Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə29/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   25   26   27   28   29   30   31   32   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



60

tədqiqatlara koqnitiv semantikaya dair faktoloji inventar və əldə edilən elmi yekunları da daxil 

etməyə müvəffəq olmuş Leonard Talminin təhlillərinə[7;480-519] istinad edir. Bu isə öz 

növbəsində linqvistik tipologiyanın özünün müasir mərhələsində klassik dövründəkindən müqayisə 

edilməyəcək qədər qabağa getməsi və yeni tədqiqat aspektlərinin cəlb edilməsilə bağlı qənaətə 

varmağa imkan verir.

  

Türk  dillərinin  tipologiyana  dair  son  dövr  araşdırma  istiqamətlrində  psixolinqvistikaya  bağlılıq 



əsasında formalaşmış prioritet tədqiqat istiqamətləri ilə bağlı aşağıdakı ümumiləşdirmələri qeyd etmək olar:

 

Türk dillərini tarixi leksikasına dair araşdırmalarda ilkin məna və mənbənin 



müəyyənləşdirilməsi zamanı , ənənəvi olaraq, kök morfem rekonstruksiyası (bərpası) metodu ilə 

paralel olaraq digər araşdırma üsullarından da istifadə edirlər. Bu zaman ilkin kökü və etimonu 

(yəni,ilkin mənanı) 1) birbaєa və  ya  2) dolayэsэ ilə aşkarlanan  sözlər  fərqli təhlil yanaşaları tələb 

edir. Məs: çilek<çiyələk<çiy(sulu, yetişmemiş)+yelek (meyvə); 

bacanak < bacı + inaq (dost, sirdaş); 

bilərzik

al-əl-əlli 

və s. bu kimi sözlər etimolojisində müəyyən şəffaflıq izlənildiyi halda, bir çox sözlər üçün 

eyni vəziyyət keçərli deyil.Belə ki, bir kısım eski kelimelerin etimolojisi psixolinqvistik, 

neyrofizioloji, tarixi, entoqrafik bilgilərdən yararlanmanı qaçınılmaz edir.Məs: Şilə (Azərbaycan 

yemək adı) sözü V. Aslanovun təklif etdiyi etimoloji izaha görə, müəyyən ritualla bağlılığından 

dolayı, şölən sözündən törəmişdir [8]. Bu xarakterli etimonların təsbiti  dünyanın dil mənzərəsinə 

dair bilgilər əsasında mümkün olur. Məlum oldğuna görə, “dünyanın dil mənzərəsi” anlayışı dilçilik 

və psixololinqvistikanın müştərək fəaliyyəti sayəsində meydana çıxmış koqnitiv dilçiliyin ən aparıcı 

anlayışları sırasında yer alır. 

Biz, öz araşdırmalarımizda, daha çox dil-beyin əlaqəsi nəticəsində semantik inkişaf tapan 

sözlərin ilkin mənasını müəyyənləşdirməyə, eləcə də, məlum etimonun modifikasya özəlliklərinə və 

onları (modifikasyaları) mümkün edən səbəblərə diqqət ayırmağa səy göstəririk. 

1) Enantiosemiya (yunanca: enantio “əks tərəf”, sema “işarə, məna” anlamındakı sözlərin 

birləşməsindən törəmiş bu termin eyni söz daxili antonimiyanı ifadə edir. Məs: Borclu – həm “borc 

alan”, həm “borc verən”).  

Təəssüf ki, bu faktorun erkən türk söz yaradıcılığındakı rolu indiyə qədər tamamən 

araşdırılmamışdır. Erkən dil dönəmində spesifik türk enantiosemiyası, yəni söz deyil, kök daxili 

antonimiya müşahidə edilirdi ki, bu da spesifik türk enantiosemiyasını ortaya çıxarırdı. Məs: *al-

 kökü erkən dönəmdə istiqamət bildirməklə, özündə əks mənaları da gizlicə barındırmış. Zamanla 

həmin əks mənalar intişar taparaq,alt / üst eyni köklü antonimlərin meydana çıxması mümkün 

olmuşdur.Z.Freyd, K.Yunq təlimləri bu dəyişimin izahını verir. Eyni vəziyyət *qo-, *bo- və digər 

bir şox kökdə də müşahidə olunur. [9; 279-281] ; [10; 428-431]  

2) Sinesteziya (bu termin yunanca syn “birgə”, aesthesis “hissiyyat” sözlərindən törəyib, 

psixologiyda bir hissiyyat orqanına aid olan hissin əlavə olaraq digər orqanla bağlı hissiyyata 

keçməsi anlamını ifadə edir). Sözyaradıcılığının fonosemantik aspektləri S.V.Vorininin, 

A.M.Qazov-Qinzberqin tədqiqatlarında geniş şəkildə araşdırılmışdır. Altayşünaslıqda bu 

probleminin bu və ya digər aspektləri  B.Y.Vladimitrsev, T.Bertaqayevin tədqiqatlarında 

işıqlandırılmışdır. Bundan fərqli olaraq, sinestezial əsaslı söz yaradıcılığı növü, kökdaxili səs 

əvəzlənmələri özünün yetərli səviyyədə dəyərləndirməsini tapa bilməmişdir. Bununla belə, 

M.A.Çerkasskinin araşdırmasında türk vokalizminin fonosemantik aspektli söz yaraıdıcılığında 

iştirakı məsələsinə ötəri də olsa toxunulmuşdur.  

Qeyd edək ki, sinestezial səs əvəzlənmələri halları psixoloji motivasiya qazanan derivasiya 

növlərindəndir. Bu qəbildən səs əvəzlənmələri zamanı denotatın (yəni, işarələnən obyektin) fiziki 

özəllikləri onun adının fonetik cildinə sirayət edir. Məs: türk dillərində eyni kökdən qadın və kişi 

bildirən terimlər törəyərkən səs əvəzlənmələrinin sinestezial mahiyyəti üzə şıxır. Məs: baba “ata, və 

ya atanın/ananın atası” / bibi (“atanın bacısı”, və ya “nənə”); kaynı “qaynata”; kəynə “qayınana”. 

Burada eyni kökdən törəmiş sözlərdə qalın saitlər kişi cinsin, incə saitlər qadın cinsinə işarədir. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



61

Türk dilləri sinestezial spz yaradıcılığı örnəkləri ilə zəngindir. Məs: tik – tık – tok ; sız – süz ; cız – 

ciz və s. ( daha ətraflı bax: [ 11; 200-205]   

3) Metatezik söz yaradıcılığı, əslində, sinestezial derivasiyanın bir növü sayıla bilər. Bu 

növ kök daxıli səs əvəzləmə zamanı eyni fonematik vahiddən, yəni müəyyən mənanı ifadəsi ilə 

“görəvləndirilmiş” “səslər toplusu”nun qorunub saxlanmasından çıxış edilir. Məs: sık – kıs. 

Sinonim məna (“sixmaq, təyziq göstərmək, divara dirəmək”) kəsb edən bu fellər eyni kök daxilində 

samit səs yerdəyişməsi ilə nəticəsində differensiallıq qazanmışlar [12; 272-283]. Araşdırmalar 

əsasında məlum olur ki, qədim insan sözü müəyyən səs yığını kimi qavradığından ilk dönəmlərdə 

əsas olan müəyyən səs kompleksinin istifadə faktı idi. Məsələn, tap – pat, mıq – qım, viz – ziv və s. 

Məhz bu səbəbdəndir ki, türk dillərindəki səs təqlidi əsaslı köklərdə metatezik səs əvəzlənməsi 

mahiyyətli dəyişikliklər bilavasitə məna tutumunda ciddi deformasiyalara yol açmırlar: C(1)-V-

C(2) → C(2)-V-C(1). Bu problemin nəzri müstəvidə təhlili burada türk dillərinin ilkin kök modeli 

üçün xarakterik olan homogenliyin

1

 metatezik dəyişmələr üçün də əsas olduğunu söyləməyə əsas 



verir. (homogen koklər haqqında daha ətraflı bax: [ 13] ; [ 14] ; [ 15]). Digər türk dillərinin 

materialları ilə müqayisə üçün daha ətraflı bax: [16]; [17] ; [18]. Azərbaycan dilində də analoji 

vəziyyəti müşahidə edə bilərik: mıqqılmada – qımıldamaq, qısmaq – sıx(q/k)maq.  

4) 


Neyrofizioloji faktorların təsiri ilə

 

erkən türk dili mərhələsində meydana gələn sözlərdə 



universal səciyyə daşıyan və insanın ətraf aləmi koqnitiv dərkindən qaynaqlanan məna keçidləri 

müşahidə olunur. Məs: toplumun böyük əksəriyyəti üçün sağ əl işlək funksiya daşıdığından, ingilis, 

rus, ərəb, fars və digər dillərdə olduğu kimi, türk dillərində də

 

sağ



 

kəliməsi müsbət semantikalı 

sözlərin (

sağlam,


 

sağlıq və s.),

 

sol


 

kəlməsi isə mənfi semantikalı (

 

solmaq: Gül



 

soldu.


 

) sözlərin 

meydana gəlməsinə şərait yaratmışdır. [ 19; 371-374] ; [20;  50-53]. Bu kimi semantik keçidlərin 

adekvat  tədqiqi zərurəti türkoloji tədqiqatlara koqnitiv metafora nəzəriyyəsinin tətbiqini qaçılmaz 

edir. Koqnitiv metafora nəzəriyyəsinin inkişaf perspektivlərini araşdırmış E.V.Budayevin də qeyd 

etdiyi kimi, “koqnitiv proseslərdə metafora –insan zəkasının analoqluqla bağlı imkanlarının özünü 

ifadə etməsi kimi mühüm rol oynayır. Metaforanı müasir koqnitivistikada əsas mental əməliyyat  

(və ya ən azından əsas olanlardan biri) hesab edirlər, hansı ki, dərketmə, kateqorizasiya, 

konseptualizasiya, qiymətləndirmə və dünyanı şərh etmə üsulu kimi dəyərləndirilir. İnsan öz estetik 

potensialını istifadə etməklə metaforalar vasitəsilə təkcə fikirlərini ifadə etmir, o, həm də 

metaforalarla düşünür, içində bulunduğu gerçəkliyi, dünyanı məhz metaforalar vasitəsilə dərk edir ” 

[21; 8-9]. Bu mənada müasir koqnitiv semantika sahəsində ən mötəbər mənbələrdən sayılan 

C.Lakoff və M. Consonun araşdırmasının da məhz  “Bizim yaşadığımız metaforalar ”  (Metaphors 

We Live By) adlanması təsadüfi sayıla bilməz. Belə ki, müəlliflərin gəldiyi ortaq qənaətə görə, 

metaforaların yalnız poetik təxəyyülə aidliyi haqqında yanlış təsəvvürlərə rəğmən, əslində 

“metaforalar bizim gündəlik həyatımızı, özü də yalnız dilimizi deyil, təfəkkür və fəaliyyətimizi 

dərin qatlarınadək “sarır”. Bizim gündəlik anlayış sistemimiz, hansının ki, çərçivəsində biz fəaliyyət 

göstərib mövcudluğumuzu sürdürürük,  mahiyyətcə elə özü metaforikdir” [22; 25]. Məhz, sağ və sol 

sözlərinin derivatları olan saglam, saglamlıq, sağlıq, sağ ol, sağollaşmaq, solmaq, solaxay, çolak və 

s. bu kimi sözlərin etimoloji təhlili burada tipoloji mahiyyətli kökdaxili dəyişim və ya fuziyon 

mahiyyətli birikmə faktlarının əslində müasir koqnitiv metafora nəzəriyyəsi çərçivəsində izahını 

tapan məna keçidləri əsasında törədiyini tam əyaniliklə ortay qoyur.  

 

ƏDƏBIYYAT 



 

1.

  Мария Фаликман Когнитивная наука: основоположения и перспективы //  Логос. 



2014. № 1 (97). С. 1-18, http://www.logosjournal.ru/arch/73/97_1.pdf 

2.

  Демьянков В.З. Когнитивная лингвистика как разновидность интерпретирующего 



подхода // Вопросы языкознания, 1994. № 4. С.17-33. 

                                                            

1

Bir qədər haşıiyəyə çıxıb onu da qeyd edək ki, son döv türkoloji araşdırmalarda sinkretik fel köklərinin müxtəlif 



aspektli dəyərləndirmələrinə həsr olunmuş maraqlı tədqiqatlar ortaya çıxşmışdır ki, bu sırada B.Məhərrəmlinin 

arşdırmalarını xüsusilə qeyd etmək olar (bax: [ 13 ;128-133]) 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə