Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə37/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   33   34   35   36   37   38   39   40   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



76

yüksək prinsipiallıq və həqiqi vətəndaşlıq mövqeyi, habelə digər ideya-bədii məziyyətlər nəinki 

İ.Əfəndiyev dramaturgiyasını, bütövlükdə yaradıcılığını səciyyələndirən mühüm amillərdəndir. 

   Görkəmli Azərbaycan yazıçısı İ.Əfəndiyevin dramları və digər əsərlərinin ideya-bədii və 

dil-üslub sənətkarlığı haqqında çox fikirlər söylənilib. Bunları səciyyələndirmək, həmin fikirləri saf-

çürük etmək ədibin  sənətətinə verilən dəyəri müəyyənləşdirmək onun əsərlərinin həyatiliyini 

göstərmək baxımından çox önəm daşıyır.  

 İ.Əfəndiyevin dramları və onların sənətkarlıq xüsusiyyətləri haqqında yazıçılar, dilçilər, 

ƏDƏBIYYATşünaslar – M. Hüseyn, M.Arif, Elçin, H. Abbaszadə, Ə.Cəfərzadə, B.Vahabzadə, 

A.Axundov, T.Hacıyev, Q.Kazımov, K.Hüseynov, Ə. Mirəhmədov, Y.Qarayev, K.Vəliyev, M. 

Süleymanlı, V. Bayatlı və başqaları yüksək fikirlər söyləmişlər. 

İ.Əfəndiyevin əsərlərinin dili xüsusi tədqiq edilməsə də, ədəbi tənqid və oxucular onun dilinin 

lirizmini və ifadəliliyini, şairanəliyini və axıcılığını, milli koloritini qeyd etmişlər. Y.Seyidov yazır: 

«İlyas Əfəndiyev yaradıcılığa başladığı ilk vaxtlardan öz əsərlərinin dilinin fərdiliyi ilə seçilmiş 

ədiblərdən biridir. O, zəngin Azərbaycan dilinin imkanlarına yaxından bələddir, xalq danışıq tərzini, 

sözlərin cümlədə kəsb etdiyi məna çalarlarını duyur, yeganə sözü tapmağı bacarır. Bu sahədə ədibin 

ustalığından çox şey öyrənmək olar... Sənətdə heç nə özbaşına yaranmır. Teatrda psixologizmin, 

lirik-psixoloji pyeslərin meydana çıxması da, hər şeydən əvvəl, varlıqla sıx əlaqənin nəticəsi olub, 

inkişaf etmiş cəmiyyətdə şəxsiyyətin rolunun artması, insana humanist münasibətin güclənməsi, 

demokratizmin genişlənməsi ilə bağlıdır» (1,139-141). 

Azərbaycan tənqidi fikrinin ağsaqqalı akademik M.Arif də İ.Əfəndiyev yaradıcılığını, xüsusilə 

onun bədii dilini yüksək qiymətləndirmişdir: «İlyas Əfəndiyev öz qəhrəmanlarını quru kitab dili ilə 

deyil, canlı, təbii bir dillə danışdırır. Hər surəti özünəməxsus cizgilərlə fərqləndirir. Müəllifin canlı 

danışıq dili üzərində müşahidəsi böyükdür. İlyas Əfəndiyev Bakı neftçilərinin həyatından alınmış 

ilk müstəqil pyesini – «İşıqlı yollar»ı yazdı. Əslində bu İlyasın ikinci səhnə əsəri idi. Mənim 

fikrimcə, «İşıqlı yollar»ın məziyyətlərindən biri də bu idi ki, dramaturq qəhrəmanlarının əhval-

ruhiyyəsini, yaşantıları ilə bağlı psixologiyasını açmağa meyil eləmişdi. Bu əsərdə İlyasın lirik-

psixoloji pyeslər müəllifi kimi üslubunun ilk rüşeymləri aydın sezilirdi» (2, 23).                                          

İ.Əfəndiyev sənətinin cazibədarlığı, ilk növbədə, onun dil səviyyəsi ilə də bağlıdır. Onun 

dramaturgiyası yeni mövzular, orijinal tipik xarakterlər və özünəməxsus üslubla zənginləşmişdir. 

Müasirliyin bədii-hissi və ya bədii-emosional keyfiyyəti onun yaratdığı obrazların bədii-estetik 

düşüncəsinin tərkib hissəsi olan nitq keyfiyyətlərində üzə çıxır. Burada dramaturqun emosional-

hissi və ekspressiv-ifadə imkanları genişlənir.  

Ekspressiya ifadənin gücü anlamında işlədilir. İfadənin gücü, təsiri isə müxtəlif vasitələrlə 

yaranır. Emosionallıq isə hissi proseslərin təzahürüdür, dilin bütün vasitələri ilə ifadə oluna bilər. 

Bunlar mətnin ümumi vəziyyətindən, yaxud ifadə vasitəsinin daxilində olan incə çalarlıqdır. Bunlar 

nitqə ifadəlilik keyfiyyəti vermir, ifadəlilik keyfiyyətinin təzahür formasıdır... (3,18). 

Ekspressivlik (ifadəlilik) dilin əsas funksiyalarından biridir. Ekspressiv funksiya dilin 

semasioloji mahiyyətinin mühüm komponentlərindən – praqmatik və konnotativ aspektləri əsasında 

qurulur. Ekspressivliyin ifadə vasitələri çoxdur və müxtəlif səviyyələrdədir. Kommunikativ müna-

sibətlər leksik-ekspressivv vasitələrlə yaranır, üslubi cəhətdən neytal leksika ilə qarşı-qarıya durur. 

 İ.Əfəndiyevin əsərlərinin  dil və üslubunun gücü, hər şeydən əvvəl, onun dramaturgiyasında 

aydın şəkildə hiss edilir. Dramaturqun dramlarının ekspressiv əlamətləri , ümumən, emosional 

vasitələr İ.Əfəndiyevin dram dilinin estetikasının məxsusi  əlamətlərindəndir. İ.Əfəndiyevin 

istedadlı bir dramaturq kimi insan qəlbinə və mənəviyyatına nüfuz qabiliyyəti, personajların 

təbiətini və psixologiyasını incəliklərilə araşdırma məharəti «Sən həmişə mənimləsən» pyesində 

daha parlaq şəkildə özünü göstərir. Nargilə ilə Həsənzadənin canlı emosional xarakterlər 

səviyyəsinə qalxmasının sirrini də burada axtarmaq lazımdır. Daxili zənginliyə malik iki həssas 

obrazın hiss və həyəcanları, həyata və insanlara baxışı incə psixoloji çalarlarla açılır. 

İ.Əfəndiyevin bədii dilinə məxsus emosionallıq, dərin psixologizm, incə lirizm, yerinə görə, 

ideya-estetik məqsəd və tələbə uyğun publisist kəskinlik mühüm, səciyyəvi əlamətlər kimi 

dramaturgiyasında da özünü qabarıq şəkildə göstərmişdir. 

Ümumən, emosional-ekspressiv sözlərdən personajların nitqini xarakterizə etmək məqsədilə 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



77

istifadə edir. Dram dilində belə söz qruplarının bir neçə formasına rast gəlmək olur: 

1. Əzizləyici sözlərin həm cüttərəfli, həm də təktərəfli birləşmələr forması: əzizim, mənim 

əzizim mehribanım, ümidim, mələyim və s. 

2. Kiçiltmə bildirənlər: qızcığaz 

3. Müəyyən etinasızlıq, laqeydlik, nifrət bildirmək üçün işlədilənlər: çərənçi, bambılı və s. 

4. Təhqir və söyüş bildirənlər: dələduz, axmaq və s. Bunlara personajların nitqində təsadüf 

olunur. 


Bəllidir ki, dilin müxtəlif funksiyaları mövcuddur. Bunlardan biri kommunikativ funksiya – 

ünsiyyət əlaqəsi, digəri isə ekspressiv funksiya – dilin ifadə gücü. Dilin estetikasından, 

gözəlliyindən söhbət gedərkən, şübhəsiz, yanaşma obyekti olaraq, ilk öncə, bədii dil və üslub əsas 

götürülür. 

Dram janrı, hər şeydən öncə, təfəkkürün müəyyən qəliblərə salınmış ifadə tərzidir. Dram dili 

deyərkən onun sadə və aydınlığı, xəlqiliyi, yığcam və bitkinlik, ahəngdarlıq və obrazlılıq kimi 

keyfiyyətləri nəzərdə tutulur. 

İ.Əfəndiyev dramaturgiyasının estetikası, ekspressivliyi, bilavasitə onun xalqın taleyinə 

münasibəti mövzusunu bütövlükdə yaradıcılığı üçün leytmotivə çevirməsindədir. Onun çoxsaylı 

dramlarının dilində işlətdiyi sözlər və canlı ifadələr elə diqqətlə və düşünülmüş zərgər dəqiqliyi ilə 

seçilmişdir ki, bunlar obraz və personajların yalnız fərdi keyfiyyətlərini deyil, həmçinin də onların 

təmsil etdiyi ictimai təbəqənin bir sıra tipik əlamətlərini professional səviyyədə ümumiləşdirir. Ədib 

tiplərin meşşan təbiətini bu sözlərdən istifadə edərək müəyyənləşdirir. 

Məlumdur ki, Azərbaycan dilinin ekspressiv leksikasının özünəməxsus xarakteri və 

tipologiyası, eləcə də digər leksik fonddan fərqli sərhədləri vardır. Ekspressiv leksikanın 

yarımsistemləri emosionallıq, qiymətvermə, intensivlik və obrazlılıqdır. 

Dram dilindəki ekspressiv anı N.Abbasova bu cür xarakterizə edir: «Azərbaycan xalq dilinə 

məxsus olan emosional leksikada hissilik, təsirlilik, həm də hamı üçün eyni dərəcədə anlaşıqlı 

olmaq və ifadə etdiyi hissi incəliyi ilə duydurmaq xasiyyəti vardır. Bu da belə sözlərin ümumxalq 

xarakterli olmasından irəli gəlir. Xalq dilinin emosional sözlərinin bədii-üslubi funksiyası 

intensivləşir. Emosional sözlər bədii dilin təbiilik koloritini artırır, hisslərin aydın ifadəsini mümkün 

edir» (4,18). 

İ.Əfəndiyevin dram dilinin funksional-semantik metodla kontekstual-situativ təhlili göstərir 

ki, o, surət və obrazların dilində bu altsisemlərin hər birindən uğurla istifadə etmişdir. 

Emosionallıq və ekspressivlik dramaturqun sözdən istifadə ustalığını göstərir. Çünki bu 

əlamətlər sözün daxili formasına hopub; sözlərin mənalarının keçidi prosesi bu vasitələrin 

aydınlaşdırılması üçün stimul rolunu oynayır. 

İ.Əfəndiyevin dram dilində ekspressiv sözlərdən təpişdirmək\tıxmaq «yemək» mənasında, 

simic (xəsis mənasında), gillətmək (içmək mənasında) işlənmişdir. 

Emosional qiymətvermə dram dilinin personajlarının xarakterinin, münasibətlərinin 

açılmasına xeyli kömək edir. Personajların nitqində emosionallıq balası, qadası, xalası, nənəsi, 

atam, bacım, anacığım, dədəciyim və s. əzizləmə bildirən vokativ sözlər vasitəsilə gücləndirilir. 

Dramların dilində əclaf, namərd, alçaq, idiot və s. sözlər də emosional qiymətvermə ölçüləri 

kimi diqqəti çəkir. 

Söyüş xarakterli söz və ifadələr: donuz oğlu, heyvan qızı, köpək uşağı, it balası, əclaf qızı 

əclaf, gədənin biri gədə və s. kəlmələr emosional dəyərvermə baxımından ciddi situasiyalarda 

işlənir. 

Dramların dil xüsusiyyətləri göstərir ki, obrazlara qiymətvermədə aksiloji modallıq aparıcı rol 

oynayır. Bu, qiymətin müsbət və mənfi qütbü ilə bağlıdır. Dramların personajları mənfi və müsbət 

xasiyyətə malik olur ki, burada da bir surət o birinə lazım olan qiyməti verir. Beləliklə, 

qiymətvermənin xarakteri müsbət-mənfi istiqamətində sıralana bilir.  

Dilimizdə ekspressivliyin leksik yolla ifadəsində intensivlik mühüm rola malikdir. İntensivlik 

dram dilinin replikalarında real fəaliyyətlə, insan münasibətləri ilə bağlı meydana çıxır. Ekspresiv 

sözlərdə intensivlik real hadisələrin icrasında prosesin yüksək dərəcəsi ilə ifadə olunur. Dinamik 

hərəkətlər intensiv vəziyyəti yaradır. Məs.: çox maymaq, çox hüşsuz, xəsis (ifrat dərəcədə qənaətçil



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə