Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə21/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   17   18   19   20   21   22   23   24   ...   168

 

66

1913-cü ildə oynanılandan sonra, “Kaspi” qəzeti onu çox hör-



mətsiz və nifrətlə qarşıladı. “Əsər haqqında yazılmış  tənqid”də 

müəllif söyülürdü. Onlar bu əsəri “qızlarımızı pis yola ça-

ğırmaqda” töhmətləndirirdilər. O zaman Azərbaycan qızları  ən 

elementar hüquqlardan belə məhrum edilmişdilər. Bu operettanı 

yazmaqdan da məqsəd səhnə  və musiqili əsər vasitəsilə qadın 

azadlığına yardım, köhnə adət və ənənələri ifşa etmək idi”.

1

 

Sayca üçüncü operetta olan “Arşın mal alan”ı Ü.Hacıbəyli 



1913-cü ildə Peterburq konservatoriyasına daxil olmaq ərəfəsin-

də tamamlamışdır. 

Premyerada rolların ifaçıları: Əsgər – H.Sarabski, Gülçöhrə – 

Ə.Ağdamski (Bədəlbəyli), Soltan bəy – Ə.Hüseynzadə, Süley-

man – M.H.Terequlov, Vəli – H.Hüseynov və b. idi. Tamaşanın 

rejissoru H.Ərəblinski, dirijor M.Maqomayev olmuşdu.  

“Arşın mal alan” operettasının müsiqimizdə analoqu olma-

yan, fövqəladə  uğurunun səbəbi və sirri nədədir?  Şübhəsiz, ilk 

növbədə Üzeyir Hacıbəylinin təkrarsız musiqisindədir. Bu ope-

rettanın musiqisi bir tərəfdən  şən,  şux,  əlvan, parlaq, günəşli 

                                                 

1

 Hacıbəyov Ü. “Arşın mal alan” haqqında qeydlərim.  Əsərləri, Bakı, 



1965, s. 289. 

Üzeyir Hacıbəyli qeyd edirdi ki, “Arşın mal alan”ın sujeti Qarabağın Şu-

şa  şəhərinin həyatından alınmışdır.  Əsərdəki surətlər, cəmiyyətimizin içəri-

sində yaşayan real nümayəndələrdir. Əsgər dövlətli bir tacirdir. O, evlənmək 

qərarına gəlir, amma qızı görüb, özü seçəndən sonra, o dövrün qayda-qanun-

larına görə isə bu mümkün deyildi. Əsgər dostu Süleymanın məsləhəti ilə ar-

şınmalçı olub evləri gəzə-gəzə, mal sata-sata özünə qız seçmək qərarına gəlir. 

Süleymanın bu məsləhətini  Əsgərin xalası Cahan xala və nökərləri Vəli də 

bəyənib, oxuyub oynayırlar. Əsgər torbasına parça doldurub ev-ev, həyət-hə-

yət gəzib yaşlı mülkədar Soltan bəyin həyətinə girir. Əsgər gözəl qızlar içəri-

sində Soltan bəyin qızını görüb ona aşiq olur. Gülçöhrə də Əsgəri bəyənir.  

Əsgər xalasını Soltan bəyin yanına elçiliyə göndərir.  Əvvəl Soltan bəy 

xalanı görüb sevinir, özü evlənmək istəyir. Lakin biləndə ki, Cahan xala nə 

üçün gəlib, hirslənib onu evdən qovur. 

Sonrakı elçiliyə Süleyman özü gəlir və Soltan bəyin razılığını alır. Süley-

man özü də onun qardaşı qızı Asyanı bəyənir. Hər iki evin nökərləri də bir-

birinə maraqlı eşq elan edirlər. Əsərin sonunda Əsgər-Gülçöhrə, Süleyman-

Asya, Soltan bəy-Cahan xala, Telli və Vəli cütlükləri yaranır və operetta bu 

cütlüklərin toy səhnəsi ilə bitir. 



 

67 


melodiyalarla zəngindir, digər tərəfdən təlatümlü, həyəcanlı, li-

rik, dramatik, kədərli, qüssəli, ahu-zarlı musiqi səhnələrindən 

ibarətdir. Operettada 21 musiqi nömrəsi və danışıq dialoqları 

vardır ki, bunların hər biri artıq dillər əzbəri olmuş, folklora çev-

rilmişdir. 

Bəstəkarın texniki professionallığına dəlalət edən musiqi nöm-

rələri arasında intonasiya bağlılığı,  əlaqəsi, leytmotivlər mövcud-

dur. “Arşın mal alan”ın bütün personajları, xüsusilə də baş qəhrə-

manlar Əsgər və Gülçöhrə fərdi musiqi xasiyyətnamələrinə malik-

dir.  Əsas da Gülçöhrənin geniş, gözəl solo nömrələri – ariyaları, 

elegiyası və naləsi klassik lirik opera obrazlarına yaxındır. 

Ü.Hacıbəyli artıq “Arşın mal alan”da xalq musiqisindən ol-

duğu kimi sitat gətirmir, gətirdiyi xalq melodiyalarını isə elə iş-

ləyir ki, onları çətinliklə tanıyırsan, yəni bəstəkar onları, daha da 

zənginləşdirib, gözəlləşdirib xalqa yenidən qaytarır. Bəstəkar 

operettada xalq müsiqisinin ruhunu professional səviyyədə yara-

dır.  Əsərin müsiqisi folklor intonasiyaları, ritmləri, üsulları ilə 

aşılanmışdır. 

“Arşın mal alan” operettası şən, şux, bayram əhval-ruhiyyəli 

Uvertüra ilə açılır. Uvertüranın əsas mövzusunda “Boynunda var 

sarılıq” xalq mahnısından istifadə edilmişdir. Uvertüranın  əsas 

mövzusu üçün “ostinatbasda” sol notunun əsasında kvarta-kvin-

ta səslənmələri xasdır. Bu da aşıq musiqimiz üçün səciyyəvi xü-

susiyyətdir. 

 

 

 




 

68

Üç hissədən ibarət bu Uvertüranın orta hissəsində sevgi, mə-



həbbət leytmotivi valsvari şəkildə (Andante cantabile) səslənir. 

 

 



“P Leqqiero” hissəsində mövzunun birinci sayında pauzanın 

verilməsi mövzuya bir oynaqlıq, rəngarənglik gətirir.  

 

 

 



Operettanın birinci pərdəsi baş qəhrəman Əsgərin ariyası ilə 

başlanır. Əsgərin qəm-qüssəli, kədərli ariyası Füzulinin “Dərdi-

mənd” qəzəlinin əsasında yazılmışdır. “Segah” məqamında bəs-

tələnmiş üçhissəli ariyanın orta hissəsi qəhrəmanın həyacanını, 

coşğunluğunu ifadə edərək, kənar hissələrinin dərdli, kədərli 

musiqisi ilə təzad yaradır. Əsgərin ariyasının qüssə-kədərini bi-

rinci pərdənin digər nömrələrinin nikbin əhval-ruhiyyəsi aradan 

götürür. Bunlar – Əsgərin xalası Cahanın kupletləri və rəqsi, Əs-

gərin dostu Süleymanın mahnısı və Süleyman, Cahan və nökər 

Vəlinin kuplet və rəqsləridir.  

İkinci pərdə operettanın həcmcə ən böyük pərdəsidir. Bu pər-

dədə Əsgərin iki solosu, onun “Arşın mal alan” və “Axtarıb tap-




 

69 


dım səni” mahnıları da təqdim edilir. Birinci pərdədəki qəm-

qüssəli ariyadan fərqli olaraq bu mahnılarda bəstəkar Əsgəri şən, 

şux, nikbin musiqi vasitəsilə xarakterizə edir. Gülçöhrə ilə due-

tində  də  həmin  şən, nikbin əhval-ruhiyyə hökm sürür. “Arşın 

mal alan” mahnısının mövzusu isə əsərdə böyük əhəmiyyət daşı-

yaraq leytmotiv rolunu oynayır. 

 

 

 

“Arşın mal alan” filmindən kadr  

Əsgər rolunda Rəşid Behbudov 

 

Bəstəkar Gülçöhrənin obrazını daha maraqlı və geniş səpgidə 



vermişdir. Onun əsərdə beş solo nömrəsi və ondan başqa ikinci 

pərdədə Əsgərlə dueti və üçüncü pərdədə Asya və Telli ilə triosu 

mövcuddur. Gülçöhrənin xasiyyətnaməsi ikinci pərdədəki iki 

ariyasında, birincisi lirik səpgidə “Segah” məqamında yazılmış 

qəm, qüssə ilə aşılanmış “Pərişan xəlqi aləm”, ikincisi isə “Şur” 

məqamında bəstələnmiş şən, sevgi ilə dolu “Aşiq oldum necə bir 

tazə gülü rənayə” (hər iki ariya Füzulinin qəzəlləri əsasında ya-

zılmışdı) təqdim edilmişdir. İkinci pərdədə Əsgərlə Gülçöhrənin 

dueti də həmin ruhdadır: 

 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə