Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə42/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   38   39   40   41   42   43   44   45   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



86

keçdikcə isə bu səslər müstəqil fonemlərə çevrilməyə başlayır. Müasir Azərbaycan ədəbi dili ilə 

müqayisədə k>g, k>q, k>k' və s. əvəzlənmələr olduğu söylənilsə də, praformaların novlaşmaya 

doğru getdiyi danılmazdır. 

 

Affrikat samitlər qovuşuq məxrəcə malik olsa da, məxrəc parçalanmasına deyil, kipləşən-



partlayan səslə novlu səs arasında keçid mərhələsinə xidmət edir:  

 

Dorsallıq və apikallıq baxımından affrikat samitlərin dilarxası və dilönünə doğru (sağa-sola) 



"oynaq" bir hərəkətdə olması maraqlı nəticələr əldə etməyə imkan verir. Belə ki k↔ç→ts və g↔c 

→  samit keçidində olan səslərin hər biri sözün mənasını dəyişməyə xidmət edib-etməməsinə görə 

fonem və fonem variantı kimi çıxış edə bilir. Həmçinin dünya dilləri arasında Azərbaycan dilinin 

dialektlərində olduğu kimi, bu üç samit cütlüyünün ( g/k, c/ç,  /ц) işləndiyi başqa bir dili tapmaq, 

bəlkə də, çətin olar, çünki hər bir dildə bu cütlüyün yalnız ikisi: ya dilortası-sərt damaq g/k və 

dilönü-yuvaq c/ç (Azərbaycan ədəbi dilində olduğu kimi), ya da dilönü-yuvaq c/ç və dilucu-diş  /ц 

səsi işlənə bilər. Məhz Azərbaycan ədəbi dilində də yalnız iki cütlük olduğu üçün, istər dorsal, 

istərsə də apikal mövqedə bu səslər fonem variantı kimi çıxış edir. 

 

Bu üç cütlüyün bir araya gələ bilməsi onların hər üçünün affrikatlıq məsələsini də ortaya 



qoyur. Bu səslərin novluluq yaratmada rol oynadığını nəzərə alıb udlaqdan dodağadək bütün novlu 

samitləri gözdən keçirək: udlaq h, dilarxası-yumşaq damaq ğ/x, dilortası-sərt damaq y/x', dilönü-

yuvaq j/ş, dilucu-dişarası z/s, dodaq-diş v/f. 

 

Beləliklə, g/k, c/ç,  /ц cütlüklərinə uyğun novlu səs məxrəci aydınlaşır: g→y, k→x', c→j, 



ç→ş,  →z, ц→s. Bu keçidlər müvafiq kipləşən-partlayan dominantlarla bir araya gələrsə, 

d→g→y, k'→k→x', d→c→y, t→ç→ş, d→ →z, t→ц s səs axarı, tam şəkildə isə novlaşmanın   

modeli formalaşmış olur. Deməli, c samiti dj, ç samiti tş,   samiti z, ц samiti ts, qovuşuq məxrəcinə 

malik olduğu kimi, g samiti qy, k samiti isə k'x' səslərinin qovuşuq məxrəclərində formalaşan 

affrikat samitlərdir. 

 

Dilortası novlu j və ş samitləri digər samitlərdən fərqli olaraq, cütkeçidlidir və onların 



tələffüzü zamanı ağız boşluğunda iki yerdə maneə əmələ gəlir. İlk növbədə, dilin ön hissəsi 

yuvaqların qurtaracağına doğru  dar nov əmələ gətirir. Dilin arxa hissəsi isə burun boşluğunun 

yolunu tutmuş yumşaq damağa doğru qalxaraq nisbətən böyük nov yaradır. Əgər hava axınının 

keçəcəyi novları yuvaqda, yaxud dilortası sərt damaqda yaratsaq, bir-birindən fərqli ş və ya j səsləri 

alınacaq. Həmin səslərin t və d səsləri ilə qovuşması nəticəsində affrikat samit cütlükləri yaranmış 

olacaq.  

 

Ümumiyyətlə, dünya miqyasında hər bir dil özünəməxsus səs sisteminə malikdir ki, bu da 



ağız aparatındakı səs məxrəclərinin aktiv fəaliyyəti ilə bağlıdır. Bu xüsusiyyəti yalnız ayrı-ayrı 

dillər haqqında deyil, bu və ya digər dilin dialektləri haqqında da söyləmək olar. Azərbaycan dili və 

onun dialektləri də səs sistemi etibarilə maraqlı tədqiqat obyektidir. İstər sait, istərsə də samit 

səslərin çoxvariantlılığı, kipləşmədən affrikatlığa, affrikatlıqdan novlaşmaya doğru istiqamətlənmiş 

səs axarı diqqəti dominant səs məsələsinə yönəltmiş olur. 

 

 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



87

 

Könül Səmədova, fil.ü.f.d., dos. 



Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 

Noqay türkcəsinin fonetik quruluşu 



 

Noqay türkcəsinin sait quruluşu 

Noqay türkcəsinin sait sistemində səkkiz dənə normal uzunluqda sait var: /a/, /e/, /ı/, /i/, /o/, 

/ö/, /u/, /ü/ 

Ancaq Noqay türkcəsinin sait sistemini quran qrammatikada ümumiyyətlə doqquz dənə sait 

fonem müəyyən edilir (1,20). Doqquzuncu fonem isə açıq e; /ä/ saitidir. Qazax və Qaraqalpaq 

türkcəsində də olan /əä/ saiti, başlıca olaraq Ərəb və Farscadan gələn sözlərdə rast gəlinən alınma 

bir səsdir: (2,502) əäreket, əälemet, mälek, däri, äceyip və s. Noqay türkcəsində isə ükel- <älıp kel- 

“gətirmək”, äper-

başqa sözlərdə yer alar: (1,23) äpie “abla, bacı”, bäpiy “ördək”, äşe “əlbəttə, təbii, bəli”, käpkeyüv 

”özünü bəyənmək, qurulmaq“, mämike  ”maymaq“,  tatli “tatlı, dadlı”, təäwesüw “bitirmək”, 

məämetekey “yabanı hindiba və s. Noqay türkcəsinin dialektlərində /əä/-nin olduğu sözlər yaşlı 

nəslin və xanımların dilində /a/ saiti ilədir: (3,9) akel- / äkel-, aper- / äper-, arüw /əärüw, azirlen- 

/äzirlen və s. 

Noqay türkcəsində saitlərin eşitmə və səslənmə xüsusiyyətləri digər fonemlərdə də göründüyü 

kimi ən çox Qazax və Qaraqalpaq türkcəsi ilə uyğunluq və yaxınlıq ifadə edər (4,164). 

Dodaqlanmayan-açıq dilönü (incə) saiti /e/ sözdə bütün mövqelərdə yer alır. Baskakov, bu səsin 

dialektlərdə ilk səs vəziyyətində ikən yayılmış olaraq 

e

y

və ya 



e

i

tərzində deyildiyini; 



y

er “kişi, ər”, 

y

ertengi “hekayə” və s., söz içində isə bəzən /



e

i

 / tərzində damaq ahəngi ilə tələffüz edildiyini; bes 



“beş”, ber- “vermək və s. dilə gətirmişdir. Ancaq Noqay türkcəsində ön səs vəziyyətindəki, 

e

y



e

i



 

Qazax və Qaraqalpaq türkcələrindəki kimi nizamlı və xüsusiyyətli deyil (5,81)  /o/ və /ö/ saitləri də 

bəzən söz əvvəlində ikən yüksələn diftonq xüsusiyyətini alır. Baskakov Noqay türkcəsində ilk səs 

vəziyyətindəki /

u

o-, 


Ö

ö-/-nün də eyni ilə /

e

y



e

i

/ kimi daha çox dialektlərdə yaşlı nəsil və 



xanımların dilində, nadir hallarda rast gəlinən bir vəziyyət olduğunu söyləmişdir. Grammatika 

Noqayskogo yazıka da isə ön səs vəziyyətindəki /ö/ saitinin əgər üzərində vurğu varsa /ö/ tərzində 

bir yüksələn diftonq xüsusiyyətində deyildiyi, vurgusuz olduğu təqdirdə söz əvvəlindəki /ö/-nün 

belə bir diftonq xüsusiyyəti daşımadığını ifadə edilmişdir: 

a

öz ”öz “, 



ü

öw “hörmə (əmr)”, 

ü

ötpö 


“keçmə (əmr)” lakin örmö “hörülmüş, hörmə”, ötüw “keçmə, keçid, keçmək”, özgö “başqa” və s. 

(1,27). Eyni yerdə /o/ saiti üçün belə bir təsbit edilməməklə bərabər bənzər nümunələr verilmişdir; 

u

o/ “o”, 


a

onsız “onsuz”, 

u

onma “onma (əmr)”, ozba “buraxma (əmr)” və s. Noqay türkcəsində bütün 



qapalı saitlər, Qazax və Qaraqalpaq türkcəsində olduğu kimi qısa və əlavə qapalı (və ya əlavə geniş) 

xüsusiyyətdədir, /o/, /ö/, /u/, /ü/ saitləri yazı dilində ilk hecadan irəlidə göstərilmir, ancaq danışıqda 

və dialektlərdə xüsusilə /u/,  /ö/,  /ü/ saitləri nizamlı olaraq ilk hecadan irəlidə də eşidilər: ötpök 

“ekmək, çörək” (yazıda: ötpek) örmökşen “hörümçək” (yazıda: örməkken), ölön “ot” (yazıda: ölen), 

kögörşin “göyərçin” (yazıda: kögerşin), tömön “alçaq” (yazıda: tömeri), qulluqşı “işçi” (yazıda: 

qullıqşı), sürgün “sürgün, sürülmə” (yazıda: sürgin), köpür “körpü” (yazıda: köpir), kümüs “gümüş” 

(yazıda: kümis)və s. Qısa və əlavə qapalı xarakterli /ı/ və /i/ saitlərinin vurgusuz hecalarda zəiflədiyi 

diqqəti çəkər: q(ı)zıl, q(ı)ldım, b(i)lek, t(i)lek, t(i)si“onun dişi” və s. Danışıq dilində bəzi sözlərdə /y/ 

samiti qarşısında yer alan /ü/ saiti lil formasında telafîuz edilir: iykön “böyük” (yazıda: üyken), iygö 

“evə” (yazıda: üyge), biyîip “belə” (yazıda: büyip

səsdə birləşib başqa bir fonem meydana gətirdiyi növdən diftonqlar yaranmaz. Yalnız bir sait ilə /y, 

w/ əlavə saitlərinin bir heca yaratmasından irəli gələn növdən diftonqlar (lojnıy diftonq = sözdə 

diftonq, yalançı diftonq). Sovet Türkologiyası əlavə saitlərin olduğu səslərin hamısını ümumiyyətlə 

diftonq olaraq qiymətləndirmişdir: (1,34) yarı saitin saitdən sonra gəldiyi alçalan diftonqlar 

(nishodyaşçiy diftonq), ay, ıy, iy, üy, oy, öy, aw, uw, üwsözdə bütün mövqelərdə ola bilir: ayγ ır, qayyı, 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə