Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə22/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   18   19   20   21   22   23   24   25   ...   168

 

70

 



 

 

 



 

Əsgər –  Rəşid Behbudov, Gülçöhrə – Leyla Bədirbəyli 

“Arşın mal alan” filmində 

 

Üçüncü pərdədə Gülçöhrənin ariyası “Bülbülü zarəm gülü 



rüxsar  əlindən cida” (Füzulinin qəzəlidir) 1948-ci ilin nəşrində 

Gülçöhrənin elegiyası kimi verilmişdir. Gülçöhrənin mahnısı isə 

onun iqrari, yəni etirafı kimi təqdim edilmişdir. Üçüncü pərdədə 

Gülçöhrənin partiyası Asya və Telli ilə triosunda da mövcuddur. 




 

71 


Gülçöhrənin son xasiyyətnaməsi dördüncü pərdədəki “Na-

lə”sidir. Onun bu “Nalə”si “Hicran dərdi, fələk verdi” və üçüncü 

pərdədəki “Elegiya”sı dərin qəm, qüssə, kədər aşılayan “Şüştər” 

məqamında yazılmışdır. Arşınmalçının leytmotivi Gülçöhrənin 

mahnısında, Gülçöhrə, Asya və Telli ilə triosunda səslənir. Gül-

çöhrənin qəlbinin təlatümünü Hacıbəyli böyük ciddilik və dra-

matizm ilə açır. Xüsusilə üçüncü pərdədə “Elegiya”sı  və dör-

düncü pərdədə “Nalə”si bu dramatizmin kulminasiyasıdır. 

 

 

 



 

 

 



 

 

 



 

 



 

72

Ü.Hacıbəyli operettasının musiqisində, xüsusilə  də  qəhrə-



manlarının geniş solo nömrələrində, onların ariyalarında, mu-

ğamlarımızın özəlliklərindən, inkişaf prinsiplərindən geniş isti-

fadə etmişdir. 

Lakin o, muğamlardan kor-koranə istifadə etmir, onları işlə-

yib daha da zənginləşdirir və inkişaf etdirir. 

Ü.Hacıbəylinin yaradıcılığında bir çox musiqi nömrələri mu-

ğamatın melodik inkişaf prinsipini canlandırır.  Əvvəl melodik 

parça hər hansı  məqamın intonasiyası ilə bağlıdır, diapazonu 

məhduddur, melodiya çox asta, ləng, eyni səslərin ətrafında hə-

rəkət edərək, bir neçə dəfə təkrar olunur. Bu, girişdir. Sonra dia-

pazon genişlənir, musiqi emosional cəhətdən dolğunlaşır, yuxa-

rıya can atır,  ən yüksək səsə çatır, sonra melodik xətt mayeyə 

(tonikaya) doğru aşağı enir. 

Ü.Hacıbəyli öz əsərlərində bu prinsipi işlədərək, muğamın 

improvizasiyalığını  nəinki müəyyən xanələrə yerləşdirə bilir, 

hətta onu iki, üçhissəli Avropa formalarına, sonata formasına 

uyğunlaşdırır.  Əgər xalq mahnılarının melodik xüsusiyyətləri, 

onun qısa melodiyalara ayrılması, variantlığı  və i.a. daha sadə 

müsiqi formalarının yaranmasına səbəb olmuşdursa (kuplet tək-

rarlığı və s.), sərbəst melodik xətt üzrə muğamatın inkişaf prinsi-

pi daha mürəkkəb formalarda, məsələn təzadlı üçhissəli formada 

və ya sonata formasında ifadə olunmuşdur. 

Yuxarıda deyilənlərə misal biz “Arşın mal alan”ın birinci 

pərdəsindən Əsgərin ariyasını, ikinci pərdədə Gülçöhrənin ariya-

larını, üçüncü pərdədə Gülçöhrənin “Elegiya”sını  və dördüncü 

pərdədə onun “Nalə”sini göstərə bilərik. 

Muğam  əsasında maraqlı üçhissəli formanın yaranmasına 

misal Gülçöhrə, Asya və Tellinin triosudur. Burada Ü.Hacıbəyli 

böyük ustalıqla trionun ortasına, yəni Gülçöhrənin solosuna, 

“Arşın malçı”nın leyttemasını, (mövzusunu) sala bilmişdir, bu-

nunla da bəstəkar musiqinin ümumi inkişafına gözəl təzad gətir-

mişdir. “Arşın mal alan”da bir çox nömrələr təzadlı orta hissə-

dən ibarət üçhissəli formada yazılmışlar. Onlardan – Əsgərin 

ariyası (I pərdə), Gülçöhrənin ariyası (II pərdə), Əsgərlə Gülçöh-

rənin dueti və Gülçöhrənin “Elegiya”sı, Asyanın mahnısı və rəq-



 

73 


si (III pərdə) və misal gətirdiyimiz Asya, Telli və Gülçöhrənin 

triosudur. Operettada yalnız iki nömrə, Əsgərin mahnısı (II pər-

də) və həmin pərdədə “Qızların xoru” ikihissəli formada yazıl-

mışlar. 


Ü.Hacıbəyli Azərbaycan xalq musiqisinin melosunun digər 

vacib xüsusiyyəti haqqında belə yazır: “Bizdə bir çox təsnif və 

el mahnıları vardır ki, onların havaları yalnız üç tonun (tonlar 

burada səslər, notlar mənasındadır – Z.S.) kombinasiyasından 

əmələ gəlir”.

1

 Qeyd etmək lazımdır ki, xalq mahnılarının xüsusi-



liyi yalnız onun həcmi və diapazonu ilə məhdudlaşmır. 

Tersiya səsi ətrafında gəzişmə, tersiyanın əsasında sekvensi-

ya zəncirləri və ya cavabverici cümlələrdə tersiyanın qeydə alın-

ması, eləcə də kadensiyalarda tersiyalılıq, tez-tez üçüncü pərdə-

dən birinciyə və alt aparıcı tondan birinci pərdəyə hərəkət və s. 

çox səciyyəvidir. 

Ü.Hacıbəyli Azərbaycan melodiyasının bu xüsusiyyətini yal-

nız nəzəri cəhətdən müəyyən etməmiş  və  həm də onu yaradıcı 

surətdə inkişaf etdirmişdi. Xalq mahnılarının bu xüsusiyyəti bir 

bəstəkar kimi Ü.Hacıbəylinin melosunun əsasını təşkil etmişdir. 

Xalq mahnılarının prinsipi əsasında Ü.Hacıbəylinin də melodi-

yası kiçik intonasiyalardan, tersiya intervalını aşmayan intonasi-

ya hissəciklərdən ibarətdir. “Arşın mal alan”ın ikinci pərdəsin-

dən Əsgər və Gülçöhrənin duetini və ya Gülçöhrənin ikinci pər-

dədə ariyasını  və bir çox musiqi nömrələrini buna misal gətirə 

bilərik. 

Tonika üçsəsliliyi Ü.Hacıbəylinin operettalarının, bir sıra 

nömrələrinin əsasını təşkil edir. Qeyd edək ki, Azərbaycan lad-

məqam sisteminin Avropanın major-minor sistemi ilə  kəsişdiyi 

nöqtələrdən biri də elə budur. 

Tersiyalılıq çoxsəslilik üçün də  zəmin yaradır.  İkisəsliliyin 

ilk nümunələrini yaradarkən Ü.Hacıbəyli melodiyanı məhz tersi-

ya şəklində artırır. 

Beləliklə, dediklərimizə yekun vuraraq, qeyd edə bilərik ki, 

Ü.Hacıbəyli “Arşın mal alan”da yeni milli melodiya nümunələ-

                                                 

1

 Hacıbəyov Ü. Əsərləri, II c., Bakı, 1965, s. 242. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə