I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
70
olduğunu göstərir. Pənahabadın əsası qoyulmazdan xeyli əvvəl nəinki bu bölgədə, eləcə də
Qarabağın digər dağlıq bölgələrində türklər (azərbaycanlılar) kompakt şəkildə yaşamış, ermənilərin
xeyli hissəsi isə türklərin tərk etdiyi yaşayış məskənlərinə yerləşmişdilər” (3, s. 17). Bunu sübut
etmək üçün nəinki ermənilərin yaşadıqları kəndlərin, bütövlükdə Qarabağın kəndlərinin
Azərbaycan-türk mənşəli olması faktına diqqət yetirmək yetərlidir.
ƏDƏBIYYAT
1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I cild, Bakı, 2007.
2. Əhmədov T. Azərbaycan toponimikasının əsasları, Bakı, 1991.
3. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, 2000.
4. Попов А. И. Названия народов СССР. Введение в этнонимику. Л., 1973.
Elchin Mahammad oglu Mamedov
Antropotoponyms of the occupied Karabakh and their
grammatical-morphological features
SUMMARY
This paper examines all antropotoponyms of Karabakh before the occupation, taking into account the area to
which they relate. Author also classified the antropotoponyms according to the method of their formation.
Keywords: antropotoponyms, classification, Karabakh, grammatical- morphological features, oykonyms
Elnarə Əliyeva, fil.ü.f.d., dos.
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Türk dilləri şöbəsinin aparıcı elmi işçisi
dok.elnare_e@mail.ru
TÜRK DİLLƏRİNDƏ ƏVƏZLİK KATEQORİYASI: ƏNƏNƏ VƏ MÜASİRLİK
Əvəzlik isim, sifət, say, zərf və felin yerində işlənən sözlərə
əvəzlik
deyilir. Əvəzlik hansı
nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur. Bunlar ənənəvi qrammatikalardan
məlum olan qaydalardır. Lakin əvəzlik ətrafında bir-birindən xeyli fərqlənən, hətta bir-birinin
əksini təşkil edən mülahizələr də diqqəti cəlb edir.
Əvəzliklər gah “boş sözlər”, gah da “ən sirli sözlər” adlandırılır. Gah bir nitq hissəsi kimi
inkar edilir, gah da ona daxil olan sözlər başqa nitq hissələri arasında paylaşdırılır, gah da köməkçi
nitq hissəsi kimi təqdim edilir. Bəzən əvəzliyin əhatə dairəsi xeyli məhdudlaşdırılır, əvəzliklərin
yalnız bir qismi bu nitq hissəsinə aid edilir [1.S.285]. Azərbaycan dilində tədricən bölgü prinsipində
dəyişikliklər aparılmış, vaxtilə qəbul olunmuş bəzi növlər ixtisara salınmışdır. Y.Seyidov
Azərbaycan dilində cəmi 27 sözü əvəzlik kimi qəbul etmiş və onları 5 növə aid etmişdir.
“İsimləri əvəz etdiyi üçün əvəzliklərin xeyli hissəsi bir vaxtlar “ismi-zəmir” (əvəzlik-isim)
adı altında isimlər sırasına daxil edilmiş, işarə əvəzlikləri isə “təyini sifət” adı ilə sifətlərlə birgə
verilmişdir” [2. S.138].
Azərbaycan dilində H.Mirzəzadə tarixən əvəzliyin şəxs, qayıdış, işarə, sual, təyin, qeyri-
müəyyən kimi növlərinin olduğunu bildirmişdir. O, inkar əvəzliklərini qeyri-müəyyən əvəzliklərinə
daxil etmişdir. Digər bir məqamda isə müəllif qayıdış əvəzliyini şəxs əvəzliyinin bir növü
adlandırmışdır. [3. S.175].
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
71
F.Zeynalov “Türk dillərinin müqayisəli qrammatikası” kitabında əvəzliyin 6 növünü
göstərmişdir: şəxs, işarə, sual, təyini və qayıdış, qeyri-müəyyən, inkar [4. S.113]. F.Zeynalov
mənimki, bizimki ifadələrini şəxs əvəzliklərinə daxil etmiş, ora, bura ifadələrini zərf hesab etmişdir.
Qayıdış əvəzliklərini isə təyini əvəzlikləri ilə birləşdirərək təyin-qayıdış əvəzlikləri adı altında
verilməsinin daha doğru olması fikrini irəli sürmüşdür.
Q.Kazımov əvəzliyi “leksik-qrammatik səciyyəsinə, morfoloji xüsusiyyətlərinə, sintaktik
vəzifəsinə görə fərqlənən orijinal bir kateqoriya, xüsusi söz qrupu” kimi səciyyələndirmişdir
[2.S.135]. O, əvəzliyin aşağıdakı 7 növünü göstərmişdir: şəxs, qayıdış, sual, qeyr-müəyyənlik
bildirən, inkar, nisbi və işarə əvəzlikləri.
Ümumiyyətlə, müasir Azərbaycan dilində əvəzliyin aşağıdakı növləri qəbul olunur: şəxs,
işarə, təyini, sual, qeyri-müəyyən əvəzliklər. Vaxtilə bu siyahıya inkar və qayıdış əvəzlikləri də aid
edilirdi.
M.Ergin əvəzliklər haqqında aşağıdakı fikirləri söyləmişdir: “Zamirler nesneleri temsil veya
işaret suretiyle karşılayan kelimelerdir... Zamirlerin tek başlarına kelime olarak manaları yoktur. Bir
zamir tek başına hiç bir nesneyi karşılamaz, heç bir şeyin adı değildir... Onlar nesnelerin isimleri
değil, gerekince geçici olarak o isimlerin yerini tutan kelimeler diye tarif edilir”. O, türk dilində
əvəzliyin aşağıdakı növlərini göstərmişdir: şahıs, dönüşlülük, işaret (bu, şu, o), soru, belirsizlik
(kimse, özge, başkası, ayruk “başqası”, kamu “hər kəs”, biri, bazısı, hepsi, kimi, birisi, hepimiz,
biriniz), bağlama (kim) zamirleri [bax: 5.S.249-265].
A.N.Kononov türk dilində əvəzliyin aşağıdakı növlərini göstərir: işarə, qayıdış, sual, inkar,
qeyri-müəyyən, ümumiləşdirici (obobşayuşiye), təyini [6. S.171].
Qaqauz dilində əvəzliyin növləri sayca çoxluğuna görə seçilir: şəxs, yiyəlik (benimki,
seninki, onunki), işarə (o, bu, şu, şöölə), sual, nisbi (ani “hansı ki”, ne, kim, naşey, nesoy, anqı),
təyini (xer, xebiri, xerkez, xepsi və s.), qeyri-müəyyən (kimi, kimisi, kimsə, birisi), qeyri-müəyyən-
inkar (kimse, bir şey, birkimsey) [7.S.126].
Başqırd dilində əvəzlik Azərbaycan dilində olduğu kimi, isim, sifət, say və zərfi əvəz edən
nitq hissəsi kimi səciyyələndirilir və onun aşağıdakı 7 növü göstərilir: şəxs, işarə, sual, təyin, qeyri-
müəyyən, inkar, yiyəlik [8.S.153-154].
Qaraqalpaq dilində əvəzliyin 4 növü müəyyənləşmişdir: 1. Şəxs və şəxs-yiyəlik; 2.İşarə və
işarə-yiyəlik; 3.Təyini; 4.Sual, qeyri-müəyyən və inkar [9.S.260]. Göründüyü kimi, qaraqalpaq
dilində zahirən 4 növ göstərilsə də, bunların daxilindəki növlər digər türk dilləri ilə tam uyğun gəlir.
A.N.Kononov özbək dilində 6 növü qeyd etmişdir: şəxs, işarə, qayıdış, sual, qeyri-
müəyyən, ümumiləşdirici (обобщающие).Sonuncu növə xar kim, xar kaysi, xar kanday, xar kança,
xar karsa kimi əvəzliklər aid edilmişdir ki, bunlar Azərbaycan dilindəki təyini əvəzliklərinə uyğun
gəlir [10.S.172].
R.Rasulov və A.Mırazızovun “Özbək dili” dərsliyində əvəzliyin 7 növü göstərilmişdir:
kişilik “şəxs”, ozlik “qayıdış”, korsatiş “işarə”, soroq “sual”, belgilaş “təyini”, bolişsizlik
“inkar”, gumon olmoşlari “qeyri-müəyyən” [11. S.76].
N.A.Baskakov noqay dilində əvəzliyin 7 növünü qeyd etmişdir: şəxs, yiyəlik-predikativ
(притяжательные-предикативные / meniki, seniki və s.), təyini-qayıdış (özim), işarə (bul, sol,
şol, ol), sual, təyini (ar/har, falan// palan), qeyri-müəyyən və inkar (bir kim “heç kim”, bir zat “heç
nə”) [12, S.74-82].
Qazax dilində 7 növ diqqət çəkir: şəxs, işarə, sual, təyini, qayıdış, ümumiləşdirici
(обобщительные) və inkar əvəzlikləri [13.S.229]. Göründüyü kimi, qazax dilində özbək dilindən
fərqli olaraq, həm təyini, həm də ümumiləşmiş əvəzliklər mövcuddur.
Qaraçay-balkar dilində əvəzliyin aşağıdakı növləri mövcuddur: şəxs, şəxs-qayıdış, işarə,
sual- nisbi, qeyri-müəyyən (təyini və inkar) [14].
Tuva dilində 6 qrup müəyyən edilmişdir: şəxs, işarə, təyin, qeyri-müəyyən, inkar
[15.S.215].
N.P.Dırenko oyrot dilində əvəzliyi təsnif edərkən bir qədər fərqli bölgü təqdim etmişdir:
şəxs, yiyəlik, işarə, sual, təyini (qeyri-müəyyən) [16.S.90].
Göründüyü kimi, türk dillərində əvəzliyin bir kateqoriya kimi tanıtımı oxşar olsa da, bəzi