80
Filmin musiqi redaktoru F.Əmirov idi. Baş rolları H.Məmmədov
(Əsgər), L.Şıxlinskaya (Gülçöhrə), H.Yegiazarov (Süleyman),
A.Qurbanov (Soltan bəy), N.Məlikova (Cahan xala), S.İbrahi-
mova (Telli) və b. ifa etmişlər.
Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının ermənilər ara-
sında uğurunun da ayrıca tarixçəsi vardır. Hələ 1915-ci ildə “Ar-
şın mal alan”ı erməni dilinə tərcümə edən, Tiflisdə yaşayan
S.Maqalyan familiyalı erməni, 1921-ci ildə Gürcüstanda Sovet
hakimiyyəti qurulduqdan sonra Türkiyəyə, oradan Yunanıstana,
daha sonra da ABŞ-a mühacirət etmiş və gedərkən “Arşın mal
alan” operettasının partiturasını da özü ilə aparmışdır. ABŞ-da
o, “Arşın mal alan”ı tamaşaya qoymuş və böyük qazanc əldə et-
mişdir. Bir sıra ştatlarda, şəhərlərdə – Los Anjeles, Çikaqo, Bos-
ton və s. böyük uğurla gedən “Arşın mal alan”ın proqramlarında
Ü.Hacıbəylinin adının göstərilməsinə baxmayaraq əsəri təqdim
edənlər Setraq Vartyan və tərcüməçi S.Maqalyan “Arşın mal
alan”ı həmin afişalarda “erməni operettalarının kraliçası” ad-lan-
dırmışlar (bu sözlərin yazıldığı həmin afişanı oxuculara təqdim
edirik).
81
Belə məlum olur ki, ermənilər nəinki “Arşın mal alan”ı mənim-
səmiş, eləcə də Ü.Hacıbəylinin özünü də “özəlləşdirmişlər”. Həmin
afişada Azərbaycan bəstəkarı, əsərin müəllifi Ü.Hacıbəylinin
adının olmasına baxmayaraq, “Arşın mal alan”ın “erməni operet-
tasının kraliçası” adlandırılması yalnız təəccüb və hiddət doğura bi-
lər. Ermənilərin mənimsəmə, oğurlama, özəlləşdirmə metodu və
prinsipi addım-addım, arşın-arşın, mərhələ-mərhələ həyata keçiri-
lirdi. 30-cu illərdə ABŞ-da ermənilər tərəfindən çəkilmiş “Arşın
mal alan” filmində artıq Ü.Hacıbəylinin adı heç yerdə yoxdur.
1942-ci ildə Azərbaycanın bir sıra yazıçıları və mədəniyyət
işçiləri, şair Osman Sarıvəlli, rejissor Şəmsi Bədəlbəyli və baş-
qaları İranda olarkən Təbriz, Rəşt və başqa şəhərlərdə bədii və
professional cəhətdən zəif “Arşın mal alan” filminə baxmış, Ba-
kıya qayıdanda bu haqda Üzeyir bəyə məlumat vermişlər. Ü.Ha-
cıbəyli də bu haqda Azərbaycanın o zamanki rəhbəri M.C.Bağı-
rova aşağıdakı məktubla müraciət etmişdir.
Azərbaycan MK KP katibi yoldaş Bağırova M.C.
Bizim bir sıra yazıçılarımız və incəsənət işçilərimiz (Osman Sa-
rıvəlli, Məmməd Əkbər, Şəmsi Bədəlbəyli və başqaları) mənə xə-
bər vermişlər ki, 1942-ci ildə İranın Təbriz və digər şəhərlərində
olarkən, Amerikada erməni dilində çəkilmiş “Arşın mal alan” kino-
filmi 1942-ci ilin martın əvvəllərindən Təbriz şəhərinin “Mehr” və
“Dedeban” kinoteatrlarında, Rəştdə və digər şəhərlərdə görmüşlər.
Onların dediyinə görə, ssenarinin zəif və çəkilişin keyfiyyətinin
aşağı olmasına baxmayaraq film böyük müvəffəqiyyətlə gedir. On-
ların dediyinə görə, filmdə bütünlüklə mənim musiqimdən istifadə
edilmişdir. Komediyanın süjet xətti, iştirakçıların adları (Əsgər,
Vəli, Asya və b.) dəyişdirilməmişdir. Lakin heç yerdə əsərin əsl
müəllifinin adı göstərilməmiş, əksinə musiqinin “müəllifi” kimi na-
məlum Kuşnaryov çıxış etmiş, ssenari müəllifi Manukyan və rejis-
sor Tiqranov göstərilmişdir. Ona baxmayaraq ki, filmdəki hadisələr
İrana köçürülmüşdür, bütün ifaçıların geyimləri Azərbaycana məx-
susdur (papaq, çuxa, arxalıq və s.). Deyilənlərə görə, “Arşın mal
alan” musiqili komediyası çox zəif teatr tamaşası səviyyəsində çə-
kilmişdir və filmin xarici ölkələrdə bu cür təhrif edilmiş şəkildə
göstərilməsi təbii təəssüf doğurmaya bilməz.
82
Açıq plagiatlığın mövcudluğunu və xarici ölkə tamaşaçıla-
rından əsərin əsl müəllifinin – Sovet vətəndaşının familiyasının
gizlədilməsini qeyd edərək, yuxarıda göstərilən fakt haqqında
Sizə məlumat verməyi zəruri hesab edirəm.
“Arşın mal alan” musiqi komediyasının müəllifi
SSRİ-nin Xalq artisti, professor Üzeyir Hacıbəyov.
Nəhayət, ölkənin (SSRİ-nin) rəhbəri İ.V.Stalinə bu haqda
məlumat verildikdə, onun göstərişi ilə 1945-ci ildə “Azərbay-
canfilm” studiyasında təcili “Arşın mal alan” filmi çəkilmiş və
bütün dünyada şöhrət qazanmışdır.
Filmin müvəffəqiyyətində şübhəsiz ki, uğurlu aktyor tərkibi-
nin rolu böyükdür və ilk növbədə SSRİ-nin Xalq artisti Rəşid
Behbudov Əsgər rolunun parlaq, təkrarsız ifaçısı kimi qeyd
olunmalıdır. Sonrakı konsert fəaliyyətində də Rəşid Behbudov
həm ölkəmizdə, həm də xaricdə həmişə repertuarına “Arşın mal
alan”dan musiqi nömrələrini salırdı və bununla da həm konserti-
nin uğurunu, həm də əsərin şöhrətini daha da artırırdı.
“Arşın mal alan”ın səhnə və ekran həyatı çox zəngin olmuş-
dur. O, dəfələrlə qrammafon vallarına da yazılmışdır (Azərbay-
can, rus, fars dillərində). Əsərdə Gülçöhrə partiyasının gözəl ifa-
çılarından Xalq artistləri Fidan və Xuraman Qasımovaları xüsusi
qeyd etmək lazımdır. Musiqili komediyanın yeni redaksiyası Ni-
yaziyə məxsusdur.
Mən arxivdə işləyərkən, “Arşın mal alan”ın hətta baletinin
klavirinə də rast gəldim. Görünür, “Arşın mal alan”ı balet şək-
lində görmək istəyənlər də varmış. Amma bildiyimiz kimi bu
hələ ki, həyata keçməmişdir. Şübhəsiz ki, “Arşın mal alan”ın öl-
məz musiqisinə hələ dəfələrlə müraciət ediləcəkdir.
Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dünya şöhrətli “Arşın
mal alan” əsərinin şöhrət xəritəsi bu gün də artmaqda və ge-
nişlənməkdədir.
Operetta böyük uğurla Avstriyanın Vyana şəhərində qoyul-
muş (həmin şəhərin gözəl parkında Üzeyir bəyin büstü ucaldıl-
mışdı), Amerikanın Los Anjeles şəhərində göstərilmiş, Türkso-
yun xətti ilə Parisdə nümayiş etdirilmişdir.