Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə35/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   31   32   33   34   35   36   37   38   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



72

fərqli məqamlar da özünü göstərir. Bizim əsas məqsədimiz bu kateqoriyanın adlandırılması olduğu 

üçün həmin fərqli məqamlarla bağlı fikirlərimizi yalnız adlandırma prosesindən bəhs edərkən 

toxunacağıq. Daha çox fərq özünü müasir türk dilində özünü göstərir. 

3. Əvəzliyin növlərinin adlandırılması. 

Türkologiya əvəzliyin hansı şəkildə qruplaşdırılmasına nəzər saldıqdan sonra konkret ayri-

ayrı növləri araşdırmaq istərdik. 

1)

  Şəxs əvəzliyi (Azərbaycan), kişi (türk- T.Banquoğlu), şahıs (türk – M.Ergin), at 



çalışması (türkmən), üz aderlik (qaqauz), kişilik olmoşi (özbək), kişilik almaş (qərbi uyğur), şəxs 

almişi (şərqi uyğur), zat almaşlıkları (tatar), zat almaşı (başqırt), bet orunça (qumuq), betlevçü 

almaş (Qaraçay-balkar), özlik avıs (noqay), jiktev esimdiqi (qazax), çaktama at atooç (qırğız), 

tüzünnıñ solumazı (Altay), sıray orındızı (xakas), arınnıñ at ornu (tuva), eeçi orunqu (şor) 

[17.S.76], betleu almasıkları (qaraqalpaq). 

Azərbaycan və türk dilində ərəb dilindən dilindən alınmış şəxs/ şahıs sözü işlənir. Eyni 

zamanda Şərqi uyğur dilində də eyni ifadədən istifadə olunur. Lakin türk dilində əvəzliyin bu 

növünün adlandırılmasında bir qədər qarışıqlıq müşahidə olunur. Belə ki, M.Ergin və S.Güneş 

şahıs, T.Banquoğlu kişi və T.N.Gencan kişi,  N.Koç kişi adılı terminlərindən istifadə edirlər 

[18.S.55]. 

Türkmən dilində milli at çalışması terminindən istifadə olunur. Bu da “adı, yəni ismi əvəz 

edən” anlamındadır. 

Qumuq dilində müşahidə olunan bet termini də milli mənşəli olub “şəxs” mənasındadır.    

 Qaraqalpaq dilindəki betleu sözü də “şəxs” semantikasında olan bet sözündəndir. 

Tatar dilində zat almaşlıqları termini işlənir. Bu, ərəb mənşəli olub, “sahib, yiyə” 

anlamındadır [19.S.208].   

Başqırd dili tatar dili ilə eyni mənbədən dəyərlənmişdir. 

Tuva dilində arınnıñ at ornu ifadəsindəki arın sözü “şəxs” mənasındadır. 

 Uyğur, özbək dilçiləri, eləcə də Türkiyə türkcəsinin bəzi araşdırıcıları milli mənşəli kişi 

termininə üstünlük vermişlər. 

2)

  İşarə əvəzliyi (Azərbaycan), işaret zamiri (türk), qörkezme çalışması (türkmən), 



gösterici aderlik (qaqauz), korsatiş olmoşi (özbək),  körsitiş almaşliri  (uyğur), kürsətü almaşlıq 

(tatar), kürhətev almaşı (başqırd), qörsetiv orunça (qumuq), körgüztüvçü  almaş (Qaraçay-balkar), 

körsetüv avıs (noqay), siltev esimdiqi (qazax), silteme at atooç (qırğız), körgüzer soluma (Altay), 

közidiq orındı (xakas), aytılqanıñ at ornu (tuva), körqüzçi orunqu (şor) [17.S.56]. 

Azərbaycan və türk dilində ərəb mənşəli “əlamət, nişan” mənalı işarət terminindən istifadə 

olunur [19.S.265].  

Türkiyə türkcəsində başqa terminlərə də rast gəlmək mümkündür: gösterme zamirleri 

(T.Banquoğlu), gösterme adılları (N.Koç), işaret zamirleri (M.Ergin, S.Güneş), im adılları (Tehsin 

Gencan) [18.S.57].  

Digər türk dillərində də bu məqamda milli sözlərdən istifadə olunur və bu kateqoriya gözlə 

əlaqələndirilir. Məsələn, türkmən dilində  qör(mek) kökündən qörkez(mek) feli düzəlmiş, ondan da 

qörkezme termini yaranmışdır. Analoji hal, yəni eyni felə müxtəlif şəkilçilərin artırılması ilə isim 

düzəldilməsi əksər türk dillərində müşahidə olunur.   

korsatiş< kor+sat+iş (özbək) 

körsitiş < kör+ sit+ iş (uyğur) 

kürsətü < kür+sət+ü (tatar) 

qörsetiv< qör+set+ iv (qumuq) 

körsetüv< kör +set+üv (noqay) 

kurhətev< kur+hət+ev (başqırd) 

körqüztüvçü

körqüzer< kör+qüz+er (Altay) 

körqüzçi

közidiq

İşarə əvəzliyinin adlandırılması ilə bağlı üçüncü qrupda qazax və qırğız dilləri birləşir. 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



73

Qırğız dilində “işarə” anlamlı şilteme sözü terminləşərək funksionallaşmışdır. Qazax dilində isə bu, 

siltev şəklindədir. 

Tuva dilində də kateqoriyanın adlandırılmasında millilik özünü göstərir: aytılqanın at 

ornu[20.S.48]   < aytılqa “işarə” + at “ad” + orun “yer” 

3)

  Sual əvəzliyi(Azərbaycan), soru zamiri/ soru sıfatı (türk), soraq çalışması (türkmən), 



soruş aderlii (qaqauz), soraq olmoşi/ sifatlovçi (özbək),  soal almişi  (uyğur), sorav almaşlıq// 

bilqeleü// sorav almaşlığı belən belderelqen sıyfat (tatar), horav almaşı (başqırd), belqilevçü sorav 

orunça (qumuq), soruvçualmaş// belqilevçü almaş (Qaraçay-balkar), sorav avısı// belqilevşi 

(noqay),  surav esimdiqi//sun esimqe, san esimqekoyılatın (qazax), anıktaqıç (surooluu) sın atooç 

(qırğız),  suraktu soluma// tartaaçı (Altay), surıqlıq orındı (xakas), aytırıqnıñ at ornu – pile 

ilerettinqen todaradılqa (tuva), suraqçı orunqu  (pilimçi fonksiyonunda)(şor) [17.S.74-75]. 

Müasir Türkiyə türkcəsində soru sıfatı, soru zamiri və soru zarfı adlı ayrıca kateqoriyalar 

mövcuddur. Əslində, bunlar arasında elə qabarıq fərq yoxdur. Bu kateqoriyaya aid edilən sözlərin 

hamısı sual əvəzlikləridir. 

Analoji hal aşağıdakı dillərdə də müşahidə olunur: hallıknı kulluqun kütüqen sorav orunça 

“sual əvəzliyi”/ belqilevçü sorav orunça “sual sifəti” (qumuq dili), suramaa taktooç “sual zərfi”/ 

surama at atooç “sual əvəzliyi”/ anıktaqıç sın atooç “sual sifəti” (qırğız dili). 

Bu terminlərin mənşəyinə gəlincə, daha çox millilik özünü göstərir. Əksər türk dillərində 

müxtəlif fonetik dəyişikliklə sor- kökündən düzəlmiş terminlər müşühidə olunur. 

Sor- 

Sor+u (türk) 



Sor+aq (türkmən) 

Sor+ uş (qaqauz) 

Sor+ oq (uyğur) 

Sor+av (tatar, qumuq, noqay) 

Sor+av+çu (Qaraçay-balkar) 

Sur+av (qazax) 

Sur+ oo (qırğız) 

Sur+ ak+tu (Altay) 

Sur+ıq+lıq (xakas) 

Sur+aq+çı (şor) 

Hor +av (başqırd) 

Göründüyü kimi, 14 türk dili eyni mənbəyə söykənir. Əslində, Azərbaycan dilində işlənən 

sual sözü də səsdüşümü nəticəsində suval  sözündən yaranmışdır. Bunu həmin sözün bəzi 

dialektlərdə  suval, Muğan dialektində isə saval variantında da işlənilməsi sübut edir 

[Bax:21.S.102].  Beləliklə, sur>suv+al>sual. 

Təkcə Tuva dilində tam fərqli söz yaradıcılığı özünü göstərir: aytırıq at ornu [20.S.48]. Tuva 

dilində  aytırıq sözü “sual” mənasındadır. Bu isə ayıt sözünün fonetik dəyişikliyə uğramış  

“göstərmək, izah etmək” mənalı aytır variantından düzəlmişdir. 

Bir məqama da diqqət yetirmək istərdik. Əgər E.Gürsoy tatar dilində bu kateqoriyanın adını 

sorav şəklində təqdim edirsə,  tatar dilçisi A.Rəhimova bunun sorau  şəklində oldunğunu qeyd 

etmişdir.   

4)

  Qeyri-müəyyən əvəzlik(Azərbaycan), belirsiz zamir (türk–T.Banquoğlu)/ belirsizlik 



zamirleri (M.Ergin, S.Güneş)/ belgisiz adıl (T.Gencan, N.Koç)/ bilgesezlik almaşlıqları (türk), 

nəəməlim çalışma (türkmən),  bellisiz aderlik (qaqauz), tahminiylik olmoşi (özbək),  bəlqüsizlik 

almişi// eniqsizlik almişi (uyğur), bilqesezlek almaşlığı (tatar), bildəhezlek almaşı (başqırd), belqisiz 

orunça (qumuq), belqisiz almaş (Qaraçay-balkar), bilqisiz avıs (noqay),  belqisizdik esimdiqi// 

mölşer üstevi (qazax), çamalama at atooç (qırğız), tartı tok soluma (Altay), ile nimes orındı (xakas), 

todarqay eves at ornu (tuva) [17.S.56; 18.S.58], qüman almaşlığı (qaraqalpaq) 

E.Gürsoy özbək dilində bu kateqoriyanın adını tahminiylik olmoşi şəklində göstərsə də, 

Özbəkcə-rusca lüğətdə bu, qumon olmoşi şəklində verilmişdir [22.S.302]. Qumon sözü fars mənşəli 

olub, özbək dilində mənbə dildə olduğu kimi, “güman, şübhə” anlamındadır. Qaraqalpaq dili də bu 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə