I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
84
İslam Hüseynov, fil.ü.f.d., dos.
Qafqaz Universiteti
iahuseynov@qu.edu.az
Ərzurum və Kars ağızları ilə Naxçıvan dialektində işlənən ortaq sözlər
Ədəbi dilin əsas bazasını təşkil edən dialekt və şivələrin türk dillərinin materialları əsasında
müqayisəli şəkildə öyrənilməsinə son dövrlərdə maraq artsa da, bu sahədə tədqiqatlara hələ də
ehtiyac vardır. Bu məsələ ən az ədəbi dillərinin müqayisəli öyrənilməsi qədər vacibdir. Dilin lüğət
tərkibinin bir hissəsini təşkil edən dialektizmlər türkdilli xalqların tarixi, etnoqrafiyası, məişəti və s.
ilə bağlı özündə dəyərli məlumatları daşıması baxımından da önəm kəsb edir. Oğuz qrupu
dillərindən olan Azərbaycan dili və Türkiyə türkcəsinə aid dialekt materialllarının tədqiqi
ümumtürk dialektologiyası , eləcə də tarixi-müqayisəli leksikologiya üçün mühüm nəticələr verə
bilər.
Bu baxımdan Ərzurum və Kars ağızları ilə Azərbaycan dilinin Naxçıvan şivələrinin bütün
yaruslar - fonetik, morfoloji və leksik səviyyələr üzrə müqayisəsi maraq doğurur. Bundan başqa,
Naxçıvanın yerləşdiyi tarixi-coğrafi şərait də Azərbaycan dilinin digər dialektlərinə nisbətən bu
dialektin Ərzurum və Kars ağızları ilə daha yaxın olmasını və müqayisə üçün daha çox materialın
verməsini şərtləndirir. Hər nə qədər bu iki dil - Azərbaycan və Türkiyə türkcələri eyni qrupa daxil
olsa da, ədəbi dildə olduğu kimi, dialektlərdə də bir çox fərqliliklər ortaya çıxır. Bir dilin
dialektlərində işlənən söz başqa bir dilin ədəbi formasında işlənəcəyi kimi, bunun əksi də müşahidə
olunur. Ona görə də ədəbi dilləri nəzərə almadan iki dilin dialektlərini müqayisə etmək istənilən
nəticəni vermir. Türk dilinin göstərilən dialektləri ilə Naxçıvan dialektinin müqayisəli tədqiqi
zamanı məlum olur ki, müxtəlif sahələrlə bağlı külli miqdarda söz və ifadə cüzi semantik çalar
fərqləri ilə ortaq şəkildə istifadə olunur. Bu dialektlərin müqayisəsində ən maraqlı cəhətlərdən biri
də ortaq kəlmələrin bir qismini rus mənşəli sözlərin təşkil etməsidir. Türk ədəbi dilində rus mənşəli
sözlərin nadirən işlənməsinə baxmayaraq, məlum tarixi hadisələrin baş verməsi səbəbindən
Anadolu dialektlərində hələ də belə sözlərin istifadəsinə rast gəlinir.
Kifayət İmamquliyeva, fil.ü.f.d., dos.
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan dilinin dialektologiyası şöbəsinin müdiri
k.imamquliyeva@mail.ru
AZƏRBAYCAN DİLİNİN SƏS SİSTEMİNDƏ VARİANTLILIQ VƏ FONEM MƏRHƏLƏSİ
Konsonant (C) və vokal (V) səslər vasitəsilə hecavi praformaların yaranması ağız aparatının
təkamülü ilə bağlıdır. Fonetik səslənmədə CV, bunun təkrarı olan CVCV,
eləcə də VCV və bunun
samit qoşalaşması, yaxud "güzgü" üsullu VCCV modeli başlanğıc praformadır. Maneəsiz
başlanğıcda örtüsüz açıq hecanın köməyi ilə VCV modeli yaranmış olur: aqa, ada, aba. Samit
qoşalaşması isə "güzgü" modelini yaratmış olur: adda, aqqa, abba. Dilin sonrakı inkişaf prosesində
yaranan doqquz, səkkiz, yeddi və s. kimi sözlərin də əsasında bu model durur.
Ağız aparatı öz gücünü tənzimlədikcə yeni bir modelə CVC modelinə şərait yaranır. Bu
əlavə artım qad, qab, qaq, dad və s. kimi səslənmələri ortaya çıxarır.
Zaman
keçdikcə
q, d, b məxrəclərində variantlılığa meyillilik başlamışdır. Bunun səbəbi
dildə baş verən fonetik hadisələr (karlaşma, novlaşma) və maneəsiz səslərin dominant məxrəclərə
uyğunlaşması ilə bağlı olmuşdur. Praformalar üçün dilarxası a/ ilkin səs sayılmalıdır, bundan
sonra dilönü və dodaq məxrəclərinə uyğun olaraq i və u saitləri samit tələffüzünə yardımçı olmağa
başlayır: id, di, qu, diη /din, qud və s.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
85
Dominant
q, d, b konsonantları müvafiq olaraq öz məxrəclərində "yatmış şəkildə olan" η
(dilarxası), n (dilönü), m (qoşadodaq) sonor burun səslərini "oyadır". Bu səslər həm anlautda
(nyanya, nənə, mama), həm də əlavə artımda mühüm rol oynayır (daη, dan, dam, qan, bam, ban və
s.; adam/a:dəm/a:dm sözü də bu qəbildəndir).
Sonor burun səslərinin bu şəkildə işlənməsi ağ ciyərdən gələn hava axınının bir hissəsinin
ağız boşluğundan, digər hissəsinin isə burun boşluğundan xaric olunması nəticəsində tələffüzə
rahatlıq gətirilməsi ilə bağlıdır. Bu hal m burun səsi üçün daha münasibdir. Bu baxımdan rus
dilində tələffüz zamanı söz sonunda m samitinin işlənməsi də maraq doğurur.
Həmçinin Azərbaycan dilində mənsubluq anlayışı verən dədəm, nənəm, babam, qaqam,
qadam və s. ifadələrindəki m praformalarda dodaqların qapanması, hava axınının burun boşluğuna
istiqamətlənməsi ilə rahat tələffüzə xidmət etsə də, dilin sonrakı inkişaf prosesində birinci şəxsin
təkinin mənsubluq anlayışı kimi qəbul edilmişdir.
Dominant
q samit məxrəcinin "oyatdığı" η (sağır nun) sonor səsi anlautda deyil, əsasən,
kombinator vəziyyətdə işlənir və yeni səs axarına düşdüyü üçün məxrəcindən çıxaraq
parçalanmalara yol açır, beləliklə də, nəinki dilönü, hətta dodaq samitlərinin səs axarı ilə əlaqələnir.
Birinci və ikinci şəxsin təkini bildirən mən və sən əvəzliklərinin türk dillərində yönlük halda
işlənmiş variantlarını nəzərdən keçirək: maηa / maqa / manqa / mağa / mã: / mə: / mənə / məyə;
saηa / saqa / sanqa / sağa / sã: / sə:/ sənə / səyə.
İkinci şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etmiş yad (yaddaş) sözünün yönlük hal
variantlarına diqqət yetirək: yadına / yadıηa / yadğa / yadıva / yad : / yada: / yadya.
İkinci şəxsin cəminin mənsubiyyət şəkilçisini qəbul etmiş öz əvəzliyinin Azərbaycan dilinin
dialekt və şivələrindəki fonetik variantları isə bu şəkildədir: özünüz / özüηüz / özüyüz / özüvüz /
özüğüz / özü:z / özĩ:z / özũ:z / özu:z.
Yumşaq damaqda özünəməxsus dilarxası-burun məxrəci olan η samiti müxtəlif səs
birləşmələrinin (nq, ng, ny) də yaranmasında rol oynamışdır: danqa (iri), dinqiz / dəngiz,
qonquz(qozbel), donquz (donuz), sonqulamax (sonalamaq), nyanya, nyanka, Nyuton və s.
Naxçıvan ağızlarında dilarxası-yumşaq damaq η və dilönü-yuvaq n burun səslərinin
məxrəclərinə əsasən törəyən fonetik variantlar da nəzərdən qaçmır: doηuz / doηquz / donquz / donuz
/ do:uz. Bu nümunələrdəki ηq və nq variantları bir hecanın son səsi (η, n), digər hecanın isə ilk səsi
(q) olmaqla mürəkkəb bir tələffüz prosesi keçirir. Belə ki η və n səslərinin burun və sonor əlaməti
başa çatmağa yaxın ağız aparatı q samitinin məxrəcinə köklənir və q samiti yardımçı saitin
köməyilə tam şəkildə tələffüz olunur.
Sonor n burun səsi iki cəhətdən maraq doğurur:
a)
η səsinin öz məxrəcindən uzaqlaşaraq dilönünə doğru meyillənməsi ilə (bunun üçün ən
yaxşı nümunə anlautda ηy/ny birləşməsinin işlənməsidir: ηya/nya-, ηyu/nyu-);
b) d samitinin məxrəcində "yatmış" n səsinin "oyanması" ilə (ağız aparatında dominant d
səsinin məxrəci işlək formaya keçdikcə həmin səs yuvasında digər səslərin yaranmasına da şərait
yaratmışdır. D səsi ilə n səsini ayıran əsas əlamət n samitində burun və sonorluq xüsusiyyətinin
olmasıdır).
Dilarxası-yumşaq damaq dominant q samiti yeni fonem variantları və fonemlərin
yaranmasına imkan yaratdığı kimi, dilönü-yuvaq dominant d samiti
də öz növbəsində yeni fonem
variantları və fonemlərin yaranmasında iştirak edir. Dilarxasından dilönünə, eləcə də dilönündən
dilarxasına meyillilik nəticəsində yeni fonem variantları və fonemlər yaranır.
İstər anlautda, istərsə də kombinator dəyişmələrdə müşahidə olunan səs dəyişmələri tarixən
variantlılıqdan fonemə də keçə bilmiş, yeni mənalı sözlərin yaranmasında rol oynamışdır.
Dəyişmələri izlədikcə q və d məxrəcləri arasında dilortası sərt damağın fəallaşdığı hiss olunur.
Fəallaşmanın əsas səbəbi kipləşən-partlayan səslərin novlaşmaya doğru meyillənməsi ilə bağlıdır:
q→g↔c←d. Göründüyü kimi q və d məxrəcləri yarımnovlu affrikat g, c samitlərinə doğru
meyillənmişdir.
Azərbaycan dilinin şivələri üçün xarakterik hesab olunan fonemlər və fonem variantları
affrikat samitlərdir. Kipləşən-partlayan q və d samitlərinin karlaşması da nəzərə alınarsa, demək
olar ki, novlaşma prosesində xeyli "törəmə" səslər yaranır və fonem variantı kimi çıxış edir, zaman