Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə32/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   28   29   30   31   32   33   34   35   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



66

 

Oğuz grubundaki bazı leksikolojik kavramlar diğer Türk lehçelerinde bulunmamaktadır. 



Bunun gibi olayları diğer dil gruplarında da görmek mümkündür. Sadece Kıpçak grubuna ait 

kavramlar da mevcuttur. Sagındıkoğlu bu konuyla ilgili özel araştırmalar yapmış Türk lehçelerinin 

sözlüklerini karşılaştırmıştır. Dolaysıyla eserlerdeki bazı kelimelerin sadece bir dilde mevcut olup 

diğer dillerde bulunmadığı o kavramın değişik ifade edildiğini açıklamıştır. Araştırmacıya göre 

Oğuz gruplarında bulunan kelimeler: alın (маңдай), bağırsak (іш), kendü (өз), kölke (көлеңке), 

örtüklü (жасырын), sogan (жуа), utan (ұялу), çog (көп), karınça ( құмырсқа), kurt (бөрі), 

yarın (ертең), yıldırım (найзағай)vs.Aksine bu kelimeler ise sadece Kıpçak grubunda 

bulunmaktadır:  basın (басыну),  baklan (бағлан), bakır (жез), bayagı (баяғы), bolmaçı 

(болмашы), entik (ентігу), em (ем), erik (ерігу), en (ену), enra (еңіре), irkil (іркілу), yimen 

(имену), kün (күң), keri (кері), süngi (сүңгі), çık (шық), sal (салу), tansuk (таңсық), tıy 

(тыю), tabran (тебірен), talpı (талпыну), tanırka (таңырқау), tun (тұну), ürk (үрку),   

kavrut ( қауырт) [5. 44-45 s.] т.б. 

 

Bu kavramlar Oğuz, Karluk-Uygur dillerinde geçmezse de Kıpçak gruplarında ayrıca Kazak 



dilinde mevcuttur.    

 

Yukarıdaki saydığımız fonetik ve leksikolojik özellikler üç dört bin yıllık değişim değildir. 



Böylesine değişimin ortaya çıkması binlerce yılı geçirebilir. Oğuz, Kıpçak, Karluk- Uygur dillerinin 

bir birinden ayrılması ve sınıflandırılması eski Altay devrinin ilk dönemine denk gelme ihtimali 

vardır. Dil araştırmalarında benzerliklerle beraber aynı zamanda farklılıkları da çok iyi 

sınıflandırmak gerekir. Her dilin sadece o dile has özelliklerini araştırarak belirlemek Türkologların 

önemli görevlerinden biridir.            

 

 



 

 

Kullanılan edebiyatlar: 



 

1. 


Baskakov N. A. “Вvedenyie v izucenye turkskih iazikov”.  Moskva, 1962. 

2. 


“Kazak tilinin tusindirme sozdigi. 1-10 tomdar/Jalpi redaktsiasin baskargan А.Y. 

Yskakov. – Аlmati: Gylym, 1974-1986. 

3. 

Sagındıkoğlu. B. “Kazak tilinin tarihi.” Kazak Üniversiteti Baspası, Almatı, 2011 



4. 

Kiyekbaev. Dj. G. “Bvedeniye v uralo-altaiskiye iazikoznaniye” Ufa, 1972. 

5. 

Sagındıkoğlu. B. “Altyn Orda jazba eskertkishterinin tili”. Kazak Üniversiteti Baspası,  



Almatı, 2006.  

 

 



Dürdanə Əliyeva, fil.ü.f.d., dos.  

Bakı Slavyan Universiteti,Türkologiya kafedrası 

durdana_a@mail.ru 

 

OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ TAPMACALARININ ONOMASTİK SAHƏSİ 



 

Oğuz qrupu türk dillərinin şifahi xalq ƏDƏBIYYATının ən qədim və maraqlı janrlarından 

biri olan tapmaca əsrlərdən bəri nəsildən-nəslə keçərək müxtəlif dəyişikliklərə uğramış, bəzən 

forma və məzmununu dəyişdirmiş, yeni məna, məzmun kəsb edərək bu günə qədər gəlib çıxmışdır. 

Həm quruluş, həm məzmun, həm də leksik tərkibinə görə digər folklor janrlarından fərqlənən 

tapmacalar folklorşünaslar tərəfindən tədqiq edilsə də, linqvistik baxımdan öyrənilməmişdir. 

Tapmacalarda insanların cəmiyyət haqqındakı fikirləri, həyat təcrübəsi, təbiət üzərindəki 

müşahidələri, təsərrüfat, məişət məsələləri və sairə bədii formada, obrazlı şəkildə ifadə edilmişdir. 

Tapmacaların onomastik sahəsinin əsas hissəsini antroponimlər təşkil edir: Qutu qutu içində 

\Sandıq qutu içində \Fatmanın ağ yaylığı (antroponim)\ O da qutu içində (şabalıdı)(Azərbaycan);  

Dağda dalaymanı gördüm, Suwda Süleymanı gördüm, Duzsuz bişen aşı gördüm, Gawşap duran 

daşı gördüm. (Gannçga, gami, süyt, değirmen)(türkmən); Bir oğlum var adı Beşir bulduğunu bana 

taşır (kaşık)(türk);Avaşmnein enşesi\ Vanikenin kemençesi.(Sivrisinek)(qaqauz) 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



67

Oğuz qrupu türk dilləri tapmacalarının  tərkibindəki toponim və hidronimlər  həm çox 

məşhurlaşmış mərkəz  şəhərlərin, böyük çayların adlarını, həm də kiçik rayonların, şəhərlərin və su 

hövzələrinin da adlarını da əks etdirir. Bu adların bir qismi onlarla bağlı olan tarixi faktları və 

hadisələri özlərində əks etdirdikləri halda, bəziləri isə özlərinə məxsus regional əlamətləri əks 

etdirirlər: 

Balta vurdum nimçəyə Səsi gəldi Gəncəyə (göy gurultusu) (toponim); Burada vurdum kılıcı 

Halep’te çıktı ucu (şimşek) (türk);   İki uç, iki halka, Bağdadda mıhı var. (Makas) (türkmən). 

Nümunələrdən gördüyümüz kimi Oğuz qrupu türk dilləri tapmacalarının müxtəlid xarakterli 

onomastik vahidlərlə zəngindir. Bu onomastik vahidlərin linqvistik baxımdan təhlili maraqlı dil 

faktlarının aşkarlanmasına səbəb ola bilər. 

 

 



Elçin Məmmədov, fil.ü.f.d., dos. 

 

 



       AMEA 

Nəsimi 


adına 

Dilçilik 

İnstitutu, 

 

 



    Türk 

dilləri 


şöbəsinin 

aparıcı 


elmi 

işçisi 


elchin197613@mail.ru 

 

İŞĞAL EDİLMİŞ QARABAĞIN ANTROPOTOPONİMLƏRİ VƏ ONLARIN 



QRAMMATİK-MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ 

 

 



Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim və zəngin ərazilərindən biridir. Əlverişli 

təbii-coğrafi şəraitin, təbii mağaraların olması qədim dövrlərdən burada ibtidai insanların məskən 

salmasına şərait yaratmışdır. Haqqında bəhs etdiyimiz Qarabağ bölgəsinə Şuşa, Xankəndi, Xocalı, 

Ağdərə, Xocavənd, o cümlədən Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan 

rayonları daxildir. 

 

Hazırda Qarabağ Ermənistan silahlı qüvvələri tarəfindən işğal edilib və bütün maddi-



mədəniyyət abidələri talan olunub. Eyni zamanda, ərazinin toponimləri erməni “müəllifləri” 

tərəfindən saxtalaşdırılmış və yaşayış məntəqələrinin adları dəyişdirilərək erməniləşdirilmişdir. Bu 

mənada bölgənin antropotoponimlərini tədqiq etmək olduqca vacib və əhəmiyyətlidir. Bu araşdırma 

nəticəsində biz bölgənin antropotoponimlərinin erməni işğalına qədərki mənzərəsini bərpa etməyə 

çalışacağıq.  

Məlum olduğu kimi Azərbaycan toponimlər sistemindəki ayrı-ayrı coğrafi adlar uzun bir 

tarixi inkişaf yolu keçməklə yanaşı, həm də aid olduğu xalqın və mövcud olduğu ərazinin, tarixən 

bu ərazidə baş vermiş ictimai, iqtisadi və siyasi hadisələrin bir sıra spesifik cəhətlərini də özündə 

əks etdirmiş və bunlar da bir çox toponimlərin yaranma və formalaşmasını şərtləndirmişdir.  

Toponimlərin hansı tarixi dövrlərin məhsulu olduğunu, hansı ekstralinqvistik faktorlarla 

bağlı yaranmasını müəyyən etmək çətindir. Bu mənada xüsusi mülkiyyətin hakim olduğu dövrlərin 

toponimiyada qalıqları hesab olunan antropotoponimlər də diqqəti cəlb edir.  

 

Antropotoponimlər şəxs adları əsasında yaranan yaşayış məskənlərini əhatə edir. İşğal 



edilmiş Qarabağ ərazisi də antropotoponimlərlə zəngindir. Demək olar ki, Qarabağ ərazisində şəxs 

adları əsasında formalaşan toponimlərin hamısının izahı Azərbaycan dili ilə bağlıdır. 

Ümumiyyətlə, antroponim əsaslı toponimlərin əksəriyyəti sovet işğalına qədər yaranıb 

formalaşmışdır və “onların ilkin formada birinci komponentlərinin ellipsiyası nəticəsində isə həmin 

adlar toponimik səviyyədə sadə adlar kimi sabitləşmişdir. Belə antropotoponimlərin də 

əksəriyyətini məntəqənin əsasını qoyduqları və mənsub olduqları ayrı-ayrı şəxslərin adları təşkil 

edir” (2, s. 166). Bu antroponimlərin coğrafi ada çevrilməsi ona qoşulan nomenlərin köməyi ilə baş 

verir. Belə ki, “toponimik status qazanmış antroponimlər əslində toponim yaradan müəyyən 

ünsürlərin (coğrafi nomenlərin) əlavəsi ilə reallaşmış (İsi kəndi, Əliqulu kəndi, Əliyar kəndi və s.) 

və ikinci tərəfin ellipsiyası nəticəsində şəxs adı ilə ifadə olunmuş birinci tərəf (aparıcı komponent) 

coğrafi adın semantik yükünü öz üzərinə götürərək sadə oykonim kimi də sabitləşmişdir” (2, s. 

166). 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə