaq üçün onun cəsədini saxlamaq lazımdır. Bunun üçün misirlilər ölmüş
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
153
adamı mumiyalayır, daxili orqanlarını xüsusi qabda saxlayır, sifətinə isə maska
taxırdılar. Arxeoloji qazıntılar zamanı tapılmış belə mumiyaların bir hissəsi bu
muzeydə saxlanılır.
Azərbaycanın birinci xanımı muzeyin fəxri qonaqlar kitabına təəssüratlarını
yazdı.
Tanışlıqdan sonra Mehriban xanım Əliyevaya muzey barədə məlumat
kitabı hədiyyə olundu.
AzərTAc
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
154
AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA
SABUNÇU VƏ ƏZİZBƏYOV RAYONLARİNDA BİR SIRA
OBYEKTLƏRİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Uşaqlara qayğı ölkəmizin gələcəyinə qayğıdır
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iyunun 14-də
Sabunçu rayonunun Bilgəh qəsəbəsində fondun təşəbbüsü ilə tikilib yenicə
istifadəyə verilmiş 231 nömrəli uşaq bağçasında olmuşdur.
Uşaqlar Mehriban xanımı gül-çiçəklə, hərarətli alqışlarla qarşıladılar.
Kollektivin, valideynlərin müraciətlərinin araşdırılması nəticəsində
müəyyən edilmişdi ki, bağçanın yerləşdiyi bina tam yararsız vəziyyətdədir.
Bunu nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada 80 yerlik
yeni uşaq bağçası inşa edildi. Müasir avadanlıqla təchiz olunan bağçanın
yeməkxanası, camaşırxanası və yaşıllıqlar salınmış həyətyanı sahəsi də vardır. 2
nömrəli uşaq evinin fonda çoxsaylı müraciətləri nəzərə alınaraq, uşaqların yay
tətilini səmərəli təşkil etmək üçün hazırda bağça müvəqqəti olaraq onların
istifadəsinə verilmişdir. İndi burada valideyn himayəsindən məhrum olmuş 3-14
yaşlı 80-dək uşaq dincəlir.
Mehriban xanım bağçanın əvvəlki görkəmini əks etdirən fotoşəkillərə
baxdı, görülmüş işlərlə yaxından tanış oldu. Qrup, yataq otaqları, tibb
məntəqəsi, tərbiyəçilər kabineti və s. otaqlarm təzə avadanlıqla təchiz
edilməsini, yaradılmış rahat şəraiti yüksək qiymətləndirdi. Foyedəki "Heydər
Əliyev Fondu", "Uşaqların əl işləri" foto və rəsm sərgilərinin də zövqlə tərtib
edildiyi bildirildi.
Uşaqlarla hal-əhval tutan Mehriban xanım onların yay istirahətinin necə
keçməsi ilə maraqlandı. Hər gün avtobuslarla, müəllimlərin nəzarəti ilə Xəzərin
sahilinə gəzintiyə getdiklərini həvəslə bildirən uşaqlar buranın təmiz havasının,
sərinliyinin onlara xüsusi zövq verdiyini, yeməklərin keyfiyyətindən,
çeşidlərindən məmnun qaldıqlarını söylədilər. Növbə ilə digər yoldaşlarının da
buraya gəlib dincələcəklərini vurğuladılar, yaradılmış rahatlığa, onlara
göstərdiyi diqqət və qayğıya görə Mehriban xanıma səmimi sözlərlə təşəkkür
etdilər.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
155
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ
MEHRİBAN XANIM ƏLİYEVA ƏQLİ VƏ FİZİKİ CƏHƏTDƏN
QÜSURLU UŞAQLARIN TƏHSİL ALDIĞI
MƏKTƏBLƏRDƏ OLMUŞDUR
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva martın 15-
də Təhsil Nazirliyinin Bakının Nəsimi rayonundakı 268 nömrəli yardımçı
məktəbində olmuşdur.
Uşaqlar Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.
1905-ci ildə inşa edilmiş bu binada məktəb 1927-ci ildən fəaliyyət göstərir.
Uzun illər təmir olunmayan bina yararsız vəziyyətə düşmüşdü. Mehriban xanım
2003-cü ildə ilk dəfə buraya gələrkən vəziyyətlə yerində tanış olmuş, onun
təşəbbüsü ilə məktəbin Heydər Əliyev Fondımım həyata keçirdiyi "Uşaq evləri
və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində əsaslı şəkildə təmiri və
yenidən qurulmasına başlanmışdır. 2005-ci ilin yanvarında işlər başa
çatdırılmışdır. Burada ayrıca daimi istilik sistemi qurulmuş, yeməkxana, idman
kompleksi də tikilmişdir. Məktəb təzə avadanlıqla tam komplektləşdirilmişdir,
burada tibb otağı, loqopediya və s. kabinetlər vardır.
Azərbaycanın birinci xanımının buraya ilk gəlişindən sonra məktəbin
fəaliyyətində də əsl canlanma yaranmışdır. İndi burada əvvəlkindən 3 dəfə çox,
əqli və fıziki cəhətdən zəif inkişaf etmiş 130 uşaq təhsil alır. Bundan iki dəfə
çox uşağa isə ailələrdə xüsusi tədris proqramı keçirilir. 15 sinif və 6 qrupda
uşaqların təlim-tərbiyəsi ilə 140 müəllim və tərbiyəçi məşğul olur. Uşaqlara
gündə 2 dəfə yemək verilir. Valideynlər iş gününün sonunda onları evlərinə
aparırlar.
Məktəbin əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotoguşə, ümummilli
lider Heydər Əliyevin uşaqlarla unudulmaz görüşlərinə, fondun həyata keçirdiyi
layihələrə, Mehriban xanımın bu məktəbdə keçirdiyi görüşlərə həsr olunmuş
Dostları ilə paylaş: |