90
xalqın narazılığını, Koroğlunun qisasını xana xatırladır”
1
.
Xalq səhnələri “Koroğlu operasının ən yaxşı səhifələrindəndir.
Üçüncü pərdədəki məşhur “Çənlibel” xoru polifonik üslubun
yüksək nümunəsidir. Bu xor üçün bəstəkar elə mövzu seçmişdir
ki, o özlüyündə milli səslənmə ilə polifonik inkişaf üçün böyük
imkanlar yaradır. Mövzunun əsas dayaq səslərini aşıq musiqisinə
xas olan kvarta-kvinta səslənmələri təşkil edir. Milli polifoniyanın
vacib tərkib hissəsi kimi kontrapunktun rolu haqqında Ü.Hacıbəy-
linin nəzəri fikri də öz əməli həllini bu xorda tapmışdır.
1
Hacıbəyov Ü. “Koroğlu” operası. Əsərləri, II c., B., 1965, s. 267.
91
Xalq qəhrəmanı, cəngavər Koroğlunun surətində Azərbaycan
xalqının ən gözəl xüsusiyyətləri – Vətənə hədsiz sədaqəti, mərd-
liyi, düşmənlərlə barışmazlığı, dostlara vəfası, kasıblara, uşaqla-
ra, qocalara, qadınlara qayğısı, başqa xalqlarla dostluğu, müdrik-
liyi, şairanəliyi və s. ifadə olunmuşdur.
Koroğlu obrazı xalq həyatının geniş fonunda verilmişdir. O, ba-
relyefə bənzər ön planda, qabarıq şəkildə çıxış edir. Koroğlu xalq
qəhrəmanı və aşıqdır, buna görə onun obrazı aşıq musiqisinin üslub
xüsusiyyətləri və formaları ilə səciyyələnir. Məsələn, Qırata həsr
edilmiş mahnı aşıq janrı olan “Gözəlləmə” üstündə yazılmışdır.
Bülbül Koroğlu rolunda
92
“Koroğlu”da Ü.Hacıbəyli aşıq musiqisinin üslub xüsusiyyət-
lərini klassik opera formalarına qədər inkişaf etdirə bilmişdir.
Müasir musiqi vasitələri ilə üzvi sürətdə uyğunlaşaraq, Koroğlu-
nun musiqi səciyyəsində aşıq musiqisinin xüsusiyyətləri üstün-
lük təşkil edir. Bu barədə Ü.Hacıbəyli özü belə yazırdı: “Koroğ-
lu”nu aşıqlar tərənnüm etmiş və edir, və ona görə də operada üs-
tün gələn üslub aşıq üslubudur
1
.
Xalq qəhrəmanının obrazı portret xasiyyətnaməsi vasitəsilə
açılır. Belə ki, “Səni gördüm” birinci ariozosunda Koroğlu öz
sevgilisinin gözəlliyinə vurulan aşıq kimi təqdim edilmişdi. Bu
ariozonun musiqisi səmimiliyi, lirizmi ilə seçilir. Birinci pərdə-
dəki “Təngə gəldik, yox tavan” ariozosu bunun təzadıdır. Bura-
da Koroğlu artıq ədalət uğrunda, öz xalqının müstəqilliyi və xoş-
bəxtliyi uğrunda mübariz kimi çıxış edir, xalqını üsyana çağırır.
Ariozonun musiqisində çağırış və qəhrəmani motivlər səslənir.
Koroğlunun obrazı operanın üçüncü və dördüncü pərdələrində
daha parlaq və dərindən açılır. Onun üçüncü pərdədəki “Mərd
igidlər nərə çəksin davada!” birinci ariozosu aşıq dastanı üslu-
bunda yazılmışdır. Xalq qəhrəmanının igid və mübariz obrazı
1
Hacıbəyov Ü. “Koroğlu” operası. Əsərləri, II c., B., 1965, s. 267.
93
xalqla sıx əlaqədə və vəhdətdə verilmişdir. Onun partiyası xalq
səhnələrinə daxil olur və xorun “hey, hey” sevincli çağırışları ilə
müşayiət olunur. “Xanlarından zülm görmüş ermənilər, gürcü-
lər” ariozosunda Koroğlunun bir qiymətli cəhəti də aşkar olur ki,
bu da onun humanizmidir, müxtəlif xalqlara dostluq hissləridir.
Operanın lirik qolu üçüncü pərdədəki Koroğlunun “Sevdim
səni mən, ey Nigarım” ariyasında öz kulminasiyasına çatır.
Koroğlunun “Səni gördüm” birinci lirik-vəcdli ariozosundan
fərqli olaraq, bu ariyada (üçhissəli formadadır) orta təzadlı hissə
vardır ki, həmin hissədə qəhrəmanın öz xalqının taleyi üçün nara-
hatlığı əks olunmuşdur. Ariyanın kənar hissələri qəhrəmanın da-
xili psixoloji halını, onun lirik hisslərini gözəl ifadə edə bilmişdir.
Koroğlunun dördüncü pərdədəki üç mahnısı (birinci iki mah-
nı aşıq janrı “Gözəlləmə”, üçüncü isə “Şikəstə” üstündə yazıl-
mışdır) dramaturji cəhətdən böyük əhəmiyyətə malikdir. Onların
hər biri əsərin dramaturji inkişafına mühüm təsir göstərir. Bu
mahnılarda qəhrəmanın igidliyi, şairənəliyi, zirəkliyi açılır. Bü-
tün bu mahnılar melodik, lad, ritmik alətləşdirmə cəhətdən aşıq
musiqisinin səciyyəvi xüsusiyyətlərini özündə cəmləşdirir. Ope-
ranın lirik səhifələri, əsasən Koroğlunun sevgilisi, mərd Nigarın
obrazı ilə bağlıdır. Bəstəkar onun partiyasında geniş leytmotiv
sistemindən istifadə etmişdir ki, bu da qəhrəman qızın gözəl ob-
razını qavramağa kömək edir. Ü.Hacıbəyli özü yazırdı: “Üçüncü
94
leytmotiv Koroğlunu sevən, bu sevgi uğrunda canından belə
keçməyə hər an hazır olan Nigarın gözəl obrazını verir”
1
.
Əlamətdardır ki, Nigarın leytmotivi onun vokal partiyasına da-
xil olmur, lakin hər dəfə o, səhnəyə çıxdığı vaxt orkestrdə səslənir.
Onun leytmotivi Koroğlunun və xalqın partiyalarında səslənir, bu
da ideya və musiqi- dramaturji cəhətdən ümumilik yaradır. Nigarın
birinci pərdədə “Rövşəndir dünyada məni yaşadan” ariyasında
onun daxili hissləri, dərin məhəbbəti ariyanın səmimi, ifadəli musi-
qisində gözəl əks olunmuşdur. Nigarın xasiyyətinə məxsus qəhrə-
mani xüsusiyyətlər ariyanın orta hissəsində ifadə edilmişdir, ona
görə xalqın qəhrəmani mövzusunun burada səslənməsi təbiidir.
İkinci pərdədə, yarıqa-
ranlıq, boş qalmış səhnədə
Nigar qəmlə, kədərlə dolu
ariyasını oxuyur. Nigarın
ariyası onun naləsi kimi
qavranılır. Ariya deklama-
siya ilə başlanır, təkrarla-
nan bir səs üstə qəhrəman
qızın kədərli hissləri veri-
lir, sonra melodiya inkişaf
edərək genişlənir, onun
daxili aləminin açılmasına
yardımçı olur.
Sona Aslanova Nigar rolunda
1
Hacıbəyov Ü. “Koroğlu” operası. Əsərləri, II c., B., 1965, s. 267.
Dostları ilə paylaş: |